Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   77   78   79   80   81   82   83   84   ...   116

261
 
süfrə  üzüm  şərabınının  mötədil  qaydada  200-600  sm

dozasında 
qəbul
 
edilməsi ürək-damar xəstəlikərindən ölüm riskini xeyli azal-
dır. Ancaq orqanizmin alkoqola reaksiyası onun miqdarından asılı 
olub, optimal dozanı keçdikdə neqativ effektlər yaranır.  
Hipertoniya xəstəliyinin yaranma faktorlarından biri, qadın və 
kişilərin  sistematik  olaraq  gün  ərzində  etanolu  27-15  sm
3
  artıq 
qəbul etmələridir. Alkoqolun qəbul edilməsi ürək-damar xəstəlik-
lərinin risk amillərinin dinamikasına səbəb olur. 
Üzümün  polifenol  birləşmələri  də  həmçinin  geniş  həyəcan-
limitləndirici aktivliyə, o cümlədən oksidant həyəcanına malikdir. 
O, oksidant  həyəcanının  neqativ təsirinin  qarşısını  alır (laktatde-
hidrogenaza  fermentinin  hüceyrəarası  mühitdə  miqdarını  azaldır 
və qlütationun aktivliyini gücləndirir). Antosianların və oliqomer 
taninlərin  damargenişləndirici  effekti,  azot  oksidinin  (NO)  kütlə 
konsentrasiyasının artması və Ca
2
-nın hüceyrəyə daxil olmasının 
qarşısının  alınması  hesabına  yaranır.  Üzümün  polifenolları  da 
ümumilikdə insan orqanizminin enerji mübadiləsini optimallaşdı-
rır.  Bu  zaman  etanolun  və  polifenol  kompleksinin  ürək-damar 
parametrlərinə tənəffüs, antioksidant və həyacan-limitləyici siste-
min  və  həmçinin  qırmızı  qanda  lipid  mübadiləsinə  antoqonist 
xarakterli  təsiri  barədə  çoxlu  məlumatıar  vardır.  Ancaq,  şərabın 
mötədil qaydada qəbul edilməsi ilə şərabın müalicəvi-profilaktiki 
potensialını  təmin  etmək  olar.  Bu  zaman  etanol  və  fenol  birləş-
mələri birgə təsir edir. Şərabların antioksidant təsiri qırmızı şərab-
larda ağ şərablara nisbətən polifenolların miqdarının  çox olması 
hesabına daha artıqdır. 
Müalicə-profilaktiki  təsirinə  görə  mədə-bağırsaq  və  dayaq-
hərəkət  aparatının  xəstəliklərində  geniş  istifadə  edilən  ağ  süfrə 
şərabları  arterial  hipertoniya  xəstəliyinə  qarşı  istifadədə  effektli 
ola bilər. Ağ süfrə şərablarının müalicəvi-profilaktiki xüsusiyyət-
lərinin  artırılması  onların  tərkibinin  polifenol  birləşmələrlə  zən-
ginləşdirilməsi  hesabına ola bilər. Əsasən  “Kaxet” texnologiyası 
şərabda polifenolların miqdarının artırılmasına imkan verir. Şəra-
bın tərkibində polifenolların miqdarını artırdıqda yadda saxlamaq 
lazımdır ki, onlar digər antioksidantlar kimi oksidant xüsusiyyəti 


262
 
də göstərə bilərlər. Fenol birləşmələri öz strukturunda aktiv radi-
kallara malik olub, az aktiv olsa da, onların artıq miqdarda toplan-
ması  digər  oksidantlar  kimi  arzuolunmazdır.  Polifenol  antioksi-
dantlarının nisbi artıqlığı normal  oksidləşmə-reduksiya reaksiya-
larını xeyli tormazlayaraq orqanizmdə neqativ hal yarada bilər.  
 Təkrar  olunan  texnologiya  şərab  materialında  1500-2500 
mq/dm
3
 fenol birləşmələrinin toplanmasına və yüksək orqanolep-
tik  qiymət  alınmasına  (9,25-9,35  bal)  imkan  vermişdir 
(A.Y.Yalanesskiy).  
Beləliklə,  Krımın  Alma  vadisində  hazırlanan  “Rkasiteli” 
şərabı tədqiq edilərkən məlum olmuşdur ki, bu şərab materialında 
klassik  texnologiyaya  nisbətən  öz  tərkibində  optimal  miqdarda 
etanol və fenol birləşmələrinə malik olur. Buna görə də alkoqolun 
hipertoniya xəstələrinə risk-faktor təsirini öyrənməyə çalışmışlar. 
Müəyyən edilmişdir ki, alkoqolun orta gündəlik dozası 1 kq bədən 
kütləsinə  görə  0,365  ml  olmaqla,  risk-faktor  həddini  bir  qədər 
keçmişdir (0,250-0,300ml). 
Ancaq  tədqiq  olunan  şərab  dozasının  qəbulundan  yaranan 
kənar  xoşagəlməz  effekt  çoxluq  (23%)  təşkil  etməmiş  və  bu 
alkoqolun  dozası  ilə  əlaqəli  olmamışdır.  Bundan  başqa  müalicə 
dövrü ərzində “Rkasiteli Alma” süfrə şərabının istifadə edilməsi 
hipertoniya xəstələrinin vəziyyətininin şərab istifadə etməyən xəs-
tələrə nisbətən yaxşılığa doğru dəyişdiyi məlum olunmuşdur.  
Korrelyasiya analizi 19 həqiqi korrelyasiya əlaqəsinin olması-
nı göstərmişdir. Bu, o deməkdir ki, bu şərab xəstənin ürək-damar 
sisteminin nəzarət olunan əsas parametrlərinə mənfi təsir etmir. 
“Rkasiteli Alma” süfrə şərabının səmərəli təsirinin təhlili gös-
tərir ki, onun funksional pozitiv aktivliyi həyacana qarşı daha mü-
vəffəqiyyətli müsbət təsirə malikdir. 
Beləliklə  “Rkasiteli  Alma”  qarışığından  kaxet  üsulu  ilə 
hazırlanan  süfrə  şərabı  funksional  müalicəvi-profilaktiki  təsirə 
malik olub, pəhriz faktoru kimi, hipertoniya xəstələri üçün müvəf-
fəqiyyətlə tətbiq oluna bilər.  
Əldə edilən nəticənin yeniliyi ondan ibarətdir ki, kaxet üsulu 
ilə alınan “Rkasiteli Alma” süfrə şərabının funksional müalicəvi-


263
 
profilaktiki  aktivliyi  ilk  dəfə  arterial  hipertoniya  xəstəliyinin 
müalicəsi zamanı yüksək qiymət almışdır.  
  
3.7.4. Funksional xüsusiyyətli emulsiya məhsulunun 
reseptinin işlənməsi 
Yağ-piy sənayesinin funksionallaşmasınının əsas şərtlərindən 
biri  məhsulun  xarici  və  daxili  bazarlarda  rəqabət  qabiliyyətinin 
təmin edilməsidir. Bu sahə elm qarşısında yağ istehsalı texnologi-
yasının  təkmilləşdirilməsi  məsələsini  qoyur.  Bu  texnologiya, 
qidalanma haqqında elmin müasir tələblərinin ödənilməsini, emul-
siya  məhsulunun  funksional  xüsusiyyətlərinin  formalaşdırılması 
hesabına  keyfiyyətinin  yaxşılaşdırılmasına  imkan  verməlidir 
(A.Y.Krivova və b.).  
Alınmış  hidrogenləşmiş  və  neytrallaşmış  yağ,  funksional 
xüsusiyyətli  emulsiya  məhsulunun  yağ  fazasının  əsası  olmaqla, 
resepti 3.45 saylı cədvəldə verilmişdir.  
Emulsiya  məhsulunun  yağ  fazasının  yağ  turşusu  tərkibini 
zənginləşdirmək üçün, qarğıdalı yağına, rafinləşmiş soya və kənaf 
yağı 40:40:20 nisbətində müvafiq olaraq əlavə edilmişdir.  
Cədvəl 3.45 
Funksional xüsusiyyətli emulsiya məhsulunun resepti 
İnqredient 
Miqdarı, %-lə 
Qarğıdalı,  günəbaxan,  soya  və  kənaf  yağlarının 
nisbəti 40:40:20 
50,0 
Qarğıdalı fosfolipid konsentrantı 
7,0 
Yağsızlaşdırılmış quru süd 
5,0 
Alma pektini 
8,0 
Alma püresi 
2,6 
Şəkər 
4,0 
Duz 
0,3 
Limon turşusu 
0,2 
Qida sodası 
0,05 
Hazırlanmış su 
22,85 
 
Alınmış  yağ  qarışığı  yaxşılaşdırılmış  yağ  turşusu  tərkibinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə