Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   80   81   82   83   84   85   86   87   ...   116

271
 
orqanizm hüceyrələri yeniləşir və bərpa olunur. Orqanizmdə zülalı 
maddələrin çatışmazlığı zamanı çox erkən qocalma simptomu baş 
verir. 
Yaşlı  insanın  bağırsağında  sorulma  prosesi  tez-tez  pozulur. 
Bəzi dərman preparatlarının uzun müddət qəbul edilməsi, sağlam-
lıq üçün vacib olan qida maddələrinin çatışmazlığına səbəb olur. 
Məlumdur ki, antiboitiklər bakteriya florasını məhv edir, bakteriya 
florası  tərəfindən  sintez  olunan  vitaminlərin  əmələ  gəlməsinin 
dayanmasına səbəb olur (məsələn, K-vitamini və ya bəzi B qrupu 
vitaminlərindən H və B
12
). Spazmolitik vasitələrin və ya barbitu-
rantların  qəbul  edilməsi  foli  turşusunun  çatışmazlığına  gətirib 
çıxarır ki, bu da ciddi xəstəliklərə (qanazlığı) zəmin yaratmış olur 
(cədvəl 4.1).  
Qidalanma ilə əlaqədar olan pis vərdişlər və faydalı qidalanma 
qaydalarının  bilməməzliyi  xəstəliklərə  gətirib  çıxara  bilir.  Buna 
görə də qida ləzzətli, ətirli, cəlbedici olmalı və gözəl şəkildə təq-
dim olunmalıdır. 
=   
 
Cədvəl 4.1 
Yaşlı insanların gündəlik qida normaları və onların qida 
dəyəri 
Qida maddələri 
Yaş və cinsi 
60-74 yaş 
75 yaş və yuxarı 
kişi 
qadın 
Kişi 
Qadın 
Zülal, q: cəmi 
69 
63 
60 
57 
o cümlədən 
heyvan mənşəli 
38 
35 
33 
31 
yağlar, q 
77 
70 
67 
63 
Karbohidratlar, q 
333 
305 
290 
275 
Vitaminlər, mq:  
 
 
 
 
Tiamin  
1,4 
1,3 
1,2 
1,1 
Riboflavin  
1,6 
1,5 
1,4 
1,3 
Niasin ekvivalent  
15 
14 
13 
12 
Askorbin turşusu  
58 
52 
50 
48 
Enerji dəyəri, 
kkal/kDj 
2300/9623 
2100/8786 
2000/8368 
1900/7950 
 
 Yaşlı  insanlar  üçün  nişasta  və  asan  mənimsənilən  oliqo  və 


272
 
monosaxaridlərin, xüsusilə şəkərlərin məsləhət görülən nisbətinə 
əməl  olunması  vacibdir.  Onları  gün  ərzində  35-50q-dan  artıq 
istifadə etməyə icazə verilmir, həm də bu doza 3-4 dəfəyə veril-
məlidir.  Qənnadı  məmulatlar,  şirin  şirələr  (üzüm  və  s.)  və  asan 
mənimsənilən karbohidratların istifadəsi məhdudlaşdırılmalıdır.  
Şirələrin lətlə birlikdə rasiona daxil edilməsi daha məqsəduy-
ğundur. Nişasta mənbəyi kimi yarma və un məmulatları, həmçinin 
ballast maddələri (məsələn, qarabaşaq, yulaf və s.) kobud üyünmə 
ununun  çörəyi  (əgər  mədə-bağırsaq  xəstəliyi  yoxdursa)  istifadə 
edilə bilər. Yaşlı insanların rasionunda qiymətli karbohidrat mən-
bəyi təzə və ya bişmiş formada olan meyvə, tərəvəz və giləmeyvə 
ola bilər. Belə ki, onlar maddələr mübadiləsini stimullaşdıran və 
toxumalarda xolesterinin toplanmasına əks təsir göstərən bir sıra 
komponentlərə malik olur.  
Yaşlı insanlarda vitaminlərə olan təlabat artmış olur. Bu qida 
maddələri  yaş  artdıqca  maddələr  mübadiləsinin  aktivləşdirilmə-
sində  və  orqanizmin  müdafiə  sisteminin  stimullaşmasında  daha 
böyük əhəmiyyət kəsb edir. Yaşlı insanların qida rasionuna sərbəst 
oksidlıəşdirici radikalların toplanmasına mane olan antioksidləş-
diricilərin  (askorbin  turşusu,  bioflavonoidlər  və  tokoferolların) 
daxil edilməsinə xüsusi diqqət verilməlidir.  
Bir çox vitaminlər antisklerotik (askorbin turşusu, piridoksin, 
kobalamin,  foli,  panqam,  pantoten  turşuları,  xolin,  inozit)  təsirə 
malik olur. 
Yaşlı insanların qidalanmasında vitaminlərin qiymətli mənbə-
yi itburnu həlimidir. 
Yaşlı insanların mineral mübadiləsində çox vaxt pozulmalara 
rast gəlinir. Qan damarlarının divarlarında, oynaqlarda, qığırdaq-
larda, digər toxumalarda kalsium duzlarının toplanması müşahidə 
olunur. Bu zaman sümüklərin bu mineral maddələrlə kasadlaşması 
baş  verir.  Nəticədə  sümüklər  məsaməli  və  kövrək  olurlar.  Bu 
pozulma sümüyün kalsium ilə zülal əsası arasındakı uyğunluğun 
pozulması və eyni zamanda insan orqanizminin bu elementi qida-
dan mənimsəmə qabiliyyətininin aşağı düşməsi ilə əlaqədardır.  
Kalsiuma olan gündəlik təlabat 800 mq təşkil edir. Yaxşı olar 


273
 
ki, qidalanmaya asan mənimsənilən süd və süd məhsullarında olan 
kalsium  daxil  edilsin.  Burada  kalsium  fosforla  əlverişli  nisbətdə 
olur. Fosfora gündəlik təlabat 1000-1500 mq-dır. 
Yaşlılarda maqnezium, xüsusi əhəmiyyət kəsb edir. Çünki o, 
damar genişləndirici effektə malik olub, damarların sıxılmasının 
qarşısını alır.  
Bununla yanaşı maqnezium bağırsağın funksiyasını, öd ayrıl-
masını stimullaşdırır və qanda xolesterinin miqdarının azalmasına 
kömək edir.  
Müəyyən edilmişdir ki, qanda maqneziumun miqdarının azal-
ması nəticəsində qan damaralarının divalarında kalsiumun miqdarı 
artır. Maqneziuma gündəlik təlabat 400 mq təşkil edir. 
Yaşlı  insanlar  üçün  maddələr  mübadiləsində  vacib  rolu  kal-
sium oynayır. Belə ki, o, orqanizmdən şlakların kənar olunmasına 
köməklik edir, ürək əzələlərinin normal fəaliyyəti həmçinin digər 
orqan və sistemlər üçün vacibdir. Kalsiuma gündəlik təlabat 4000 
mq təşkil edir. 
Rasionda  xörək  duzunun  normasına  da  nəzarət  etmək  çox 
vacibdir, çünki onun artıqlığı arterial təzyiqi artırır. Buna görə də 
seld, brınza və digər duzlu məhsullar əvvəlcədən suda isladılmalı-
dır. Qidanı duzlamaq olmaz. Duzlu konservləşdirilmiş məhsulla-
rın  istifadəsini  məhdudlaşdırmaq,  dadı  yaxşılaşdırmaq  üçün  isə 
üzvi turşu mənbələrindən, o cümlədən süd turşusu (alma, limon) 
məhlullarından və zərdabından istifadə olunmalıdır.  
Yaşlılarda yaşla bağlı dəmirin qıtlığı əmələ gəlir. O, birtərəfli 
süd-bitki pəhrizi zamanı əmələ gələ bilər. Belə ki, süd və süd məh-
sulları  bu  mineral  maddələrlə  kasaddır.  Bitki  məhsullarından  isə 
dəmir pis mənimsənilir. Dəmirin orqanizmdə çatışmazlığı sorulma 
prosesinin pozulması zamanı baş verə bilər. Qocalma zamanı mə-
də şirəsinin ifrazı zəifləyir və onun turşuluğu azalır. Yaşlı insan-
larda dəmirə olan gündəlik təlabat, cavan vaxtda olduğu kimidir: 
kişilər üçün 10 mq, qadınlar üçün isə 18 mq. Yaxşı mənimsənilən 
dəmirin mənbəyi ət, yumurta sarısı, dənlilər, paxlalılardır (askor-
bin turşusu mənbələrindən eyni vaxtda istifadə edilmə şərtilə). 
Yod  bir  qayda  olaraq,  aterosklerozun  inkişafına  mane  olur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə