Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   81   82   83   84   85   86   87   88   ...   116

274
 
Buna  görə  yaşlı  insanların  rasionuna  də  yod  mənbələrinin  daxil 
edilməsi qalxanvari vəzin funskiyasının zəiflədiyi bir vaxtda xü-
susilə böyük əhəmiyyət kəsb edir.  
Yoda gündəlik təlabat 0,1-0,2 mq-dır. Onun zəngin mənbələri 
balıq və qeyri-balıq dəniz məhsullarıdır.  
Yaşlı insanların rasionunun mineral tərkibinin ümumi istiqa-
məti qələvi yönümlü olmalıdır ki, süd və süd məhsulları, həmçiin 
meyvə-tərəvəz məhsullarının istifadəsi təmin edilə bilsin.  
Bununla əlaqədar olaraq, rasionda lipotrop maddələrin səmə-
rəsini  aşağı  salan  maddələr  mənbəyi,  eyni  zamanda  antiqida  və 
toksin xüsusiyyətinə malik olan maddələrin (məsələn: göbələklər, 
yağlı qarnirlər, kəskin sous və qəlyanaltılar, hisə veriliş məhsullar, 
marinadlar)  istifadəsini  məhdudlaşdırmaq  lazımdır.  Çünki  belə 
maddələr mədə-bağırsaq sisteminin selikli qişasını və sidik kanal-
larını qıcıqlandırır. 
Rusiya Tibb Elmləri Akademiyasının Qida İnstitutu tərəfindən 
yaşlı  insanlar  üçün  gündəlik  məhsulların  təxmini  çeşidi  işlən-
mişdir (cədvəl 4.2). 
Cədvəl 4.2 
Yaşlı insanlar üçün təxmini gündəlik məhsul çeşidi 
Məhsulun adı 
Kütlə, q 
Yağsız ət sortları 
170 
Balıq 
35 
Süd, qatıq 
400 
Yağsız şor 
70 
Meyvələr, şirələr 
300 
Yumurta 
25 
Kərə yağı 
10 
10% yağlılığı olan xama 
100 
Bitki yağı 
20 
Şəkər 
35 
Çovdar, buğda çörəkləri 
300 
Buğda unu 
63 
Yarma (qarabaşaq, yulaf, manna) 
63 
Kartof  
200 
Tərəvəz 
640 
Pendir  
18 


275
 
Yaşlı  dövrdə  qidalanma  rejimi  böyük  əhəmiyyət  kəsb  edir. 
Çünki o, həzm prosesinin sekretor və ferment fəaliyyətinin pozul-
masına qarşı profilaktikasına köməklik edir. Yaşlı və qoca insanlar 
üçün böyük olmayan qida porsiyaları gün ərzində 4-5 dəfə qəbul 
edilməlidir. 
Dörd dəfəlik qidalanmada rasionun enerji dəyəri və onda olan 
nutrientlərin miqdarı aşağıdakı qaydada bölünür: ilk səhər yeməyi-
25%, ikinci səhər yeməyi-15%, nahar-35%, şam-25%. Şam yemə-
yində xörəklərlə yüklənmə olmamalıdır. O yeməklər həzm kana-
lında uzun müddət ləngiyən qida maddələri olmamalıdır. Bu şam 
yeməyi yatmağa 2 saat qalanadək həyata keçirilməlidir. 
Qidanın mətbəx işlənməsinə xüsusi fikir verilməlidir. Qıcqır-
madan  kənar  qaçmaq  lazımdır,  çünki  bu  zaman  əmələ  gələn 
birləşmələr həzm sisteminin işini çətinləşdirir. 
 
4.1.2. Qocalan orqanizmin yaş xüsusiyyətləri nəzərə 
alınmaqla yaşlı insanlar üçün məhsul texnologiyası 
Hal-hazırda  qida  sənayesinin  alim  və  mütəxəssisləri  tərəfin-
dən  herodietik  qidalanma  məhsullarının  (konservlər,  içkilər,  süd 
və  turş  süd  məhsulları,  qənnadı  məmulatları)  texnologiyası  işlə-
nilir. 
Soya  əsaslı  işkilərin  texnologiyası  və  reseptləri  işlənmişdir: 
“Aromatnıy”, “Myatnıy”, “Sitrusovıy”, “Çaynıy”. İçkilərin hazır-
lanması üçün əsas kimi soya və digər təbii aşqarlar məsələn bal, 
vanilin,  nanə,  qurudulmuş  limon  və  ya  portağal  qabığı,  çay  və 
şəkərdən  istifadə  edilir.  Əsas  tərkib  hissəsi  soya  (süd)  olub, 
soyanın toxumundan alınan zülal məhsuludur.  
Zülalın  keyfiyyətinə  görə  soya  inək  südünə  yaxındır.  Soya 
əsası laktoza, xolesterin və süd zülalı kompleksinə malik olmur. 
Onlar adətən uşaqlarda və böyüklərdə allerqiya yaradır. Buna görə 
də soya əsası, yaşlı insanlar üçün mətbəx məmulatı hazırlayərkən 
inək südünü əvəz etmək üçün məsləhət görülür.  
Ağbaş  kələmin  sublimasiya  üsulu  ilə  qurudularaq  quru  şirə 


276
 
alınması texnologiyası təklif olunmuşdur. Texnoloji sxem aşağı-
dakı əməliyyatları özündə birləşdirir: qoruyucu yarpaqların kənar 
edilməsi,  başların  yuyulması  və  xırdalanması,  şirənin  sıxılması, 
süzgəcdən  keçirilməsi,  kriokonsentrasiyalaşdırma,  dondurulma, 
sublimasiya qurutması, doldurma və qablama. 
Askorbin  turşusunun  itkisi  ≤ 33 − 37%, U-vitamininki-12-
14%, əvəzolunmayan turşuların cəmi isə 6-7% təşkil edir.  
Sublimasiya  ilə  qurudulmuş  kələm  şirəsinin  xoraya  qarşı 
aktivliyinin  kliniki  tədqiqatları  göstərmişdir  ki,  bu  məhsul  mədə 
xorasının və 12 barmaq bağırsağın müalicəsi zamanı effektli təsir 
göstərir. 
Təbii  meyvə-tərəvəz  xammalının  (alma,  yerkökü,  çuğundur, 
qabaq) əsasında profilaktiki desertlər hazırlanmışdır. Bu tozabən-
zər konsentratlar meyvə-tərəvəz püresinin tozlandırılaraq qurudul-
ması ilə alınır.  
Profilaktiki  desertlər  qida  konsentrantının  yeni  növü  sayılır. 
Onların əsas üstünlüyü yalnız yaxşı saxlanması deyil, eyni zaman-
da hazır məhsulun əla dad keyfiyyəti və tez bərpa olunmasıdır.  
Desertin hazırlanması üçün konsentrata içməli su əlavə edib 
yaxşı qarışdırmaq lazımdır. Hazır məhsul qatı konsistensiyalı püre 
olub, konsentratın hazırlandığı təbii xammala məxsus olan dada, 
ətrə və rəngə malikdir.  
Aparılan tədqiqatlar göstərir ki, konsentratlar radioprotektor, 
antioksidant xüsusiyyətlərinə malik olub, enterosopbent kimi, eyni 
zamanda  müxtəlif  xəstəliklərin  profilaktikası  üçün  vasitə  kimi, 
dəmir çatışmazlığından yaranan anemiya probleminin  həlli  üçün 
istifadə edilə bilir.  
Doğranmış ət məhsullarına süd zərdabı əlavə etməklə, hazır-
lanma  texnologiyası  işlənmişdir.  Təklif  olunan  texnologiya  ət 
xörəklərini süd zərdabında olan süd zülalları ilə laktoza, mineral 
maddələr və vitaminlərlə zənginləşdirməyə imkan verir.  
Süd sənayesində istehsalın intensivləşdirilməsinin əsas istiqa-
mətlərindən  biri  bütün  xammal  ehtiyatlarından,  o  cümlədən  süd 
zərdabından  tullantısız  texnologiya  prinsipi  əsasında  istifadə 
edilməsidir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə