Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   79   80   81   82   83   84   85   86   ...   116

268
 
aterosklerozun inkişafına səbəb olur. 
Beləliklə,  yaşlı  insanlar  üçün  rasion  hazırladıqda  bağırsaq 
divarlarının hərəkət  aktivliyini sürətləndirən stimulyatorlarla  ya-
naşı, mütləq oraya asan mənimsənilən məhsullar daxil edilməlidir.  
Həmçinin şlakların və o cümlədən xolesterinin toplanmasına 
əks təsir edən maddələr daxil edilməlidir.  
Yaşlı  insanlarda  assimilyasiya  prosesləri  zəiflədiyinə  görə, 
onlar  kifayət  edəcək  qədər  zülal  (bədən  kütləsinə  görə  1,2-1,0 
q/kq,)  tələb  edirlər.  Zülal  mənbəyi  əsasən  aminlərlə  zəngin  olan 
süd məhsulları (kəskin pendirlərdən başqa) olmalıdır.  
Ət  məhsullarından  yağsız  mal  əti,  toyuq  əti,  dovşan  əti  və 
bişmiş balığın istifadə edilməsi məsləhər görülür. Subməhsullar və 
yumurta  məhdud  şəkildə  istifadə  edilməlidir.  Belə  ki,  onlar 
bişirilərkən də nuklein turşuları ilə zəngindir və xolesterinə ma-
likdir.  Yaşlı  insanların  menyusundan  hisə  verilmiş  kolbasa  və 
balıq çıxarılmalıdır.  
Nəzərdə  saxlamaq  lazımdır  ki,  yaşlı  insanların  qidalanma-
sında zülalın miqdarının normadan aşağı düşməsi ilə orqanizmin 
yoluxmalara qarşı davamlılığı azalır və azot tarazlığı pozulur. Bu 
halda  həm  də  zülalın  miqdarının  artıqlığı  ürəyin,  qara  ciyərin, 
böyrəyin yükünü artırır. 
Yağa  olan  təlabat  0,8-1,0  q/kq-dır  (bədən  kütləsinə  görə). 
Lipid  mənbəyi  kimi  rasiona  triqliserid,  lipotrop  maddələr 
(məsələn,  lesitin)  və  s.  olan  məhsullar  daxil  edilməlidir.  Bitki 
yağlarının payına bütün yağların 1/3 hisəsi düşür. Bununla yanaşı, 
bitki  yağının  payını  qidalanmada  çox  artırmaq  olmaz  çünki,  bu 
həzm prosesini və yağın utilləşməsini mürəkkəbləşdirər, həmçinin 
qalxanvari vəzə mənfi təsir göstərər. Qalxanvari vəzin funksiyası 
yaşlı insanlarda onsuz da zəifləmiş olur.  
Menyuya  mütləq  kərə  yağı  da  daxil  edilməlidir.  Tərkibində 
xolesterin  olmasına  baxmayaraq  o,  lisitin-zülal  kompleksinin 
mənbəyi olub, lipotrop və antiskleroz təsirinə malikdir. Yağların 
istifadəsini  artırmaq  olmaz,  çünki  o,  rasionun  enerji  dəyərini 
artırır,  həzm  sisteminin  fəaliyyətini  çətinləşdirir,  aterosklerozun 
inkişafına səbəb olur, qanın laxtalanmasını artırır.  


269
 
Bitki  mənşəli  zülallar  tamqiymətli  hesab  edilmir.  Çünki, 
onlarda  hər  hansı  aminturşu  ya  olmur  və  ya  çox  az  olur.  Eyni 
zamanda bitki zülallarını tam qiymətli etmək üçün məhsula mütləq 
süd  (məsələn  kartof  püresinə  və  ya  düyü  sıyığına),  makarona 
yumurta  əlavə  olunmalıdır  ki,  unun  tərkibində  olan  zülal  daha 
qiymətli olsun. 
Toyuq  yumurtasının  zülalının  ən  qiymətli  olması  çoxdan 
qəbul olunmuşdur. Şərti şkalaya görə o, 100% qəbul olunmaqla, 
digər  zülallar  bu  ölçü  ilə  müqayisə  olunur.  Eyni  zamanda  çiy 
yumurtanın qidalanmada istifadəsi məsləhət görülmür.  
Çünki yumurta zülalında avidin vardır ki, o, da H vitaminini 
(biotin) parçalayır. Lakin yumurta köpüyündə, bişmiş yumurtada 
(o  cümlədən  ilıq  yumurtada)  avidin  olmur  və  o,  parçalanmaya 
məruz qalır.  
Zülalla zəngin olan qiymətli məhsul süd sayılır. Onun tərki-
bində  zülalın  miqdarı  3%  təşkil  edir.  Quru  süddə  25%,  yağsız-
laşdırılmışda – 37,5% zülal olur. Buna görə də quru süd müxtəlif 
xörəklərə əlavə kimi istifadə edilir.  
İstiqanli heyvanların əti zülal mənbəyi kimi qəbul edilmişdir. 
Ətin  tərkibində  xeyli  miqdarda  digər  qida  maddələri:  yağlar, 
ekstraktiv  maddələr,  makro  və  mikroelementlər  də  mövcuddur. 
İndus vegetarianları hesab edirlər ki, ingilislər dünyanın  yarısını 
ona görə istila etmişlər ki, onlar bir “qaniçən” kimi qanlı bifştekslə 
qidalanmışlar.  
Yaşlı  insanların  ətlə  çox  qidalanmaları  sağlamlıq  üçün 
zərərlidir. Ən asan həzm olunan və mənimsənilən ağ (ev toyuğu, 
dovşan, dana əti, quzu  əti) ətdir. Rasiondan qaz  ətinin,  istənilən 
yaşlı quş və donuz ətinin çıxarılması vacibdir.  
Bitki  zülalını  yaşlı  insanlar  rasionda  paxlalı  dənlər,  noxud, 
mərcimək istifadə etməklə qəbul etməlidirlər. Bu zaman paxlalıla-
rın müvafiq texnoloji işlənmələri olmalıdır. Məsələn, sürtkəcdən 
keçirilmiş  noxud  şorbası,  noxud  unundan  və  ya  paxladan  hazır-
lanan kotletlər, noxud püresi və s. 
Məlumdur ki, paxlalı bitkilər qaz əmələ gəlməsinə səbəb olur 
ki, bu da diafraqmaya, ürəyə qeyri-normal təzyiqin yaranmasına 


270
 
gətirib çıxarır. 
Yuxarıda  qeyd  olunan  xörəklərə  müalicəvi  otlar  qatmaq 
məsləhət görülür ki, bu da artıq qıcqırmanın qarşısını alır. Belə ki, 
noxuda mərzə va ya zirə, paxlaya-kəkotu qatılır. Qaz adətən qida 
qəbul edildikdən 1 saat sonra əmələ gəlir. Bu, ona görə baş verir 
ki, zülalın həzm olması üçün tripsin fermenti lazımdır. Paxlalılar 
isə tripsini neytrallaşdıran maddəyə malik olur.  
Paxlalılar  zülaldan  başqa,  qiymətli  sellülozaya,  B  qrupu 
vitaminlərinə, makro və mikroelementlərə malik olur.  
Paxlalılarda  olan  fitinlər,  mineral  maddələrin  mənimsənil-
məsini  çətinləşdirir,  ona  görə  də  ancaq  sağlam  yaşlı  insanlar 
qidalanmada, noxud, paxla və mərcimək istifadə edə bilərlər.  
Müxtəlif kilsə rahiblərinin sağlamlığı üzərində aparılan müşa-
hidələr göstərmişdir ki, qidalanmada xeyli miqdarda paxlalılar qə-
bul  edilməsi  onlarda  xolesterinin  miqdarının  müəyyən  olunan 
normadan artıq olmamasına səbəb olur.  
Çörək  məmulatlarında  da  zülal  vardır.  O,  daha  çox  kobud 
üyünmə ilə alınan unda olur və həmin buğdadan hazırlanmış kökə, 
nisbətən  pis  həzm  olunması  və  tərkibində  olan  fitinin  qaz  yarat-
ması  ilə  fərqlənir.  Buna  görə  də  belə  undan  hazırlanan  çörəyin 
səhər yeməyi zamanı istifadəsi, buğda unundan hazırlanan çörəyin 
istifadəsi isə şam yeməyində məsləhət görülür.  
Pendirlər  ağır  məhsullara  aid  olub,  yaşlı  insanlar  onu  ancaq 
səhər yeməyi zamanı istifadə etməlidirlər. 
Şam yeməyinə şor və təzə tərəvəz və ya quru bitki ədviyyələri 
qatılmış  (məsələn,  zirə,  mərzə,  ardıc  5:1:1  nisbətində)  pendir 
yemək olar. Belə əlavələr bağırsaqda gedən qıcqırmanı azaldır və 
ya aradan qaldırır. Süd məhsulları Ca, Mg, Kr, P və D vitamini 
üçün yaxşı mənbə sayılır. Məlumdur ki, kalsium ən yaxşı süddən 
və süd məhsullarından mənimsənilir. Pendirdə kalsiumun miqdarı, 
şordakından artıq olur. Belə qəbul  olunmuşdur ki,  yaşlı insanlar 
üçün 1 kq kütləyə 1,5 q zülal lazımdır. Bu onunla əlaqədardır ki, 
zülal  maddələrinin  çox  hissəsi  yaşlı  insan  orqanizmi  tərəfindən 
mənimsənilmir. Həm də məlumdur ki, zülal çatışmazlığı kimi heç 
nə  insanın  qocalmasına  səbəb  olmur,  çünki  zülalların  hesabına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə