Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə18/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

 
66
Heykəl və  rəsm kulturu. Indiyəcən basırıq divarlarında 
qalmış m.ö. VI-V əsrlərə aid rəsm  əsərləri alabəzək boya-
ları, müxtəlif mifik, dini və real etnoqrafik bayram, şülən, 
yas səhnələri ilə diqqəti çəkir. Sonrakı yunan-latın dönəm-
lərində monumental heykəllərə önəm verilməsi etrusk top-
lumunda görünmür. Onlar qranitdən böyük 
büst və bütöv boylu heykəllər deyil, daha 
kiçik görkəmli fiqurlar düzəltməyə üstün-
lük vermişlər. Lakin adda-budda böyük et-
rusk heykəllərinə də rast gəlmək olur, özəl-
liklə tuncdan tökmə böyük heyvan fiqurları 
daha cox yayılmışdı. 
 
 
Etrusk sənətkarları monumental mərmər heykəllər yarat-
mağa meyl etməmiş, daha çox kiçik ölçülü fiqurlar düzəlt-
məyə, etrusk toplumunun çox sevdiyi rəngarəng, alabəzəkli 
 
66


 
67
boyalarla süslənmiş  sənət  əsərləri yaratmışlar. Etrusklarla 
birlikdə toplumun hörmət etdiyi rəssamlar, heykəltəraşlar, 
musiqiçilər, yazarlar, bir sözlə, yaradıcı insanlar da əriyib 
getdi. Ançaq etrusk soylu italiyanların içində  sənətkara 
qayğı, sənət  əsərinə sevgi duyğusu  əsrlərlə yaşadı. Tarixi 
şəxsiyət olan Avl Mesenat da onlardan biri idi.  
Etruskların  ədə-
biyat, səhnə  əsər-
ləri haqqında tarixi 
bilgi olmasa da, do-
layı  məlumatlardan 
bəlli olur ki, ədəbi-
yat da, teatr da var-
mış. Belə ki, bəzi 
sarkofaqlar üzərindəki rəsmlər içərisində yunan tragediyala-
rından verilən bəlli səhnələr teatrla tanışlığı  əks etdirirsə, 
Varronun m.ö.II əsrdə Volnius adlı birinin yazdığı tragedi-
yanı xatırlaması etrusk dramaturgiyasının mövcudluğundan 
xəbər verir. Romalı aktyorlar içində etruskca “oyunçu” an-
lamında ister sözündən yaranmış histrion adlanan oyunçular 
vardı ki, onlar xalq şənliklərində Bakı meyxanaçıları kimi 
gülməli qoşuqlar (şeir) deyirdilər. Sonralar belə qoşuqların 
əsasında İtaliyada satira janrı yaranmışdır. 
 
 
67


 
68
Etrusk dini görüşləri sonrakı latın yazarlarının əsərlərində 
yer alsa da, bədii ədəbiyatla bağlı bunu söyləmək olmur. Tit 
Liviy yazır ki, indi romalı uşaqlar yunan elmini öyrəndikləri 
kimi, bəlgələrə görə keçmişdə  də etrusklardan savad öyrə-
nirmişlər.
19
Musiqi və rəqs kulturu. Etrusk rəssamlarının çəkdiyi şə-
killərdə musiqiçilərə və rəqs edənlərə geniş yer verilmişdir. 
Hər şeydən öşcə, etrusk rəsq səhnələri içində yallı oyunları 
diqqəti çəkir. Bununla yanaşı, ayrıca rəqs edənlərin  əl-qol 
hərəkətləri Azərbaycan dərviş oyunlarını və özbək rəqslərini 
xatırladır.
 
 
                                                           
19
 Ливий, IX, 36, 3. 
 
68


 
69
Məişət nəsnələri, keramik qablar, basırıq divarları üzərin-
də çəkilmiş şəkillərdən belə görünür ki, etrusklar şənliklərdə 
olduğu kimi yas törənində də musiqidən istifadə edirmişlər. 
Ayrıca nəğmə  mətnləri, poetik janr örnəkləri qalmasa da, 
bəzi qısa yazılarda ritm yaradan qafiyələrə rast gəlmək olur. 
Lakin hələlik etrusk dilinin şifrəsi açılmadığından belə şeir 
örnəkləri haqqında qəti fikir söyləmək olmur. 
Əlimizdə olan təsviri sənət əsərləri göstərir ki, etruskların 
bayram və şənlik məclisi, şülən-banketləri, idman yarışları, 
dini mərasimləri və hətta yas törənləri musiqisiz ötüşmürdü. 
Musiqiyə verilən belə önəm toplumda talantlı musiqiçilərin 
yetişməsi, mahir sənətkarların ortaya çıxması üçün əlverişli 
şərait yaradırdı. Savaşda istifadə olunan yüksək səsli borular 
 
69


 
70
misdən və dəmirdən hazırlanırdı. Çeşidli çalğı alətləri sıra-
sında fleyta, ikibaşlı tütək, sinc, zurna, qaval, zınqrov kimi 
müxtəlif melodiyaları səsləndirə bilən alətlər görünür.  
Etrusk divar rəsmlərində ov ovlama, balıq tutma səhnələri 
gösrərir ki, onlar ovçuluq, balıqçılıqla da məşğul olurmuş-
lar. İtlə qaban, maral, dovşan və quş ovuna həm piyada, həm 
də atla çıxan etrusklar ov etməyi çox sevirdilər. Qaynaqlara 
görə, hətta bəzi heyvanları tora salmaq üçün tütəklə səslənən 
melodiyadan, ovsunlayıcı musiqidən də istifadə olunurmuş.  
Rəqs səhnələrilə yanaşı, etrusk atletika, güləş, üzgüçülük, 
yumuruq döyüşü təsvirləri də geniş yayılmışdı. Bu səhnələr 
etrusk toplumunda idmana böyük önəm verildiyini göstərir. 
Çox güman ki, qladiator döyüşü və bugün də davam edən 
Roma güləş növü etrusklardan qalma qaydaları saxlayır. 
 
70


 
71
ETRUSK DILI 
 
Hər bir dilin özəl fonemlər sistemi (səs quruluşu), leksikası 
(söz dağarcığı), qramer qurulrşu olur. Etrusk dilini öyrənmək 
üçün dilin ayrı-ayrı qatlarını araşdırmaq lazım gəlir. Üstəlik 
bu dilin yayıldığı bölgələrin dialekt özəlliyi, yazı qaydaları 
da diqqətə alınmalıdır.  
Yazı örnəkləri olsa belə şifrəsi açılmamış bir ölü dilin di-
alekt özəlliklərinə  şərh vermək zor işdir. Doğrudur, bugün 
Toskanada yaşayan etruskların bioloji-genetik varisləri ital-
yan dilində danışakən sözləri fərqli tələffüz edə bilər, lakin 
bunun etrusk dilinə yox, italyan dilinə dəxli var. Adilə xanım 
Aydanın yazdığına görə, bu bölgədə (k) səsi x kimi deyilir 
və bu özəllik gorgia toscana (toskana qırtlağı) adlanır.
20
 
Et-
rusk yazılarında eyni adın, sözün müxtəlif yazılış fopmaları 
aydın göstərir ki, bunların müəyən hissəsi dialekt fərqlərilə 
bağlıdır. Uzmanlar etrusk dilinin güney və quzey dialektləri 
olduğunu söyləyir. 
Leksika. Dildə  işlənən sözləri bildirdiyi anlamlara görə 
qruplara ayırıb öyrənməklə bu dilin hansı dil ailəsinə bağlı 
olduğunu müəyən etmək asanlaşır. Bu baxımdan, etruskcada 
mifoloji anlam daşıyan, tanrıadı (teonim) kimi işlənən və dini 
görüşlə bağlı  bəzi sözlərin müəyən olunması etruskologiya 
elminin uğurlarından sayılmalıdır. Uzmanlar etrusk yazıla-
rında işlənən ais (sonralar eis) və cəm halda aisar sözünün 
“tanrı” anlamı daşıdığını söyləyir. Maraqlıdır ki, eyni durum 
Skandinav xalqlarının dilində  də özünü göstərir. Özəlliklə, 
island dilində tanrı anlamında æs [au:s], cəmdə æsir sözü iş-
lənir.
21
 
Döğrudur, skandinav dillərindəki as sözü Avropanın 
quzey-batı bölgələrinə Asiyadan gəlmiş qədim as//az boyları, 
                                                           
20
 Ayda, 1987, 232. 
21
 Исландско-русский словарь. М. 1962, 49. 
 
71


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə