Fizika-1Qacarallnsonjavad layout 1


səhifə36/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

Tornado və siklon 
İspan dilində fırlanan mənasını verən tornado ölçüləri şaquli istiqamətdə 10 km, üfüqi istiqamətdə 50 km
ətrafında olan, böyük sürətlə fırlanan, güclü tufanla müşayiət edilən dəhşətli burulğan hadisəsinə deyilir. Təbiətdə
baş vermiş güclü tornadolar ildə yüzlərcə insanın həyatına son qoyur. Güclü tornado tonlarla ağırlığında olan
maşınları, evləri, hətta dənizin suyunu belə havaya qaldıra bilir. Fil xortumu, konus, qıf, boru və s. şəkillərdə olur.
Tornado Yerin quru və ya su səthində yarana bilər. Dənizdə yaranan tornado Yerin quru səthinə doğru hərəkət edir.
Tornado böyük dağıdıcılıq qabiliyyəti ilə seçilir. Onun Yerdən qaldırdığı daş, qum, əşya qırıntıları və su damcıları
sonradan yağış şəklində Yerə tökülür. Burulğanın əmələ gəlməsinin səbəbləri sona qədər öyrənilməmişdir. Lakin
onun nəzərə çarpan məxsusi cəhətlərini göstərmək olar. Tornado əsasən üç mərhələdə baş verir. Birinci mərhələdə
qara buludlu səmadan Yer səthinə doğru uzanmış qıfşəkilli boru yaranır. Qıfın içərisində soyuq hava bulud
təbəqəsinin aşağı hissəsindən aşağıya, Yerin quru, yaxud su səthindən isə isti hava yuxarıya hərəkət edir. Bu sistemin
potensial enerjisi hava molekullarının fırlanma kinetik enerjisinə çevrilir. İkinci mərhələdə tornadonun fırlanma
sürəti maksimum qiymətə çatır. İntensiv olaraq hava yuxarıya can atır, tornado böyük sürətlə müəyyən bir istiqamətdə
hərəkət etməyə başlayır. Bu zaman o, Yer səthində qarşısına çıxan hər şeyi yuxarı qaldırır. Üçüncü - yekun mərhələdə
132
http://az.wikipedia.org/wiki/Tornado
Tornado həmişə şimşək və ildırım çaxması ilə müşayiət olunur.


tornado zəifləyir, o, Yerin quru və ya su səthindən ayrılaraq əvvəlki buludlu səmaya qayıdır. Yerin şimal yarımkürəsində
tornado zamanı havanın fırlanması saat əqrəbinin əksi istiqamətində baş verir. Lakin bəzən fırlanmanın istiqamətinin
dəyişməsi halı da müşahidə edilir. Hər bir tornado özünü nəhəng tozsoran maşın kimi göstərir. O, qarşısına çıxan hər
şeyi sorur və havaya qaldırır. Onun yük və ya minik avtomobilini və hətta dəmiryol vaqonunu yerindən götürüb başqa
yerə atması halları müşahidə edilmişdir. Hətta o da məlumdur ki, tornado kiçik bir gölün suyunu axıra qədər sormuş və
havaya qaldırmışdır. Tornado keçən yerlərdə qapısı bağlı evlər partlayır, divarlar uçur, qablardakı sular fəvvarə ilə
çıxaraq ətrafa səpələnir. Tornadonun dağıdıcılıq qabiliyyəti yaranmış təzyiqlər fərqindən asılıdır. Tornadonun
parametrlərini təyin etmək üçün mükəmməl üsul müəyyən edilməmişdir. Yerə yaxın olan hissədə onun xortumunun di-
ametri 300-400 m, dəniz səthində isə 20-30 m tərtibində olur. Yerin quru səthi ilə hərəkət edərkən tornadonun diametri
1,5-3 km həddinə çata bilir. Tornadonun daxilində hava axınının sürəti 18 m/s qi ymət ləndirilir. Tornado onu yaradan
buludla birlikdə 20-60 km/saat sürətlə hərəkət edə bilir. Müəyyən edilmişdir ki, radiusu 1 km və orta hərəkət sürəti
70 m/s olan tornadonun enerjisi 1945-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatında sınaqdan çıxarılmış Triniti atom bombasının
gücü tər tibindədir.
1917-ci il mayın 26-da müşahidə edil miş Mattun burulğanı ən böyük yaşama müddətinə malik tornado ol muşdur.
Diametri 0,4 km-dən 1 km-ə qədər dəyişən bu burulğan mövcud olduğu 7 saat 20 dəqiqə ərzində ABŞ ərazisində
500 km məsafə qət etmiş, 110 nəfər insanın dün yasını dəyiş məsinə səbəb olmuşdur. Məş hur tornadolardan biri də
Tristate 
to rna  dosudur. O, yaşadığı 3 saat 30 də qiqə müddətində Ame rikanın Missuri, İllinoys və İndiana ştat larının
ərazisi ilə 350 km məsafə qət
etmişdir. Bu tornadonun diametri
800 metrlə 1,6 km arasında
dəyişmişdir. 
Dünyada ən dağıdıcı tornado
1925-ci il martın 18-də Amerika
Bir ləşmiş Ştatlarında baş vermiş -
dir. Bu zaman eni 1-1,5 km olan
tornado keç diyi  352  km yolda bü -
tün evləri və təsərrüfat tikililərini
uçurub-dağıt mış dır.  Nəticə də  689
nəfər həlak olmuş, 1980 nəfər ya -
ralanmış, 500.000 insan isə ev siz-
eşiksiz  qal mış dır. 
Ümumiyyətlə, Yer səthində ildə
1000-ə qədər tornado müşahidə
edilir. Onların yarısından çoxu ABŞ
əra 
zi 
sində yaranır. Bu tornadolar
əsasən Texas, Oklahoma, Kanzas və
Missuri ştatlarının ərazisini əhatə
edən Tornado xiyabanı adlanan zo-
133


Tornado yolda.
laqda müşa hidə edilir. 
Başqa bir maraqlı hadisə atmosfer burulğanı ilə bağlı olan bir neçə min kilometr ölçülü siklon hadi sə sidir.  Qeyri-
bircins hava okeanında təzyi qin aşağı və yuxarı olduğu mər kəzlər yaranır. Təzyiqin aşağı ol duğu mərkəzlər əsasən
ekvatora yaxın əra zi  lərdə yaranır və ona siklon mər kəz ləri deyilir. Təzyiqin yüksək olduğu mərkəzlər isə qütblərə
yaxın ərazilərdə yaranır və onlar antisiklon mərkəzləri adlanır.
Ən güclü küləklər siklon mərkəzlərindən başlayaraq yaranır. Siklonun mərkəzində 
− aşağı təzyiqli zolaqda atmos-
fer burulğanı əmələ gəlir. Burada hava kütləsi yayşəkilli trayektoriya üzrə kənardan mərkəzə doğru böyük sürətlə
hərəkət edir. Getdikcə burulğanın diametri böyüyüb bir neçə min kilometrə çata bilir. Hava axınının sürəti isə 30 m/s
həddində olur. Belə hava burulğanı siklon adlanır. Qasırğa əsasən isti okean sularının səthində yaranır. İsti okean suyu-
nun buxarlanması nəticəsində yaranan qızmış su buxarı yuxarı qalxaraq yerində aşağı təzyiqli həcm yaradır. Ətrafdakı
hava kütləsi bu boşluğa tərəf hərəkətə başlayıb burulğan əmələ gətirir. Burulğan şimal yarımkürəsində saat əqrəbinin
əksi, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində baş verir. Yuxarı qalxan qızmış su buxarı müəyyən hündürlükdə
soyuyaraq şeh nöqtəsinə çatır və kondensasiya edir. Bu zaman ayrılan enerji ətraf havanı qızdırır və onun yuxarı
qalxmasına, mərkəzdə təzyiqin bir qədər də aşağı düşməsinə və siklonun daha da güclənməsinə səbəb olur. Fırlanan
burulğan ətrafdan daha böyük hava kütləsini özünə cəlb edir. Nəticədə siklon boğazı aşağı çevrilmiş qıf şəklini alır. Onun
daxilində sıx buludlarla əhatə olunmuş, aşağı təzyiqli, işıqlı və sakit şəraiti olan siklon gözü adlanan sahə yaranır.
Qasırğa gözünün ölçüsü 30-60 km, onun əhatə etdiyi ərazinin radiusu isə 1000 km civarında olur. Belə siklon-
lar əsasən tropik qurşaqdan başlayan tropik siklonlar zamanı yaranır. Tropik siklon yarandığı nöqtədən asılı olaraq
şimala, yaxud cənuba tərəf hərəkət edir. Siklon küləkləri qütblərə doğru hərəkəti zamanı Koriolis qüvvəsinin sürətini
artırır və müvafiq isti qamətlərə meyil edir. Yerin quru səthində dağlıq və çökəklikdən ibarət olan ərazilər küləyin
hərəkətini bir qədər zəiflədir. Lakin okean səthinə çat dıq da dərhal hədsiz dərə cədə güclənib siklona çevrilir.
Güclü siklonlar sahil boyu ərazini dağıdıb viran qoya bilir. Siklon yağışla mü şayiət edil dikdə daha da dəhşətli olur.
134


Yüklə

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə