Təbii işıq iki dielektrik mühitlərin sərhədinə düşdükdə qayıdan (əksolan) və sınan şüalar
qismən polyarlaşmış olur. Əgər düşmə bucağı (
i
rəqslər üstünlük təşkil edir (5.1) münasibəti Bruster qanunu,
i
b
– bucağı isə tam polyarlaşma
bucağı olub, Bruster bucaq adlanır. Qayıdan şüanın polyarlaşması effekti kosmosdan dəniz səthi
üzərində neft təbəqəsini aşkar etmək üçün istifadə olunur. Optik anizatrop mühitdən keçdikdə
işığın polyarlaşması böyük praktiki əhəmiyyətə malikdir. Optik anizatropluq dedikdə mühitin
optik xassələrinin istiqamətindən asılılığı nəzərdə tutulur. Şəffaf kristalın çoxu (island şpatı,
turmalin, kvars və s.) optik analizatordur. Bu cür mühitlərdə işıq sürəti və deməli, sındırma
əmsalı müxtəlif istiqamətlərdə eyni olmadığından, onlarda qoşa şüasınma hadisəsi bas verir.
İşıq iki şüaya ayrılmış olur. Sınan şüalardan birinin (O şüası) istiqaməti sınma qanunlarına
uyğundur. Bu şüa adi şüa adlanır,
e
şüasının istiqaməti məlum sınma qanunlarına uyğun gəlmir
və bu şüa qeyri-adi şüa adlanır. e-Şüası üçün sındırma əmsalı kristalda istiqamətindən asılı
olduğu halda (
n
e
), o-şüası üçün
n
0
asılı deyil. O və e
şüalarının sürətlərinin üst-üstə düşdüyü istiqamət
kristalın
optik oxu
adlanır, bu ox boyunca şüanın
ayrılması baş vermir.
n
0
>
n
e
olduqda kristal mənfi,
n
0
<
n
e
olduqda isə musbət kristal adlanır.
Polyarlaşma müstəvisinin firlanma istiqamətindən
asılı olaraq optik aktiv maddələr sağa və sola
fırladan olmaqla iki yerə ayrılır. Şüaya qarşı
baxdıqda sağa fırladan maddelərdə polyarlaşma müstəvisi saat əqrəbi istiqamətində, sola
firladanlarda isə saat əqrəbinin hərəkətinin əksi istiqamətdə dönəcəkdir. Beləliklə, şüan yayılma
istiqaməti və firlanma istiqaməti sağa fırladan maddələrdə sol vint, sola fırladan maddələrdə isə
sağ vint sistemi əmələ gətirir. Fırlanma istiqaməti (şüaya nisbətən) optik mühitdə şüanın istiqa-
mətindən asılı deyil, buna görə də məsələn, kvars kristalının optik oxu boyunca ondan keçmiş
şüanın, güzgü ilə əks etdirib, onu yenidən kristaldan əks istiqamətə köçürməyə məcbur etsək
onda, polyarlaşma müstəvisinin ilkin vəziyyəti bərpa olunacaqdır.
Polyarlaşma müstəvisinin firlanmasını izah etmək üçün Frenel optik aktiv mühitlərdə çevrə
boyunca sağa və sola polyarlaşmış işığın eyni sürətlə yayılmaması fərziyyəsini irəli sürür. Hər
iki şüa (o və e) qarşılıqlı perpendikulyar müstəvilərdə polyarlaşmış olur. Əgər kristal şüa
udmursa, onun intensivliyi bu iki şüa arasında bərabər bölünmüş olur. İkiqat (qoşa) sındıran
kristallar o- və e-şüalarını müxtəlif cür udurlar. Bu hadisə
dixroizm
adlanır (kristallar–dixroik).
Bu kristallar işıq polyarizatorları kimi istifadə oluna bilərlər (məsələn, turmalin). Geniş yayılmış
və ucuz təbəqəli polyarizatorların (polyaroid) təsiri herapatit maddəsinin dixroizminə əsaslan-
mışdır və artıq 0.1 mm qalınlığında həmin təbəqə o-şüanı udur.
Dostları ilə paylaş: