optik
oxları
deyilir. Bu cür kristallar ikioxlu kristallardır. Bəzi kristallarda hər iki ox bir-birinin
üzərinə düşür.
Həmin kristallar biroxlu kristallar adlanır. Kristalın optik oxları yerləşmiş müstəviyə baş
kəsik müstəvisi deyilir. Adi şüa baş kəsik müstəvisinə perpendikulyar müstəvidə polyarlaşır.
Deməli, adi süanın rəqsləri optik oxa perpendikulyar olduğu halda, qeyri-adi şüanın rəqsləri
optik oxa paralel olur. Turmalin kristalında adi şüa qeyri-adi şüaya nisbətən çox udulur. Ona
görə də turmalin kristalların 1 mm qalınlığında adi şüa tamamilə udulur, kristaldan keçən təbii
şüadan qeyri-adi şüa qalır. Turmalin lövhəsinin bu xassəsindən istifadə edərək onu polyarizator
kimi işlədirlər. Bu xassəsi ilə polyaroid turmalin kristalına oxşayır. Polyaroid şəffaf təbəqə
üzərində düzülmüş kerapatit kristallardan hazırlanır. Belə polyaroid həm polyarizator, həm də
analizator kimi işlədilir. Belə polyarlaşdırıcıdan biri də Nikol prizmasıdır.
Nikol prizması
Yüksək keyfiyyətli polyarizator Nikol prizmasıdır. Nikolun iş prinsipi island şpatında
qoşaşüasındırma hadisəsinə əsaslanır. Bütöv kristaldan prizma kəsilir, o iki yerə bölünür və
sındırma əmsalı
n
0
<
n
<
n
e
olan kanada balzamı ilə yenidən bir-birinə yapışdırılır.
Kanada balzamının sındır-ma əmsalı (1.550), adi şüanın sindirma əmsalı (1.64), qeyri-adi
şüanın sındırma əmsalı (1.49) olduğundan, balzam üzərinə düşən adi şüa tam daxili qayıtmaya
məruz qalır və prizmadan kənara çıxır. Qeyri-adi şüa isə kristaldan keçir və müstəvi polyarlaşmış
işıq kimi istifadə olunur. Qeyri-adi şüa üçün balzanın sındırma əmsalı kiçik olduğundan həmin
şüa nisbətən sınır və təxminən düşən S şüasının istiqamətində prizmadan çıxır. Nikol prizmasının
yan səthləri qaralandığından adi şüa udulur və nəhayət təkcə qeyri-adi şüa qalmış olur. Belə bir
prizmadan həm analizator, həm də polyarizator kimi istifadə etmək mümkündür. Əgər iki Nikol
göturub onları təbii şüanın yolunda baş kəsik müstəviləri paralel olmaq şərtilə qoysaq, ekran
üzərində işıqlanma, bas kəsiklərə perpendikulyar olduqda isə ekran uzərində qaranlıq alarıq. O
şüası yapışma yerinə tam qayıtma bucağından böyuk bucaq
altında düşdükcə tam qayıtmaya məruz qalır və prizmadan
kənara çıxır.
e
-Şüası kristaldan keçir və müstəvi
polyarlaşmış işıq kimi istifadə olunur.
Dostları ilə paylaş: |