Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

K. hələ indiyəcən olduğu yerə əməlli-başlı baxmamışdı və yalnız ətafındakı çoxlu taxta 
qapılardan biri açılanda, içəri baxdı. Çox güman ki, K.-nın hündürdən danışdığını eşitmiş bir 
qız içəri girib soruşdu: 
– Cənab nə istəyir? 
Onun arxasındakı uzaq yarıqaranlıqdan bir kişi onlara tərəf gəlirdi. K. məmura baxdı: axı o 
demişdi ki, K. ilə heç kəs maraqlanmayacaq, ancaq artıq ikisi gəlmişdi və bir azdan da bütün 
məmurlar yığışacaq, nəyə gəldiyini soruşacaqlar. Yeganə başadüşülən bircə bəhanəsi vardı ki, 
müttəhimdir, növbəti istintaqın vaxtını öyrənmək istəyir, ancaq məhz indi belə bir izahat 
vermək istəmirdi – ən çox da ona görə ki, bu da həqiqətə uyğun deyildi, çünki yalnız maraq 
ucundan gəlmişdi ki, bu məhkəmənin daxilinin də zahiri kimi iyrənc olduğunu öz gözləri ilə 
görsün və bunu da açıq deyə bilməzdi. Deyəsən, düz fikirləşibmiş, çox da dərinə getmək 
olmazmış, onsuz da indiyəcən gördükləri kifayət edirdi, bu anda qapıların birindən çıxacaq 
hər hansı yüksək çinli məmurla üzbəüz dayanmaq iqtidarında deyildi, çıxıb getmək istəyirdi
özü də məmurla, lazım gəlsə, lap tək də... 
Ancaq susub dayanması, deyəsən, diqqəti cəlb eləmişdi, çünki qız da, məmur da ona elə 
baxırdılar ki, sanki indicə K.-da nəsə böyük bir dəyişiklik baş verəcəkdi və onlar da bu anı 
gözdən qaçırmaq istəmirlər. K.-nın bayaq uzaqdan gördüyü kişi də artıq qapının ağzında 
dayanmışdı və alçaq qapının üst tirindən yapışaraq səbri tükənmiş tamaşaçı kimi 
barmaqlarının ucunda yırğalanırdı. Ancaq qız hamıdan əvvəl hiss etdi ki, K.-nın bu hərəkəti 
onun özünü nəsə pis hiss etməsi ilə bağlıdır və gedib bir kreslo gətirdi: 
 
– Bəlkə oturasınız? – dedi. 
K. o dəqiqə oturdu və daha etibarlı olsun deyə qollarını onun söykənəcəyinə qoydu. 
– Başınız hərlənir? – deyə qız soruşdu. Sifəti K.-ya lap yaxınlaşmışdı və onda bəzi qadınların 
gəncliyinin çiçəkləndiyi dövrə məxsus bir ciddilik vardı.  
– Buna fikir verməyin, – dedi qız, – burda qeyri-adi heç nə yoxdur, birinci dəfə gələnlərin, 
demək olar ki, hamısı bu vəziyyətə düşür. Bura birinci dəfədir gəlirsiniz? Yaxşı, deməli burda 
qeyri-adi heç nə yoxdur. Günəş damı yandırır, oda dönən taxtalar da havanı ağırlaşdırır, nəfəs 
almaq olmur. Ona görə də, bir çox üstünlüklərinə baxmayaraq, bura dəftərxana üçün yaramır. 
Ancaq havası... Gündüzlər gəlib-gedən çox olduğu üçün – hər gün də belə olur – nəfəs almaq 
çətinləşir. Nəzərə alsanız ki, qurutmaq üçün yuxarı hər cür paltar asırlar – bunu 
kirayənişinlərə yasaq etmək olmaz – onda birdən-birə özünüzü pis etməyiniz sizi heç də 
təəccübləndirməyəcək. Ancaq belə havaya çox tez öyrəşirsən. İkinci, üçüncü dəfə gələndə, 
daha boğulmayacaqsınız. İndi özünüzü bir az yaxşı hiss edirsiniz? 
K. cavab vermədi. Qəfil zəifliyin onu bu adamlardan asılı vəziyyətə salmasına çox dilxor 
olmuşdu və üstəlik, özünü pis etməsinin səbəbini öyrənəndən sonra, yaxşılaşmaq əvəzinə, bir 
az da pisləşmişdi. Qız bunu o dəqiqə hiss etdi, divara söykədilmiş qarmağı götürüb K.-nın 
başının üstündən deşik açdı ki, təmiz hava gəlsin. Ancaq içəri o qədər his doldu ki, qız tez 
deşiyi qapadı, yaylığını çıxarıb K.-nın hisə bələnmiş əllərini təmizlədi. K. elə yorulmuşdu ki, 


özü təmizləyə bilməzdi. Çıxıb getmək üçün güc toplayana qədər məmnuniyyətlə sakitcə burda 
oturardı və bu da o vaxt mümkün olardı ki, yanındakılar onu rahat buraxardılar. Hələ bu azmış 
kimi, qız dedi: 
– Burda qala bilməzsiniz, gediş-gəlişə mane oluruq. 
K. sualedici nəzərlərlə qıza baxdı: yəni hansı gediş-gəlişə? 
– İstəsəniz, sizi tibb məntəqəsinə apararam. Lütfən kömək edin! – qız qapıda dayanmış kişiyə 
tərəf döndü və o da həmin dəqiqə gəldi. Ancaq K. tibb məntəqəsinə getmək istəmirdi , daha 
harayasa aparılması ürəyincə deyildi, çünki aparıldıqca hirslənəcəkdi. Ona görə də “Özüm 
gedərəm!”– deyib çox rahat kreslodan titrəyə-titrəyə ayağa qalxdı. Ancaq qəddini düzəldə 
bilmədi, “Yox, bacarmıram!” – deyib başını buladı, köksünü ötürərək təzədən oturdu. Məmur 
yadına düşdü: o istəsə, K.-nı sakitcə burdan aparardı, ancaq deyəsən, çoxdan aradan çıxmışdı. 
Qarşısında dayanmış qızla kişinin arasından irəli baxdı, amma məmuru görə bilmədi. 
– Mənə elə gəlir ki, – deyən kişi çox şıq geyinmişdi, ən çox da ətəkləri düz olan qəhvəyi jileti 
diqqəti cəlb edirdi, – cənabın özünü pis hiss etməsi buranın ab-havası ilə bağlıdır, buna görə 
də yaxşı olar ki, onu əvvəlcə tibb məntəqəsinə aparmayaq, elə birbaşa dəftərxanadan bayıra 
çıxaraq... Özünün də ürəyincə olar... 
– Elədir ki var! – K. sevinclə kişinin sözünü kəsdi. – O dəqiqə halım yaxşılaşar, özüm də o 
qədər zəif deyiləm, sadəcə olaraq, çiyinlərimdən tutub bir az dayaq vermək lazımdır. Sizə çox 
əziyyət verməyəcəm, elə uzaq yol da deyil, qapıya qədər aparın, pilləkənlərdə bir az oturub 
özümə gələrəm, məndə belə şey heç vaxt olmayıb, özümə də qəribə gəlir. Mən də məmuram, 
belə otaq havasına öyrəşmişəm, ancaq özünüz də dediniz ki, buranınkı daha ağırdır. Zəhmət 
deyilsə, məni qapıya qədər aparın, başım hərlənir, özüm tək ayağa dursam, halım daha da 
pisləşəcək, – deyə K. çiyinlərini bir az qaldırdı ki, onlara asan olsun. 
Ancaq kişi onun dediklərinə fikir vermədi, əllərini heç şalvarının cibindən çıxarmayıb ucadan 
güldü və qıza dedi: 
– Görürsünüzmü, lap gözündən vurmuşam! Cənabın halı, başqa yerdə yox, yalnız burda pis 
olurmuş! 
Qız da gülümsədi və barmaqlarının ucu ilə yavaşca onun qoluna toxundu, sanki demək istədi 
ki, bu zarafatı çox kobud oldu. 
– Narahat olmayın, – kişi hələ də gülməyinə davam edirdi, – mən cənabı doğrudan da bayıra 
çıxarmaq istəyirəm. 
– Lap yaxşı, – deyən qız zərif başını bir anlığa aşağı əyərək yenidən kədərlənmiş, gözlərini 
uzaq bir nöqtəyə zilləmiş, sanki hər şeyi anlamış K.-ya tərəf döndü: – Onun gülməyinə cox da 
fikir verməyin... Bu cənab... Sizi təqdim edə bilərəm? (kişi əlinin işarəsilə razılıq verdi) Hə, 
bu cənab məlumat bürosunda işləyir. Gözləyənlərə lazım olan bütün məlumatları verir. 
Camaat bizim məhkəmə sistemimizə yaxşı bələd olmadığı üçün ortaya çoxlu suallar çıxır. O, 
bütün sualların cavabını bilir. Nə vaxtsa həvəsiniz olsa, onu yoxlayarsınız. Ancaq bu onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə