48
G
ÜNƏŞLİ SAATLARDAN İSTİFADƏ
Ən qədim dövrlərdə insanlar Günəş istiliyi və işığından istifadə etmişlər. Günəş
işığı insanların iş qabiliyyətinin və sağlamlığının bərpasında böyük rola malikdir.
Günəşdən gələn istilik və işıq nəhəng və tükənməyən enerji mənbəyidir. Hazırda
elm və texnikanın inkişafı bu enerjinin elektrik enerjisinə çevrilməsinə imkan verir.
Günəş enerjisi Helio Elektrik Stansiyalarında (HES) elektrik enerjisinə çevrilir. Bu
proses mürəkkəb texnoloji avadanlıq və xeyli vəsait tələb edir.
Ekoloji cəhətdən təmiz olan bu enerji növünün əldə edilməsi təbii şəraitdən ası-
lıdır. İqtisadi baxımdan onun əldə edilməsi Günəş şüalarının düşmə bucağının daha
yüksək olduğu enliklərdə sərfəlidir.
Günəş işığı və enerjisindən istifadə imkanları – kənd təsərrüfatı sahələrinin yer-
ləşdirilməsində, sənaye müəssisələrinin, yolla-
rın, yaşayış evləri və inzibati binaların istisma-
rında əsas götürülür. Adətən, müəssisələrin tikil-
məsində təbii işıqlanma,
yəni pəncərələrdən Gü-
nəş işığının düşməsi nəzərə alınır. Lakin əksər
binalarda süni işıqlanmadan, yəni elektrik işığın-
dan istifadə olunur. Uzun müddət süni işıqlanma
məkanında olmaq diqqətın zəifləməsinə, iş key-
fiyyətinin aşağı düşməsinə səbəb olur. Günəş işı-
ğından maksimum istifadə, həm də elektrik ener-
jisinə qənaət etməyə imkan verir.
11
İstanbulun Atatürk hava limanı dünyada tranzit uçuşların həyata keçirildiyi ən iri aeroportlardan
biridir.
Müzakirә edin:
1. Gecə və gündüz arasında uçuşların sayının bu qədər fərqli olmasını nə ilə əlaqələndirmək olar?
2. Günün hansı vaxtı səfərə çıxmağa üstünlük verirsiniz? Fikrinizi əsaslandırın.
Şәkil üzrә iş
Gündüz uçuşları
Gecə uçuşları
• İnsan orqanizmi çox həssas olan bioloji saata malikdir. Orqanizmdə qan
təzyiqi, bədən temperaturu, həzm sisteminin fəaliyyəti əsasən yuxu rejimi
ilə tənzimlənir.
Günәş batareyası ilә işlәyәn piyada yol
nişanı. Batareyalar
gündüz saatlarında günəş
enerjisini toplayaraq qaranlıq vaxtda ondan
istifadə edir.
LAYİHƏ
49
• II fəsil •
İqlim və onun təsərrüfatda rolu
•
2
Gündüz saatlarından daha səmərəli etmək istifadə etmək üçün vaxtın geri və ya
irəli çəkilməsi ideyası ilk dəfə 1908-ci ildə Böyük Britaniyada həyata keçirilmişdir.
Hazırda dünyanın 110 ölkəsində bu tədbir tətbiq edilir. Həmin ölkələrin əksəriyyəti
yuxarı enliklərdə yerləşir. Bu ölkələrdə iş günü ərzində gündüz işığından daha sə-
mərəli istifadə etmək, insanları fəsil dəyişkənliyinə uyğunlaşdırmaq, eyni zamanda,
elektrik enerjisinə qənaət etmək məqsədilə
yay vә qış vaxtlarına keçmək üçün saatın
əqrəbi müvafiq olaraq 1 saat irəli və 1 saat geri çəkilir.
Yay və ya qış vaxtına keçid Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən
həyata keçirilir. Bu tədbir ölkədə il ərzində istehsal olunan elektrik enerjisinə 5%
qənaət edilməyə imkan verir.
Ekvatorial enliklərdə gündüz və gecə vaxtları arasında fərq azdır. Gündüz saat-
larının uzunluğunun kifayət qədər olması bu ərazilərdə qiymətli kənd təsərrüfatı bit-
kilərinin əkilməsinə imkan verir. Yuxarı enliklərə doğru sutkanın növbələşməsi
1. Məntəqələrin hansında axşam, hansında
səhər, hansında günorta, hansında isə gecə-
yarıdır?
2. Şimal, yoxsa Cənub yarımkürəsi daha çox
işıq və istilik alır?
3. Nə üçün Şimal qütb ətrafı tünd,
Cənub qütb
ətrafı isə açıq rəngdə təsvir edilmişdır?
4. Sxemə əsasən Bakıda ilin hansı fəsli
olduğunu müəyyən edin.
Yerin Günəş tərəfindən işıqlanan hissəsi
Alaqaranlıq
Yerin “qaranlıq” hissəsi
1
2
3
4
Şәkil üzrә iş
Xәritә-sxem üzrә iş
Xəritə-sxem əsasında cədvəli tamamlayın.
“Yay-qış vaxtı”...
Ölkələr
...
istifadə edilir
... artıq istifadə edilmir
...
heç istifadə edilməmişdir
Ekvatorial və tropik enliklərdə yerləşən bəzi ölkələrdə hesab edirlər ki, saatların əqrəbinin irəli və ya
geri çəkilməsinə ehtiyac yoxdur.
Müzakirә edin:
Aşağıdakı fikirlərdən hansı
yuxarıdakı fikri əsaslandırır:
1. Bütün gün ərzində günəş
işığının olması ilə;
2. Günəş şüalarının
gün ərzində
yüksək bucaqda görünməsi
ilə;
3. Gecə və gündüzün uzunluq-
ları arasında fərqin az olması
ilə;
4. Günün gecə saatlarının
müddətinin qısa olması ilə;
5. İnsanların sağlamlığında
problemin yarana biləcəyi ilə.
LAYİHƏ
50
prosesindəki ardıcıllıq pozulur. Sutkanın gecə və ya gündüz vaxtının
qeyri-bərabər-
liyi ölkələrin təsərrüfat sisteminə (elektrik enerjisinin ötürülməsində, müəssisələrin
işıqlandırılmasında, nəqliyyatın tənzimlənməsində və s.-də) təsir edir. Qütbətrafı ərazi-
lərdə isə sutkanın ardıcıl növbələşməsi prosesi tamamilə pozulur. Bu ərazilərdə
gündüzün uzunluğu 24 saata qədər davam edə bilər.
1. Azərbaycanda yay və qış vaxtına keçid ilin hansı aylarında və günlərində tətbiq edilir?
2. Hansı saatda əqrəb yay vaxtına, hansı saatda isə qış vaxtına keçidi əks etdirir?
Biliklərin tətbiq edilməsi və yoxlanılması
(a)
(b)
Cədvəldən istifadə edərək Şimal və Cənub yarımkürələrində gündüzün uzunluğunu əks
etdirən qrafik qurun.
İyunun 22-də müxtəlif paralellərdə gündüzün uzunluğu.
Paralel-
lər (
° ilə)
Şimal yarım-
kürəsində
gündüzün
uzunluğu (saat)
Cənub yarım-
kürəsində
gündüzün
uzunluğu (saat)
0
12:00
12:00
10
12:35
11:25
20
13:13
10:47
30
13:56
10:04
40
14:51
9:09
50
16:30
7:30
60
18:30
5:30
70
24:00
0:00
80
24:00
0:00
90
24:00
0:00
Dәrsdәn sonra
Enlik
Gündüzün
uzunluğu
saat
(a) ____ (b) ____
LAYİHƏ