G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə11/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

 
 
39 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Hammersli və Mak-Donnel dağları qədimdə baş vermiş tektonik hərəkətlər nəticə-
sində yaranmışdır. Platolar arasında ovalıqlar yerləşir. Onlardan ən nəhəngləri Bö-
yük Viktoriya və Böyük Qumlu səhralarıdır. Hamar düzənliklər üzərindən çox da 
hündür olmayan massivlər ucalır ki, bunlardan da ən məşhuru Ulurudur (və ya Eyrs-
Rok). 
 
 
 
 
 
Şərqi Avstraliyada dağlar üstünlük təşkil edir. Materikin şərq sahilləri boyunca 
çox da yüksək olmayan qədim Böyük Suayırıcı silsilə dağları uzanır. O, ayrı-ayrı 
massivlərdən  ibarətdir  və  onlardan  da  ən  hündürü  Avstraliya  Alpları  massividir. 
Burada ən yüksək zirvə hündürlüyü 2228 m olan Kostyuşko dağıdır.  Bu regionun 
ən  nəhəng  düzənliyi  Mərkəzi  ovalıqdır  (o,  “Mərkəzi”  adlanır,  ancaq  materikin 
şərqinə yaxın yerləşir). Murrey və Darlinq düzənlikləri eyniadlı çayların gətirdiyi 
çöküntülər nəticəsində yaranmışdır. Nə vaxtsa dənizin dibi olmuş alçaq düzənliklər 
okean sahillərində yerləşmişdir. Bu, şimalda yerləşən Karpentariya və cənubda yer-
ləşən Nallarbor düzənlikləridir.
 
 
 
 
 
 
1.  Mətndən Avstraliyanın relyef formalarının adlarını dəftərinizə yazın, fiziki xəritədə göstərin və 
kontur xəritədə qeyd edin. 
 
2. Cədvəldə coğrafi adları qruplaşdırın. 
Qərbi 
Şərqi 
ovalıq 
plato, dağlar 
ovalıq 
dağlar 
 
 
 
 
 
 
 
 
 
• Uluru. Avstraliyanın mərkəzi hissəsində yerləşir. Mas-
siv qırmızı qumlarla örtülüdür. Ulurunun uzunluğu 3,6 
km, eni 3 km-ə qədər, hündürlüyü isə 348 metrdir. 
 
Müzakirә edin:  
1. Ulurunun yamaclarında dərin çatlar və mağaralar necə 
formalaşa bilər? Onların yaranmasında hansı ekzogen 
amil əsas rol oynamışdır? 
2. Burada qayaüstü rəsmlərin və daş oymalarının çox 
olması nəyi göstərir? 
3. Ulurunu Azərbaycanın hansı ərazisi ilə müqayisə 
etmək olar? 
  
Mәtn vә şәkil üzrә iş
• Avstraliya faydalı qazıntı yataqlarının  kəşfiyyatı və çıxarılmasının proqramlaş-
dırılmasına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Bu sahə üzrə ölkədə 
nəhəng elmi mərkəzlər yaradılmışdır.  
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
LAYİHƏ


 
 
40 
 
 A
ZƏRBAYCANIN RELYEFİ 
Azərbaycanın iri relyef formaları tektonik proseslər nəticəsində əmələ gəlmişdir. 
Bu formalar yüz və minlərlə kvadrat kilometr əraziləri əhatə edən tektonik zonaları 
əmələ gətirir.  
 
 

Müzakirә edin:  
1. Böyük Qafqaz hansı tektonik 
zonaya uyğun gəlir?  
2. Talış və Naxçıvanın dağ 
sistemləri hansı tektonik zonada 
yerləşmişdir?  
3.  Kür-Araz ovalığı hansı tektonik 
zonadadır?  
4. Samur-Dəvəçi ovalığının uyğun 
gəldiyi tektonik zona hansıdır?   
5. Tektonik zonaların relyeflə əla-
qəsini müəyyən edin. 
 
Xәritә üzrә iş
Azәrbaycanın oroqrafik xәritәsi
Azәrbaycanın tektonik zonaları
LAYİHƏ


 
 
41 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Tektonik zonalar Yer qabığının üfüqi və şaquli hərəkəti nəticəsində yaranır. Şa-
quli  tektonik  hərəkətlər  qalxan  və  ya  enən  ola  bilir.  Qalxan  hərəkətlər  tektonik 
qalxma zonaları, enən hərəkətlər isə tektonik çökmə zonalarını əmələ gətirir.  
 
 
 
Azərbaycan Respublikasının ərazisi Avrasiya ilə Afrika–Ərəbistan litosfer tava-
larının toqquşduğu sərhəddə yerləşir. Ərazi tamamilə Alp-Himalay qırışıq zonasına 
daxildir. Azərbaycan ərazisi 5 iri tektonik zonaya ayrılır:   
1. Ön Qafqaz çökmә (әyilmә) zonasına Samur-Dәvәçi ovalığı, Şollar düzü aiddir.  
2. Böyük Qafqaz qalxma zonasına Böyük Qafqazın cәnub vә şimal-şәrq yamacı, Ab-
şeron-Qobustan vә hәmçinin dә Qusar maili düzәnliyinin әsas hissәsi daxildir.   
3. Kür çökәkliyi zonasına Qanıx-Әyriçay çökәkliyi, Acınohur-Ceyrançöl öndağlığı 
vә Kür-Araz ovalığı aiddir.   
4. Kiçik Qafqaz qalxma zonası bütün Kiçik Qafqaz dağlarını, (o cümlәdәn, Naxçıva-
nın dağlıq hissәsini) vә Talış dağlarını әhatә edir.  
5. Araz cavan platformasına Naxçıvanın Arazboyu maili düzәnliklәri daxildir. 
Tektonik proseslər nəticəsində 
süxurlarda
 tektonik qırılmalar əmələ gələ bilər.     
 
 
Belə  qırılmalar  relyefdə  aydın  əks  olunur.  Azərbaycanda  düzənlik  və  dağlar 
arasındakı sərhədlər tektonik qırılmalar boyu keçir. Qırılmalar boyunca dağ yamac-
ları dik olur, tez-tez sürüşmələr baş verir. Bu ərazilərdə termal  mineral suların 
Yer səthinə çıxması ehtimalı böyükdür.  
Azərbaycanın çox hissəsi 7–8 ballıq, Gəncəətrafı ərazilər, Naxçıvanda Qapıcıq 
zirvəsi ətrafı və Böyük Qafqazın cənub yamacı (xüsusilə Şamaxı və onun ətrafları) 
9–10 ballıq zəlzələ zonasına aiddir. 
Toqquşma sərhədi 
Ayrılma sərhədi 
Litosfer tavalarının 
hərəkət etdiyi 
istiqamətlər
 
 
Müzakirә edin:   
1. Toqquşma sərhədləri hansı 
ölkələrin ərazisindən keçir? 
2. Xəzər dənizinin hansı hissəsi 
seysmik cəhətdən daha fəaldır? 
Azәrbaycanın litosfer tavalarının 
sәrhәdindәki mövqeyi 
  
Xәritә-sxem üzrә iş
Müzakirә edin:   
– Hansı ərazilərdə tektonik qırılmalar daha 
çoxdur?  
– Xəritə-sxemdə təsvir olunan tektonik qı-
rılmaların əsas istiqamətlərini müəyyən edin. 
  
Xәritә üzrә iş
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə