28
düzənliklərdən qərbdə Böyük düzənliklər yerləşir. Hündürlüyü 500 m-dən yüksək
olan Böyük düzənliklər Kordilyer dağlarına keçid zonasıdır. Atlantik okeanının
sahilboyunda Meksika sahili və Atlantik sahili ovalıqlar uzanır. Missisipi çayı ABŞ-
da nəhəng
allüvial mәnşәli Missisipi ovalığını yaratmışdır. Bu ovalıqda
və Meksika
körfəzində zəngin neft və qaz yataqları mövcüddur.
Materikin şərq hissəsində yeganə qədim dağ sistemi Appalaçdır. Onun ən yüksək
zirvəsi Mitçeldir (2037 m). Dağlar güclü parçalanmaya məruz qalmışdır. Burada
faydalı qazıntı yataqları zəngindir. Şimali Amerikanın ən nəhəng Appalaç daş kömür
hövzəsi də buradadır. Platformanin sipər (qalxan) hissələrində, Labrador yarım-
adasında və Boyük Göllərin sahilində dəmir filizi yataqları mövcüddür.
1. Mətndə adı çəkilən coğrafi obyektləri dəftərinizdəki cədvəldə qruplaşdırın, onları fiziki xəritədə
göstərin və kontur xəritədə qeyd edin:
Dağlar
Düzənliklər
...
...
2. Missisipi və Hudzon ovalıqlarını müqayisə edin. Onların 3 ümumi və 3 fərqli cəhətini dəftərinizdə
qeyd edin.
3. Uyğunluğu tapın.
• Böyük Hövzə
Kordilyer dağlarının mərkəzi hissəsində yerləşən yayladır. Yaylaların yerləşdiyi
hissədə Qərbi və Şərqi Kordilyer dağları bir-birindən çox aralıdır.
Hövzə hər tərəfdən dağlarla
əhatə olunmuşdur. Bu dağlar rütubətli hava kütlələrinin qarşısını kəsərək, onu yaylaya buraxmır.
Yaylanın səthi bitki örtüyünə görə kasıbdır, ətraf ərazilər yarımsəhranı xatırladır.
Müzakirә edin:
1. Fiziki xəritədə Böyük Hövzəni əhatə
edən silsilələri müəyyən edin.
2. Ərazinin iqliminin formalaşmasında
onu əhatə
edən relyefin rolu nədən
ibarətdir?
3. Yaylada bitki örtüyünün zəif olmasının
səbəbini izah edin.
Böyük Hövzә. ABŞ
Mәtn vә şәkil üzrә iş
Biliklərin tətbiq edilməsi və yoxlanılması
1. Yaşına görə qədim dağlardır.
2. Qayalıq, Sahil və Kaskad silsilələrdən ibarətdir.
3. Materikin şərqində yerləşir.
4. Materikin qərbində yerləşir.
6. Şimali Amerikada ən nəhəng kömür yatağı buradadır
5. Dünyanın ən dərin kanyonu buradadır.
7. Materikin ən hündür zirvəsi buradadır.
Kordilyer
Appalaç
LAYİHƏ
29
• I fəsil •
Relyef və onun təsərrüfata təsiri
•
C
ƏNUBİ AMERİKANIN RELYEFİ
Cənubi Amerika
nın qərbində Sakit okean sahili boyunca dünyanın ən uzun dağ
sistemi olan (təqribən 9000 km) And dağları uzanır. Bu dağlar Karib dənizi sahillə-
rindən Cənubi Amerikanın cənub qurtaracağına qədər davam edir. Odlu Torpaq ada-
ları da And dağlarının davamıdır. Sıra dağlar arasında ensiz dağarası çökəkliklər
yerləşir. Yalnız 20° c.e dairəsi boyunca sıra dağlar arasında məsafə artır, geniş pla-
tolar – Altiplano yaranır.
6
Xәritә üzrә iş
Müzakirә edin:
1. Materikin qərb və şərq hissələri üçün hansı relyef forma-
ları səciyyəvidir?
2. Cənubi Amerikanın hansı hissəsi litosfer tavalarının sər-
hədində yerləşir?
3. Cənubi Amerika platformasına hansı düzənliklər uyğun
gəlir?
Ən qədim qırışıq zona
Qədim qırışıq zona
Orta qırışıq zona
Müasir qırışıq zona
Platformanın örtük hissəsi
Cәnubi Amerikanın
tektonik xәritә-sxemi
Cәnubi Amerikanın
fiziki xәritәsi
Litosfer tavalarının
hərəkət istiqaməti
•
Zəlzələ ocaqları
• Altiplano – And dağlarında,
Boliviya və Çili sərhədində
yerləşən yüksək yayladır. Burada iqlim quraqdır və ağac
bitkiləri yoxdur. Altiplano quraqlığa davamlı bitkilərlə ör-
tülmüşdür.
Müzakirә edin:
– Altiplano yaylası təsərrüfatın hansı sahələrinin inkişaf
etdirilməsi üçün yararlıdır?
Altiplano
Akonkaqua
(6960 m)
Mәtn vә şәkil üzrә iş
LAYİHƏ
30
And dağları Sakit okean, Naska və Cənubi Amerika litosfer tavalarının sərhə-
dindədir. Bu dağlar yüksək seysmikliyi, zəlzələlərin tez-tez baş verməsi və vulkan-
ların fəallığı ilə fərqlənir. And Sakit okean “Odlu halqa”sının bir hissəsi olub
sub-
duksiya zonasında yerləşir.
And dağlarının ən yüksək zirvəsi Akonkaquadır (6960 m). Digər zirvələr – Çim-
boraso və Kotopaxinin də hündürlüyü 6000 m-dən yüksəkdir. Bu zirvələr buzlaqla
örtülmüşdür. And dağlarında dünyanın ən nəhəng “mis qurşağı” yerləşir. Zəngin mis
ehtiyatları burada yerləşən ölkələrin, əsasən də Çili və Perunun iqtisadiyyatında xü-
susi rola malikdir.
Cənubi Amerika materikinin şərq hissəsi platformadır və onun üzərində düzənliklər
yerləşir. Buranın relyefi ovalıqlar, yastı yayla, plato və yüksəkliklərdən ibarətdir.
Amazon, La-Plata və Orinoko kimi nəhəng ovalıqların yaranmasında Cənubi Ame-
rikanın Amazon, Parana və Orinoko çayları böyük rol oynamışdır. Bu alçaq allüvial
düzənliklər hamar relyefə malik olub, Atlantik okeanına tərəf meyillidir. Orinoko ovalığı
dünyanın zəngin neft-qaz ehtiyatlarının mövcud olduğu ərazilərdən biridir.
Braziliya və Qviana yaylaları qədim dağ sistemlərinin qalıqları olub, denuda-
siyaya məruz qalmışdır. Braziliya yaylası filiz faydalı qazıntıları ilə zəngindir. Bra-
ziliya dövlətinin dəmir filizi ixracatçısı kimi dünyanın ilk onluğuna daxil olması da
bununla əlaqədardır.
Braziliya və Qviana düzənlikləri
üçün uyğun olaraq “Şəkər başları”
və tepuilər – “masavarı dağlar” ki-
mi relyef formaları səciyyəvidir. Bu
relyef formaları turistlərin diqqətini
cəlb edir. La-Plata ovalığından cə-
nuba doğru yerləşən ərazi
Pataqo-
niya adlanır. Pataqoniya yüksəklik
və platoların üstünlük təşkil etdiyi
regiondur.
• Subduksiya okean litosfer tava-
sının materik litosfer tavasının altına
batması prosesidir. Belə batma
nəticəsində okean tavası
tərəfində
dərinsulu çökəkliklər –
novlar
əmələ gəlir. Materik tavası tərəfdə
isə qövsvarı adalar və ya cavan
dağlar yaranır.
– Subduksiya zonasının
sxemini
dəftərinizə çəkin (And dağlarını,
litosfer tavalarını və novu göstərin).
Sxem üzrә iş
• Tepuilәr – 800–1800 m
yüksəkliyə malik
olan ma-
sayabənzər dağlardır. Te-
puilər kimyəvi və fiziki
aşınma, axar suların fəaliy-
yəti ilə yaranmışdır. Əsa-
sən,
Venesuela ərazisində
Qviana yaylasında yerlə-
şir.
Tepuilәr. Venesuela
LAYİHƏ