GəLƏCƏk kadastr sistemiNİn göRÜNÜŞÜ



Yüklə 494,19 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix05.09.2018
ölçüsü494,19 Kb.
#66774
1   ...   8   9   10   11   12   13   14   15   16

KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

36



3.4.7 Ümumi koordinat sistemində torpaq obyektlərinin yerləşməsi 

 

Müstəqil formalaşmış torpaq obyektlərinin birləşdirilə  və ya bir-birinə  nəzərən müqayisə edilə 

bilməsinə əmin olmaq üçün “Kadastr 2014” ehtimal edir ki, onlar ümumi koordinat sistemində 

yerləşdiriləcəklər. Bu yolla yerləşdirilmiş obyeklərin kombinasiyası  və ya müqayisəsi üstünü 

örtən çoxbucaqlı metodu ilə reallaşdırıla bilər. Bu üsul tematik müstəqillik prinsipindən istifadə 

etməklə mülkün dəyərinin hesablanması kontekstində Kaufmann və Biqler tərəfindən (1973) 

nəşr edilmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

37



4. "KADASTR 2014"-ün ƏSASLANDIRILMASI 

 

4.1 Dayanıqlı inkişafın saxlanılmasında ehtiyaclar 

 

Hər bir mütəşəkkil insan cəmiyyətinin dayanıqlı inkişafına təminat vermək üçün torpaq 

ehtiyatlarının planlaşdırılması  məsələlərinə ciddi fikir verilməlidir. “Kadastr 2014” (FİG,1995) 

haqqında qaydalar bu sahədə mühüm elementləri təyin edir. 

 

Ciddi diqqət yetirilməli aspektlər: 



 

• Torpağa mülkiyyət hüquqlarının zəmanəti və müdafiəsi

• Kreditləşmə üçün zəmanətin təmini; 

• Torpaq ehtiyatlarının monitorinqi və onun gələcək inkişafı; 

• Torpaq və daşınmaz əmlakdan vergi tutulmasına dəstək; 

• Dövlət torpaqlarının müdafiəsi; 

• Torpaq mübahisələrinin (düzəlişlərinin, islahatlarının) azaldılması; 

• Torpaq islahatlarının yüngülləşdirilməsi; 

• Torpaqdan istifadənin planlaşdırılmasının yaxşılaşdırılması; 

• Təbii ehtiyatların idarəedilməsinin müdafiəsi; 

• Statistik məlumatların istehsalı. 

 

Torpaq sahələrinin hüquqi qaydaları  və fiziki vəziyyəti haqqında etibarlı  və tam məlumat 



dayanıqlı inkişafa kömək edir. 

 

4.2 Siyasi sabitliyin yaradılması 



 

Torpağa hüquq həm ayrı- ayrı individumlar, həm də sosial qruplar tərəfindən istifadə olunan ən 

güclü sosial və siyasi arqumentdir və arqument də olacaqdır. Onlar insanların cəmiyyətdə 

oynadığı rola nəzərən insanların hisslərinə güclü emosional təsirə malikdirlər. Hətta iqtisadi 

münasibətlər cəmiyyətin torpağa mülkiyyət məsələlərini həll etdiyi üsulların üzərində 

qurulmuşdur. Bu, torpaq üzərində xüsusi mülkiyyət  əldə edə bilmələrinə  və bu hüququn 

təhlükəsizliyinə dövlət qeydiyyat orqanları tərəfindən zəmanət verilənə kimi xarici investorların 

və şirkətlərin kapital qoymağa tərəddüd etdiyi keçid dövründə olan dövlətlərdə müşahidə oluna 

bilər. Tələb olunan təhlükəsizliyi təmin etmək üçün güclü hüquqi və siyasi baza lazımdır. 

Əksər dövlətlərdə  ənənəvi kadastr sistemi torpaq bazarını möhkəmləndirən alətdir. Kadastr 

sistemi olmayan rayonlarda qanuni fəaliyyət göstərən torpaq bazarı yoxdur. 

 

4.3 Özəl və dövlət maraqlarının toqquşmasından yayınma 



 

Torpaq resursları tükəndiyinə görə cəmiyyət torpağın istifadəsini nizamlamağa məcburdur. 

Hansı növ torpaq istifadəsinin arzu olunan və yol verilə bilən, hansıların qadağan olduğunu 

torpaqdan istifadəni nizamlayan qanunlar müəyyən edir. Kiminsə mülkiyyətinə verilə bilməsinə 

məhdudiyyət qoyula bilən hüquqi torpaq obyektlərini torpaqdan istifadənin planlaşdırılması təyin 

edir. 


 

Sənaye tullantılarının utilizasiyasının mümkünsüzlüyü səbəbindən ekoloji krizisin gündən-günə 

artan təhlükəsi ilə  əlaqədar olaraq cəmiyyət  ətraf mühitin qorunmasının gücləndirilməsi 

haqqında qanunlar yaradır. Bu qaydalar həmçinin torpaqdan istifadə hüquqlarını da 

məhdudlaşdıra bilər. 

 

Ekologiyaya aid bədbəxt hadisə artıq baş vermiş cəmiyyətlərdə vətəndaşların 




KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

38



sağlamlığının qorunması üçün məhdudiyyətin böhranlı forması yaradılır. Nümunə kimi 

Çernobılda obaş verən qəzadan sonra ərazisinə radioaktiv çöküntülər düşən bəzi dövlətlər 

göstərilə bilər. 

 

Bu halda qanunla yaşanılamsı qadağa olunan yaxud torpaqdan istifadəyə məhdudiyyət qoyulan 



zonalar təyin olunmalıdırlar. 

 

Belə olduqda hüquqi torpaq obyektlərinə torpaqdan istifadəyə diferensiallaşdırılmış 



məhdudiyyətlərlər yaradırlır. 

 

Əgər bu məhdudiyyətlər mülkiyyət hüquqları ilə kəsişirsə, onda torpaq sahəsinin dəyəri kəskin 



surətdə düşür. 

 

Bəzi hallarda torpağın dəyəri hətta sıfıra bərabər ola bilər, bu isə o deməkdir ki, belə torpaq 



sahəsi artıq torpaq bazarının obyekti ola bilməz. Bir neçə dövlətdə belə effekt ekoloji 

çirklənmədən şübhəli olan zonaların təyinindən sonra yaranmışdır. 

 

Torpaqdan istifadənin məhdudlaşdırımasının başqa aspekti istifadəçilərin təbii kataklizmlərdən 



qorunmasıdır. 

 

Cəmiyyət vətəndaşları daşqın, qar və daş uçqunundan və s. qorumaq üçün torpaqdan istifadənin 



məhdudlaşdırılması haqqında qanun yaradır. 

 

Bir çox dövlətlərdə belə ictimai qanunlar qoruyucu xarakter daşıyırlar. Onların yaranmasının 



məqsədi ekoloji zərəri və  təbii ehtiyatların istismarı zamanı torpaqlardan rəqabətli istifadə 

problemlərini azaltmaqdır. 

 

Hər halda 4 prinsip: kitabda qeydiyyat yazıları, razılaşma, açıqlıq və peşəkarlıq prinsipləri 



torpağa hüquqların müəyyən edilməsi zamanı nəzərə alınır, nəticə etibarilə onlar nəzərə alınmır. 

Hüquqların leqallaşdırılması  qərarları torpaq ehtiyatlarının rəsmi idarəetmə sistemində elan 

edilməyən xəritələrdə əks olunur. Bu qərarlar ancaq onların yaranmasına cavabdeh olan dövlət 

orqanlarının idarələrində olur. 

 

Torpaq haqqında ictimai açıq olan məlumatların çatışmazlığı mülkiyyət hüququnun 



təhlükəsizliyinin zəifləməsinə  gətirir, bu isə  həm torpaq sahibləri, həm də hökumət orqanları 

üçün arzu edilən deyil. Bu onu gətərir ki: 

 

• torpağı girov qoymaqla kredit götürülməsi üçün şərait çatışmazlığı; 



• şəffaf torpaq bazarının problemləri; 

• özbaşnalıq, korrupsiya və siyasi nizamsızlıq. 

 

“Kadastr 2014” torpaq haqqında zəruri ictimai-açıq sənədləşdirməni təmin edir və siyasi 



sabitliyə səbəb olur. 

 

 

 

4.4 İqtisadiyyatın Saxlanılması 

 

Hal- hazırda iqtisadiyyat beynəlmiləlləşdirilmə prosesindədir. Adətən bexnəlxalq  şirkətlərin 

istehsalat,marketinq, xidmət, elmi-tətqiqat bölmələri dünyanın müxtəlif hissələri və dövlətlərində 

yerləşir, bu da torpağın alınması  və satılmasının bahalaşmasına gətirir. Buna görə  də milli 

kadastr sistemləri ya eyni, ya da oxşar olanda beynəlxalq  şirkətlər üçün torpaq məsələlərilə 

məşğul olmaq daha asan olur. 




KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

39



Torpaqların tam hüquqi vəziyyətini göstərən kadastr sistemi maliyyə itkilərinin risklərini azaldır. 

Maraqlı olan şəxslər və ya təsisatlar adi sorğu ilə hər hansı torpaq ərazisi barədə tam məlumat 

əldə edə bilərlər. 

 

Standartlaşdırılmış və tam kadastr sistemi sahiblik edən subyektlərə torpaq məsələlərini asanlıqla 



həll etməyə kömək edir, nəticədə isə pula və vaxta qənaət edilir. Öz növbəsində  məhsul və 

xidmətlər daha ucuz olmaqla qənaətcillik sifarişçilərə keçir. 

 

Bu xidmətləri yerinə yetirmək üçün bir tərəfdən torpaq haqqında məlumatların paylanmasının 



sadə strukturu, o biri tərəfdən effektiv saxlanılma, axtarış  və ötürülmə prosedurlarının olması 

vacibdir. 

 

Əgər hüquqi müstəqillik prinsipi nəzərə alınırsa onda asanlıqla effektli məlumat strukturu 



yaratmaq mümkündür. 

 

4.5 Çeviklik və Effektivliyə Tələbat 



 

Boqor deklarasiyası (Birləşmiş Millətlər Təşkilatı, 1996) iddia edir ki, tələbatların müxtəlifliyi 

ilə bacarmaq üçün kadastr sistemləri: 

 

• sadə və effektiv olmalı; 



• əhalinin artımına və etnik qrupların müxtəlifliyinə adaptasiya etməli; 

• torpağa azad çıxışı, mülkiyyət hüquqlarının qorunmasını və bu hüquqlarla ticarəti təmin etməli; 

• geniş məlumat toplusu saxlamalı; 

• bütün dövlət və özəl torpaqları əhatə etməli; 

• milli məkan məlumat infrastrukturunun hissəsi olmalıdır. 

 

“Kadastr 2014” ərazinin tam əhatə olunması, sadə  məlumat strukturu və hüquqi sərbəstlik 



prinsiplərinin tələblərinə bütünlüklə cavab verir. O, milli məkan məlumatları infrastrukturunun 

əsas hissəsi olaraq torpaqların hüquqi vəziyyətinin bütün aspektlərini saxlayır. “Kadastr 2014” 

çoxlu sosial aspektlərin inkişafına təsir göstərən milli hüquqi sahənin tərkibinə  və  dəqiqliyinə 

əməl edə bilər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

40



5. "KADASTR 2014"-də YERÖLÇƏNLƏRİN ROLU 

 

Yerölçənlər daşınmaz əmlakla bağlı bütün hüquqlar və məhdudiyyətlərlə bağlı zəngin ənənələrə 

malikdirlər. 

 

Bir çox dövlətlərdə onlar texniki işləri məhdudiyyətsiz olaraq görə bilərlər. Lakin, ənənəvi 



kadastrın hüquqi aspektlərinin həlli üçün icazə (lisenziya) almalıdırlar. Bu lisenziya təsdiq edir 

ki, mütəxəssis texniki və hüquqi sahələrdə cəmiyyət tərəfindən qoyulmuş məsələləri həll etmək 

iqtidarındadır. 

 

Son bir neçə ilin texniki nailiyyətləri torpaq obyektlərinin topoqrafik çəkilişlərinin istehsalını 



asanlaşdırır, bu isə lisenziyanın texniki mənada qiymətdən düşməsinə gətirir. Qeodezi fəaliyyətin 

lisenziyalaşdırılması mövcud olan hər bir dövlətdə lisenziyalaşmış yerölçənlərin rolu haqda 

mübahisələr vardır. 

 

Həmçinin lisenziyanın hüquqi tərəfi öz mənasını itirmişdir, çünki vəkil və notariuslar bu vəzifəni 



öz üzərlərinə götürmüşlər.  Əmlak formalarının işlənməsi, sərhədlər barədə mübahisələrin 

qaydaya salınması  və müqavilələrin tərtib edilməsi bu mütəxəssislərə saxlanılıb. Yerölçənlərin 

vəzifələri torpaq sahələrinin yerinin müəyyən edilməsinə  qədər azaldılmışdır (ixtisara 

salınmışdır). 

 

“Kadastr 2014”-də yerölçənlər bütün hüquqi torpaq obyektlərinin lokallaşdırılmasını aparacaqlar 



və ancaq xüsusi mülkiyyətlə işləməyəcəklər. 

 

Yerölçənlər torpaq sahələrinin yerinin müəyyən edilməsi prosesini başa düşməli, onlara 



hüquqların təyin edilməsini bilməli və torpağın qiymətləndirilməsi prisipini başa düşməlidirlər. 

Onlar bütün fiziki və hüquqi aspektlərilə birlikdə  sənədləşdirən torpaq-məlumat sistemlərini 

idarə etməyə qadir olmalı, həmçinin torpaq məlumatı haqqında qərar verən vətəndaşları, 

müəssisələri, hökumət orqanlarını və siyasi şəxsləri təmin etməlidirlər. 

 

“Kadastr 2014”-də bu məsələlərin həlli üçün yerölçənlərdən daha geniş spektrdə bilik tələb 



olunur və buna görə  də lisenziyalaşdırma prosesinə yenidən baxılmalıdır. Yerölçənlərin 

cəmiyyətdə rolu böyüyür. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

41



 

6. TÖVSİYƏLƏR 

 

6.1 Mühüm rol oynamaq üçün yerölçənlər "Kadastr 2014"-də nə etməlidir? 

 

Texnologiyanın qeodezi peşəni dəyişməsini başa düşmək yerölçənlər üçün daha mühümdür. 

Peşənin iki əsas aspektinə - fiziki və hüquqi aləmdə obyektləri yerləşdirmək və bu obyektləri 

xəritədə göstərmək qabiliyyətinə elektronika və informasiya texnoloqiyaları sahələrindəki 

nailiyyətlər mühüm dərəcədə təsir göstərir. 

 

GPS, fotoqrammetriya, uzaq məsafədən nəzarət və elektron taxometrin istifadəsilə  fəza 



koordinat sistemində obyektlərin yerlərinin təyin edilməsi tamamilə avtomatlaşdırılmış prosesə 

çevrilir. Yerölçənlər ölçmə prosesi haqqında az biliyə malik ola bilərlər, ancaq ölçmənin 

nəticələrinin dəqiqliyini və etibarlığını qiymətləndirməyi yaxşı bilməlidirlər. 

 

Ölçmələrin nəticələrinin xəritə  məhsullarının istehsalı sahəsində  təsvir edilməsi (göstərilməsi) 



rəqəmli məlumat modellərindən qrafik və diaqramların yaranması imkanı ilə  əvəz edilə bilər. 

Qrafiklərin yaranma prosesi çəkilmiş  xəritələrdən tamamilə    fərqlənir, çünki burada məlumat 

modelini başa düşmək lazımdır və sifarişçinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün 

məlumatların təsvirini lazımi qaydada genersiya etməyi bacarmaq lazımdır. Məlumatların belə 

təqdiminə və onların yaranmasının metodlarına yeni tələbləri Knöpfli (1993) dərc etdirmişdir. 

 

Məkan məlumatlarının təsvirində artıq kartoqrafik standartlar yeganə üsul deyil. 



İxtisaslaşdırılmış  məzmunlu və  təsvirli individual xəritələrin yaranması  və ya sifarişçilərə 

məkanla bağlı məlumatın çatdırılması yerölçənlərin işlərinin vacib hissəsi olacaqdır. 

Bu dəyişiklikləri başa düşərək yerölçən torpaq obyektlərinin ictimai hüquqi fenomenini nəzərə 

almalıdır. 

 

Bunula belə yerölçən özəl mülkün bütün aspektlərini bilməlidir, həmçinin bütün növ torpaq 



obyektlərinə  cəmiyyətin tələblərini, torpaq obyektlərinin təyini üçün hüquqi bazanı  və hüquqi 

prosedurları, torpaq obyektlərinin yaradılması üçün texniki metodları, eyni zamanda onların 

yaranmasının iqtisadi və ekoloji nəticələrini başa düşməlidir. 

 

Yerölçənlər bu aspektlərə daha çox diqqət yetirməli, əlavə təhsil almaqla bu sahədə öz biliklərini 



təkmilləşdirməli və torpaqla bağlı bütün sualların aspektlərini başa düşən mütəxəssis olmağa can 

atmalıdırlar. Onlar bu təşəbbüslə “Kadastr 2014”-ün reallaşdırılmasına kömək edə bilərlər, bu isə 

yerölçən peşəsinin imicinin yüksəldilməsinə gətirəcək. 

 

6.2 Beynəlxalq Yerölçənlər Birliyi (FİG) "Kadastr 2014"-ə necə dayaq ola bilər? 



 

FİG ictimai hüquq aspektləri daxil olmaqla torpağın hüquqi məsələləri sahəsində yerölçənlərin 

gələcək rolu haqqında ümumi anlayış yaradaraq, “Kadastr 2014”-ə aid FİG-in bütün 

təşəbbüslərini müqayisə edərək  və  məlumatları yayaraq “Kadastr 2014”-ün yaranmasında 

mühüm rol oynaya bilər. Ona görə FİG-ə məsləhət görülür ki: 

 

• müasir kadastr sistemlərinin səriştəlik mərkəzinə dayaq dursun və maliyyələşdirsin; 



• gələcək milli patendləşdirmə (lisenziyalaşdırma) siyasəti üçün ümumi qayda və tövsiyələr 

hazırlasın; 

• səriştəli mütəxəssislərlə  təmin edilcək yeni, etibarlı, gəlirli kadastr xidmətləri üçün təşəbbüs 

yaratmaqdan ötrü dövlət və qeyri-dövlət təşkilatları ilə əlaqəyə malik olsunlar. 

 

 



KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

42



 

6.3 Milli təşkilatlar "Kadastr 2014"-ün yaradılmasına necə kömək edə bilərlər? 

 

Milli təşkilatlar məlumatların toplamasında və onların üzvlərinin peşəkar səviyyəsində 

hazırlanmasında böyük rol oynaya bilərlər. Onlar “Kadastr 2014” prinsipləri ilə ümumi 

istiqamətlər yarada və müxtəlif təşkilatlar üçün kadastr sistemlərinin inkişafını dəstəkləyə bilər. 

 

Eyni zamanda FİG-in təşəbbüsü ilə milli təşkilatlar milli siyasət xadimlərinə və onların müvafiq 



hökumətlərinə  ənənəvi kadastr sistemlərinin problemlərini başa sala bilər və torpaqların 

istifadəsi və daha etibarlı hüquqi müdafiəsinin daha yaxşı  nəzarəti üçün torpaqların hüquqi 

vəziyyəti haqqında məlumatların yaxşılaşdırmasına tələbatı xatırlada bilər. 

 

Bu təşkilatlar kadastr sistemlərinin işlənməsində ixtisaslaşdırılmış və rəsmi lisenziyalaşdırılmış 



mütəxəssislərlə - parlament və hökumət məsləhətçiləri ilə  təmin etməklə təşəbbüsü dəstəkləyə 

bilər. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

43



 

7. XÜLASƏ 

 

Torpaqda vəziyyət tez və dayanıqlı  dəyişir.  Əsasən bu bütün dünyada əhalinin artmasına və 

iqtisadiyyatın beynəlmiləlləşdirilməsinə görə baş verir. Artıq torpağa mülkiyyət hüququnun 

müdafiəsinə  ənənəvi kadastr sistemlərilə daha yaxşı  zəmanət vermək olmur. Ənənəvi kadastr 

sistemlərinin effektivliyi mövcud vəziyyətdə artıq adekvat deyil. Onlar istifadəçiləri torpaqların 

hüquqi vəziyyəti haqqında kifayət qədər etibarlı məlumatla və bahalı olmayan effektiv xidmətlə 

təmin edə bilmirlər.  

 

Bu problemlərin həlli üçün hüquqların etibarlı qeydiyyatına və torpaqların məhdudlaşdırılmasına 



yeni yanaşma tətbiq edilməlidir. 

 

Bu yanaşma FİG-in 7-ci Komissiyasının 7.1 İşçi Qrupu tərəfindən bütün dünyada kadastr 



sahəsində sosial, hüquqi, iqtisadi, texniki nailiyyətlər və islahatlar nəzərə alınmaqla  

işlənilmişdir. Bu yeni yanaşmanın adı “Kadastr 2014”- dür. 

 

Ənənəvi kadastr sistemlərinin sübut olunmuş prinsiplərinə əsaslanmış “Kadastr 2014” aşağıdakı 



qaydalara riayət etməlidir: 

 

1. “Kadstr 2014” - ənənəvi kadastrın yer səthinin müəyyən qapalı konturu daxilində qüvvədə 



olan dörd prinsipinə: kitabda qeydiyyat yazıları, razılaşma, açıqlıq və peşəkarlıq prinsiplərinə 

əsasən bütün növ hüquqları  və  məhdudiyyətləri həyata keçirən institutdur. “Kadstr 2014” – 

müvafiq ölkənin ictimai və özəl qanunlarına əsasən hüquq və məhdudiyyətlərin həqiqətən qeyd 

edilməsinə  və qeydiyyata alınmasına və  hər kəsin hər hansı torpaq sahəsinin hüquqi vəziyyəti 

haqqında etibarlı məlumat əldə edə bilməsinə təminat verən institutdur. 

 

2. “Kadstr 2014” - informasiya texnologiyalarından istifadəni  əhəmiyyətli dərəcədə yüksəldir. 



Məlumatların qorunmasının maksimal təminatına və maksimal effektivliyə nail olunması üçün 

prosedurlar kompüter texnologiyasının yeni imkanlarına uyğunlaşdırılır. Etalon testləşdirmə  və 

yeni metodlardan ən yaxşısının seçilməsi müasir kadast sistemlərinin yaradıcıları üçün əsas 

məsələ olacaqdır. 

 

3. “Kadstr 2014” - özündə ictimai və özəl sektorları birləşdirməli olan institutdur. İctimai 



sektorun iştirakı sistemin zəruri kəsilməzliyinə  təminat verir. İctimai sektor nəzarətə diqqət 

yetirməlidir.  Əməli işlərin icrasına məsul olan özəl sektor tərəfindən sistemə çeviklik və 

effektivlik gətiriləcəkdir. Vəzifələrin belə bölgüsü, həmçinin torpağa özəl və ictimai maraqların 

tarazlıqda saxlanılmasına təminat verir. 



 

4. “Kadstr 2014” – fəaliyyətini rentabelli edən iqtisadi strukturlu institut olmalıdır. 



 

Yüklə 494,19 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə