KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
20
3. GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ (KADASTR 2014)
3.1 Kadastr Sistemləri Sahəsində Ənənəvi Təriflər
Delftdəki seminarda professor Co Henssenin (1995, p. 5) verdiyi “torpaq”, “kadastr”, “torpaq
qeydiyyatı” və “torpaq protokollaşdırılması” kimi təriflər “Kadastr 2014” sistemi üzərində işin
əsasına qoyulub.
Bu təriflər mövcud situasiyaya adaptasiya olunublar. Gələcək kadastr sistemi üçün Henssen
tərifləri daha geniş olmalıdır. Bu 3.2 bölməsində yerinə yetiriləcəkdir.
Henssen tərifləri:
TORPAQ SAHƏSİ
Torpaq sahəsi yer səthinin bir hissəsi kimi, orada yerləşən su, torpaq, dağ süxurları, faydalı
qazıntılar və karbohidrogenlər və ona məxsus hava boşluğu ilə bir yerdə təyin edilir.
Yer kürəsinin bu hissəsinə məhdud sahəyə malik olan su və ya dənizlə örtülən bütün
obyektlər daxildir.
KADASTR
Kadastr - ölkənin rayon daxili əmlaklarının sərhədlərinin çəkilməsinə əsalanan, ictimai
məlumatların sistemləşdirilmiş siyahisidir.
Belə sahələr sistemləşdirilmiş şəkildə fərdi ad və ya nömrə vasitəsilə eyniləşdirilir. Kiminsə
mülkiyyətində olan belə sahələrin ümumi görünüşü və onların eyniləşdirilmiş nömrələri adətən
böyük miqyaslı xəritələrdə və hər bir sahənin tipi, görünüşü, dəyəri və sahiblik hüququ qeyd
edilə bilən qeydiyyat jurnalları ilə birlikdə göstərilir, yəni kadastr “harada?” və “nə qədər?”
suallarına cavab verir.
TORPAQ QEYDİ
Torpaq qeydi saziş yolu ilə torpaq hüquqlarının rəsmi şəkildə təsbitidir (alqı/satqı
sənədlərinin qeydiyyatı, hüquqların ötürülməsi, bağışlama və s.) və ya mülkiyyət hüquqlarının
qeydiyyatıdır. Bu o demakdir ki, torpaq sahəsinin satılması zamanı hüquq sahibinin dəyişməsinə
aid olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatı və ya sazişin (sənədlərin) qeydiyyatı
haqqında rəsmi yazı mövcuddur.. Bu tərif öz növbəsində “kim?” və “necə?” suallarına cavab
verir.
TORPAQ PROTOKOLLAŞDIRILMASI
Hüquqların qeydiyyatı və kadastr adətən bir- birini tamamlayır və interaktiv sistem kimi
fəaliyyət gostərirlər. Prinsipcə kadastr “hüquq- obyekt” münasibətinə, hüquqların qeydiyyatı
isə “subyekt- hüquq” münasibətinə diqqət yönəldir. Başqa sözlə, kadastr “harada?” və “nə
qədər?”, hüquqların qeydiyyatı isə “kim?” və “necə?” suallarına cavab verir.
“Torpaq qeydi” və “kadastr” bir-birini tamamladığına görə "torpaq protokollaşdırılması"
KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
21
termini bu iki komponentin bir-birinə aid olduğunu göstərir və nəticədə “kadastr” və “hüquqların
qeydiyyatı” anlayışlarının mənasını daşıyır.
3.2 “Kadastr 2014” üçün təriflər
İşci qrupu məsləhət görür ki, “Torpaq obyektləri” və “Kadastr 2014” anlayışları verilməlidir.
TORPAQ OBYEKTİ
Torpaq obyekti – yerin elə bir sahəsidir (hissəsidir) ki, onun sərhədləri daxilində bircins
(homogen) şərait movcud olur (təsir edir).
Bu şəraitlər adətən qanunla müəyyən edilir. Hər bir cəmiyyət özünün üzvlərinin bir yerdə
yaşaması üçün müəyyən qaydalar yaradır. Adətən bu qaydalar
qanunla müəyyən edilir və
cəmiyyətin yaşadığı müəyyən bir məkan çərçivəsində baş verən hadisələrə necə reaksiya verməli
və ya necə başa düşməli olduğunu müəyyən edir. Müəyyən bir formada cəmiyyətin üzvlərinin
hüquq və vəzifələri müəyyən edilir.
Əsasən bu vəzifələr individumların azadlıqlarının müəyyən mənada məhdudlaşdırılması
deməkdir.
Hətta çaylar, göllər, meşələr və dağlar kimi təbii obyektlər müəyyən mənada qanunla müəyyən
edilir.
Əgər qanun yer kürəsinin təsbit edilmiş (qeyd edilmiş) bir hissəsində hadəsiləri, hüquqları və ya
onların məhdudlaşdırılmasını müəyyən edirsə, bu müəyyən torpaq sahəsini təyin edir.
Özəl və ya ictimai hüquqlarla hüquqi parametrləri müəyyən edilmiş torpaq sahəsi
“qanunlaşdırılmış torpaq sahəsi” adlana bilər. Torpaq sahəsinə aid olan qanunlar hüquqların və
məhdudiyyətlərin ümumi mənasını müəyyən edir.
Qanunlaşdırılmış torpaq sahələrinin nümunələri:
• özəl torpaq sahələri;
• ənənəvi hüquqlar gücdə olan torpaqlar;
• dövlətlər, ştatlar, rayonlar və bələdiyyələr kimi administrativ vahidlər;
• sular, təbiətin müəyyən zonaları, səsdən və çirklənmədən qorunan ərazilər üçün mühafizə
zonaları;
• torpaqdan istifadə zonaları;
• təbii sərvətlərin işlənməsinə və istismarına icazə verilən rayonlar.
Nadir şəraiti olan və müəyyən hüquqi məhdudluğu olmayan torpaq sahəsi “fiziki torpaq obyekti”
adlana bilər. Dağlarla, sularla, evlərlə, küçələrlə və başqa qanunlaşdırılmamış parametrlərlə
örtülmüş torpaq sahəsi “fiziki torpaq obyekti” adlandırıla bilər.
Torpaq sahəsindən “torpaq obyektinə” keçid şəkil 3.1-də göstərildiyi kimi ola bilər.