KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
17
Texniki ənənələr
• Sistemlərin avtomatlaşdırılması, skanlaşma və digitallaşdırma
16
• Şəbəkənin yaradılması, başqa sistemlərlə əlaqə
8
• Məlumat bazasının yaradılması
7
• GPS / DGPS
4
• Məlumat mübadiləsinin standartları
2
• Ortofoto
1
Cədvəl 2.2
Çox vaxt torpaq-məlumat sistemi adlanan (TMS) və çoxfunksiyalı kadastrın yaranmasına aparan
rəqəmsal əsrə gedən yol qanunvericilik ənənələrində dəstəklənir (cədvəl 2.3). Yeni
qanunvericiliyin və yeni maliyyə modellərinin yaranması hüquqi aspektlərin inkişafının
ənənələridir.
Hüquqi Ənənələr
• Çoxfunksiyalı kadastrın yaradılması (TMS)
8
• Yeni qanunvericilik
3
• Yeni maliyyə modeli
2
• Məxfilik aspektləri
1
• Sənəd qeydiyyatından hüquqların qeydiyyatına keçid
1
• Ödəniş strukturunun dəyişilməsi
1
Cədvəl 2.3
Kadastrın təşkilati aspektlərinin inkişaf ənənələrinin araşdırılması göstərdi ki, gələcəkdə
torpaq məsələlərilə məşğul olan müxtəlif təşkilati strukturların inteqrasiyası önə keçə bilər.
Bu kadastr sistemləri ilə ətraf mühit məlumatları və təbii sərvətlər monitorinqi ilə bağlı
məlumatların əlaqəli ola bilməsini göstərən ənənədir (cədvəl 2.4).
Yeni dövlət idarəçiliyi əsri güclü dövlət strukturlarının zəifləməsinə və özəl sektorun daha aktiv
iştirakına doğru yönəldilmiş ənənələrlə müşahidə oluna bilər. Həmçinin işci heyətinin sayının
azaldılması və daha yaxşı özünü doğrultma kimi ənənələr də bunu təstiqləyir (cədvəl 2.4).
Təşkilati Ənənələr
• torpaq idarəçiliyini aparan təşkilati strukturların inteqrasiyası
6
• güclü dövlət strukturlarının zəifləməsi və özəl sektorun daha aktiv iştirakı
5
• işci heyətinin ixtisarı
4
• daha yaxşı və ya tam özünü doğrultma
3
• ətraf mühit məlumatları və təbii sərvətlər monitorinqi ilə əlaqə
3
• sistemin mərkəzsizləşdirilməsi
2
• qərar vermə prosesinə daha yaxşı dəstək
2
• peşə sərhədlərinin silinməsi
1
Cədvəl 2.4
KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
18
2.3 Özünü Doğrultma Aspektləri
Anketdə rəyi soruşulanlardan özlərində mövcud olan kadastr sistemlərinin məlumatların
toplanmasından sonra ösünü doğrultma dərəcəsinin qiymətləndirilməsi xahiş olunmuşdu ki,
nəticədə özünü ödəmə prosesi yeni dövlət idarəetmə əsrinin mühüm aspekti olmalı idi. Nəticələr
çox maraqlı bir şəkil aldı: cavab verənlərin yarısından çoxu özünü ödəmə dərəcəni 100% və daha
çox kimi göstərmişdi (cədvəl 2.5).
Məlumat toplama prosesinin bitməsindən sonra
özünü ödəmə dərəcəsinin qiymətləndirilməsi
>100%
100%
80%
60%
40%
20%
0%
5
1
1
2
9
4
Cədvəl 2.5
1996-cı ildə Budapeştdə keçirilən illik iclasın iştirakçıları məsələnin müzakirəsi zamanı
bu nəticəyə gəliblər ki, müxtəlif insanlar özünü ödəmə terminini cürbəcür başa düşürlər,
buna görə onlar müqayisə edə bilmirlər. Bu problemi müzakirə etmək və ikinci anket tərtib
etmək təklif olundu.
50-dən çox ölkədən çox yaxşı cavablar alınmışdır. Onlar 1997-ci ildə Penanqda keçirilən
illik iclasda ətraflı müzakirə olunmuş və hesabata daxil edilmişdi (Steudler və b., 1997).
Baxmayaraq ki, əvvəlcə də şübhələr var idi, indi aydın oldu ki, kadastr sisteminin özünü
ödəmə dərəcəsinin təyini çox çətin məsələdir. Sistemin spesifik detalları və həmçinin bir
çox sosial və etnik xüsusiyyətlər kadastr sisteminə öz təsirini göstərə bilər. Məsələnin siyasi
tərəfi həmçinin çox mühümdür və onun qiymətləndirilməməsi səhf nəticələrə gətirə bilər.
Lakin əsas ənənə aydın oldu. Özünü ödəmə aspekti yeni dövlət idarəetmə əsrinin çox
vacib kriteriyasıdır və onun təsiri kadastr sahəsində strateji qərarların verilməsində artacaqdır.
KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
19
2.4 İslahatların ümumi aspektləri və ənənələrin ümumiləşdirilməsi
İkisini çıxmaq şərtilə, bütün dövlətlərdə kadastr islahatı ya planlaşdırılır, ya inkişaf edir ya
da başa çatıb. Baxmayaraq ki, islahatların məqsədləri dövlətdən aslı olaraq dəyəşir, həmçinin
ümumi aspektlər də var.
İslahatların məqsədləri:
• effektivliyin və xərc/gəlir nisbətinin artırılması vasitəsilə xidmətin yaxşılaşdırılması;
• iqtisadiyyata özəl sektorların daha aktiv cəlb edilməsi;
• daha çox məlumatların keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi;
• doğru məlumatlarla təmin edilmə;
• istənilən vaxt istifadəyə yararlı məlumatlara malik olmaq.
Kadastr sistemlərinin inkişaf ənənələri:
• milli koordinat sistemi üzərində qurulmuş rəqəmli kadastr xəritələrinin tətbiqi;
• torpaq barəsində müvcud olan məlumatların rəqəmli formaya keçirilməsi;
• sənədlərin qeyddiyyatı sistemindən hüquqların qeydiyyatı sisteminə keçmək;
• müxtəlif məlumat bazalarının inteqrasiyası ilə torpaq-məlumat sistemlərinə kadastrın tətbiqi;
• binaların, tikililərin və torpağın qeydiyyatı sistemlərinin birləşdirilməsi;
• kadastr və torpaq resurslarının idarəsi təşkilatlarında işçi heyətinin azaldılması;
• regionlaşdırma və özəl sektorun daha geniş cəlb edilməsi;
• ən azı məlumatların işlənməsi və investisiya xərclərini ödəyə biləcək özünü
döğrultma mexanizminin tətbiqi.