KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
7
MÜQƏDDİMƏ
Bir çox onilliklərdə ənənəvi kadastr sistemləri özlərinə etibarlı, yaxşı təşkil olunmuş, torpağa
sahiblik hüququnun təhlükəsizliyinin zəmanətini verən bir sistem kimi ad qazanmağa çalışıblar.
Əhəmmiyətli texniki inkişaf, ictimai həyatda dəyişikliklər, qloballaşma və gündən- günə artan,
hüquqi nəticələri və ətraf muhitə öz təsirini göstərən qarşılıqlı əlaqələr ənənvi sistemlərə öz
təsirini göstərmişdir. Onların hamısı yeni bir inkişafa başlamışdılar. Hazırda bir çox ölkələr öz
kadastr sistemlərində islahatlar aparmışlar, bu da onu göstərir ki, bu sistemlər bütün yeni
dəyişikliklərə adaptasiya oluna bilmirlər.
İslahatlarda ehtiyac əsas səbəbdir və elə bu səbəbə görə 1994-cü ildə ənənələrin araşdırılması və
gələcək kadastr sistemlərinin inkişafının proqnozu üçün işci qrupu yaradılmışdır, buna görə də
FİG-in komissiyası bu fəaliyyət dairəsinin inkişafına diqqətlə nəzarət edir,. Bu yolda işci
qrupunun birinci addımı ənənələrin təhlili üçün anketlər hazırlamaq idi. Bu sorğudan bir çox
mühüm təkliflər əldə edilmiş və bunların əsasında 6 qayda hazırlanmışdır. Bu 6 qaydaya
əsaslanaraq “Kadastr 2014” termini yaranmışdı.
1995-ci ildə Delftdə keçirilmiş illik iclasda “Müasir kadastr və kadastr innovasiyaları” adlı
bir günlük seminar keçirilmiş, bu seminarda birinci sorğunun nəticəsi olaraq inkişafın
gələcək istiqamətləri aşkarlanmış və həmçinin “Kadastr 2014”-ün 6 qaydası müzakirə
olunmuşdu.
1996-cı ildə Budapeştdə keçirilən iclas zamanı işci qrupu birinci sorğunun nəticələrini
müzakirə edib ikinci sorğu təşkil etmişdi. İkinçi sorğu əsasən kadastr sistemlərinin özünü
doğrultmasına və özəlləşdirilməsinə həsr olunmuşdu. “Kadastr 2014”-ün altı qaydası bir daha
müzakirə olunmuş və aydınlaşdırılmışdır. 1997-ci ildə Penanqda keçirilən iclasda işci qrupu
ikinci sorğunun nəticələrini müzakirə edib və son izahatın mahiyyətini qəbul etmişdi.
Dörd illik işin əsas nəticələri bu səkildə göstərilə bilər:
• İnkişaf etmiş ölkələrdə kadastr sistemləri çox mükəmməl kimi yaranırlar. Mükəməlliyə
səy prosedurun çətinliyinə, yavaşımasına və bahalaşmasına gətirib çıxarır.
• Nəticə olaraq kadastr sistemlərinin islahat layihələrinin əsas məqsədlərindən biri bu
sistemlərin xidmətlərinin mükəmməlləşdirilməyə yaxınlaşdırılmasıdır.
• Kadastr sistemlərinin avtomatlaşdırılmasına mükəməlləşdirilmə yolunda ən uyğun bir
alət kimi baxılır, bununla belə kadastr prosedurları aspektləri nəzərə alınmazsa təkmilləşmədə
olan ənənəvi sistemlərin avtomatlaşdırılaması müvəffəqiyyətsizliyə gətirə bilər.
• Kadastr sistemlərinin innovasiyaları torpaq informasiya sistemlərinə tətbiq meylli olur.
• Kadastr kontekstində özünü doğrultma və özəlləşdirilmə mövzuları daha da əhəmiyyətli olur.
• “Kadastr 2014”-ün tərkibində torpağa özəl və ictimai hüquqlardan və mülkiyyətçilərin və
torpaqdan istifadəçilərin hüquqlarının məhdudlaşdırıması haqda tam sənədləşdirmə
olacaq. Bu tamamilə uyğunlaşmış və avtomatlaşdırılmış, torpağın qeydiyyatı
və kadastr xəritəçəkmə prosesinə bölünmədən, böyük torpaq-informasiya
sistemlərinin bir hissəsi olacaq. Bir çox funksiyalarını özəl təşkilatların icra edəcəyinə
baxmayaraq, kadastrın aparılması dövlətin nəzarətində qalacaq və “Kadastr 2014”
bütünlüklə öz xərcini ödəyəcək.
KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
8
• “Kadastr 2014” müasir sistemlərə nəzərən cəmiyyətin müxtəlif təbəqələri üçün daha ucuz
qiymətətlərlə “optimal xidmətlər” göstərəcəkdir.
Sorğunun nəticələrinə əsaslanaraq, I hissə mövcud olan kadastr sistemlərinin xülasəsidir, II
hissə isə islahatlar və kadastr sahəsində inkişaf yönümlərinin xülasəsidir. III hissədə “Kadastr
2014”-ün görünüşü və 6 qaydası göstərilmişdir, onların qiymətləndirilməsi IV hissədədir. V
hissə “Kadastr 2014”-də yerölçənlərin rolundan bəhs edir. VI hissə yerölçənlərin əhəmmiyətli rol
oynaması üçün nə edəcəyindən, FİG və beynəlxalq təşkilatlar “Kadastr 2014”-ə necə
köməklik göstərə biləcəyindən bəhs edir. VII hissə isə xülasədir.
KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
9
1. MÖVCUD KADASTR SİSTEMLƏRİ
İnkişaf istiqamətinin araşdırmalarında və kadastr sisteminin formalaşmasının gələcək
görüntülərində işci qrupunun birinci addımı mövcud olan kadastr sistemlərinin öyrənilməsi
idi. Bu məqsədlə birinci illik iclasda sorğu üçün yeni anketlər düzəltmək qərarına gədilər ki,
onların nəticələri bütün dünyada cari kadastrın inkişafının anlaşılmasını təmin edə bilərdi.
Anketdəki suallar kadastr sistemlərinin yaxın gələcəkdə baş verə biləcək dörd əsas aspektlərinin
- onların güclü və zəif tərəflərinin, keçiriləcək islahatların və ənənələrin öyrənilməsinə
yönəldilmişdi. 1995-ci ilin fevralında nümayəndələrə və komissiyanın müvafiq üzvlərinə 70
anket göndərilmişdi. İşci qrupu Avstraliyanın 7 ştatı daxil olmaqla dünyanın 31 ölkəsindən cavab
aldı.
1.1 və 1.2 nomrəli fəsillər mövcud olan kadastr sistemlərini xarakterizə edərək sorğunun
nəticələri haqda yekun məlumat verir. Sorğuların bütün nəticələri və suallara cavablar haqda
məlumatı müəlliflərdən almaq olar.
1.1 Dörd əsas aspekt
Növbəti dörd aspekt sorğunun bir hissəsidir və mövcud olan kadastr sistemlərinin
görüntüsünü verir: hüquqi və təşkilati xarakteristikalar; planlaşdırılmanın dərəcəsi və
nəzarəti; çox məqsədli kadastrın aspektləri və dövlət və özəl sektorların məsuliyyəti.
A) Hüquqi və təşkilati xarakteristikalar
Kadastr sistemlərinin əsas elementləri 1.1. cədvəlində göstərilmişdir. Kadastr sistemləri üçün
əsas ola bilərlər: torpağa olan hüququn qeydiyyatı, torpaq üzrə əqd sənədlərinin qeydiyyatı və ya
bu ikisinin kombinasiyası. 31 ölkədən 21-i cavab verdilər ki,
onların kadastr sistemləri hüquqların qeydiyyatı əsasında qurulub, yəni torpağın hər bir hissəsi
xəritədə qeyd olunur, hüquqlar isə reyestrdəki yazılara müvafiq olur. 26 ölkədə torpaq
sahəsi qeydiyyatın əsas elementidir. 23 ölkədə vətəndaş hüquqları hüquqi əsasdır. 24 halda
torpağa mülkiyyət hüquqlarının qeydiyyatı mütləqdir.
Kadastr sistemlərinin əsas elementləri
Suallar
Cavablar
Qeydiyyat əsaslanır
Hüquqlara: 23
Sənədlərə :5
Bu iki əsasın
kombinasiyasına: 5
Kadastr vahididir
Torpaq sahəsi: 26
Əmlak kompleksi: 4
Mülkiyyətçinin adı: 1
Hüquqi əsasdır
Ümumi hüquq: 7
Vətəndaş hüququ: 23 Xüsusi hüquq: 2
Mülkiyyət
hüquqlarının
qeydiyyatı
Məcburi deyil: 4
Məcburidir: 24
Kombinasiyalıdır: 3
Torpağa hüquqların
qeydiyyatı prosesi
əsaslandırılırmı?
Hə: 10
Yox: 17
Cədvəl 1.1
Anketdə qeyd olunan kadastr aspektlərinin hüquqi nəticələri 1.2. cədvəlində göstərilmişdir. Orta