“ Q A R T A L SS”
Mühafizə müəssisəsi
Gənc mühafizəçinin yaddaş kitabçası
2
Mühafizə işçisi!
Vətən sənə ən məsuliyyətli sahəni etibar edib.
Yadda saxla ki, sənin hər bir hərəkətin ölkəmizin, xalqımızın əmin-amanlığına xidmət edir.
Sən cəsur, vicdanlı, intizamlı, sayıq olmalı, xidməti və dövlər sirrini qorumalı, dövlətimizin
qanunlarına sözsüz riayət etməlisən!
Sən mühafizə xidmətində xalqımızın və dövlətimizin maraqlarının keşiyində durursan. Elə
hərəkət et ki, hər şeydə və hər zaman ətrafdakılar üçün nümunə olasan,
İctimai qayda-qanunu qoruyaraq, ancaq qanun çərçivəsində hərəkət et! Sənə böyük
hüquqlar verilib. Onlardan bacarıqla istifadə et!
İşdə təşəbbüskarlıq, zirəklik və bacarıq göstər: Hər bir iş üçün göstəriş gözləmə, vəzifəni
daha da yaxşı yerinə yetirmək üçün özünü fikirləş.
Başladığın işi sona çatdır. Yadda saxla: təşəbbüskar və bacarıqlı adam hər şeyin öhtəsindən
gəlməyi bacarmalıdır.
Daim öyrən, mədəni səviyyəni yüksəlt, sənət, peşə ustalığını mükəmməlləşdir. Bilmədiyini
başqalarından öyrənməyə utanma, bildiyini yoldaşına da öyrət.
Diqqətli ol, cinayətkar niyyətləri duymağı bacar, huquq pozuntularının qabağını vaxtında
al. Yadda saxla, cinayətin qarşısını vaxtında almaq, yanğın qığılcımını söndürməyə bərabərdir.
Şərəfsizlik, mənsəbpərəstlik, kobudluq, mərhəmətsizlik, formalızm, vicdansızlıq, əyyaşlıq,
əliəyrilik, nəzakətsizlik amillərinə qarşı barışmaz ol!
Özünütənqid ruhunda ol, öz ünvanına olan iradları axıra kimi dinləməyi bacar. Səhv etdin,
səhvini başa düş və düzəlt!
Səhv etməyən yox, səhv edib onları tez aradan qaldırmağı bacaran adam ağıllı adamdır.
Sənin rəftarına, hərəkətinə, davranışına görə bütün mühafizə işçiləri haqqında təsəvvür
yaranır. “Qartal” mühafizə şirkətinin şərəfi sənin şərəfindir. Bu şərəfi əla xidmətinlə qoruyub
saxla!
Son dərəcə xeyrixah, xoşrəftar və nəzakətli ol. Əsəbləşmə, diqqətlə dinləməyi bacar. Sənə
olunan müraciəti, xahişi diqqətlə araşdır. Çalış vəziyyətdən düzgün çıxış yolu tapasan.
Gözəl və təmiz nitqə nail olmaq üşün çalış. Sənin nitqin ruhunun, ağlının, mədəniyyətinin
təcəssümüdür.
3
Səsini və rəftarını idarə etməyi bacar. Çalış “zəhmət olmasın, buyurun, sizə təşəkkür
edirəm, zəhmət çəkin” kimi ifadələri işlətmək vərdişinə yiyələn. Hətta başqalarının düzgün
olmayan rəftarı zamanı ləyaqətini qoru.
Möhkəm, əyilməz və cəsarətli ol, qətiyyətli hərəkətlərinlə vətəndaşları cinayətkar
hərəkətlərdən qoru. Yerli-yersiz güc və silahdan istifadə etmə!.
Tam müəyyən etmədiyin bir şey haqqında qərar vermə. Çünki, düşünmədən danışmaq
hədəf almadan atəş açmaq deməkdir. Mühakimələrində təmkinli ol, tələsmə!
Öz xarici görünüşünə qayğı ilə yanaş, ciddi, səliqəli, üzü qırxılmış ol, səliqəli geyin. Yeni
geyimini qoru, onu təmiz və ütülənmiş vəziyyətdə saxla. Çəkmələrin, toqqan, düymələrin həmişə
təmiz olmalıdır!
Rütbəcə yüksək olanları nəzakətlə salamla.
Mütəmadi olaraq idmanla məşğul ol, qorxmaz və çevik ol. Bu sənə xidmət vaxtı kömək
edəcək.
Həmişə çalış ətrafındakılara qarşı həssas, diqqətli və qayğıkeş olasan. Xidmət başında
olarkən qoça kişi və qadını, qoru, küçədən keçirməyi unutma. Balacalaın küçədən rahat keçməsi
üçün hərəkəti saxla. İnsanlara xeyirxahlıq etmək üçün utanma. Çalış yüksək tərbiyəliliyini və
ədəbli olduğunu göstər.
Vətəndaşların sualına həmişə aydın və dəqiq cavab ver. Onların nə istədiklərini aydınlaşdır
və həmişə müfəssəl cavab verməyə çalış.Əgər vətəndaşın sualına cavab mürəkkəb olarsa, onda
məsləhətləşmək lazımdır. Bunun üçün üzr istə, bir qədər gözləməyi xahiş et, yaxında yerləşən
telefon, yaxud cib telefonu ilə mühafizə şirkətinin növbətçi hissəsi ilə əlaqə saxla. Aydın
olmayan məsələni mütləq aydınlaşdır və vətəndaşa sanballı cavab ver.
Həmişə çalış ki, hərəkətlərin qanunauyğun, ətrafdakılara aydın və mütləq nəzaktli olsun.
Heç kəsə “Sən” deyə müraciət etmə. Hamıya küçədə, müəssisədə “siz” deyə müraciət et!.
Bu sənin mədəniyyətliliyini göstərər və müsahibin tərəfindən mümkün olan kobudluğun qarşısını
alar.
İstənilən halda soyuqqanlılığını saxla, kobudluğa kobudluqla cavab vermə. Bunula sən öz
üstünlüyünü göstərəcəksən və ətrafdakıları köməyə cağıracaqsan.
Cinayətkarı və cinayət etməkdə şübhələnən digər şəxsləri saxlayarkən təmkinli və
soyuqqanlı ol. Yaddan çıxartma ki, qanunu pozanlar həmişə ara qarışdırmağa, fitnəkarlıq etmək
qərarına gəlirlər və bununla vətəndaşlar tərəfindən təəssübkeşlik hissələri qazanmağa çalışır və
yaranan vəziyyətdən istifadə edərək aradan çıxırlar. Qeyri-dövlət(özəl)mühafizə haqqında
qanunun tələb etdiyi kimi qətiyyətlə, cəsarətlə, bacarıqla hərəkət et, lakin eyni zamanda çalış ki,
kobud və qaba ifadələrdən istifadə etməyəsən.
4
Saxlanılan, tutulan, saxlanma məntəqəsində olan, müşayiət edilən şəxslərin mühafizəsi
səndən xüsusi sayıqlıq və intizam tələb edir. Onlarla kobud rəftar etmə, fitnə-fəsada uyma,
onların davranışına diqqətlə fikir ver.
Axtarış apar, ədəbli, nəzakətli, həddindən artıq sayıq ol. Qətiyyətlə, lakin kobud olmadan
nizamnaməyə uyğun olaraq onun bütün tələblərini yerinə yetirməyə nail ol.
Zəhmətkeşlərin xahiş, şikayət və ərizələrinə, o cümlədən təşkilatların sorğusuna
həssaslıqla, qayğıkeşliklə münasibət bəslə. Çalış onları mümkün qədər tez və keyfiyyətli yerinə
yetirinə yetirəsən. Sonra ərizəçiyə görülən tədbirlər barəsində xəbər ver. Yadda saxla ki, cinayət
haqqında məlumata tez və bacarıqla münasibət göstərmək mühafizəçinin nüfuzunun
möhkəmlənməsi üçün çox vacibdir.
İş vaxtını ətraflı düşünülmüş tərzdə planlaşdır. Çalış ki, gün ərzində imkan dairəsində daha
çox tədbirlər həyata keçirəsən.
Kabinetə daxil olmazdan əvvəl qapını döy, icazə aldıqdan sonra daxil ol. Əgər hər hansı bir
məsələni həll etmək üçün rəhbərin və yaxud xidmət yoldaşının yanına getməlisənsə qabaqcadan
zəng et, öyrən gör , o səni qəbul edə bilərmi.
Nə qədər də məşğul olsan, kağızlardan aralan, xidmət otağına daxil olan adama diqqət
yetir, onu diqqətlə dinlə və oturmağa dəvət et! Maraqlan gör gəlməyinin səbəbi nədir, diqqətlə
onu dinlə, aydın, ətraflı və müfəssəl cavab ver.
Söhbət zamanı qaldırılmış mövzu barəsində sənin xüsusi marağının olmasını nümayiş etdir,
kağızları gözdən keçir, görüşə gələnin üzünün, gözünün ifadəsinə diqqət yetir. Əgər telefon zəng
çalırsa, gələn adamdan məcburi fasilə üçün üzr ustə.
Əgər kabinetə rəis daxil olubsa ayağa qalx. Yadda saxla ki, salamlamaq üçün rütbəcə
yüksək şəxs əlini birinci uzadır. Əgər kabinetə qadın daxil olursa, qalx onu salamla, qadın da
həmçini salamlaşmaq üçün əlini birinci uzadır.
Xidməti otaqda təmizliyə və rahatlığa diqqət yetir. Onu lazımsız mebellərlə və digər
şeylərlə həddindən artıq doldurma. Yadda saxla ki, kabinetin avadanlıqla düzgün təchiz edilməsi
çox zaman sahibinin xasiyyətini göstərir.
Öznüdən rütbəcə yüksək olanın xidmət otağına daxil olarkən o, özü oturmağı təklif
etməyincə əyləşmə.
Xidməti yerə, yığıncağa, iclasa gecikmə. Bununla sən nəinki intizamsızlıq nümayiş
etdirirsən, eyni zamanda vaxtında gələn və səni gözləməyə məcbur olan yoldaşlarının da vaxtını
hədər yerə itirirsən.
***
5
Avtobus və digər nəqliyyat vasitələrinə minərkən qadınları, qocaları və uşaqları qabağa
burax. Basabas salan, itələşən, növbəni pozan şəxslərə irad tut!
Yerini qadına və yaşlı şəxslərə ver. Əgər oturmuş gənc adam yerini qadına, qocaya, uşağa
vermək istəmirsə ədəblə, nəzakətlə ona irad tut.
Uşaqlı qadınların avtobusa minməyinə kömək et, ahıl adamların əllərindəki əşyalarını
avtobusa qaldır.
İmkan qədər çox oxu, gündəlik qəzetləri oxu, radio və televiziya verilişlərini diqqətlə dinlə.
Bu, dil mədəniyyəti üzrə əvəzedilməz məşğələdir. Bu, həmçinin sənə baş verən bütün
hadisələrdən xəbərdar olmağa imkan yaradır.
Heç vaxt kobud, ədəbsiz, nalayiq söz və ifadələr işlətmə. Fikirləşmə ki, nitqində çoxlu
söyüş sözləri işlətməklə cəsarətli, qoçaq “bir qəhrəman kimi” görünursən. Əksinə, bununla sən
ətrafdakılarda özünə qarşı ikrah hissi yaradırsan.
İşgüzar sənədlərdə elə söz və ifadələr işlət ki, onların yazılışı və mənası sənin üçün
aydındır. Əks təqdirdə gülünc vəziyyətə düşəcəksən.
Lazımsız atalar sözü və zərb məsəlləri “belə desək” “bir sözlə”, “deməli”, “ümumiyyətlə”
və s. işlətməkdən əl çək. Nitqini bu kimi mənasız söz və ifadələrlə korlama: “dəmirdən də
möhkəm”, “qanuna uyğundur”, “sözsüz”, “dedik bitdi”, “sındırmaq”, “iradəsini qırmaq”, “canını
almaq” və s.
Çalış fikrini qısa və aydın ifadə et. Ağlına gələni demə, lakin dediyin hər bir şey haqqında
fikirləş, sonra de.
Müsahibinə hörmət et, etinasız və gülməli tonla onun xətirinə dəymə. Həm hərəkətlərində,
həm də sözlərində ədəbli, nəzakətli ol. “Zəhmət olmasa bir də təkrar edin, mən sizi yaxşı
eşitmədim” demək daha nəzakətli olar, nəinki “mən sizi başa düşmədim”.
Xidmət başında olarkən və telefona cavab verərkən gözə görünməyən müsahibinə öz
soyadını və rütbəni dəqiq de.
Əgər telefonla danışarkən müsahibinin həyəcanlı olduğunu və hadisə haqqında anlaşıqlı
danışa bilmədiyini hiss edirsənsə onun sözünü kəsmə, çalış ona təskinlik verib sakitləşdirəsən və
dərdinə mərhəmətlə şərik olasan.
Telefonda kiminsə soyadını və ümvanını dəqiq müəyyən etməsən də onun sözünü kəsmə.
Yaxşı olar ki, bütün məlumatı aldıqdan sonra xahiş edəsən “filan, filan şeyləri zəhmət olmasın
bir də dəqiqləşdirin” və ya “ Mən bu soyadlarını düzmü qeyd etmişəm?”
Tez-tez postda mühafizəçiyə bu və ya digər məsələlər barəsində müraciət edirlər. Nə qədər
bərk məşğul olsan da o suallara aydın izahat ver, lazım gələrsə hara müraciət edilməli olduğunu
nəzakətlə cavab ver.
6
Telefonda müsahibinlə salamlaşmağı unutma, məlumat üçün ona təşəkkür et və uğurlar
arzula.
Xidməti telefonu ilə danışarkən müxtəsər ol, yadında saxla ki, o, istənilən anda çox vacib
bir məlumat və ya göstəriş və əmrlərin verilməsi üçün lazım ola bilər.
Yerinə yetirə bilmədiyin bir şeyi vəd etmə. Yox artıq söz vermisənsə, mütləq onu yerinə
yetir. Hər şeydən çox sözünün qiymətini bil.
Sən qanunun nümayəndəsisən və onun keşikçisi və qoruyucususan. Qanunu daim öyrən və
ona möhkəm surətdə riayət et.
Dostları ilə paylaş: |