34
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
Sağlamlıq
Bizim sağlamlıq proqramlarımıza sağlamlıq risklərinin
qiymətləndirilməsi, sağlamlıq aksiyaları, ərzaq təhlükəsizliyinin
auditləri, legionella risklərinin qiymətləndirilməsi və sağlamlıq üçün
təhlükəli maddələrə nəzarət edilməsi daxildir
Sağlamlıq təşəbbüsləri
2010-cu ildə aşağıdakılar da daxil olmaqla bir
neçə mühüm sağlamlıq təşəbbüsü həyata
keçirildi:
•
Səngəçal terminalında (ST) sağlamlığa təsirin
retrospektiv qiymətləndirilməsi – Bu, terminal və
onun ətrafındakı ərazidəki insanlar üçün
sağlamlığa təsirin ilkin qiymətləndirilməsini əldə
etmək məqsədilə keçirilən bir tədqiqat idi.
Tədqiqatın məqsədi icmanın və əsas maraqlı
tərəflərin sağlamlıqla əlaqədar narahatçılıqlarını və
terminalın keçmişdə həyata keçirdiyi tullantılar/
emissiyalarla bağlı sağlamlıq məsələlərini elmi
cəhətdən analiz etmək idi. Qiymətləndirmənin
başa çatdırılması doqquz ay çəkərək
planlaşdırma, müşahidə və hesabat mərhələlərini
əhatə etdi. 2010-cu
ildə bununla əlaqədar
hesabat hazırlandı və atmosfer havasının
monitorinqinə əsasən belə bir nəticəyə gəlindi ki,
terminalın icma sağlamlığına təsir göstərmə
ehtimalı çox azdır. Tədqiqatın nəticələri ilə
ictimaiyyəti tanış etmək, şərhlərini dinləmək və
onları narahat edən suallara cavab vermək üçün
Səngəçal, Əzimkənd və Ümid qəsəbələrində
ictimaiyyətlə açıq görüşlər keçirildi. Gələcəkdə
keçiriləcək hər hansı oxşar tədqiqat zamanı bu
hesabatdakı məlumatlardan ilkin mənbə kimi
istifadə ediləcəkdir.
•
Dəriyə nəzarət proqramı – Bu təşəbbüs
qıcıqlandırıcı/həssaslaşdırıcı kimyəvi maddələrin
təsirinə potensial məruz qalma riski olan işçilərin
müəyyən edilməsi və qiymətləndirilməsini əhatə
edirdi. BP AGT dəniz platformalarında 2009-cu
ildə müəyyən edilmiş bütün fərdlər 2010-cu ildə
öz iş yerlərində nəzarət proqramına əsasən
həkimlər tərəfindən müayinə olunublar. “Riskə
məruz” işçilər həmçinin Azərbaycan İxrac Boru
Kəmərinin aralıq ərsinlə təmizlənmə stansiyası
(IPA2) və nasos stansiyası 2-də (PSA2) aşkar
edildilər. Bu fərdlər üzərində müşahidə 2011-ci
ildə həyata keçiriləcəkdir.
•
Sağlamlıq risklərinin qiymətləndirilməsi – 2010-
cu ilin dekabr ayında yeni Çıraq neft layihəsinin
tikinti-quraşdırma sahələrində (“ATA” və “BOS
Şelf”) sağlamlıq risklərinin qiymətləndirilməsi
aparıldı. Fövqəladə hallarda tibbi hazırlıq və iş
yerlərində tibbi avadanlıqların olması da daxil
olmaqla bir sıra təkmilləşdirilməsi lazım olan
tədbirləri müəyyən edən sağlamlıqla bağlı
hesabat hazırlanaraq podratçılarla razılaşdırıldı.
•
İş yeri kimi laboratoriyada çalışanların məruz
qaldığı təsirin qiymətləndirilməsi – İl ərzində ST
və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin
istehsalat laboratoriyalarında işləyən işçilərin
kimyəvi, bioloji və fiziki risklərə məruz
qalmalarının qiymətləndirilməsi həyata keçirildi.
Bu qiymətləndirmə 2009-cu ildə başlamışdı və
indi də davam edir.
Sağlamlıq kampaniyaları
•
ƏİES-in (əməliyyatların idarə edilməsi
sistemi) əllə yerinə yetirilən bütün
fəaliyyətlərin müəyyən edilmiş riskə görə
kateqoriyalara
bölünməsi və
qiymətləndirilməsi tələbinə cavab olaraq, biz
bütün BP AGT-də “Sənin Təklifin” adlı
kampaniyaya başladıq.
•
Məqsədyönlü işçi təqdimatları əllə yükləmə-
boşaltma əməliyyatlarının təhlükələri və
risklərin qiymətləndirilməsi mexanizmləri
barədə aydın məlumatlar verdi.
•
Ümumdünya Diabet Gününü qeyd etmək
üçün biz noyabr ayında bütün BP AGT
regionunda “Gəlin diabeti nəzarət altında
saxlayaq” adlı kampaniya keçirdik. Bu tədbir
diabet haqqında məlumatların artırılması
yığıncaqları vasitəsilə həyata keçirildi. Bizim
və podratçıların təxminən 400 nəfər işçisi
könüllü olaraq sağlamlıq yoxlamasında iştirak
etdilər.
•
Biz həmçinin ilin axırıncı rübündə qrip
haqqında hər il keçirilən məlumatların
artırılması və peyvənd kampaniyasını həyata
keçirdik. Bizim və podratçıların 661 nəfər
işçisi A/H1N1 (pandemiya) qripinə və iki
digər qrip virusuna qarşı peyvənd edildi.
Sağlamlıq göstəriciləri
BP AGT-nin səhiyyə qrupu üç yerli tibb
müəssisəsində onların pandemiya və ya
qeyri-mütəmadi baş verən infeksion xəstəliklərin
öhdəsindən gəlmək imkanlarını qiymətləndirmək
üçün yoxlamalar keçirdi. Tövsiyələr hazırlandı və
təchizatçılara çatdırıldı.
Avqust ayında həm Dərinsulu Günəşli (DərSG),
həm də Çıraq platformalarında zərərli maddələrin
sağlamlığa təsirinə nəzarət üçün auditlər keçirildi.
Sahələrdə çalışan işçi heyəti tərəfindən yerinə
yetirilmək üçün bir sıra tövsiyələr verildi.
ST-də, ixrac boru kəmərləri marşrutları
boyunca yerləşən obyektlərdə, Bakı ofislərində
və seçilmiş podratçı istehsalat sahələrində ərzaq
təhlükəsizliyi auditləri keçirildi. ST-də, BTC-nin IPA
və PSA2 stansiyasında, dəniz platformalarında
legionella riskinin qiymətləndirilmələri aparıldı.
Çıraq, DərSG və Şahdəniz platformalarındakı
mövcud su sistemlərində legionella təhlükələri ilə
bağlı hərtərəfli yoxlamalar keçirildi.
Yuxarıda göstərilənlərdən başqa, “PSA2
çoxsaylı tələfat planı” adlı yeni bir prosedura
hazırlandı. Bu planda sahədəki cavab tədbirləri
görən qrupa və BTC boru kəmərinin PSA2
stansiyasındakı fövqəladə hallar zamanı tibbi
tədbirlər görən qrupa yerli şəraitə uyğun konkret
təlimatlar verilir.
Dəniz xəstəliyi üzrə proqram
2009-cu ilin sonunda BP Azərbaycanın dəniz
platformalarına və qazma qurğularına işçilərin
daşınması üsulu helikopterlərdən gəmilərə
keçməklə dəyişdirildi. Bu dəyişmənin
arzuolunmaz kənar effekti dördsaatlıq səfər
zamanı bəzi sərnişinlərin dəniz xəstəliyinə
tutulması idi.
BP Azərbaycanın səhiyyə qrupuna bu
problemi araşdırmaq və profilaktik tədbirlər
işləyib hazırlamaq tapşırıldı. Nəticədə
təkmilləşməyə ehtiyacı olan bir neçə sahə
müəyyən olundu və tədbirlər həyata keçirildi:
• Dərmanların yerli bazarlarda olub-olmaması,
onların təsiri və əlavə təsiri yoxlanıldı. İndi
bütün işçilərə gəmiyə minməzdən əvvəl dəniz
xəstəliyinə qarşı müvafiq həblər verilir və
həkim onların istifadəsi barədə məsləhət verir.
• Dəniz xəstəliyinin nəticələri və onun bəzi ciddi
təsirləri barədə təqdimat işlənib hazırlandı və
dənizdə işləyən əməkdaşlara çatdırıldı. Dəniz
xəstəliyinin idarə edilməsi prosedurası nəşr
olundu.
• Görülən tədbirlərin səmərəliliyini
qiymətləndirmək üçün dəniz xəstəliyinə qarşı
dərman qəbul edən sərnişinlərin sayı və onun
simptomlarından ciddi əziyyət çəkən
sərnişinlərin sayı kimi məsələlərə dair müxtəlif
statistik məlumatlar toplandı. Alınan nəticələr
rübdə bir dəfə təhlil edilir.
2010-cu ilin son doqquz ayı ərzində bütün
dəniz sərnişinlərinin 37%-i dəniz xəstəliyinə
görə dərman qəbul edib. Dənizdə işləyən
əməkdaşların yalnız 2%-i nəqliyyat
gəmilərində və yalnız 0,2%-i platformalarda
dəniz xəstəliyinə tutulduqları barədə
məlumat verib.
Şərqi Azəri platformasında
tibbi müayinə
Əməyin təhlükəsizliyi və sağlamlıq