17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

34

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

Sağlamlıq 

Bizim sağlamlıq proqramlarımıza sağlamlıq risklərinin 

qiymətləndirilməsi, sağlamlıq aksiyaları, ərzaq təhlükəsizliyinin 

auditləri, legionella risklərinin qiymətləndirilməsi və sağlamlıq üçün 

təhlükəli maddələrə nəzarət edilməsi daxildir

Sağlamlıq təşəbbüsləri 

2010-cu ildə aşağıdakılar da daxil olmaqla bir 

neçə mühüm sağlamlıq təşəbbüsü həyata 

keçirildi:

• 

Səngəçal terminalında (ST) sağlamlığa təsirin  



  retrospektiv qiymətləndirilməsi – Bu, terminal və  

  onun ətrafındakı ərazidəki insanlar üçün   

  sağlamlığa təsirin ilkin qiymətləndirilməsini əldə  

  etmək məqsədilə keçirilən bir tədqiqat idi.  

  Tədqiqatın məqsədi icmanın və əsas maraqlı  

  tərəflərin sağlamlıqla əlaqədar narahatçılıqlarını və  

  terminalın keçmişdə həyata keçirdiyi tullantılar/ 

  emissiyalarla bağlı sağlamlıq məsələlərini elmi  

  cəhətdən analiz etmək idi. Qiymətləndirmənin  

  başa çatdırılması doqquz ay çəkərək  

 

  planlaşdırma, müşahidə və hesabat mərhələlərini  



  əhatə etdi. 2010-cu ildə bununla əlaqədar  

  hesabat hazırlandı və atmosfer havasının  

  monitorinqinə əsasən belə bir nəticəyə gəlindi ki,  

  terminalın icma sağlamlığına təsir göstərmə  

  ehtimalı çox azdır. Tədqiqatın nəticələri ilə  

  ictimaiyyəti tanış etmək, şərhlərini dinləmək və  

  onları narahat edən suallara cavab vermək üçün  

  Səngəçal, Əzimkənd və Ümid qəsəbələrində  

  ictimaiyyətlə açıq görüşlər keçirildi. Gələcəkdə  

  keçiriləcək hər hansı oxşar tədqiqat zamanı bu  

  hesabatdakı məlumatlardan ilkin mənbə kimi  

  istifadə ediləcəkdir. 

• 

Dəriyə nəzarət proqramı – Bu təşəbbüs   



  qıcıqlandırıcı/həssaslaşdırıcı kimyəvi maddələrin  

  təsirinə potensial məruz qalma riski olan işçilərin  

  müəyyən edilməsi və qiymətləndirilməsini əhatə  

  edirdi. BP AGT dəniz platformalarında 2009-cu  

  ildə müəyyən edilmiş bütün fərdlər 2010-cu ildə  

  öz iş yerlərində nəzarət proqramına əsasən  

  həkimlər tərəfindən müayinə olunublar. “Riskə  

  məruz” işçilər həmçinin Azərbaycan İxrac Boru  

  Kəmərinin aralıq ərsinlə təmizlənmə stansiyası  

  (IPA2) və nasos stansiyası 2-də (PSA2) aşkar  

  edildilər. Bu fərdlər üzərində müşahidə 2011-ci  

  ildə həyata keçiriləcəkdir.

• 

Sağlamlıq risklərinin qiymətləndirilməsi – 2010- 



  cu ilin dekabr ayında yeni Çıraq neft layihəsinin  

  tikinti-quraşdırma sahələrində (“ATA” və “BOS  

  Şelf”) sağlamlıq risklərinin qiymətləndirilməsi  

  aparıldı. Fövqəladə hallarda tibbi hazırlıq və iş  

  yerlərində tibbi avadanlıqların olması da daxil  

  olmaqla bir sıra təkmilləşdirilməsi lazım olan  

  tədbirləri müəyyən edən sağlamlıqla bağlı  

  hesabat hazırlanaraq podratçılarla razılaşdırıldı.  

• 

İş yeri kimi laboratoriyada çalışanların məruz  



  qaldığı təsirin qiymətləndirilməsi – İl ərzində ST  

  və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin  

  istehsalat laboratoriyalarında işləyən işçilərin  

  kimyəvi, bioloji və fiziki risklərə məruz    

  qalmalarının qiymətləndirilməsi həyata keçirildi.  

  Bu qiymətləndirmə 2009-cu ildə başlamışdı və  

  indi də davam edir.

Sağlamlıq kampaniyaları 

• 

ƏİES-in (əməliyyatların idarə edilməsi    



  sistemi) əllə yerinə yetirilən bütün  

 

  fəaliyyətlərin müəyyən edilmiş riskə görə  



  kateqoriyalara bölünməsi və    

 

  qiymətləndirilməsi tələbinə cavab olaraq, biz  



  bütün BP AGT-də “Sənin Təklifin” adlı    

  kampaniyaya başladıq.

• 

Məqsədyönlü işçi təqdimatları əllə yükləmə- 



  boşaltma əməliyyatlarının təhlükələri və   

  risklərin qiymətləndirilməsi mexanizmləri  

  barədə aydın məlumatlar verdi. 

• 

Ümumdünya Diabet Gününü qeyd etmək  



  üçün biz noyabr ayında bütün BP AGT    

  regionunda “Gəlin diabeti nəzarət altında  

  saxlayaq” adlı kampaniya keçirdik. Bu tədbir  

  diabet haqqında məlumatların artırılması   

  yığıncaqları vasitəsilə həyata keçirildi. Bizim  

  və podratçıların təxminən 400 nəfər işçisi  

  könüllü olaraq sağlamlıq yoxlamasında iştirak  

 etdilər. 

• 

Biz həmçinin ilin axırıncı rübündə qrip    



  haqqında hər il keçirilən məlumatların    

  artırılması və peyvənd kampaniyasını həyata  

  keçirdik. Bizim və podratçıların 661 nəfər  

  işçisi A/H1N1 (pandemiya) qripinə və iki   

  digər qrip virusuna qarşı peyvənd edildi.

Sağlamlıq göstəriciləri 

BP AGT-nin səhiyyə qrupu üç yerli tibb 

müəssisəsində onların pandemiya və ya 

qeyri-mütəmadi baş verən infeksion xəstəliklərin 

öhdəsindən gəlmək imkanlarını qiymətləndirmək 

üçün yoxlamalar keçirdi. Tövsiyələr hazırlandı və 

təchizatçılara çatdırıldı.

Avqust ayında həm Dərinsulu Günəşli (DərSG), 

həm də Çıraq platformalarında zərərli maddələrin 

sağlamlığa təsirinə nəzarət üçün auditlər keçirildi. 

Sahələrdə çalışan işçi heyəti tərəfindən yerinə 

yetirilmək üçün bir sıra tövsiyələr verildi.

ST-də, ixrac boru kəmərləri marşrutları 

boyunca yerləşən obyektlərdə, Bakı ofislərində 

və seçilmiş podratçı istehsalat sahələrində ərzaq 

təhlükəsizliyi auditləri keçirildi. ST-də, BTC-nin IPA 

və PSA2 stansiyasında, dəniz platformalarında 

legionella riskinin qiymətləndirilmələri aparıldı. 

Çıraq, DərSG və Şahdəniz platformalarındakı 

mövcud su sistemlərində legionella təhlükələri ilə 

bağlı hərtərəfli yoxlamalar keçirildi.

Yuxarıda göstərilənlərdən başqa, “PSA2 

çoxsaylı tələfat planı” adlı yeni bir prosedura 

hazırlandı. Bu planda sahədəki cavab tədbirləri 

görən qrupa və BTC boru kəmərinin PSA2 

stansiyasındakı fövqəladə hallar zamanı tibbi 

tədbirlər görən qrupa yerli şəraitə uyğun konkret 

təlimatlar verilir.



Dəniz xəstəliyi üzrə proqram 

2009-cu ilin sonunda BP Azərbaycanın dəniz 

platformalarına və qazma qurğularına işçilərin 

daşınması üsulu helikopterlərdən gəmilərə 

keçməklə dəyişdirildi. Bu dəyişmənin 

arzuolunmaz kənar effekti dördsaatlıq səfər 

zamanı bəzi sərnişinlərin dəniz xəstəliyinə 

tutulması idi.

BP Azərbaycanın səhiyyə qrupuna bu 

problemi araşdırmaq və profilaktik tədbirlər 

işləyib hazırlamaq tapşırıldı. Nəticədə 

təkmilləşməyə ehtiyacı olan bir neçə sahə 

müəyyən olundu və tədbirlər həyata keçirildi:

•  Dərmanların yerli bazarlarda olub-olmaması,  

  onların təsiri və əlavə təsiri yoxlanıldı. İndi  

  bütün işçilərə gəmiyə minməzdən əvvəl dəniz  

  xəstəliyinə qarşı müvafiq həblər verilir və  

  həkim onların istifadəsi barədə məsləhət verir.

• Dəniz xəstəliyinin nəticələri və onun bəzi ciddi  

  təsirləri barədə təqdimat işlənib hazırlandı və  

  dənizdə işləyən əməkdaşlara çatdırıldı. Dəniz  

  xəstəliyinin idarə edilməsi prosedurası nəşr  

 olundu.

• Görülən tədbirlərin səmərəliliyini  

 

  qiymətləndirmək üçün dəniz xəstəliyinə qarşı  



  dərman qəbul edən sərnişinlərin sayı və onun  

  simptomlarından ciddi əziyyət çəkən    

  sərnişinlərin sayı kimi məsələlərə dair müxtəlif  

  statistik məlumatlar toplandı. Alınan nəticələr  

  rübdə bir dəfə təhlil edilir. 

      2010-cu ilin son doqquz ayı ərzində bütün  

  dəniz sərnişinlərinin 37%-i dəniz xəstəliyinə  

  görə dərman qəbul edib. Dənizdə işləyən  

  əməkdaşların yalnız 2%-i nəqliyyat  

 

  gəmilərində və yalnız 0,2%-i platformalarda  



  dəniz xəstəliyinə tutulduqları barədə  

  məlumat verib.

Şərqi Azəri platformasında 

tibbi müayinə

Əməyin təhlükəsizliyi və sağlamlıq



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə