17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

Biz enerjini mümkün olan ən 

məsuliyyətli şəkildə, insanlar, 

icmalar və ətraf mühitə təsirləri 

minimallaşdıraraq istehsal etmək 

barədə öhdəliyimizə anlayış və 

hörmətlə yanaşır, yüksək dəyər 

veririk

Ətraf mühit



İstixana qazları

İstixana qazlarının 

emissiyasını idarə etmək 

məqsədi ilə avadanlığı 

dəyişdirərək necə 

yeniləşdirməyimiz, qazın 

məşəldə yandırılması 

prosesi və sistemlərini 

necə 

optimallaşdırmağımız 



barədə

Səhifə 36

Tullantıların idarə 

edilməsi


Tullantıların minimuma 

endirilməsi üzrə 

proqramımızın bir hissəsi 

kimi yeni strategiyaları 

həyata keçirir və 

tullantıların idarə 

edilməsi proseslərini 

yaxşılaşdırırıq

Səhifə 38

Ətraf mühitin 

monitorinqi

Fəaliyyətimizin əhatə 

dairəsindəki ətraf mühitə 

göstərə biləcəyi 

potensial təsirlərin 

davamlı monitorinqinə 

ciddi yanaşmamız

Səhifə 40



BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010


36

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010



İstixana qazları

2010-cu ildə BP-nin Azərbaycanda istixana 

qazları (İXQ) emissiyalarının xalis həcmi cəmi 

671 min ton (kte) olmaqla 2009-cu ilə 

nisbətdə 6% azaldı.

Bu azalmanın başlıca səbəbi bizim dəniz 

platformalarımızın əksəriyyətində, o cümlədən 

Mərkəzi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli 

(DərSG), Çıraq və Şahdəniz platformalarında, 

eləcə də Səngəçal terminalında qazın 

məşəldə yandırılmasının aşağı düşməsi idi. 

2010-cu ildə İstiqlal qazma qurğusunda İXQ 

emissiyalarının səviyyəsinin aşağı düşməsi 

qazma əməliyyatlarının 2010-cu ilin birinci 

rübündə dayandırılmasından sonra baş verdi.

Qazın məşəldə yandırılması

2010-cu ildə Azərbaycanda BP və tərəfdaşları 

tərəfindən təxminən 423 kte karbohidrogen 

məşəldə yandırılmışdır ki, bu da 2009-cu illə 

müqayisədə 26% azdır. Bu azalmanın səbəbi 

Mərkəzi Azəri platformasında qazın laya 

vurulması sistemində edilmiş dəyişiklik və 

yeniləşdirmə oldu. 

Ətraf mühit

Ətraf mühitin idarə olunması 

İl ərzində qazın məşəldə 

yandırılmasını əhəmiyyətli dərəcədə azaltdıq və uzun müddətdir hasil 

edilmiş lay suyunun utilizasiyasında yaxşı irəliləyişə nail olduq. 

Obyektlərimizin bir neçəsində çirkab sularının emalı ilə bağlı 

problemlər yarandı.

Ramiz Əliyev

ARDNŞ-nin ekoloji 

layihələrin idarə 

edilməsi şöbəsinin 

müdiri

2010-cu ildə BP tərəfindən Azərbaycan 



Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 

üçün təşkil edilmiş Dəniz əməliyyatları 

haqqında məlumatlılıq seminarı konkret 

peşəkar mövzulara həsr edilmişdi və bizim 

mütəxəssislərimiz üçün alınan məlumatlar və 

biliklər çox faydalı oldu. Seminar Xəzərdə 

dəniz platformalarının mühəndis-tikinti 

layihələşdirilməsi, inşası və istismarı zamanı 

BP-nin istifadə etdiyi qabaqcıl ekoloji 

standartlar və texnologiyaları əhatə etdi. Bəzi 

iştirakçılar üçün Mərkəzi Azəri platformasına 

səfər də təşkil edildi.

Səngəçalda məqsədi planlaşdırılmamış 

dayandırılmaların sayını azaltmaq olan qazın 

məşəldə yandırılmasının təkmilləşdirilməsi 

proqramı həyata keçirildi. Bu, qazın məşəldə 

yandırılmasının davamlı olaraq azaldılmasına 

səbəb oldu. Bundan başqa, növbətçi məşəl 

odluqlarının etibarlılığı təkmilləşdirildi və bu, 

məşəldə yandırılan qazın həcmini daha çox 

azaltmağa imkan verdi. Ümumiyyətlə, terminal 

2009-cu illə müqayisədə qazın məşəldə 

yandırılmasının təxminən 39% azalmasına nail 

oldu.


Enerji istehlakı

2010-cu ildə yanacaq qazının istehlakı 2009-cu 

illə müqayisədə 75 kte (təxminən 8%) artdı. 

Dizel yanacağının istehlakı 3,4 kte (təxminən 

12%), eyni zamanda elektrik enerjisi idxalı 

52 296 meqavatt saat artdı. İstehlakdakı bu 

dəyişmələr aşağıdakı amillərlə bağlı idi:

• 

Artıma baxsaq, 2008-ci ildə baş vermiş  



  qaz sızmasından sonra 2009-cu ildəki    

  məhdud iş rejimi ilə müqayisədə Mərkəzi  

  Azəridəki bütün qaz vurma turbinləri    

  istismarda idi. Bu, yanacaq qazının  

 

  istehlakında artmaya gətirib çıxardı.  



 

  Səngəçal terminalında bu artım hasilatın  

  artması ilə bağlı idi.

• 

Azalmaya baxsaq, 2009-cu ildə İstiqlal   



  qazma qurğusu BP AGT tərəfindən altı ay  

  müddətində, 2010-cu ildə isə doqquz ay  

  müddətinə müqavilə əsasında icarəyə    

  götürülmüşdü. Səngəçal terminalında    

  dizel yanacağı istehlakının azalması orada  

  nəqliyyat vasitələrindən nisbətən az    

  istifadə olunması ilə əlaqədar idi.

BP-nin Azərbaycanda birbaşa CO

2

 emissiyaları, 2009-2010

(min ton)

500

1 000


1 500

2 000


2006

571,8


1 686,5

582,8


1 980,1

2007


687,6

3 677,7


2008

668,5


3 827,1

2009


641,0

3 656,8


2010

2 500


3 000

3 500


Ümumi birbaşa karbon dioksid (100%) (BP və tərəfdaşları)

Xalis birbaşa karbon dioksid (ancaq BP)

2010-cu ilin ətraf mühitlə bağlı 

mühüm hadisələri

• Məşəldə yandırılan qazın    

  ümumi həcmi 2009-cu illə  

  müqayisədə əhəmiyyətli    

  dərəcədə – 26% azaldı 

• İXQ emissiyaları 2009-cu illə  

  müqayisədə 6% azaldı 

Hasil edilmiş lay suyunun    

  99,6%-i dənizdə yenidən laya  

 vuruldu

• İstiqlal qazma qurğusundakı  

  çirkab suları təmizləyən qurğu  

 dəyişdirildi

• Çıraq neft layihəsi üzrə ətraf  

  mühit və sosial sahəyə təsirin  

  qiymətləndirilməsi ETSN    

  tərəfindən təsdiq edildi 

• Tısbağaların yetişdirilməsi/   

  təbiətə buraxılması proqramı  

  başa çatdırıldı

Bu da öz növbəsində qazın laya vurulması 

sisteminin dayandırılması hallarının azalması ilə 

nəticələnmişdir. Bununla da Azəri yatağındakı 

platformaların əksəriyyətində və Çıraq 

platformasında qazın yenidən laya vurulması 

maksimuma çatmış, qazın məşəldə yandırılması 

isə minimuma enmişdir.

2010-cu ildə Çıraq kompressorlarının 

izolyasiyası təkmilləşdirildi və dəyişikliklərə 

məruz qaldı. Nəticədə qazma alətinin endirilib-

qaldırılma əməliyyatlarının, dayandırmaların sayı 

minimuma endirildi və ixrac edilən qazın həcmi 

2009-cu ilə nisbətən artdı. DərSG-dəki 3 saylı 

laya su vurma turbininin iş saatlarının artması da 

daha çox yanacaq qazının istehlakına və qazın 

məşəldə yandırılmasının azalmasına gətirib 

çıxardı.



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə