17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

31

Əməyin təhlükəsizliyi və sağlamlıq



Əməyin təhlükəsizliyi mədəniyyəti

Biz öz obyektlərimizdə vəziyyəti “hiss etmək”, 

icra göstəricilərini ölçmək, gücümüzü müəyyən 

etmək, təkmilləşdirilməli sahələri 

prioritetləşdirmək üçün müntəzəm olaraq 

əməyin təhlükəsizliyi mədəniyyəti üzrə 

qiymətləndirmələr aparırıq. Bu zaman əsas 

diqqət fərdi təhlükəsizlik, proseslərin 

təhlükəsizliyi və başlıca təhlükələr üzərində 

cəmlənir. 

2009-cu ildə görülmüş işlərin əsasında biz 

2010-cu ildə BP-nin Azərbaycandakı bütün dəniz 

platformalarında və qazma qurğularında, eləcə 

də bizim podratçımız olan iki şirkətdə – ”ASCO” 

və ”Saipem” şirkətində təhlükəsizlik 

mədəniyyəti üzrə yoxlamalar keçirdik. 

Yoxlamalar 14 mövzunu, o cümlədən əməyin 

təhlükəsizliyi ilə əlaqədar rəhbərliyin öhdəliyi, 

rabitə və məlumatlandırma, risklərə münasibət 

və podratçılarla əlaqələri əhatə etdi 

      

 

 



Yoxlamalardan sonra biz əsas mövzular 

ətrafında müzakirələr aparmaq üçün yığıncaqlar 

təşkil etdik ki, iştirak edən şəxslər öz rəylərini 

bildirərək əməyin təhlükəsizliyi mədəniyyətinin 

inkişaf etdirilməsi prosesinə cəlb olunsunlar. 

Bundan sonra təkmilləşdirmə planları hazırlandı. 

2010-cu ildə həyata keçirilmiş ayrı-ayrı tədbirlərə 

aşağıdakı misallar daxildir:

 əməyin təhlükəsizliyi ilə bağlı mükafat/   



  stimulların verilməsi və işlərin  

 

  planlaşdırılması/komplektləşdirilməsinə  



  yenidən diqqət yetirilməsi

 təhlükələrin qiymətləndirilməsi və baş vermiş  



  hadisələrin təftişinə daha ciddi yanaşma

 proseduralardan “istifadə imkanları”nın   



 yaxşılaşdırılması 

 rəhbərliyin istehsalat sahələrində daha çox  



 olması.

Əməliyyatların bütövlüyünün idarə 

edilməsi

Quruda


Səngəçal terminalında hələ terminalın ilkin 

tikintisi zamanı basdırılmış və yoxlanılması çətin 

olan xeyli miqdarda boru var. Bu problemi həll 

etmək üçün biz 2010-cu ildə bir sıra yeni təftiş 

metodları tətbiq etdik.

Bu metodlardan biri uzun radiuslu ultrasəs 

qalınlıq yoxlamasıdır. Bu yoxlama kipləyici 

muftadan boru boyunca ultrasəs impulsları 

göndərilməklə həyata keçirilir. Ultrasəs 

qayıdaraq mufta üzərindəki qəbuledicilərdə əks 

olunur və beləliklə, boru seksiyasındakı daxili və 

xarici qüsurlar, qaynaq qüsurları və dəyişikliklər 

haqqında məlumat alınır

Biz bu texnologiyadan ilk dəfə terminalın ən 

köhnə boruların basdırıldığı ilkin neft layihəsi 

ərazisində istifadə etdik. Boruların hər iki 

tərəfində 10 metrədək uzun radiuslu ultrasəs 

qalınlıq qiymətləndirməsinə imkan verən 

doqquz xəndək qazıldı. Basdırılmış və gizli 

qüsurların aşkar edilməsi nəticəsində boruların 

örtüklərində bir sıra təmirlər edildi.

Bundan başqa, daxili metal itkisini və 

konfiqurasiyanı yoxlamaq üçün 2010-cu ilin 

avqust və sentyabr aylarında Cənubi Qafqaz qaz 

boru kəmərində uğurlu təftiş aparıldı. Məruzə 

olunmuş bütün parametrlər dünyada qəbul 

edilmiş standartlar əsasında qiymətləndirildi və 

boru kəmərinin bütövlüyü baxımından məqbul 

hesab olundu.

Dənizdə


2010-cu ildə biz Azəri-Çıraq-Günəşli yatağındakı 

sualtı boru kəmərlərinin bütövlüyünün kənar 

ekspertlər tərəfindən akustik vasitələrdən 

istifadə olunmaqla yoxlanılmasını həyata 

keçirdik. Yoxlamanın nəticələri heç bir 

əhəmiyyətli anomaliyanın olmadığını göstərdi. 

Şahdənizin 20 düym diametrli qaz və 12 düym 

diametrli kondensat xətlərinin bütün uzunluğu 

boyu şirkətdaxili yoxlama da aparıldı. Nəticələr 

boru kəmərlərinin bütövlüyünə təsir edə biləcək 

heç bir əhəmiyyətli korroziya və ya anomaliyanın 

olmadığını göstərdi.



Birlik anı: Meksika körfəzindəki neft 

dağılmasına qarşı cavab tədbirləri 

görərkən

Azərbaycan da daxil olmaqla dünyanın hər 

yerindən olan BP mütəxəssisləri Meksika 

körfəzindəki neft dağılmasına qarşı cavab 

tədbirlərinin görülməsində iştirak etdi. İşlərin 

ən qızğın çağında oraya 48 000 nəfər adam

6 500 gəmi və 125 uçuş vasitəsi cəlb 

olunmuşdu.

Sənaye gigiyenası üzrə məsləhətçi Hicran 

Cəfərova BP Azərbaycandan Meksika 

körfəzinə kömək üçün göndərilmiş 19 

nəfərdən biri idi. İyul ayında o, Houmadakı 

Luiziana Vahid Qəza-xilasetmə İşləri 

Komandanlığının sənaye gigiyenası qrupuna 

qoşuldu. Bu qrup qəza-xilasetmə tədbirləri 

çərçivəsində aparılan əməliyyatlar nəticəsində 

yarana biləcək bütün sənaye gigiyenası 

risklərini müəyyən etmək, onları 

yüngülləşdirmək və azaltmaq üçün məsuliyyət 

daşıyırdı. 

Cavab tədbirlərinin miqyası və çoxsaylı 

şirkətdaxili və şirkətdənkənar qrupların 

qarşılıqlı fəaliyyəti Hicranı təəccübləndirdi. 

Onun sözlərinə görə: “Sənaye gigiyenası 

mütəxəssisləri kimi biz yerlərdə təsirə məruz 

qalmanın monitorinqi proqramlarının təmin 

olunmasına nəzarət etməli idik. Biz ABŞ-ın 

Sahil Mühafizəsi, Peşə Təhlükəsizliyi və 

Səhiyyə Administrasiyası, Milli Peşə 

Təhlükəsizliyi və Səhiyyə İnstitutu, 

Toksikologiya və Ətraf Mühitin Sanitar 

Vəziyyəti Mərkəzi və “Bureau Veritas” şirkəti 

ilə yaxından işlədik.” Hicranı buraya cəlb 

olunmuş minlərlə insanın fədakarlığı, işə can 

yandırması və çalışqanlığı xüsusilə heyran 

etmişdir.

2010-cu ildə əməyin təhlükəsizliyi 

üzrə əlamətdar faktlar

• Qeydiyyata alınan xəsarətlərin  

  tezliyi 0,17 (BP AGT-nin çox   

  tələbkar 0,2 hədəfindən daha az)  

  olub, 2009-cu illə muqayisədə  

  26%, 2008-ci illə muqayisədə  

  57% azaldı.

• Yol-nəqliyyat qəzalarının ümumi  

  səviyyəsi 2009-cu illə  

 

  müqayisədə 4% və 2008-ci illə  



  müqayisədə 57% azaldı.

• Quruda yüklərin daşınması    

  qrupu 10 ildə heç bir İGİH-in baş  

  verməməsini bayram etdi,    

  dənizdə əməliyyatlar qrupu İGİH  

  olmadan işlədiyi iki ili qeyd etdi,  

  Qərb ixrac boru kəməri  

 

  Azərbaycan isə 11 il ərzində öz  



  fəaliyyətində heç bir İGİH qeydə  

 almayıb.




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə