olub inkişaf etdiyini əsaslandıran dialektik materialist istiqamət.
Fəlsəfə və
təbiətşünaslığın münasibətinin həqiqi olan sonuncu istiqamətinin düzgünlüyünü gör-
mək və mahiyyətini daha yaxşı başa düşmək üçün birtərəfli olan əvvəlki iki istiqaməti
nəzərdən keçirmək lazımdır. Bu münasibətlə təqdim etdiyimiz məqalədə fəlsəfə və
təbiətşünaslığın münasibətinin naturfəlsəfi anlamını nəzərdən keçirib təhlil edəcəyik.
Fəlsəfə və təbiətşünaslığın yaranması və inkişafı tarixinin öyrənilməsi göstərir
ki, insan biliklərinin son dərəcə aşağı səviyyədə olduğu qədim dövrdə indi başa dü-
şüldüyü şəkildə elmin, o cümlədən təbiət elmlərinin ayrı-ayrı konkret sahələri
olmamışdır. Fəlsəfənin elmi biliyin, yeganə forması olduğu həmin dövrdə dünya
haqqında bütün təbii-elmi təsəvvürləri də özündə ehtiva edən ümumi bir «elm»-
naturfəlsəfə (yunanca «natural-təbiət» deməkdir) mövcud olmuşdur. Naturfəlsəfə
daxilində fəlsəfə ilə təbii-elmi təsəvvürlər və sonralar onlar əsasında yaranıb inkişaf
edən təbiət elmləri arasında fəaliyyət sahəsi aydın şəkildə ayrılmamış, həmin bilik
sahələrinin tədqiqat predmetləri hələ müəyyənləşməmişdi. Buna görə də, təbiət
haqqında biliklərin artıq müəyyən dərəcədə inkişaf etdiyi dövrdə yaşayan qədim
yunan filosoflarının fəlsəfi baxışları təbiət haqqındakı baxışları ilə çulğalaşmış və
onlar eyni zamanda təbiətşünas olmuşlar.
Fəlsəfə və elmin hələ ayrıca bilik sahələri kimi formalaşıb inkişaf etməyərək
çulğalaşmış halda mövcud olduqları dövrdə naturfəlsəfə mahiyyətcə həm fəlsəfənin,
həm də elmin ilk forması olmuş (11, 364), ilk filosoflar onun nümayəndələri kimi
fəaliyyət göstərmişlər. İdrakın inkişafının müəyyən pilləsində dünyagörüşü kimi
meydana çıxan naturfəlsəfə bütövlükdə dünya, yəni ümumi haqqında bilik vermək
əvəzinə hələ kifayət qədər öyrənilməmiş hər şey haqqında konkret tədqiqatın
nəticələrinə əsaslanmayan ümumi bilik verməyə girişmiş, təbiəti onun bütövlüyü
baxımından tədqiq etmək tələbatına cavab kimi meydana çıxmışdır.
Məlumdur ki, bir elm kimi fəlsəfə və təbiətşünaslığın əsası qədim Yunanıstan-
da qoyulmuşdur. Lakin onlar boş yerdə əmələ gəlməmişdir. Qədim yunanların
naturfəlsəfəsinin ilk əsasları kimi fəlsəfi və təbii-elmi təsəvvürlər Qədim Şərq ölkə-
lərində – Babilistanda, Misirdə, Çində, Hindistanda, İranda və Azərbaycanda yaranıb
inkişaf etmişdir
Qədim Misirdə yazının yaranması ilə hesab, həndəsə, astronomiya, təbabət
elmlərinin əsasları qoyulmuşdur. Qədim Misirlilər artıq kəsrləri bilir, hesab
əməliyyatları aparmağı bacarırdılar. Qədim Babilistanda isə toplama, çıxma, vurma,
bölmə, kub və kvadrat kökalma kimi riyazi əməliyyatlar, bəzi həndəsi fiqurlar
üzərində hesablamalar, Ay-Günəş təqvimi məlum idi. Bu ilk təsəvvürlər sonralar
təbii-elmi biliklərin yaranması və inkişafına müəyyən təsir göstərmişdir. Məsələn,
yunan filosofu Fales Babilistanda ulduzları öyrənənlərin astronomik hesablamaları ilə
tanışlıqdan sonra müasir hesablamalara görə, 28 may 585-ci ildə baş verən günəşin
tam tutulmasını qabaqcadan xəbər vermişdi (16, 126). Qədim Azərbaycanda yaranan
Zərdüştlüyün əsas kitabı olan «Avesta»da əksliklərin mübarizəsi ideyası irəli
sürülərək bildirilirdi ki, dünyada xeyir və şər, zülmət və işıq mövcuddur və onlar
arasında əbədi mübarizə gedir. Bu aydın göstərir ki, əksliklər, onların mübarizəsi
haqqında ideya Heraklitdən xeyli əvvəl «Avesta»da söylənmişdir.
Qədim Hindistanda bütün mövcudatın ilk əsasını tapmağa çalışan LokAyata və
Çarvak təlimlərində hər şeyin əsasında od, su, torpaq, hava kimi dörd ünsürün
durduğu və ayrı-ayrı şeylərin onların müxtəlif birləşmələri əsasında yarandığı,
sonradan məhv olaraq onlara parçalanması bildirilmirdi. Mahiyyətcə həmin
99
mövqedən çıxış edən Qədim Çin fəlsəfəsindəki Daosizm təlimində həmin ünsürlərə
hava əvəzinə ağac və metal da əlavə edilərək hər şeyin əsasında «dao»nun durduğu və
maddi mövcudatın od, su, torpaq, ağac və metal kimi beş ünsürdən əmələ gəldiyi
bildirilirdi.
Hələ Qədim Şərq ölkələrində dünya, onun quruluşu haqqında söylənilən təbii-
elmi təsəvvürlər qədim yunan elminin və fəlsəfəsinin yaranması və inkişafında
mühüm rol oynamışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, insan biliklərinin yenicə yarandığı və son dərəcə
aşağı səviyyədə olduğu elmin, o cümlədən təbiət elmlərinin inkişaf etmiş,
formalaşmış konkret sahələrinin və təbiət, onun ayrı-ayrı sahələri, müxtəlif hadisələri
haqqında kifayət qədər faktik materialların, konkret biliklərin olmadığı qədim dövrdə
naturfilosoflar bütün dünya binasını bütövlükdə təsəvvür etməyə çalışırdılar. Bu,
özünün ümumiləşmiş ifadəsini qədim yunan naturfəlsəfəsinin mühüm xarakteristikası
olan kosmosentrizmdə tapmışdır. Qədim yunanlar Kainatı insanı əhatə edən dünya,
təbiət kimi anlayır, onlarda yaranan kosmos obrazına canlı varlıqlara xas olan
keyfiyyətlər isnad edərək Kainata insanabənzər çox böyük orqanizm kimi baxırdılar.
Qədim yunan fəlsəfəsində kosmosda insanı, insanda isə kosmosu görür, kosmosa bir
növ makroinsan, insana isə mikrokosm kimi baxılırdı. Bu nöqteyi-nəzər insan və
kosmosun qovuşması fikrinə gətirib çıxarırdı. Başqa sözlə, qədim yunan mütəfəkkir-
lərinin nizamlanmış və harmonik kosmos kimi təsəvvür etdikləri təbiət aləmi ilə insan
aləmi arasında uçurum yoxdur və insan ümumi kosmik tamın bir hissəsi kimi çıxış
edir (9, 59).
Dünyaya kosmosentrizm mövqyeindən yanaşan qədim yunan naturfilosofları
təbiəti öyrənərkən öz dövrlərinin bilik səviyyəsindən çıxış edərək onu hissələrinə
ayırmayaraq dünyaya əlaqəli bütöv tam kimi baxırdılar. Bununla da onlar təbiət
hadisələrinin bütün mənzərəsinin ümumi xarakterini düzgün tutsalar da mahiyyətcə
düzgün olan belə baxış bilavasitə seyrin və təbiətin fikrən nəzərdən keçirilməsinin
nəticəsi idi. Təbiətin ümumi mənzərəsinin elmi anlaşılması üçün təbiət əlaqələri və
qarşılıqlı təsirlərinin bilavasitə seyri kifayət deyildi, bütöv halında götürülən təbiət
tam təşkil edən ayrı-ayrı predmet və hadisələri, onların qarşılıqlı əlaqələrinin, tərəf-
lərinin dərki də zəruri idi. Qədim dövr mütəfəkkirləri buna gəlib çatmamışdılar.
F.Engelsin qeyd etdiyi kimi, yunanlarda təbiət, məhz hələ onu hissələrə ayırmaq,
təhlil etmək dərəcəsinə çatmamış olduqlarına görə, ümumiyyətlə hələ bir tam kimi
götürülür. Təbiət hadisələrinin ümumi rabitəsi təfərrüatı ilə sübut edilmir: yunanların
nəzərində bu rabitə bilavasitə seyretmə nəticəsidir. Bu, yunan fəlsəfəsinin nöqsanıdır
və bu nöqsan üzündən o sonralar öz yerini, digər baxışları tərk etməli olmuşdur (7,
316).
Qədim Yunanıstanda ilk naturfəlsəfi təlim e.ə. VI əsrdə o zaman mədəni
mərkəz olan Milet şəhərində yaranmışdı. Həmin şəhərin adı ilə məşhurlaşan
naturfəlsəfə məktəbinin bütün varlığın əsasında durmaqla onları əmələ gətirən və bir-
birilə bağlayan ümumini tapmağa çalışan nümayəndələrində belə fikir formAlaşmışdı
ki, mövcud olan bütün predmetlərin hamısı ən sadə, ilkin başlanğıclardan –
ünsürlərdən əmələ gəlmişdir. Müxtəlif şeylərin əsasında durmaqla onları əmələ
gətirən bu substansiyanı onlar müxtəlif şeylərdə görürdülər.
Qədim yunan naturfəlsəfəsinin əsasını qoyan Milet məktəbinin banisi Fales
(e.ə. 625-547) bütün mövcudatın əsasını suda görürdü. Onun fikrincə, hər şey sudan
əmələ gəlir və məhv olaraq yenidən suya çevrilir. Yer kürəsini su okeanında üzən
100