geniş tətbiqi, riyazi dəqiqliyi
alimlərdə belə inam doğurur ki, təbiətdə hər şey
Q.Qaliley və İ.Nyuton tərəfindən formulə edilən mexanika qanunları üzrə baş verir.
Dünyaya klassik mexanikanın gözü ilə baxan bu mənzərədə təbiətin, habelə
cəmiyyətin bütün hadisələri kütləli cisimlər arasında mexanikanın qanunları və
prinsipləri əsasında təsir göstərən itələmə və cəzbetmə qüvvələri ilə izah olunurdu. Bu
mənzərəyə görə, dünya bir-birindən asılı olmayan maddə, «mütləq məkan» və
«mütləq zaman» kimi üç mahiyyətdən ibarətdir. Həmin mənzərənin əsasında materiya
haqqında hələ qədim fəlsəfədə irəli sürülən atomist təsəvvürlər və materiya, hərəkət,
məkan-zaman, səbəbiyyət və qanunauyğunluğun metafizik-materialist anlaşılması
durur. Klassik mexanikaya əsaslanan bu dünya mənzərəsi XIX əsrin ortalarınadək
davam etmiş və o dövr naturfəlsəfəsinin təbii-elmi əsası olmuşdur.
Qeyd etmək lazımdır ki, XVII əsr təbiətşünaslığı yalnız kosmologiya və
mexanikanın nailiyyətlərilə məhdudlaşmırdı. Həmin dövrdə bir elm kimi kimyanın
əsasları da qoyulurdu. İngilis fiziki Robert Boyl (1627-1691) kimya ilə də məşğul
olur və bir çox kimyəvi təcrübələr qoyaraq həqiqi təbiəti onun üçün naməlum qalan
hidrogeni alıb təsvir edən ilk alimlərdən olmuşdur. 1661-ci ildə çapdan çıxan «Skep-
tik kimyaçı» kitabında o, antik naturfilosofların dörd ünsür (od, su, torpaq, hava)
haqqında iddialarını rədd etmiş, kimyaya tətbiqən korpuskulyar nəzəriyyənin
əsaslarını şərh etmiş, korpuskula daha sadə elementlərə bölünməyən ən kiçik element,
başqa sözlə, maddənin keyfiyyətcə bölünməsinin həddi kimi tərif vermişdi. Kimyəvi
element anlayışının ilk elmi şərhini verib elementin kimyəvi analitik tərifini təklif
etmiş olan R.Boyl xalis şəkildə ayrı-ayrı maddələri ayırmağı, onların tərkibini, fiziki-
kimyəvi xassələrini müəyyənləşdirməyi kimyanın vəzifəsi saymışdır. Kimyanı
müstəqil elmə çevirməyin başlanğıcını qoyan R.Boyl qeyd etmişdir ki, o, kimya ilə
onun özü naminə məlum olmaqdan daha çox naturfəlsəfə naminə məşğul olur və
onun məqsədi kimyaçılarla mexanistik filosoflar arasında qarşılıqlı anlaşmaya nail
olmaqdır (9, 91).
Dünyanın ümumi, bütöv mənzərəsini vermək cəhdi kimi meydana çıxan və
təbiət elmlərinin yaranması və inkişafı ilə şərtlənən naturfəlsəfə uzun müddət
təbiətşünaslıqda və fəlsəfədə hökm sürən metafizik metodla bağlı olmuşdur. Bu da
xeyli dərəcədə təbiət elmlərinin vəziyyəti və inkişaf xüsusiyyətlərindən irəli gəlmiş-
dir. Belə ki, hətta, XVIII əsrin sonlarınadək təbiət elmlərindən ancaq mexanika,
riyaziyyat, astronomiya formalaşmış elm kimi mövcud idi. Kimya, biologiya,
geologiya ancaq qərarlaşma halında idi. Konkret təbiət elmlərinin kifayət qədər
inkişaf etmədiyi, təbiətşünaslığın başlıca olaraq faktlar toplamaqla məşğul olduğu,
predmet və hadisələr, onların hissələri arasındakı əlaqələri görmədiyi və onları
açmadığı dövrdə «elmlər elmi» kimi qələmə verilən naturfəlsəfə təbiət elmlərinin
yeganə düzgün fəlsəfəsi kimi çıxış edirdi. Halbuki təbiətin predmet və hadisələrini
öyrənmək üçün onları tərkib hissələrinə ayırıb hər birini öyrənmək bundan sonra
həmin hissələrin qarşılıqlı əlaqəsini açmaqla bütövü öyrənmək lazım idi.
Lakin təbiətin öyrənilməsinin ilk pilləsində zəruri olan analitik tədqiqat
metodunu birtərəfli tətbiq etməklə kifayətlənərək ayrılıqda öyrənilən hissələrin
sintezinə gəlib çıxmırdılar. Bu səbəbdən də bütövü tərkib hissələrinə ayırıb onları
bütövün yerdə qalan hissələrindən ayrılıqda öyrənməkdə tədqiqatçılar o qədər uzağa
gedirdilər ki, həmin hissələrin bütövün yerdə qalan hissələrilə əlaqəsini görmür və
onlara elə gəlir ki, predmet və hadisələr, onların hissələri öyrənildikləri kimi,
ayrılıqda, bir-birlərindən təcrid olunmuş halda mövcuddurlar.
109
Göründüyü kimi, təbiətin öyrənilməsinin ilk çağlarında tətbiq olunan analitik
tədqiqat metodu zəruri idi, çünki o, idrak prosesini sadələşdirir və asanlaşdırırdı.
Lakin o, predmet və hadisələri birtərəfli öyrənən metafizik metodun yaranmasına
gətirib çıxartdı. Bu münasibətlə F.Engels yazmışdır: «Təbiəti onun ayrı-ayrı hissələ-
rinə parçalamaq, təbiətin müxtəlif proseslərini və təbiətdəki şeyləri müəyyən siniflərə
bölmək, üzvi cisimlərin daxili quruluşunu onların müxtəlif analitik formalarına görə
tədqiq etmək – bunların hamısı son dörd əsrdə təbiətşünaslığın inkişafındakı nəhəng
müvəffəqiyyətlər üçün əsas şərt idi. Lakin həmin tədqiqat üsulundan bizə belə bir adət
də qalmışdır ki, təbiətdəki şeylər və proseslər bir-birindən ayrılıqda, aralarındakı
böyük ümumi rabitədən kənarda tədqiq edilir və buna görə də hərəkətdə deyil,
hərəkətsiz halda, əhəmiyyətli dərəcədə dəyişilən bir şey kimi deyil, əbədi olaraq
dəyişilməyən bir şey kimi, canlı deyil, cansız kimi tədqiq edilir (7, 21)».
İdrakın müəyyən pilləsində zəruri olaraq yaranan, dünyaya, ilk olaraq təbiətə
metafizikcəsinə yanaşma çərçivəsində təbiətşünas alimlər təbiətin bir çox predmet və
hadisələrini öyrənmək, onları qruplaşdırıb təsnif etmişlər. Bunu metafizikcəsinə
düşünən məşhur İsveç təbiətşünası Karl Linneyin (1707-1778) simasında aydın
görmək olar. Özünün zəngin müşahidələri əsasında o, bitki və heyvanat aləminin
təsnifatını vermişdir. Bu zaman o, təbii-elmi idrakda hakim olan metafizik təfəkkür
üsulundan kənara çıxmayaraq bitki və heyvan növlərini quruluşlarının mürəkkəb-
ləşməsi qaydasında düzsə də bu mürəkkəbləşmədə onların inkişafını görməyərək bitki
və heyvan növlərinin qətiyyən dəyişmədiyini bildirirdi: «Yaradıcı nə qədər növ
yaratmışdırsa bir o qədər də növ vardır». O zaman belə baxış müəyyən dərəcədə
özünə haqq qazanırdı. Belə ki, ayrı-ayrı bitki və heyvan növlərini öyrənib təsnif
etmədən üzvi təbiətin təkamülü ideyasını əsaslandırmaq olmazdı. Həmin ideyanın
Ç.Darvin tərəfindən əsaslandırılması üçün K.Linneyin işlərinin də müəyyən
əhəmiyyəti olmuşdur.
Qeyd edək ki, gerçəkliyin müxtəlif elmlər tərəfindən öyrənilən sahələri
arasındakı əlaqələrin hələ məlum olmadığı, aralıq hərəkət formalarını öyrənən fiziki
kimya, biofizika, biokimya və s. kimi elmlərin hələ yaranmadığı dövrdə dünyanın
bütöv mənzərəsini verməyə çalışan naturfəlsəfə bu zaman hadisələrin hələ məlum
olmayan əlaqələrini xəyali, fantastik rabitələrlə, çatışmayan faktları uydurma faktlarla
əvəz edirdi.
Predmet və hadisələrə təcrid olunmuş, donuq, daxili ziddiyyətlərdən məhrum,
keyfiyyətcə dəyişməz halda baxmaqla dialektikaya əks metod kimi yaranan və
təbiətşünaslıqdan fəlsəfəyə keçirilməsi F.Bekonun adı ilə bağlı olan metafizik metod
kimlərinsə təbiətşünaslığa sırıdığı, daxil etdiyi bir şey olmayıb təbiətşünaslığın
özünün inkişaf xüsusiyyətləri ilə əlaqədar olaraq təbii surətdə yaranmışdır. Onu
təbiətşünaslıqdan fəlsəfəyə keçirən görkəmli ingilis filosofu F.Bekon (1561-1626)
yeni dövrdə ingilis materializminin banisi olmaqla fəlsəfi fikrin inkişafına qiymətli
hədiyyələr vermiş, tarixə empirizmin, induktiv tədqiqat metodunun, müasir
eksperimental elmin banisi kimi daxil olmuşdur.
Təbiəti öyrənməkdən çəkindirən orta əsrlər sxolastikasının əksinə olaraq, insan-
ları təbiətə üz tutaraq onu təcrübi surətdə öyrənməyə çağıran F.Bekon Aristotelin
deduktiv idrak metoduna qarşı daha səmərəli saydığı təbiətin eksperimetal surətdə
təhlil edilib öyrənilməsinə əsaslanan induktiv metodu yeganə həqiqi idrak metodu
kimi irəli sürmüşdü. Bu zaman birtərəfliliyə yol verən F.Bekon nəzərə almamışdı ki,
həqiqi elmi idrakı həyata keçirmək üçün həmin metodlar vəhdətdə tətbiq edilməlidir.
110