15
İblisin düşməninə məlakələr hörmət edər
Kim həsəd əhlidisə, o hörmətə razı deyil.
Tövbəsi qəbul olan, körpə kimi məsum olur
Napak o kimsədi ki, o ismətə razı deyil.
Gecəni Xaliqə böl, gündüzünü xalqa ayır
Yalnız avarə gəzən o zəhmətə razı deyil.
Hər şey əlamətləriylə tanınar. Həsədin bəzi nişanələrini
belə sıralaya bilərik:
1. Həsədçi, paxıl başqasının sevincinə üzülüb, üzüntüsünə
sevinər, uğurlarına daralıb uğursuzluqları ilə təsəlli tapar.
“Sizə bir xeyir üz versə, onlar kədərlənir, bir zərər to-
xunsa sevinirlər. Əgər səbir edib özünüzü qorusanız, on-
ların hiyləsi sizə heç bir ziyan verməz” (Ali-İmran, 120).
İmam Əli (əleyhissalam) buyurdu: “Məzluma paxıl qədər
bənzəyən zalım görmədim.”
İmam Şafi (rahmətullahi əleyhi) buyurdu: “Dünyada ən
rahatsız adam, könlündə kin və həsəd tutandır.”
Pisliyi tərk elədik, bəs pislərdən hara qaçaq?
İnsandan seçilməyən iblislərdən hara qaçaq?
Dünyanın cilvələnib “gəl-gəl” deyən vədəsidir
Ruhlarda şəhvət olmur, nəfslərdən hara qaçaq?
Əks cinsdən, tutalım, abrımızı hifs elədik
Cinsi naməlum olan nacinslərdən hara qaçaq?
Sərvət Allah payıdır, paysız qalar paylamayan
Comərdlər axtarmır heç, xəsislərdən hara qaçaq?
İndi düzgün hədisə uyan onu biləndən az
Bəs bu uydurma, ucuz hədislərdən hara qaçaq?
16
2. Paxıl paxıllıq etdiyi adamın olmadığı yerdə qeybətini,
olduğu yerdə yaltaqlığını edər.
“Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”
deyər, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən bar-
maqlarını gəmirərlər.
De: “Acığınızdan ölün! Şübhəsiz ki, Allah könüllərdə
olanı bilir” (Ali-İmran, 119).
Hz.Musa (əleyhissalam) ərşin yanında bir adam görüb
qibtə etdi: “Bunun sifəti nədir?” deyə soruşdu. “O kimsə
Allah Təalanın insanlara ehsan etdiyi heç bir nemətə həsəd
etməzdi” dedilər.
Nədən insan nura yox, zülmətlərə aludədir
Hərçənd sərbəstliyi var, seçimdə tam asudədir.
Nədən az baş verir qəlbin qəlibə qələbəsi
İçdə yoxdursa işıq, üzdə olan bihudədir.
İki şey var ki, qulu istiqamət üzrə qılar
Bunlar da möhkəm iman və möhtəşəm iradədir.
Nə qədər töksən də pul, puçdu sonu bu cahanın
Cənnətə qoy yatırım, həm sərfəli, həm sadədir.
Dünya bir maddədi ki, axırda mənasız olur
Uy Dinə, çünki sonda həm mənadı, həm maddədi.
3. Həsədçi az şükür, çox şikayət edər.
“Qullarımdan şükür edən azdır” (Səbə, 13).
“Əgər şükür etsəniz, sizə (nemətlərimi) artıraram.
Yox, əgər, nankorluq etsəniz, Mənim əzabım, həqiqətən,
şiddətlidir” (İbrahim, 7).
17
Muhəmməd ibn Vasi (rahmətullahi əleyhi) buyurdu: “Sı-
xıntı verən adamın dostu olmaz! Həsəd edənin də zənginliyi
yoxdur.”
İbrahim ibn Ədhəm həzrətlərindən soruşdular: “Nə
üçün insanlar ilə ünsiyyət etmirsiniz?”
Cavabında buyurdu: “Özümdən böyüklərin təkəbbü-
ründən, kiçiklərin axmaqlığından, yaşıdlarımın həsədindən
qaçandan bəri könlüm rahat oldu.”
Rəbbinə həmd edən qul o dünyada dərd eləməz
O qul dərd eyləsin ki, bu dünyada həmd eləməz.
Allahın təqdirinə qane olan kimsə ki, var
Asiman ağuş açar, torpaq onu rədd eləməz.
Mərd odur Mövlasına tövbə-istiğfarla gələ
Məhşərə mərd gələni Mövlası namərd eləməz.
Qulu xoşbəxt eləyən Rəbbi deyil, başqa kimdi?
Bədbəxt o kimsədi ki, xoşbəxtliyə cəhd eləməz.
Ey qul, az vəddə bulun, söz Sahibi başqasıdır
Sən Onun vədinə uy, aciz olan vəd eləməz.
4. Həsəd əhli mal və mövqe baxımından özündən aşağı-
da deyil, yuxarıda olana baxar.
“Onların malları və övladları səni təəccübləndirməsin.
Allah bununla onlara dünyada əzab vermək və onların
canlarını kafir olduqları halda almaq istər” (ət-Tövbə, 85).
Hz.Ömər (radiyallahu ənh) buyurdu: “Nemət sahibi olub
da həsədçinin həsədindən salamat qalan yoxdur.”
Nədən, ya Rəbb, nəsibdən artığa göz dikmədəyik
Dinimizdən sökərək dünyamızı tikmədəyik?
18
Nədən zəngin yaşamaq kimsədə ar oyatmayır
Amma yoxsul görünməkdən xəcalət çəkmədəyik?
Gəlmişik əkmək üçün, getməliyik biçmək üçün
Dünya bir qürbət imiş, qürbət üçün əkmədəyik.
Bir məsəldir quyunun özündə olsun su gərək
Daşıyıb dünyamıza dolça ilə tökmədəyik.
Haqq yolun səmti, ey qul, irəli və yuxarıdır
Həm geri çəkilmədə, həm aşağı çökmədəyik.
5. Paxıl, adətən, axirətlik yox, dünyalıq nemətlərə paxıl-
lıq edər.
“Allah dilədiyi kimsəyə ruzini genişləndirər və da-
raldar. Onlar isə dünya həyatına fərəhlənərlər. Halbuki
Axirətlə müqayisədə dünya həyatı yalnız bir matahdır”
(ər-Rəd, 26).
İbn Sirin (rahmətullahi əleyhi) buyurdu: “Əsla heç kim-
səyə həsəd etmədim. Əgər o kimsə Allahın Cənnətə doğru
gedən vəlilərindəndirsə, nə cür həsəd edə bilərəm? Əgər
o kimsə fani dünya malı üçün cəhənnəmə gedən Allah
düşmənlərindən biriysə, nə cür həsəd edə bilərəm?”
Kimin milyardları var, amma ki, xeyriyyəsi yox
Dünyadan Axirətə qəpik də dövriyyəsi yox.
Dünya az bir matahdır, ver simiclik eyləmədən
Cənnətdə hurilərin başqa bir mehriyyəsi yox.
Nəfsini mədh edənin müşrikliyi meydandadır
Rəbbindən başqasına möminin mədhiyyəsi yox.
Qulluğa zənlə girən zərblə qulluqdan çıxacaq
Qul odur təkcə fərzi olsa da, fərziyyəsi yox.
Dostları ilə paylaş: |