11
Ya Rəbb, övladlarımı Özün ilə məşğul eylə
Sənin ancaq Kitabın, sözün ilə məşğul eylə.
Tutma nankorlar ilə bir səfdə zürriyyətimi
Sənə və valideynə şükür edən oğul eylə.
Zəngin et onları, yoxsulluq əgər ziyandısa
Zənginlik zərərdirsə, kərəm buyur, yoxsul eylə.
Sənə qulluqda qüsur etmədiyim bir günüm yox
Belimdən gələnləri məndən daha çox qul eylə.
Sənə qul olmayanın məqamdan bir nəsibi yox
Binəsib qılma bizi, bəndəlikdə məsul eylə.
Ya Rəbb, övladlarımı cahil bulunmaqdan qoru
Amma hirsi, həsədi onlar üçün məchul eylə.
Bəşər tarixində ilk həsəd qadınla bağlı olsa da, nəsillər
artdıqca, tayfalara, qəbilələrə bölündükcə paxıllıq doğuran
amillər də şaxələnməyə başladı. Şöhrət bunların önündə
gələnlərdən biridir. Başqasının məşhurluğunu qısqanmaq,
adətən, rəqabət yaradır və niyyət dürüst, yəni Allah üçün ol-
madığından nəinki bəyənilməyən, hətta bəyənilən işlərdə də
acı nəticələr doğura bilir. Halbuki Uca Rəbbimiz buyurdu:
“Onlara (Cənnət əhlinə) möhürlü şərabdan içir dilə cək
dir. Onun möhürü müşkdür. Qoy yarışanlar onun üçün
yarışsınlar. Onun qatışığı isə təsnimdəndir. O elə bir
çeşmədir ki, ondan Allaha yaxın olanlar içər” (əl-Mutə ffifin,
25-28).
Dünyəvi şöhrət üçün yarışanların niyyəti pozuqdur və
möhtəşəm qələbələri müdhiş məğlubiyyətdən başqa bir
şey deyildir. Lakin Allahdan uzaq olduqları üçün bunu an-
lamazlar.
12
İBRƏT Yəmən hökmdarı səxavəti və ehsanları ilə tanın-
sa da, məclislərdə Hatim Tainin comərdliyindən daha çox
bəhs edilməsinə dözə bilmir və onu öldürtməyi qərara alır.
Cox qüvvətli bir cavanı muzdla tutaraq iyirmi qızıl verir
və bir o qədər də axırda verəcəyini vəd edərək bu işi ona
tapşırır.
Cavan soruşa-soruşa Tay qəbiləsinə gəlib çıxır. Burada
özü kimi boy-buxunlu bir şəxsə rast gəlir. O şəxs cavanın,
qərib və yorğun halını görüb onu öz evinə qonaq aparır və
bir neçə gün ikramda bulunur.
Cavan bir işlə əlaqədar getmək istəyini bildirəndə ev sa-
hibi ondan nə işi olduğunu soruşub köməyini təklif edir.
Qonaq yardımsız keçinə bilməyəcəyini anladığından yaxş-
lıq gördüyü və isnişdiyi bu şəxsə etibar edərək gəlişinin
səbəbini açıqlayır.
Ev sahibi yardımçı olmağa razılıq verib deyir: “Hatim
də sənin kimi bir igiddir. Mən sənə nə etmək lazım olduğu-
nu tərif edəcəm. Ancaq öldürə bilməsən sənə kömək etdi-
yim üçün məni öldürə bilər. Ona görə də mənim əllərimi-
ayaqlarımı bağla ki, bu işə məcbur edildiyim düşünülsün.”
Cavan təklifi bəyənib onun əl-qolunu yaxşıca bağlayır.
Bu işi görüb qurtardıqdan sonra ev sahibi qonağına deyir:
“Hatim deyilən şəxs mənəm. Mənim başım sənin işinə ya-
rayacaqsa niyə də onu verməyim? Qonağın istəyini yerinə
gətirmək, könlünü xoş etmək mənim ən böyük arzumdur.
Dərhal öldür, kimsə eşitmədən buradan get.”
Cavan nə ilə qarşılaşdığını görüncə çaşıb qalır, Hatimin
ayaqlarına qapanaraq üzrxahlıqda bulunur. Halallaşıb ora-
dan ayrılır. Birbaş Yəmən hökmdarının yanına gələrək baş
verənləri danışır. Hökmdar özü də comərd olduğundan
xətasını başa düşüb: “Daşınmış su ilə dəyirman işləməz.
Comərdlik mal ilə deyilmiş. Hatimin comərdliyi yaradılı-
şından, fitrətindən, gözəl xasiyyətindən irəli gəlir. Sən tap-
şırılan vəzifəni artıqlaması ilə yerinə yetirdin” deyərək iyir-
mi əvəzinə qırx qızıl verir.
13
Dərdi, ey qul, paxılın səlahiyyət və sərvətdir
Dərmanı paxıllığın sədəqə və səxavətdir.
Çox vaxt cinslər arası birtərəfli hərbdi həsəd
Çünki ən çox fal açan gizli tərəf qız-övrətdi.
Nəfsin istəklərini boğazlamaq, boğmaqdı Din
Hissin ən qorxulusu kor ehtiras və şəhvətdir.
Ol qohum düşmən ilə, qohum ilə düşmən olma
Ən pisi yamanlığın əqrəbayla ədavətdir.
Dünyanı etsən fəda, bu nə gözəl bir qurbandı
Dinini peşkəş etsən, bu nə çirkin bir rüşvətdi.
Qalma, Adəm balası, adamlara yaxşılıqdan
Çünki insanə qalan insanlıqdı, mürüvvətdi.
Ey könül, vəslə tələs, hirsdən, həsəddən aralan
Qəlbin hər döyüntüsü halal eşqə haqq dəvətdi.
Həsəd, paxıllıq qəzavü-qədəri bəyənməmək, dolayısıyla
ilahi bölgüdəki elm, hikmət və ədaləti şübhə altına almaqdır.
Unudulur ki, nemətin mütləq Sahibi Allah Təaladır. Kimə
nəyi, nə qədər, nə vaxt verməyi qullarından yaxşı bilir. Baş-
qasının malının və ya özünün zavalını istəyənlər və buna ça-
lışanlar kamal sahibi, yəni gerçək iman əhli ola bilməz. Çün-
ki Rəsulullah (salləllahu əleyhi və səlləm) buyurdu:
“Bir qulun qəlbində imanla həsəd bir araya gəlməz.”
Ruzi bölgüsü Allaha aiddir. Bu iş insanlara buraxıl-
saydı, bəlkə də çoxdan bir-birilərinin ətini yemişdilər.
Özünə az, başqasına çox verildiyini, yaxud özünü başqa-
sından üstün, bacarıqlı sayaraq qabiliyyətlərin düzgün
qiymətləndirilmədiyini zənn edənlər böyük xəta üzrədirlər.
Çünki Allahın rizasından məhrumdurlar. Hz.Ömər (radi-
yallahu ənh) Bəsrə valisi Əbu Musaya (radiyallahu ənh) yaz-
14
mışdı: “Bütün xeyirlər rizadadır (Allahın təqdirinə razı ol-
maqdadır). Gücün yetərsə razı ol, yoxsa səbir et.”
İBRƏT Muğirə ibn Şubə (radiyallahu ənh) Əbu Cəhllə
birlikdə Məkkə küçələrindən birində Rəsulullaha (salləllahu
əleyhi və səlləm) ilk dəfə necə rast gəldiyini, onun Əbu Cəhli
İslama dəvətini nəql etdikdən sonra deyir: “Rəsulullah ora-
dan uzaqlaşınca Əbu Cəhl mənə dedi: “Nə yalan danışım,
bilirəm ki, onun söylədikləri həqiqətdir. Lakin bir şey mane
olur. Onun babalarından Bəni Qusay: “Kəbənin açarlarını
daşımaq bizə aiddir” dedi, qəbul etdik, “Hacılara su ik-
ram etmə vəzifəsi bizə aiddir” dedilər, qəbul etdik, “Hərb
və sülh qərarlarının verildiyi, nikahların bağlanıldığı
məşvərət bizə aiddir” dedilər, bunu da qəbul etdik. Bir yerə
əsgər göndərəndə “Bayraqdarlıq vəzifəsi bizə məxsusdur”
dedilər, buna da bir şey demədik və razı olduq. Onlar da
kasıbları yedizdirir, biz də yedizdiririk. Axırda onlarla
təmamilə eyni səviyyəyə gəldiyimiz zaman indi də deyirlər
ki: “Peyğəmbər də bizdən çıxdı.” Yox, vallah, buna dözə
bilmərəm.”
Hər şey hikmət ilədir, kim hikmətə razı deyil
Demək, o, Allaha və Muhəmmədə razı deyil.
Allahın hikmətləri rəhmətinin içindədir
Hökmə narazı olan o rəhmətə razı deyil.
Ruhu kimdirsə verən, ruzini də bölən Odur
Paxıl o kimsədi ki, haqq qismətə razı deyil.
Hər qulun qiymətini Rəbbi quldan yaxşı bilir
Yalnız ən dəyərsizlər o qiymətə razı deyil.
Nəfsinə töhmət edən Rəbbinə həmd eyləmişdir
Nankor o kimsədi ki, o töhmətə razı deyil.
Dostları ilə paylaş: |