23
İBRƏT İmami-Əzəm Əbu Hənifə həzrətləri həyatında
heç kimə həsəd etməsə də, həmişə həsəd edilən olmuşdu.
Onun paxıllığını edənlərdən biri, Xəlifə Mənsurun yaxın-
larından sayılan Əbul-Abbas Tusiydi. Daima fürsət tapıb
xəlifəni Əbu Hənifənin əleyhinə çevirməyə çalışırdı. Bir
dəfə sarayda təşkil edilmiş elm məclisində əvvəlcədən ha-
zırladığı sualı qərəzli bir şəkildə Əbu Hənifəyə ünvanladı:
“Ya Əba Hənifə, nə deyirsiniz bu işə? Möminlərin Əmiri
cəlladını çağırır, “filankəsin boynunu vuracaqsan” deyir.
Buna səlahiyyəti varmı?”
İmami-Əzəm “var” desə haqqa ziddi. Qazıdan fətva ol-
ma dan, hətta xəlifə də bunu edə bilməz. “Yox” desə, Mən-
surun ipə-sapa yatmayan qəzəbinə bələddi. Qızsa əlindən
hər şey gələ bilər. Hər iki cavab təhlükəliydi. Zatən sual
verən də bunu hesaba almışdı.
İmami Əzəm ona belə bir sualla müraciət edir:
– Əmirəlmöminin cəlladına verdiyi əmrində haqq
üzrəmidir, batil üzrəmidir?
– Haşa! Əmirəlmöminin, heç batil üzrə əmr verərmi,
əlbəttə, haqq üzrədir.
– Elə isə haqq üzrə verilən bir əmrin icrasında səlahiyyət
soruşmağa hacət varmı? Nə üçün soruşursan?
Bu dəfə Tusi çətin duruma düşdü. Əbu Hənifə onun
udqunduğunu görərək yanındakının qulağına dedi: “Tusi
məni çuxura düşürmək istədi, mən isə onu quyuya atdım.”
Elminin mənbəyini, ey qul, hədis, Quran eylə
Haqq budur, Haqqa əks hər nə ki, var qurban eylə.
İç gözündən bulağın, təşnəliyə çarə budur
Dərdə dərd Göndərənin Kitabıyla dərman eylə.
Sənə alim desələr zalimlərə nəsihət ver
Sənə amir desələr öz nəfsinə fərman eylə.
Bir qığılcım bəs edər ormanı yox etmək üçün
Sən su ol, atəş olma, bir fidan ək, orman eylə.
24
Haqqı var hər nemətin, vermədikcə küfran olur
Ən böyük nemətdir haqq, haqla isən, şükran eylə.
Şərqə ya Qərbə deyil, göylərə tut qəlb yönünü
Məlunlar yerdə olur, mələklərlə dövran eylə.
Nəfsinə heyran isən, ərzdə boldu belələri
Rəbbinə heyran isən, Ərş əhlini heyran eylə.
Həsəd bəşər tarixində bütün dövrlərin daima təzə-tər
qalan xəstəliklərindəndir. Allah yer üzünü istedadlı insan-
lardan məhrum etməz. İstedad olan yerdə paxıllıq labüd-
dür. Çünki, öncədən qeyd etdiyimiz kimi o bir şərdir. Şey-
tanın zəhərli oxlarından bir oxdur. Xeyir onsuz təsəvvür
olunmaz. Gecə və gündüz kimi Qiyamətə qədər qoşa bu-
lunacaqlar. İnsan onların mübarizəsindən keçməlidir. Xe-
yir yalnız göylərdə şərsizdir və şəriksizdir. Ərzdə də belə
olması lazım gəlsəydi, insan və iblis yer üzünə eyni vaxtda
endirilməzdilər.
“Biz də (Adəmə, Həvvaya və şeytana) dedik: “Bir
birinizə düşmən kəsilərək enin! Yerdə sizin üçün müəyyən
vaxta qədər sığınacaq və yaşayış vasitələri var!” (Taha, 123)
İstedada paxıllıq min illər öncə necəydisə indi də elədir
və yəqin ki, yer üzündə həyat davam etsə, min il sonra da
belə olacaqdır.
İBRƏT Şair Məmməd Rahimin ömrünün son dövründə
yazıçı Gülhüseyn Hüseynoğlu 1937-38-ci illər repressiyası-
na işarə edərək ondan soruşur:
– Niyə o vaxt Mikayıl Müşfiqi “ifşa” edib tutdurdunuz?
– Məmməd Rahim deyir:
– Nə biləydim, mən tək deyildim ki...
– O birilər kim idi?
– Deyirsən deyim, yenə günaha batım?
25
İns və cin var olduqca fitnə və fəsad olacaq
Hirs və kin var olduqca nalə və fəryad olacaq.
Dünya durduqca həsəd istedadın qənimidir
Qiyamət qopmadıqca yerdə istedad olacaq.
Rəhmanın qullarına qul Sahibi yardımçıdır
Şeytanın qullarına bəs hardan imdad olacaq?
Haqq bu ki, hər alimin fövqündə bir alim də var
Qövmün nadanlarına kim görən ustad olacaq?
Rəhman Adildi ədalət ya da rəhmət eləyər
Zülmlə abad olan zülmsüz bərbad olacaq.
O yalnız olsa Rəhim, kim axırda qəm yeyəcək
O ancaq Adil olsa, kim sonda bəs şad olacaq?
Həsəd fərdi olduğu kimi, həm də kütləvidir. Yəni təkcə
ayrı-ayrı şəxslər deyil, bütöv xalqlar da paxıl ola bilir.
Məsələn, yəhudilər axır zaman nəbisinin özlərindən ol-
mamasını qısqanaraq Hz.Muhəmmədin (salləllahu əleyhi və
səlləm) peyğəmbərliyinə qarşı çıxdılar. Allah Təala öz Kita-
bında buyurdu:
“Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeylərə
görə insanlara həsəd aparırlar?” (ən-Nisa,54)
Bu həsəd və qısqanclıq o dərəcədə şiddətli idi ki,
Mədinədə yaşayan ayrı-ayrı yəhudi qəbilələri bütün
qəbilənin sürgün olunmasına, yaxud kişilərinin təmamən
qətlə yetirilməsinə razı olsalar da, İslam Peyğəmbərini
(salləllahu əleyhi və səlləm) təsdiq etmək istəmədilər. Halbuki
haqsız olduqlarını bilirdilər.
Məsələn, Allah Rəsulu (salləllahu əleyhi və səlləm) ilə
müqaviləyə xəyanət etmiş Bəni-Qureyza qəbiləsi müsəl-
26
manlar tərəfindən mühasirəyə alınanda qəbilə başçısı Kəab
ibn Əsəd öz qövmünə xitabən bir neçə təklifdə bulundu.
Onlardan birincisi bu idi:
“Ey yəhudilər! Gəlin hamımız birdən Muhəmmədə
tabe olalım və onun peyğəmbərliyini təsdiq edəlim. Zatən
Onun Allah tərəfindən göndərilmiş bir Rəsul olduğunu ha-
mınız bilirsiniz! Tövratda vəsfləri yazılıdır. Əgər ona iman
edərsək qanlarımız, mallarımız, cocuqlarımız və qadınları-
mız qurtulmuş olur. Nə deyirsiniz?”
Yəhudilər dedilər: “Xeyr! Biz heç bir zaman bizdən ol-
mayan bir Peyğəmbərə tabe olmarıq. Tövratı başqa kitaba
dəyişdirmərik.”
Bu kor inadkarlığın nəticəsində qalada olan 700-ə qədər
kişi (bəzi mənbələrə görə 400) xəndəklərin yanına gətirilərək
boyunları vuruldu. Hətta, qəbilə başçılarından Huyey ibn
Əxtab öldürülməyə aparılarkən əynindəki qiymətli libasını
müsəlmanların işinə yaramasın deyə parça-parça etmişdi.
Kin, həsəd, paxıllıq, heç şübhəsiz, təkcə yəhudilərin milli
xəstəliyi deyildi. Nə yazıq ki, bu müdhiş mərəz müsəlman
toplumlardan da yan keçmədi. Bir çoxları Axirətin
müsəlmanların, dünyanın isə qeyri ümmətlərin olması-
nı həzm edə bilmədilər. Allah Rəsulu (salləllahu əleyhi və
səlləm) buyurdu:
“Sizə əvəlki millətlərin xəstəliyi bulaşdı. Bu, həsəd və
ədavətdir. Bu qazıyıcıdır. Biləsiniz, qazıyıcı deyərkən
saçı qazımağı demirəm. O, Dini qazıyıcıdır. Nəfsimi
qüdrət əlində tutan Zati Zülcəlala and içirəm, sizlər iman
etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə
də iman etmiş olmazsınız.”
Kim kinin, paxıllığın, rəqabətin dışındadır
Hər iki dünyada o, müsibətin dışındadır.
Bir yönü-yöntəmi var qul qulu qısqansa əgər
Qövmə qövmün həsədi təbabətin dışındadır.
Dostları ilə paylaş: |