AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
48
vahidinə yönələn məqsəd və ya fəaliyyətində axtarmaq
lazımdır. E.F.Tarasov bu məsələ ilə bağlı belə yazır:
“Kənar obyektlər insan psixikasında onun fəaliyyətinə
uyğun şəkildə əks olunurlar. Yəni insan psixikasında ob-
yektə göstərilən təsir nəticəsində müəyyənləşən cəhətlər
əks olunur. Əşyaların insana təsir edən xarici effektləri
birbaşa əşyaların özündən yox, bu əşyaya yönəlmiş
fəaliyyətdən asılıdır”
1
Onun bu fikri dərk olunan minimal
vahidlə bağlı bizim dediklərimizi təsdiq edir.
Dərk olunan minimal vahid heç də həmişə birbaşa hiss
orqanlarımıza təsir edən və ya belə bir təsir imkanına
malik olan real, əşyavi gerçəklik vahidinə bağlı olmur.
Nəzərə almaq lazımdır ki, varlığı
qəbul edilən, təsəvvür və
ya güman edilən bütün irreal varlıq, hadisə və substansi-
yalar da özünə məxsus dərk olunan minimal vahidlərə
malikdirlər. İfadə etdiyi məna baxımından materialist
mövqedən yanaşanlara bir qədər ziddiyyətli görünsə də,
biz dərk olunan minimal vahid anlayışını “
gerçəklik
elementi” adlandırırıq.
Elə buradaca qeyd edək ki, irreal varlıqları və ona ek-
vivalent hesab edilən anlayışları gerçəklik elementi adlan-
dırmağımızı yalnız materialistlər ziddiyyət kimi qəbul edə
bilər. Bunun səbəblərini başqa bir tədqiqat əsərimizdə
ətraflı şəkildə şərh etdiyimizə görə
2
burada onları yenidən
təkrarlamağa ehtiyac duymuruq.
Bu tədqiqat çərçivəsində
“gerçəklik elementi” – dedik-
də, obyektiv aləmdə real şəkildə mövcud olan və ya
mövcud olduğu qəbul edilən əşya, varlıq və hadisələr,
1
Tarasov Y.F, göstərilən əsəri, s. 102.
2
Daha ətraflı bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 88-89.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
49
anlayış, norma və prinsiplər, həmçinin onların real və ya
təsəvvür olunan əlamət, xüsusiyyət, keyfiyyət və hərəkət-
lərinə ekvivalent olan abstrakt təsəvvürlər nəzərdə tutulur.
Buraya qədər deyilənlər əsasında:
Biz nəyi başa düşü-
rük və ya dərk edirik? Dərk edilən və ya yadda qalan şey
nədir? suallarına artıq cavab verə bilərik: Başa düşülən,
dərk edilən, yadda
qalan şey gerçəklik elementidir!
İntellekt obrazı.
İndi də:
Biz nəyin vasitəsilə başa düşür və ya dərk
edirik? -
sualına cavab verməyə çalışaq.
Dini elmlər dərketmə və ya təfəkkür proseslərinin real-
laşmasını təmin edən minimal vahidlərin “ilahi ruh”
olduğunu iddia edirlər. Bu proseslərin əsasını təşkil edən
ilkin meyar və vahidlər haqqında həmin elmlər daxilində
heç bir əlavə izahata təsadüf olunmur. Dini elmlər ba-
xımından buna təsadüf edilməsi mümkün də deyil.
Ətraf aləmdə mövcud olan əşya və hadisələrin insan
tərəfindən dərk olunmasını təmin edən ilkin vahid və ya
elementlərin məhz nə olması ilə bağlı psixologiya və psi-
xolinqvistika tarixində müxtəlif fikirlər mövcuddur. Bəzi
tədqiqatçılar onu təfəkkür elementi
1
, bəziləri diferensial
element və ya kinakem
2
, bəziləri “işə çevrilmiş söz”
3
, bə-
ziləri isə “real və virtual işarə”
4
adlandırmışlar.
Bizim bu terminlərdən istifadə etmək istəməməyimizin
bir sıra obyektiv və subyektiv səbəbləri var. Belə ki, “tə-
1
Wundt W. Völkerpsychologie. Eine untersuchung der Entwicklungsgesetze von
Sprache, Mythus und Sitte. Die Sprache. Stuttgart, 1900. 318 s.
2
Леонтьев А.А. Психолингвистика. Москва, “Наука”, 1967, с. 96.
3
Выготский Л.С. Психология. Москва, “Апрель Пресс, ЭКСМО-ПРЕСС”,
2000, с. 469.
4
Леонтьев А.А. Слово в речевой деятельности. Москва, “Наука”, 1965, с. 26.