2 2
fransiskanlar bəsit və savadsız adamlar idilər. Mən Vilhelmə onun biliyindən heyrətə düşdüyümü dedim.
O, gülə-gülə cavab verdi: “Bizim adanın fransiskanları başqa qəlibdən tökülmüşdür. Rogir Bekon
37
-
bizim möhtərəm ustadımız - bir gün ilahi sənətin mexanizmlərə, təbii və müqəddəs sehrkarlığın bu alətlərə
yönələcəyini deyirdi. Gün gələcək, təbiətin gücündən yararlanaraq, yelkənli, ya da kürəklərlə hərəkət edən
gəmilərdən daha sürətli, həm də bir adamın idarə etdiyi gəmilər yaradılacaq. Elə arabalar olacaq ki, “hey-
vanlar tərəfindən hərəkət etdirilməyəcək və içində oturan bir adam əlini toxunduran kimi uçan
quşlarsayağı süni qanadlarını havada çırparaq uçacaq. Ağır yükləri qaldıra bilən kiçik alətlər, dənizin
dibində gedən arabalar olacaq”.
37
Bekon Rocer (təx.1214-1292) - təbiət elmlərinin empirik tədqiqini birinci dərəcəli hesab edən ffansiskan filosofu;
əfsanəyə görə teleskopun, barıtın, eynəyin ixtiraçısı
2 3
Bu alətlərin harada olduğunu soruşduğum zaman, mənə bunların qədim zamanlarda düzəldildiyini,
bəzilərinin isə bizim dövrümüzdə hazırlandığını dedi: “Havada üzən araba bir yana qalsın, onu heç
görmədim, onu görəni də görmədim. Fəqət belə arabanı hazırlamaq üstündə baş sındıran bir alim
tanıyıram. Çayların üstündə sütun və başqa dayaqlar olmadan körpülər də tikmək olar. Adını
eşitmədiyimiz başqa alətləri də hazırlamaq olar. Amma bunlar hələlik ortada yoxdursa, sən narahat olma-
malısan; çünki bu, onların irəlidə mövcud olmayacağı mənasına gəlməz. Sənə deyirəm: Tanrı onların var
olmasını istəyir, şübhəsiz, bunlar indidən Onun zehnində vardır, Okkamlı dostum buna oxşar fikirlərin
movcudolma ehtimalını inkar etsə də, bu belədir. Ona görə inkar etmir ki, ilahi zehniyyəti əvvəlcədən
bilməyə çalışmaq günahdır, əksinə, cavabların sayı sonsuzdur”. Bu, ondan eşitdiyim tək ziddiyyətli fikir
deyildi. Bu gün daha yaşlı və daha ağıllı olmağıma baxmayaraq, onun nə üçün Okkamlı dostunun
fikirlərini bu qədər qiymətləndirməklə yanaşı, eyni zamanda Bekonun doktrinaları önündə baş əydiyini
anlaya bilmirəm. Amma etiraf etmək lazımdır ki, o qaranlıq zamanlarda müdrik bir insan bir-birinə zidd
olan şeylər haqqında düşünməyə məcbur idi.
Bax rahib Vilhelm haqqında, qırıq-qırıq da olsa, bu qədər danışa bildim. Hekayəmin əvvəlində
abbatlığa gedən yol boyunca müşahidə etdiklərimi bir yerə toplamaq istədim. Əziz oxucum, Vilhelmin
kim olduğunu və nə ilə maraqlandığını, onun monastırda gördüyü işlərdən özün anlasan, daha yaxşı olar.
Sizə müfəssəl və mükəmməl bir təsəvvür vəd etməmişdim, indi də etmirəm. Yalnız faktları, əlbəttə ki,
fövqəladə və qorxunc olan faktları sizə söyləyə bilərəm.
Beləcə, ustadımı gündən-günə daha yaxşı tanıya-tanıya yolçuluğumuz boyunca uzun-uzadı söhbətlər
(yeri gəldikcə, onlardan bəhs edəcəyəm) etdikdən sonra monastırın yerləşdiyi təpənin ətəyinə çatdıq.
Hekayəmin də monastıra girmə vaxtı gəldi; baş verənləri anlatmağa hazırlaşarkən Allahdan diləyirəm ki,
qələmim titrəməsin.
2 8
B İ R İ N C İ G Ü N
S Ü B H Ç A Ğ I ,
Monastırın kənarına gəlib çatırıq;
Vilhelm öz fərasətini göstərir
Noyabrın sonlarında gözol bir səhərdi. Gecə boyunca az qar yağmışdı və torpaq üç barmaq qalınlığında
soyuq, ağ yorğanla örtülmüşdü. Qaranlıqda mədhiyyələrin ardından vadidəki bir kənddə messanı’
dinlədik. Sonra günəş doğunca dağlara doğru yola düşdük.
Dağın ətrafına dolanan cığırla qalxırdıq. Birdən abbatliq göründü. Məni heyrətə salan divarların
qalınlığı deyildi - bütün xristian aləmində monastırlar belə divarlarla əhatə olunmuşdur; sonralar,
Aedifıcium
38 39
olduğunu öyrəndiyim binanın nəhəngliyindən çaşıb qalmışdım. Səkkizguşəli tikililər
yandan dördguşəli (Müqəddəs Şəhərin möhkəmliyini və alınmazlığını göstərən mükəmməl fiqur) kimi
görünürdü. Cənub divarları abbadığın yerləşdiyi düzənlikdə ucalır, şimal divarları isə dağın qıvrımları
içindən çıxırmış ki, uçurumun kənarından yüksəlirdi. Aşağıda bir neçə nöqtədən baxdıqda tikili kimi
görünmürdü, sanki göyə ucalmış daş qaya rəngini, cismini dəyişmədən qülləyə çevrilirdi: həm yer üzünü,
həm də göy üzünü yaxından tanıyan nəhənglərin əsəriydi bu. Üç sıra pəncərə, onun yüksəkliyinin üçlü
ritmindən xəbər verirdi. Belə ki, yerdə dördguşəli olan bina, göydə spiritual üçbucaq yaradırdı.
Yaxınlaşdıqca gördüm ki, dördguşəli əsasın hər birinin küncündə beş tərəfi xaricdən görünən
38
Katolik ibadətlərindən birinin adı və bu ibadət zamanı çalınan musiqi
39
Aedifıcium - latinca bina, tikili deməkdir. Burada, monastırın bütün tikililəri içində yer alan Aedifıciumun birinci
mərtəbəsində mətbəx və yeməkxana, onun üstündəki iki mərtəbədə də yazı zalı ilə kitabxana yerləşir. Bundan sonra Bina
adlandırılacaqdır
2 9
yedduguşəli qüllə ucalıb, yəni, böyük səkkizguşəlinin dörd tərəfi xaricdən beşguşəli kimi görünən dörd
kiçik ycddiguşəliyə çevrilib. Beləcə, hər biri incə bir dini məna daşıyan bu qədər müqəddəs rəqəmə heç
kim laqeyd qala bilməzdi. Səkkiz - hər kvadratın mükəmməllik ədədi, dörd - İncillərin sayı, beş - göy
təbəqələrinin sayı, yeddi - Ruhül-Qüdsün fəzilətlərinin sayıdır. Bina böyüklüyünə və planına görə sonralar
İtaliyanın cənubunda gördüyüm Ursino və Dal Monte qəsrlərinə oxşayır, amma daha da əlçatmaz görünür
və abbatlığa gedən hər bir yolçuya qorxu aşılayırdı. Aydın bir qış sabahıydı, buna görə də Binanın
görünüşü fırtınalı havadakı kimi tutqun deyildi.
Amma insanda xoş duyğular oyatdığını da demək olmazdı. Qorxu və xoşagəlməz hisslər bürüdü məni.
Tanrı şahiddir ki, bunlar mənim yetkin olmayan ruhumun sərsəmliyindən deyildi; nəhənglərin dövründən
qalan qədim daşların üstündəki pis əlamətləri açıq-aşkar oxumaq olurdu. Bu əlamətlər inadkar rahiblərin
Allah kəlamını qorumaq üçün lənətlənmiş daşlarla məbəd tikdikləri vaxtdan çox-çox əvvəllər mövcud idi.
Qatırlarımız son döngəni çıxırdı. Buradan üç cığır ayrılırdı. Birdən ustadım dayanıb ətrafa baxdı,
baxışlarını yola, yolun kənarlarına və üstünə qar yağdığından təbii çardağa oxşayan şam ağaclarına
yönəltdi.
“Zəngin abbatliqdir, - o dedi. - Baş rahib insanlara yaxşı görünməkdən xoşlanır”.
Onun gözlənilməz fikirlərinə alışdığımdan təəccüblənmədim və heç nə soruşmadım. Buna vaxt da
olmadı: döngədə qışqırıqlar eşidildi, qarşımıza rahiblərdən və nökərlərdən ibarət qələbəlik çıxdı. Onlardan
biri bizi görüb ayrıldı və yaxınlaşıb nəzakətlə salam verdi:
“Xoş gəldiniz, mənim atam, - o dedi, - sizi tanıdığıma görə təəccüblənməyin, zira ziyarətinizdən
xəbərimiz var. Mən - bu monastırın keları
40
Varaginli Remigioyam. Əgər siz də, sandığım kimi, Baskavilli
rahib Vilhelmsinizsə, abbata xəbər vermək lazımdır. Sən, - o, yanındakılardan birinə dedi, - yuxarı çıx və
onlara qonağımızın içəri girməkdə olduğunu söylə!”
“Təşəkkür edirəm, kelar ata, - ustadım ehtiramla cavab verdi, - məni qarşılamaq üçün təqibi də
dayandırdınız. Bundan çox mütəəssir oldum. Amma qəm yeməyin. At buradan keçib, sağ tərəfdəki yola
döndü. Çox uzağa gedə bilməz. Zibilxanaya çatınca dayanacaq. Yamacdan atılmayacaq - çox zəkidir”.
“Siz onu nə zaman gördünüz?” - kelar soruşdu.
“Biz onu görmədik, elə deyilmi, Adso? - Vilhelm mənə baxıb, hiyləgərcəsinə gülümsədi. - Amma bu
mühüm deyildir, sizin Kəhəriniz mən dediyim yerdədir”.
Kelar çaşıb-qaldı; gah Vilhelmə, gah da yola baxdı və nəhayət: “Kəhərmi? Onun adını haradan
bildiniz?” - deyə soruşdu.
“Yaxşı, yaxşı, - Vilhelm cavab verdi. - Açıq-aşkar Kəhəri axtarırsınız, baş rahibin sevimli atını,
tövlənizdə ən yaxşı dördnala çapan atı; hündürlüyü bir sajından səkkiz gireh əskikdir, yəni beş futdur;
rəngi qaradır, gur quyruğu vardır, dırnaqları kiçik və yumrudur, amma yaxşı çapır. Başı böyük deyil,
40
Təsərrüfat işlərinə baxan rahib
Dostları ilə paylaş: |