12
hazırlanması üçün dövlət tərəfindən UNITED DEVICES
kompaniya
sının GRID MP platforması üzərində
ANTHRAX
proqram hazırlanmış və 1,9 milyon fərdi
kompüter v
ə server səfərbər edilmişdir. Nəticədə 24 gün
ərzində virusa qarşı zərdab tapılmışdır. Əgər bu
əməliyyat hər hansı bir superkompüterdə yerinə
yetirils
əydi, onda nəticə 2-3 ildən sonra əldə oluna
bil
ərdi.
Qrid texnologiyaları əsasında KŞ-də PHM-nin yaradılması
üçün mür
əkkəb məsələlərin altməsələlərə bölünməsi və onların
kompüterl
ər arasında paylanması, hesablama güclərindən
düzgün istifad
ə olunması, təhlükəsizlik, etibarlılıq və s. ilə bağlı
bir sıra məsələlərin həllini tələb edir. Bundan başqa, KŞ-nin
bircins olmaması (heterogenliyi) məsələlərin həlli zamanı
şəbəkədə cəmlənmiş hesablama gücündən düzgün istifadə
edilm
əsində problemlər yaradır.
Bu gün Q
rid texnologiyalarına həm elmi tədqiqatçılar, həm
d
ə kommersiya müəssisələri tərəfindən sürətlə artan maraq
müşahidə olunur. Nəticə olaraq, hazırda müəyyən Qrid konsep-
siyalarını reallaşdıran paylanmış hesablamaların təşkili üçün
çoxlu sayda sisteml
ər təklif olunur. Onların sırasına Alchemi
[www.alchemi.net], NGrid [ngrid.sourceforge.net], X-Com
[x-com.parallel.ru], XtermWeb layih
əsi [www.xtremwebch.net]
kimi sisteml
əri aid etmək olar. Sadalanan sistemlərin xarakterik
xüsusiyy
əti mövcud KŞ-də hesablama resurslarını qısa zaman
intervalında vahid sistem altında birləşdirir və məsələnin
h
əllində istifadəyə yönəldir. Bu isə hesablama resurslarından
s
əmərəli istifadə etməyə imkan verir [12].
Bu sah
ədə işləri analiz edərək söyləmək olar ki, Qrid
sisteml
ər əsasında PHM-nin yaradılması və istifadəsi üzrə real
t
ədqiqatlar hazırda iki istiqamət üzrə aparılır [13].
Birinci istiqam
ət – universal qrid-sistemlərin yaradılmasıdır.
Praktiki olaraq proqram t
əminatının bütün əsas istehsalçıları
(Oracle, IBM, HP, Sun v
ə s.) bu istiqamətdə işləyirlər. Bu
firmalar standart kimi öz platformaları üçün proqram
13
infrastrukturu yaradan Globus firmasının təklif etdiyi
standartlardan geniş istifadə edirlər [14]. Bu standartların
əsasında yüksəksürətli şəbəkələrlə çox böyük paylanmış
resursları
birləşdirən qlobal hesablama sistemləri
formalaşdırılır. İkinci istiqamət, böyük hesablama gücü tələb
etm
əyən mürəkkəb məsələlərin həlli üçün xüsusiləşdirilmiş
Qrid-sistemin
yaradılmasından gedir. Məsələnin belə qoyuluşu
daha real görünür, çünki m
əsələnin xüsusiyyəti əvvəlcədən
m
əlum olduğuna görə, onun həlli üçün səmərəli hesablama
mühiti yaradılmasına kömək edir.
Sözsüz ki, universal hesablama mühitl
əri perspektiv
istiqam
ətlərdən sayılır, lakin belə mühiti yaratmaq çox çətindir.
Universal hesablama mühitl
ərində proqram təminatı kimi
Globus Toolkit
standartından istifadə edilir, lakin onun
instalyasiyası çox çətindir və istifadəsi mürəkkəbdir. Ona görə
d
ə paylanmış tətbiqlərin sürətli yaradılmasına və əlçatan
hesab
lama resurslarının istifadəsinə kömək edə bilən sadə
instrumentl
ər lazımdır. Müxtəlif təşkilatların kompüterlərinin
hesablama resurslarının istifadəsi məsələsinin həlli zamanı iki
problem daha ciddi hesab edilir [9]:
–
müxt
əlif idarələrə, təşkilatlara, firmalara məxsus
kompüterl
ərin idarə edilməsinin çətinliyi;
–
şəbəkədə cəmlənmiş müxtəlif hesablama məhsuldarlığına
malik olan kompüterl
ərin hesablama resurslarından
s
əmərəli istifadə edilməsi.
Müxt
əlif təşkilatlara məxsus kompüterlərin istifadəsinin
mür
əkkəbliyi tamamilə izah ediləndir. Çünki, müxtəlif
əməliyyat sistemləri əsasında işləyən kompüterlərin
resurslarının bir mərkəz tərəfindən mürəkkəb məsələnin həllinə
c
əlb edilməsi olduqca çətindir. Digər tərəfdən, müxtəlif
t
əşkilatlara məxsus kompüterlərin müstəqil resursları
könüllülük prinsipi
əsasında deyil, ənənəvi bazar prinsipləri
əsasında istifadə edilir. Hesablamaların kommersiyalaşdırılması
yara
dılan Qrid-sistemlərdə iştirakçıların sayının artmasına
imkan verir [7, 15, 16].
14
Qrid-sisteml
ərin xidmətləri bazarında hesablama resursları-
nın istehsalçıları və istehlakçıları müxtəlif məqsədlər daşıyırlar,
müxt
əlif strategiyalardan, tələbat və təklifin müxtəlif iqtisadi
t
ənzimləmə mexanizmlərindən istifadə edirlər. Bu şəraitdə KŞ
bazasında mürəkkəb məsələlərin həlli üçün PHM-nin
yaradılmasının arxitektur-texnoloji prinsiplərinin işlənilməsi
aktual problemdir.
Hazırda KŞ bazasında paylanmış hesablamaların təşkilində
müxt
əlif iqtisadi yanaşmalardan istifadə olunur. Legion,
Condor, Apples PST, Netsolve, Punch, XTRemweb v
ə s. kimi
bir çox sisteml
ər, paylanmaya cavabdeh olan mərkəzi kompüter
sistemi hesablama mühitind
ə iştirak edən kompüterlərin dəyər
funksiyalarından istifadə etməklə hansı məsələlərin hansı
resursda yerin
ə yetirilməli olduğunu müəyyən edən sadə
paylanma sxeml
ərindən istifadə edir. Onlar hər bir resursun
istifad
ə qiymətinə baxmırlar, bu isə o deməkdir ki, bütün
əlavələrin istənilən vaxtda yerinə yetirilməsi əhəmiyyəti
eynidir, halbuki bu, reallıqda heç də belə deyildir. Tətbiqi
m
əsələnin yerinə yetirilməsi müddətinin az olması sistemin
əhəmiyyətini artırır [17, 18].
Dig
ər tərəfdən, hesablama qovşaqlarının tərkibinin bircins
olmaması və məsələnin həlli zamanı hesablama mühitinin
əvvəlcədən bilinməyən dəyişikliklərə məruz qalması, şəbəkədə
c
əmlənmiş hesablama gücündən səmərəli istifadə edilməsi
problemin
ə gətirib çıxarırlar [19, 20].
Hazırda mövcud olan, KŞ-də mürəkkəb məsələlərin həllinə
imkan ver
ən texnologiya və proqram vasitələrinin analizi
göst
ərir ki, hesablama resursu kimi şəbəkədən istifadə etməklə
m
əsələlərin həlli üçün əlavələrin (proqram təminatlarının)
işlənməsi prosesi çox mürəkkəbdir, belə ki, bu proses paralel
alqoritml
ərin işlənməsindən başlamış resursların monitorinqi və
altm
əsələlərin paylanması ilə qurtaran çoxlu sayda
m
ərhələlərdən ibarətdir [21].
Paralel hesablamalarda yükl
ənmələrin paylanması problemi,
xüsusil
ə KŞ kimi dinamiki dəyişən mühitdə, ən mühüm
Dostları ilə paylaş: |