15
probleml
ərdən biridir. Məsələnin paralel həllinin effektivliyi
əsasən bu problemin həllindən asılıdır, bu effektivlik isə ardıcıl
h
əllə müqayisədə vaxtda qazanc əldə etməkdən ibarətdir [22].
Baxılan vasitələrdən bəziləri yüklənmələrin paylanması
metodunu reallaşdırır, bu isə həmin vasitələrdən istifadə zamanı
əlavələrin işlənməsinin əmək tutumunu aşağı salır [7, 23].
Lakin veril
ən metodlar şəbəkə resurslarından rasional istifadəni
t
əmin etmir, belə ki, onlar kompüterlərin dayanmasını istisna
etmirl
ər. Məsələn, ADM (Application Data Movement)
sistemd
ə məsələnin kompüterlər arasında dəqiq paylanması
proqramçının tərtib etdiyi proqramın bəzi funksiyalarından
asılıdır. Condor metakompütinqi sistemində paylanmanı həyata
keçirtm
ək üçün resursların texniki göstəriciləri tələb olunur və
yükl
ənmələrin paylanmasını bu göstərici əsasında həyata
keçirilir. Bu zaman kompüterl
ərin hesablanma zamanı dəyişə
bil
ən real yüklənməsi nəzərə alınmır. Piranha qrid sistemi
sad
əcə olaraq sistemdə iştirak edən müstəqil kompüterlərdən
birini t
əsadüfi şəkildə seçir, bununla da kompüterlərin real
imkanlarını və məsələ üçün tələb olunan resursları nəzərə almır.
Sun Grid Engine v
ə Netsolve yüklənmənin paylanmasını
şəbəkənin monitorinqinin verilənləri əsasında həyata keçir və
şəbəkədə hesablama qovşaqlarının cari vaxt anında yüklənməsi
haqqında informasiya toplayır və buna uyğun olaraq məsələni
daha az yükl
ənən kompüterə göndərirlər. Bu cür yanaşma
proqramçıdan hər hansı bir verilən və ya hərəkət tələb etmədən
yükl
ənmənin daha dəqiq paylanmasını təmin edir, lakin bu
zaman
monitorinqin h
əyata keçirilməsi üçün əlavə qaimə
x
ərcləri yaranır.
Yuxarıda baxılan Qrid sistemlər məsələnin həlli vaxtının
minimallaşdırılması və həll xərclərini nəzərə almaqla şəbəkənin
hesablama resurslarından optimal istifadə edilməsini təmin
etmir.
Qrid sisteml
ərin resurslarının rasional istifadəsi aşağıda
sadalanan meyarlarla mü
əyyən olunur [24, 25, 26]:
– bütün
əlçatan hesablama resurslarının istifadə zəruriliyi;
16
–
hesablama
qovşaqlarının dayanmalarının miminallaşdırıl-
ması və onların daimi yüklə təmin edilməsi;
– h
əll xərclərinin mimimallaşdırılması;
– t
əhlükəsizlik təminatı;
–
etibarlılıq təminatı.
Veril
ənlər əsasında şəbəkədə məsələlərin həlli metodlarının
s
əmərəliliyini qiymətləndirmək və əlçatan resurslardan
maksimal s
əmərəli istifadə etmək olar.
Baxılan metasistemlər adətən məsələlərin (yüklənmə)
paylanmasının statistik metodlarından istifadə edirlər [27].
Statistik metodda bütün m
əsələ eyni ölçülü alt məsələlərə
bölünür. Bu zaman yükl
ənmənin bərabərləşdirilməsi hər bir
kompüter t
ərəfindən baxılan altməsələlərin hesabına baş verir.
H
ər bir kompüter növbəti altməsələnin emalından sonra
sonrakını sorğu edir. Kompüterin gücü çox olduqca o daha çox
altm
əsələ emal etmək gücündədir. Beləliklə, sürətli kompüter
daha çox, az sür
ətli kompüter isə az sayda altməsələ emal edir.
Bu, yükl
ənmənin paylanmasına kifayət qədər tanınmış
yanaşmadır. Lakin bu metodika qaimə xərclərinin miqdarını
(icar
əyə götürülən hesablama resurslarının dəyəri, yaddaş,
rabit
ə kanalı və s.) və altməsələlərin həlli vaxtını
balanslaşdırmağa imkan vermir. Müxtəlif kompüterlərin bir alt
m
əsələnin hesablanmasının təşkili zamanı qaimə xərclərinin
d
əyəri təxminən eyni olacaqdır. Nəticədə demək olar ki, qaimə
x
ərclərinin miqdarı altməsələlərin sayından, altməsələlərin sayı
is
ə bir altməsələnin ölçüsündən asılıdır. Beləliklə, altməsələnin
ölçüsünü artırmaqla onların sayı, eləcə də qaimə xərcləri azalır.
Lakin dig
ər tərəfdən altməsələnin ölçüsünü artırmaqla biz
m
əsələnin həlli vaxtını artırırıq, bu vaxt isə birinci kompüterin
işinin qurtarması anından sonuncu kompüterin işinin qurtarması
anına qədər vaxtla müəyyən olunur. Bu zaman məsələnin həlli
vaxt
ı bir altməsələnin az sürətli kompüterdə həlli vaxtına
b
ərabər olacaqdır.
N
əticədə, qeyd etmək olar ki, altməsələnin ölçüsü artdıqda
m
əsələnin həlli vaxtı miqdarı artır və qaimə xərcləri azalır.
17
M
əsələnin həlli vaxtının və qaimə xərclərinin minimallaşdı-
r
ılması üçün kompüterlərin yüklənmə əmsalı nəzərə alınmaqla
yükl
ənmənin dinamik (adaptiv) paylanma metodu istifadə
olunur [22, 28].
Paylanma mühitinin yaradılması zamanı hesablama mühitinə
olan bir sıra vacib tələbləri nəzərə almaq lazımdır ki, bunların
da sırasına etibarlılığı və təhlükəsizliyi aid etmək olar. Lokal və
qlobal KŞ bazasında paylanmış hesablamaların təşkilində
müxt
əlif yanaşmaların analizi göstərir ki, bu yanaşmalar
üstünlükl
ərlə yanaşı etibarlılığın təminatı məsələləri ilə bağlı bir
sıra nöqsanlara malikdirlər [29]. Şübhəsiz ki, çoxlu sayda
coğrafi paylanmış kompüterlərin vahid PHM-də birləşməsi
onun işinin etibarlılığına sərt tələblər irəli sürür. Ona görə də
paylanmış hesablamaların təşkili zamanı bu mühüm faktoru
n
əzərə almaq lazımdır. Həmçinin, paylanmış hesablamaların
qlobal KŞ bazasında təşkili zamanı təhlükəsizlik məsələlərini də
n
əzərə almaq lazımdır. Açıq kompüter şəbəkələrinin (AKŞ)
çoxlu sayda coğrafi paylanmış kompüterlərinin vahid paylanmış
hesablama sistemind
ə (PHS) birləşməsi məsələnin həllinin
t
əhlükəsizliyinin təminatına sərt tələblər irəli sürür (məsələ və
veril
ənlərin tamlığı təmin edilməli və onlar sanksiyalaşdırıl-
mamış müdaxilələrdən müdafiə olunmalıdırlar).
Paylanmış sistemin resurslarının etibarlı müdafiəsini təmin
etm
ək üçün bir sıra təşkilati-texniki tədbirlər həyata keçirmək
lazımdır. Bu tədbirlərin sırasında icazəsiz müdaxilələrin
qarşısını almaq üçün kompüter şəbəkəsinin resurslarına xarici
girişin əsas nəzarət vasitəsi olan şəbəkələrarası ekranlar xüsusi
rol oyn
ayırlar
.
Paylanmış sistemlərdə informasiya təhlükəsizliyi
üçün şəbəkələrarası ekranların tətbiqi şəbəkənin kompüterləri
arasındakı mövcud autentifikasiya qaydaları əsasında operativ
sazlanmasını həyata keçirməyi, həmçinin təhlükəsizlik
siyas
ətinin tələbləri nəzərə alınmaqla onların işinin
əlaqələndirilməsini tələb edir
.
Yuxarıda göstərilən təhlükəsizlik
siyas
əti dəyəri artırır və kompüter şəbəkəsi bazasında yaradılan
paylanmış sistemin idarə edilməsini çətinləşdirir.
Dostları ilə paylaş: |