XX əsrin 30-cu illərində başlayaraq məhsuldar qüvvələrin
inkişafı, yeni təsərrüfat formalarının yaranması ilə əlaqədar olaraq xalq
yaşayış məskənlərinin yeni tipi-kolxoz və sovxoz qəsəbələri (Zəyəm,
Dəllər, Müşfiq, M.Ə. Sabir adına qəsəbə, Kijəba, Qəhrəmanlı, Kür,
Lahıc, Basqal, Diyyalı və s.) vahid memarlıq-layihə prinsipləri əsasında
salınmışdır. Belə məskən tiplərinin əsas memarlıq-plan quruluşuna
daxil olan baş küçə özündə inzibati, mədəni-məişət, ticarət və yaşayış
binalarını birləşdirirdi. Belə qəsəbələr geniş xiyabanları, işıqlı küçələri,
mədəniyyət və istirahət parkları, müasir memarlıq üslubunda tikilmiş
yaraşıqlı binaları ilə də diqqəti cəlb edir.
Azərbaycan yaşayış məskənlərini relyef üzrə təsnifata görə
yamac, yarımyamac, vadi və düzənlik olmaqla dörd qrupa bölmək olar.
Azərbaycanın dağlıq və dağətəyi bölgələri üçün səciyyəvi olan yamac
tipli kəndlərin əsas xüsusiyyəti onların, dağın küləkdən və dağ
çovğunlarından mühafizə olunan, axar-baxarlı güney səmtində
salınmasıdır. Belə kəndlər (Astara bölgəsinin Təngərud, Kuraba,
Pəlikaş, Sərək; qərb bölgəsinin Çatax, Qoşabulaq, Şıxheybət.
Xınnakiran, Sarıtala, Ağbulaq, Qalaboynu, Çeşməli; ayrımların yaşadığı
Kiçik Qafqazın şimal-şərq yamaclarının əksər kəndləri; Daşkəsən
rayonunun Zağalı, Qabaqtəpə, Mollahəsənli; Şirvanın Basqal, Lahıc,
Diyallı, Köhnədaxar, Dəmirçi kəndləri; Naxçıvan bölgəsinin şimal və
şimal-şərqində Zəngəzur və Dərələyəz dağ silsilələrinin sərt
yamaclarında yerləşən Dırnıs, Badamlı və b. kəndləri) dağların güney
yamaclarında salınmaqla, küçələri bir-birinə paralel yerləşdirilmişdir.
Yamac kəndlərin məskunlaşmasında başlıca şərtlərindən biri də
onların su mənbələrinə (bulaq, nohur, çay, göl) yaxın olmasıdır. Bu tip
kəndlərdə bir neçə qatda amfiteatr şəklində salınmış küçələr bütün kənd
boyu uzanır və yaşayış evləri kənd küçələrinin ancaq bir tərəfində
tikilir. Küçənin digər tərəfini isə yuxarı qatdakı evlərin həyətləri təşkil
edir.
Yarımyamac tipli kəndlər Azərbaycanın həm dağ, həm də
dağətəyi əraziləri üçün xarakterik olmuşdur. Bu tipli kəndlərin yamac
hissəsi yamac tipli kəndlərin xüsusiyyətini özündə saxlayır, digər
hissəsi isə düzənlik tipinə uyğun olurdu. Yarımyamac tipli kəndlər
düzən kəndləri ilə yamac kəndləri arasında aralıq mərhələ təşkil edirdi.
[18] Naxçıvanın Tumbul, Qarabağlar, Gəncəbasarın, Qaşaltı, Qaryağdı
kəndləri yarımyamac tipli kəndlərin gözəl nümunəsidr.
Azərbaycanın dağlıq ərazilərinə salınmış kəndlərin əksəriyyəti
vadi tipli kəndlərə xas olan xüsusiyyətləri özündə birləşdirir. Bu
xüsusiyyətlər Dağlıq Şirvanın məskunlaşma qaydasında aydın
iz
lənilir. Vadi kəndləri, adətən, dağ yamaclarının və dağ çaylarının əmələ
gəldiyi səfalı və mülayim iqlimli vadilərin sinəsində salınırdı. Dağlıq
Şirvanın Zarat, Ərçinəm, Talışnuru kəndləri Pirsaat çayı vadisində,
Pirbəyli, Çayqurbançı. Qarabulaq, Xələfli, Qaracüzlü kəndləri Qozlu
çayı vadisində, Ceyrankeçməz, Cəngi, Cülyan və Sulut kəndlərin
eyniadlı çayların vadisində yerləşirdi.[19]
Vadi kəndlərinə Azərbaycanın qərb bölgəsinin həm dağlıq,
həm də düzənlik hissələrində təsadüf edilir. Kəmərli, Aslanbəyli,
Qaymaqlı kəndləri İncəsu çayı vadisində, Eldar düzünün Salahlı, Poylu,
Kəsəmən, Qarabağlı kəndləri isə Qabırrı çayı vadisində salınmışdır.
Keçmişdə Qazax qəzası kəndlərinin əhalisinin 2/3 hissəsi çay
vadilərindəki kəndlərdə yaşayırdı. [20] Azərbaycanın kənd yaşayış
məskənlərinin yerin reylef quruluşuna görə quruplaşmasının ən böyük
vahidi düzənlik kəndləri idi. Əhalisinin əsas məşğuliyyəti əkinçilik olan
düzənlik kəndləri çox vaxt aran kəndləri də adlanırdı. Belə kəndlər
sahəcə xeyli böyük ərazini tutur, “pərakəndə (dağınıq), həyətyanı
sahələrin geniş olması, təsərrüfat tikililərinin yaşayış evindən,
məhəllələrin isə xeyli bir-birindən aralı salınması və sərbəst yerləşməsi,
əsas inşaat materialı kimi qarğı və çiy kərpicdən istifadə olunması,
bürküyə qarşı evin kürsülük üzərində qurulması, sərinlik yaratmaq
məqsədilə ağac və meyvədən kölgəlik yaradılması ilə səciyyələnirdi”.
[21]
Kənd yaşayış məskənləri forma baxımından da fərqlənirdilər.
Azərbaycanın ayrı-ayrı bölgələrində kənd tipli yaşayış məskənlərinin
müxtəlif formaları mövcud olmuşdur. Etnoqrafik materialların təhlili
əsasənda belə nəticəyə gəlmək olar ki, torpaq çatışmazlığı, yerin relyef
quruluşu, nəsli qəbilə quruluşu qalıqlarının hələ də güclü olması,
qohum ailələrin bir-birinə yaxın məskunlaşmaya can atması, habelə
kəndlərin cərgəvi formada, yəni küçə planlı sistemində salınmasına
təşəbbüs göstərilməməsi səbəbindən XIX əsrdə Azərbaycanda ən geniş
yayılmış kənd formaları kom-koma, pərakəndə (dağınıq), sıx-qarışıq
tərkibli yığcam kəndlər olmuşdur. Digər kənd formaları (dairəvi və
cərgəvi) nisbətən azlıq təşkil etmiş, müxtəlif bölgələrdə ayrı-ayrı
terminlərlə ifadə olunsa da, prinsip və mahiyyətcə oxşarlıq təşkil
etmişdir.
Koma-koma kəndlərin əsas səciyyəvi xüsusiyyətləri ondan
ibarətdir ki, yaşayış binaları və təsərrüfat tikililəri ayrı-ayrı qruplar
şəklində tikilərək bir-birindən müəyyən məsafədə yerləşir. Belə
kəndlərin formalaşmasında patronimik münasibətlərin (qan qohumluğu
birləşən icma üzvlərinin bir yerdə yaşağa can atması meyli), təbii-
coğrafi şərait və yerin relyef quruluşunun, həmçinin iqtisadi amillərin
(təsərrüfat fəaliyyətinin istiqaməti, məişət tərzi və s. ) mühüm rol
oynamışdır. Koma-koma formalı kəndlər, bir qayda olaraq,
Azərbaycanın dağlıq və dağətəyi əraziləri üçün xarakterik idi. Qərb
bölgəsində Quşçu, Bozalqanlı, Göycəli, Cilovdarlı, Köçəsgər kəndləri,
Şəki-Zaqatala bölgəsinin Nic, Xaçmaz, Danaçı, Əliabad kəndləri,
Kəlbəcərin Lev, Çəpli, Susuzluq, Gəncə bölgəsinin Qaraqullar,
Dəstəfur və Tapan kəndləri bu qəbildəndir. Koma-koma kəndlər bütün
kənd formalarının yaranmasının ilkin mərhələsi olmuşdur. Başqa sözlə
desək, hər bir kənd forması öz inkişafının başlanğıc dövründə koma-
koma olmuş, sonralar, kəndin plan quruluşunun tədrici dəyişməsi,
böyük patriaxal ailələrin dağılması hesabına kəndlərin eninə inkişaf
etməsi nəticəsində yeni-yeni kənd formaları meydana gəlmişdir. Belə
kənd formalarında biri də pərakəndə (dağınıq) kənd formasıdır. Belə
kəndlər, əsasən, Azərbaycanın düzənlik əraziləri üçün xarakterik olmuş,
düzənlik məskunlaşma tipinin bütün xüsusiyyətlərini özündə əks
etdirmişdir. Oturaq həyat tərzi üçün zəruri olan geniş əkin sahələri,
örüşlər, biçənəklər və s. düzənlik ərazidə bol olduğundan, burada
məskunlaşan kəndlər də yaşayış evlərinin və kəndli həyətlərinin bir-
Dostları ilə paylaş: |