18
2.
Qlukokortikoid
preparatlarının
ağır
formalı
tireotoksikozlarda
əməliyyatönü hazırlıq və əməliyyatdan sonrakı müalicə - tireotoksik
krizin qarşısının alınması və müalicəsində vacib və lazımlı şərtdir;
3.
Əməliyyatönü hazırlığın tam olması;
4.
Əməliyyatın narkoz altında və travmasız olması;
5.
Əməliyyatdan sonrakı dövr müalicəsinin düzgün aparılması.
Klinik mənzərə
Bu mənzərə xüsusilə xarakterikdir. Ən erkən simptomlardan biri -
əməliyyatdan 6-10 saat sonra və 40-41°-ə çata bilən sürətlə qalxan hərarətdir. Kriz
nə qədər ağır keçirsə, hipertermiya o qədər də yüksək olur. Xəstənin sifəti güclü
hiperemiyalaşmışdır. Hipertermiya proqnostik pis əlamətdir. O, artan taxikardiya
ilə müşayət olunur. Nəbz bir dəqiqədə 140-200 vurğuya çatır, bununla yanaşı tez-
tez aritmiyalı və çox vaxt qulaqcıqların səyriməsi müşahidə olunur. Arterial təzyiq
tireotoksik krizdə əvvəlcə qalxır, sonra isə düşür. Xəstə çox tərləyir, sianozlu
boğulma və təngənəfəslik baş verir, zəiflik, əzələ hərəkətsizliyi hiss edir, qusma
müşahidə olunur. Əməliyyat keçirmişlər, narahatdırlar, yaxınlaşan ölümə görə
qorxu keçirirlər. Krizin sonrakı inkişafında diensefal simptomlar – psixomotor
oyanma, hallusinasiya, huşun vaxtaşırı qaranlıqlaşması ilə sayıqlama üstünlük
təşkil edir. Bəzən sarılıq müşahidə olunur. Terminal komada hərarətin ölçüsünün
qalxması baş verir. Tireotoksik kriz adətən 1-2 sutka davam edir. Xüsusən ağır
formalarda ölümə nəticələnmə bütövlükdə bir neçə saatdan sonra baş verir.
Təsnifatı
-
Hərarətin
yüksəlməsi,
nəbzin tezliyi, sinir
-
Psixiki
pozğunluqlara görə
-
Yüngül
-
Orta
-
Ağır
19
Müalicə
Əməliyyatdan sonrakı kəskin tireotoksik reanimasiyanın patogenezi hələ də
aydınlaşmamasına baxmayaraq onunla bir sıra mübarizə üsulları mövcuddur.
Əməliyyatdan sonrakı tireotoksik krizin başlanğıc və ya inkişaf etmiş hallarda
blokadası üçün aşağıdakı sxem üzrə tədbirlər planı tövsiyyə olunur:
1.
Yüksək dozalı yodla infusiya – yüksək
təsirli müalicə;
2.
Tireostatik müalicə (metil- və ya proriltiourasil, merkaptoimidazol);
3.
Tiroksin;
4.
Qlükokortikoidlər – 24 saat ərzində, yüksək doza (böyrəküstü vəz
çatmamazlıq ilə mübarizə);
5.
Kortizon 50-100 mq – 6-8 saatdan bir ə/d, hidokortizon 200-400 mq v/d;
6.
Böyrəküstü vəz çatmazlığını müşahidə edən elektrolit pozğunluqlarını
bərpa etmək üçün 10-20,0 – 10%-li NaCl sutkada 2-3 dəfə v/d;
7.
Kəskin ürək-damar pozğunluqlarının qarşısını almaq üçün – Strofantın və
periferik kardiotonik
preparatlar;
8.
Yüksək aritmiyalı taxikardiya olduqda – Sol.Novocaini 0,5% - 30,0 – 2-3
dəfə v/d və ya prokainamid (Novcamid) və ya ß-blokator;
9.
Toxuma hipoksiyasının azalması və mübadilənin artırılması üçün
nəmləşdirilmiş
oksigen verilir;
10.
Hipertermiya ilə mübarizə üçün iri damarların üzərinə buz qoyulur.
Sol.piranidon 4% - 5,0 ə/d gündə 3-4 dəfə. Temperatur idarə etmə
mərkəzini ləngitmək üçün – promethazine və chlorpomazine;
11.
Antibiotiko-terapiya yüksək dozada, kriz iltihabi ağırlaşma (ən çox
əməliyyat yarasında) yarada bilər simpatikolitik və qanqlioplegik
preparatlardan məhdud dozalarda istifadə etmək lazımdır, çünki onlar
geri qayıtmaz kollapsın təhlükəsini artıra bilər.
Tam inkişaf etmiş tireotoksik krizin müalicəsi çox çətindir, demək olar ki,
nəticəsizdir. Ölüm 50-75% arasında cıvarlanır. Ümüdverici hal onda yaranır ki,
müalicə daha güclü (enerjili) və onun ilk simptomları olduqda başlanılsın. Müalicə