I. Hәr bir vәtәndaş Azәrbaycan Respublikasının dövlәt rәmzlәrinә - bayrağına, gerbinә vә
himninә hörmәt etmәlidir.
II. Dövlәt rәmzlәrinә hörmәtsizliyin nümayiş etdirilmәsi qanunla müәyyәn edilmiş
mәsuliyyәtә sәbәb olur.
[15]
M a d d ә 7 6 . Vәtәni müdafiә
I. Vәtәni müdafiә hәr bir vәtәndaşın borcudur.
Qanunla müәyyәn edilmiş qaydada vәtәndaşlar hәrbi xidmәt keçirlәr.
II. Vәtәndaşların әqidәsi hәqiqi hәrbi xidmәt keçmәyә ziddirsә, qanunla müәyyәn edilmiş
hallarda hәqiqi hәrbi xidmәtin alternativ xidmәtlә әvәz olunmasına yol verilir.
M a d d ә 7 7 . Tarix vә mәdәniyyәt abidәlәrinin qorunması
Tarix vә mәdәniyyәt abidәlәrini qorumaq hәr bir şәxsin borcudur.
M a d d ә 7 8 . Әtraf mühitin qorunması
Әtraf mühitin qorunması hәr bir şәxsin borcudur.
M a d d ә 7 9 . Qanuna zidd vәzifәlәrin icrasına yol verilmәmәsi
Heç kәs Azәrbaycan Respublikasının Konstitusiyasına vә ya qanunlarına zidd vәzifәlәrin
icrasına mәcbur edilә bilmәz.
M a d d ә 8 0 . Mәsuliyyәt
Konstitusiyanın vә qanunların pozulması, o cümlәdәn Konstitusiyada vә qanunlarda
nәzәrdә tutulan hüquqlardan sui-istifadә vә ya vәzifәlәrin yerinә yetirilmәmәsi qanunla
müәyyәn edilәn mәsuliyyәtә sәbәb olur.
ÜÇÜNCÜ BÖLMӘ.
DÖVLӘT HAKİMİYYӘTİ
V f ә s i l
QANUNVERİCİLİK HAKİMİYYӘTİ
M a d d ә 8 1 . Qanunvericilik hakimiyyәtinin hәyata keçirilmәsi
Azәrbaycan Respublikasında qanunvericilik hakimiyyәtini Azәrbaycan Respublikasının
Milli Mәclisi hәyata keçirir.
M a d d ә 8 2 . Azәrbaycan Respublikası Milli Mәclisinin say tәrkibi
Azәrbaycan Respublikasının Milli Mәclisi 125 deputatdan ibarәtdir.
M a d d ә 8 3 . Azәrbaycan Respublikası Milli Mәclisi deputatlarının
seçkilәrinin әsasları
Azәrbaycan Respublikası Milli Mәclisinin deputatları majoritar seçki sistemi, ümumi,
bәrabәr vә birbaşa seçki hüququ әsasında sәrbәst, şәxsi vә gizli sәsvermә yolu ilә seçilirlәr.
M a d d ә 8 4 . Azәrbaycan Respublikası Milli Mәclisi çağırışının sәlahiyyәt
müddәti
I. Azәrbaycan Respublikası Milli Mәclisinin hәr çağırışının sәlahiyyәt müddәti 5 ildir.
Müharibә şәraitindә hәrbi әmәliyyatların aparılması Azәrbaycan Respublikasının Milli
Mәclisinә seçkilәrin keçirilmәsini mümkün etmәdikdә Azәrbaycan Respublikası Milli
Mәclisinin çağırışının sәlahiyyәt müddәti hәrbi әmәliyyatların sonunadәk uzadılır. Bu barәdә
qәrar seçkilәrin (referendumun) keçirilmәsini tәmin edәn dövlәt orqanının müraciәtinә әsasәn
Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi tәrәfindәn qәbul edilir.
[16]
II. Azәrbaycan Respublikası Milli Mәclisinin hәr çağırışının seçkilәri hәr beş ildәn bir
noyabr ayının birinci bazar günü keçirilir.
III. Azәrbaycan Respublikası Milli Mәclisinin deputatlarının sәlahiyyәt müddәti
Azәrbaycan Respublikası Milli Mәclisinin çağırışının sәlahiyyәt müddәti ilә mәhdudlaşır.
IV. Azәrbaycan Respublikası Milli Mәclisinin deputatlığından çıxanların yerinә yeni seçkilәr
keçirilәrsә, yeni seçilәn deputatın sәlahiyyәt müddәti deputatlıqdan çıxanın qalan sәlahiyyәt
müddәti ilә mәhdudlaşır.
M a d d ә 8 5 . Azәrbaycan Respublikası Milli Mәclisinin deputatlığına
namizәdlәrә aid tәlәblәr
I. Azәrbaycan Respublikasının yaşı 25-dәn aşağı olmayan hәr bir vәtәndaşı qanunla
müәyyәn edilmiş qaydada Azәrbaycan Respublikası Milli Mәclisinin deputatı seçilә bilәr.
II. İkili vәtәndaşlığı olan, başqa dövlәtlәr qarşısında öhdәliyi olan, icra vә ya mәhkәmә
hakimiyyәti sistemlәrindә qulluq edәn, elmi, pedaqoji vә yaradıcılıq fәaliyyәti istisna olmaqla,
başqa ödәnişli fәaliyyәtlә mәşğul olan şәxslәr, din xadimlәri, fәaliyyәt qabiliyyәtsizliyi
mәhkәmә tәrәfindәn tәsdiq edilәn, ağır cinayәtlәrә görә mәhkum olunmuş şәxslәr,
mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü ilә azadlıqdan mәhrumetmә yerlәrindә cәza
çәkәn şәxslәr Azәrbaycan Respublikasının Milli Mәclisinә deputat seçilә bilmәzlәr.
M a d d ә 8 6 . Azәrbaycan Respublikası Milli Mәclisi deputatlarının
seçkilәrinin nәticәlәrinin yoxlanılması vә tәsdiqi
Seçkilәrin nәticәlәrinin düzgünlüyünü qanunla müәyyәn olunmuş qaydada Azәrbaycan
Respublikasının Konstitusiya Mәhkәmәsi yoxlayır vә tәsdiq edir.
M a d d ә 8 7 . Azәrbaycan Respublikası Milli Mәclisi deputatlarının
sәlahiyyәtinin bitmәsi
I. Azәrbaycan Respublikası Milli Mәclisi deputatlarının sәlahiyyәtlәri Azәrbaycan
Respublikası Milli Mәclisinin yeni çağırışının ilk iclas günü bitir.
II. Azәrbaycan Respublikası Milli Mәclisi deputatlığından çıxanların yerinә seçkilәr
Azәrbaycan Respublikası Milli Mәclisinin sәlahiyyәt müddәtinin bitmәsinә 120 gündәn az
müddәt qalarsa, keçirilmir.
III. Azәrbaycan Respublikasının Milli Mәclisi 83 deputatının sәlahiyyәtlәri tәsdiq
olunduqda sәlahiyyәtlidir.
M a d d ә 8 8 . Azәrbaycan Respublikası Milli Mәclisinin sessiyaları
I. Azәrbaycan Respublikasının Milli Mәclisi hәr il iki növbәti yaz vә payız sessiyalarına
yığılır. Azәrbaycan Respublikası Milli Mәclisinin 83 deputatının sәlahiyyәtlәri tәsdiq
edildikdәn sonra Azәrbaycan Respublikası Milli Mәclisinin ilk iclası hәmin gündәn başlayaraq
bir hәftәdәn gec olmayaraq çağırılır. Azәrbaycan Respublikasının Milli Mәclisinә seçkilәrdәn
sonra martın 10-dәk onun 83 deputatının sәlahiyyәtlәri tәsdiq edilmәzsә, Azәrbaycan
Respublikası Milli Mәclisinin ilk iclasının keçirilmә vaxtını Azәrbaycan Respublikasının
Konstitusiya Mәhkәmәsi müәyyәn edir.
II. Azәrbaycan Respublikası Milli Mәclisinin növbәdәnkәnar sessiyalarını Azәrbaycan
Respublikası Milli Mәclisinin sәdri Azәrbaycan Respublikası Prezidentinin vә ya Azәrbaycan
Respublikası Milli Mәclisinin 42 deputatının tәlәbi әsasında çağırır.
III. Azәrbaycan Respublikası Milli Mәclisinin növbәdәnkәnar sessiyasının gündәliyini
müvafiq olaraq onun çağırılmasını tәlәb edәnlәr müәyyәnlәşdirir. Bu gündәlikdәki mәsәlәlәrә
baxıldıqdan sonra növbәdәnkәnar sessiyanın işi bitir.
IV. Azәrbaycan Respublikası Milli Mәclisinin sessiyalarının iclasları açıq keçirilir.
Azәrbaycan Respublikası Mili Mәclisinin 83 deputatının tәlәbi ilә vә ya Azәrbaycan
Respublikası Prezidentinin tәklifi ilә Azәrbaycan Respublikası Milli Mәclisinin sessiyasının
qapalı iclası keçirilә bilәr.
[17]
M a d d ә 8 9 . Azәrbaycan Respublikası Milli Mәclisi deputatlığından
mәhrumetmә vә Azәrbaycan Respublikası Milli Mәclisinin
deputatlarının sәlahiyyәtlәrinin itirilmәsi
I. Azәrbaycan Respublikası Milli Mәclisinin deputatı aşağıdakı hallarda mandatından
mәhrum edilir:
1) seçkilәr zamanı sәslәrin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azәrbaycan Respublikası vәtәndaşlığından çıxdıqda vә ya başqa dövlәtin vәtәndaşlığını
qәbul etdikdә;
3) cinayәt törәtdikdә vә mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü olduqda;
4) dövlәt orqanlarında vәzifә tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya vә
başqa ödәnişli fәaliyyәtlә mәşğul olduqda (elmi, pedaqoji vә yaradıcılıq fәaliyyәti istisna
olmaqla);
5) özü imtina etdikdә.
Dostları ilə paylaş: |