II. Dövlәt әdәbi-bәdii, elmi-texniki vә başqa yaradıcılıq növlәrinin azad hәyata keçirilmәsinә
tәminat verir.
M a d d ә 5 2 . Vәtәndaşlıq hüququ
Azәrbaycan dövlәtinә mәnsub olan, onunla siyasi vә hüquqi bağlılığı, habelә qarşılıqlı
hüquq vә vәzifәlәri olan şәxs Azәrbaycan Respublikasının vәtәndaşıdır. Azәrbaycan
Respublikasının әrazisindә vә ya Azәrbaycan Respublikasının vәtәndaşlarından doğulmuş şәxs
Azәrbaycan Respublikasının vәtәndaşıdır. Valideynlәrindәn biri Azәrbaycan Respublikasının
vәtәndaşı olan şәxs Azәrbaycan Respublikasının vәtәndaşıdır.
M a d d ә 5 3 . Vәtәndaşlıq hüququnun tәminatı
I. Azәrbaycan Respublikasının vәtәndaşı heç bir halda Azәrbaycan Respublikası
vәtәndaşlığından mәhrum edilә bilmәz.
II. Azәrbaycan Respublikasının vәtәndaşı heç bir halda Azәrbaycan Respublikasından
qovula vә ya xarici dövlәtә verilә bilmәz.
III. Azәrbaycan Respublikası onun әrazisindәn kәnarda müvәqqәti vә ya daimi yaşayan
Azәrbaycan Respublikası vәtәndaşlarının hüquqi müdafiәsinә tәminat verir vә onlara hamilik
edir.
M a d d ә 5 4 . Cәmiyyәtin vә dövlәtin siyasi hәyatında iştirak hüququ
I. Azәrbaycan Respublikası vәtәndaşlarının cәmiyyәti vә dövlәtin siyasi hәyatında maneәsiz
iştirak etmәk hüququ vardır.
II. Dövlәtә qarşı qiyama vә ya dövlәt çevrilişinә müstәqil müqavimәt göstәrmәk
Azәrbaycan Respublikasının hәr bir vәtәndaşının hüququdur.
M a d d ә 5 5 . Dövlәtin idarә olunmasında iştirak etmәk hüququ
I. Azәrbaycan Respublikası vәtәndaşlarının dövlәtin idarә olunmasında iştirak etmәk
hüququ vardır. Bu hüququ onlar bilavasitә vә ya nümayәndәlәri vasitәsi ilә hәyata keçirә
bilәrlәr.
II. Azәrbaycan Respublikasının vәtәndaşları dövlәt orqanlarında qulluq etmәk imkanına
malikdirlәr. Dövlәt orqanlarının vәzifәli şәxslәri Azәrbaycan Respublikasının vәtәndaşları
sırasından tәyin edilirlәr. Әcnәbilәr vә vәtәndaşlığı olmayan şәxslәr dövlәt qulluğuna qanunla
müәyyәnlәşdirilmiş qaydada qәbul edilә bilәrlәr.
M a d d ә 5 6 . Seçki hüququ
I. Azәrbaycan Respublikası vәtәndaşlarının dövlәt orqanlarına seçmәk vә seçilmәk, habelә
referendumda iştirak etmәk hüququ vardır.
II. Mәhkәmәnin qәrarı ilә fәaliyyәt qabiliyyәtsizliyi tәsdiq olunmuş şәxslәrin seçkilәrdә,
habelә referendumda iştirak etmәk hüququ yoxdur.
III. Hәrbi qulluqçuların, hakimlәrin, dövlәt mәmurlarının, din xadimlәrinin, mәhkәmәnin
qanuni qüvvәyә minmiş hökmü ilә azadlıqdan mәhrum edilmiş şәxslәrin, bu Konstitusiyada vә
qanunda nәzәrdә tutulan digәr şәxslәrin seçkilәrdә iştirak etmәk hüququ qanunla
mәhdudlaşdırıla bilәr.
M a d d ә 5 7 . Müraciәt etmәk hüququ
I. Azәrbaycan Respublikası vәtәndaşlarının dövlәt orqanlarına şәxsәn müraciәt etmәk,
habelә fәrdi vә kollektiv yazılı müraciәtlәr göndәrmәk hüququ vardır. Hәr bir müraciәtә
qanunla müәyyәn edilmiş qaydada vә müddәtlәrdә yazılı cavab verilmәlidir.
II. Azәrbaycan Respublikası vәtәndaşlarının dövlәt orqanlarının vә onların vәzifәli
şәxslәrinin, siyasi partiyaların, hәmkarlar ittifaqlarının vә digәr ictimai birliklәrin, habelә ayrı-
ayrı vәtәndaşların fәaliyyәtini vә ya işini tәnqid etmәk hüququ vardır. Tәnqidә görә tәqib
qadağandır. Tәhqir vә böhtan tәnqid sayıla bilmәz.
M a d d ә 5 8 . Birlәşmәk hüququ
I. Hәr kәsin başqaları ilә birlәşmәk hüququ vardır.
II. Hәr kәs istәnilәn birlik, o cümlәdәn siyasi partiya, hәmkarlar ittifaqı vә digәr ictimai
birlik yaratmaq vә ya mövcud birliyә daxil olmaq hüququna malikdir. Bütün birliklәrin sәrbәst
fәaliyyәtinә tәminat verilir.
III. Heç kәs hәr hansı birliyә daxil olmağa vә onun üzvlüyündә qalmağa mәcbur edilә
bilmәz.
IV. Azәrbaycan Respublikasının bütün әrazisindә vә ya hәr hansı hissәsindә qanuni dövlәt
hakimiyyәtini zorla devirmәk mәqsәdi güdәn birliklәr qadağandır. Konstitusiyanı vә qanunları
pozan birliklәrin fәaliyyәtinә yalnız mәhkәmә qaydasında xitam verilә bilәr.
M a d d ә 5 9 . Azad sahibkarlıq hüququ
Hәr kәs qanunla nәzәrdә tutulmuş qaydada öz imkanlarından, qabiliyyәtindәn vә
әmlakından sәrbәst istifadә edәrәk tәkbaşına vә ya başqaları ilә birlikdә azad sahibkarlıq
fәaliyyәti vә ya qanunla qadağan edilmәmiş digәr iqtisadi fәaliyyәt növü ilә mәşğul ola bilәr.
M a d d ә 6 0 . Hüquq vә azadlıqların mәhkәmә tәminatı
I. Hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verilir.
II. Hәr kәs dövlәt orqanlarının, siyasi partiyaların, hәmkarlar ittifaqlarının vә digәr ictimai
birliklәrin, vәzifәli şәxslәrin qәrar vә hәrәkәtlәrindәn (yaxud hәrәkәtsizliyindәn) mәhkәmәyә
şikayәt edә bilәr.
M a d d ә 6 1 . Hüquqi yardım almaq hüququ
I. Hәr kәsin yüksәk keyfiyyәtli hüquqi yardım almaq hüququ vardır.
II. Qanunla nәzәrdә tutulmuş hallarda hüquqi yardım ödәnişsiz, dövlәt hesabına göstәrilir.
III. Hәr bir şәxsin sәlahiyyәtli dövlәt orqanları tәrәfindәn tutulduğu, hәbsә alındığı, cinayәt
törәdilmәsindә ittiham olunduğu andan müdafiәçinin kömәyindәn istifadә etmәk hüququ
vardır.
M a d d ә 6 2 . Mәhkәmә aidiyyәtinin dәyişdirilmәsinә yol verilmәmәsi
Hәr kәsin onun işinә qanunla müәyyәn edilmiş mәhkәmәdә baxılması hüququ vardır.
Şәxsin razılığı olmadan onun işinә başqa mәhkәmәdә baxılmasına yol verilmir.
M a d d ә 6 3 . Tәqsirsizlik prezumpsiyası
I. Hәr kәsin tәqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayәtin törәdilmәsindә
tәqsirlәndirilәn hәr bir şәxs, onun tәqsiri qanunla nәzәrdә tutulan qaydada sübuta
yetirilmәyibsә vә bu barәdә mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü yoxdursa, tәqsirsiz
sayılır.
II. Şәxsin tәqsirli olduğuna әsaslı şübhәlәr varsa, onun tәqsirli bilinmәsinә yol verilmir.
III. Cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn şәxs özünün tәqsirsizliyini sübuta yetirmәyә
borclu deyildir.
IV. Әdalәt mühakimәsi hәyata keçirilәrkәn qanunu pozmaqla әldә edilmiş sübutlardan
istifadә oluna bilmәz.
V. Mәhkәmәnin hökmü olmasa, kimsә cinayәtdә tәqsirli sayıla bilmәz.
M a d d ә 6 4 . Bir cinayәtә görә tәkrarәn mәhkum etmәyә yol verilmәmәsi
Heç kәs bir cinayәtә görә tәkrarәn mәhkum edilә bilmәz.
M a d d ә 6 5 . Mәhkәmәyә tәkrar müraciәt hüququ
Mәhkәmәnin mәhkum etdiyi hәr bir şәxsin öz barәsindә çıxarılmış hökmә qanunla nәzәrdә
tutulan qaydada yuxarı mәhkәmәdә yenidәn baxılması, habelә özünün әfv edilmәsi vә
cәzasının yüngüllәşdirilmәsi haqqında müraciәt etmәk hüququ vardır.
M a d d ә 6 6 . Qohumların әleyhinә ifadә vermәyә mәcbur etmәyә yol
verilmәmәsi
Heç kәs özünә, arvadına (әrinә), övladlarına, valideynlәrinә, qardaşına, bacısına qarşı ifadә
vermәyә mәcbur edilә bilmәz. Әleyhinә ifadә verilmәsi mәcburi olmayan qohumların tam
siyahısı qanunla müәyyәn edilir.
M a d d ә 6 7. Tutulanların, hәbsә alınanların vә cinayәt törәdilmәsindә
tәqsirlәndirilәn şәxslәrin hüquqları
[12]
I. Sәlahiyyәtli dövlәt orqanlarının tutduğu, hәbsә aldığı, cinayәt törәdilmәsindә
tәqsirlәndirdiyi hәr bir şәxsә dәrhal onun hüquqları bildirilir vә tutulmasının, hәbsә
alınmasının vә cinayәt mәsuliyyәtinә cәlb edilmәsinin sәbәblәri izah edilir.
Dostları ilə paylaş: |