“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı
istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında”
Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı
istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Milli Strategiyanın həyata
keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az
olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 oktyabr 2016-cı il
№ 2358
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı
istifadəsinə dair 2017-2020-ci illər üçün
MİLLİ STRATEGİYA
1. Giriş
Təbii sərvətlərin qorunması və onlardan davamlı istifadə XXI əsrin ən mühüm
və qlobal problemlərindən olmaqla, dövlətin həllini vacib hesab etdiyi prioritet
məsələlərdən biridir. Təbii sərvətlərin ayrılmaz hissəsi olan bioloji müxtəliflik çox
mühüm, lakin hələ də tam qiymətləndirilməmiş zəngin ehtiyat mənbəyidir. Son
zamanlar planetimizdə antropogen fəaliyyət nəticəsində ekosistemlər deqradasiyaya
uğramış, bir çox fauna növləri isə məhv olmuş və ya onların sayı kəskin surətdə
azalmışdır. Bioloji müxtəlifliyin belə sürətli itkisi Yer kürəsini və bütövlükdə canlı
aləmi ciddi təhlükədə qoymaqla, qlobal faciəyə səbəb ola bilər. Yer kürəsində bioloji
müxtəlifliyi beynəlxalq əməkdaşlıq yolu ilə xilas etmək məqsədi ilə 1992-ci ilin iyun
ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş “Yer kürəsi” sammitində
Birləşmiş Millətlər Təşkilatının "Bioloji müxtəliflik haqqında" Konvensiyası
imzalanmışdır. Azərbaycan Respublikası 2000-ci il 14 mart tarixində bu
Konvensiyaya qoşulmuş və ondan irəli gələn öhdəliklərin milli səviyyədə yerinə
yetirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart
tarixli 1 368 nömrəli Sərəncamı ilə 2006-2010-cu illəri əhatə edən “Azərbaycan
Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli
Strategiya və Fəaliyyət Planı” təsdiq edilmiş, nəzərdə tutulmuş tədbirlər uğurla icra
olunmuşdur.
Belə ki, Fəaliyyət Planına uyğun olaraq, Azərbaycan Respublikasının “Qırmızı
Kitab”ının I və II cildləri nəşr edilmişdir. Qafqazda nəsli kəsilmək təhlükəsi ilə
üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə
edən “Böyük beşlik” proqramı çərçivəsində Azərbaycan Respublikasının “Qırmızı
Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na daxil
edilmiş, təbiətin nadir incisi olan bəbirlərin tarixi areallarında və məskunlaşdığı
sahələrdə populyasiyalarını izləmə tədbirləri həyata keçirilmişdir.
Miqrasiya edən heyvan növlərinin nişanlanması üzrə tədqiqatların aparılması
ilə əlaqədar Qızılağac Dövlət Təbiət Qoruğunun və Ağgöl Milli Parkının ərazisində
üzərində Azərbaycan Respublikasının atributları əks olunmuş halqalar vasitəsilə
quşların nişanlanması işi həyata keçirilmişdir.
Nadir və nəsli kəsilmiş heyvan növlərinin reintroduksiyası layihələri
çərçivəsində Şirvan Milli Parkında Avropada yeganə və ən böyük ceyran
populyasiyasının sayı qısa müddətdə 4 min başdan 7 min başa qədər artmış və bu
əhəmiyyətli növün arealı təbii yolla xeyli genişlənmişdir. Ağgöl Milli Parkı,
Qobustan-Cəngiçay vadisi, Acınohur-Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran
fərdlərinin buraxılması həyata keçirilmiş, 150 başdan artıq ceyran tarixi
məskunlaşma arealına qaytarılmışdır.
Azərbaycan
Respublikasının
tarixi
ərazilərində
məskunlaşmış,
lakin
antropogen səbəblərdən kökü kəsilmiş fauna növlərinin bərpası məqsədi ilə 2012-ci
ildən etibarən Avropa bizonunun ölkəyə reintroduksiya olunması istiqamətində
işlərə başlanılmışdır.
2006-cı ildə qəbul olunmuş Fəaliyyət Planının əhatə etdiyi müddətdə Akademik
Həsən Əliyev adına Azərbaycan Respublikası Zəngəzur Milli Parkının, Hirkan Milli
Parkının və Zaqatala Dövlət Təbiət Qoruğunun əraziləri genişləndirilmiş, dövlət
meşə fondu torpaqlarında Samur-Yalama Milli Parkı, Göygöl Dövlət Təbiət
Qoruğunun bazasında və ona bitişik ərazilərdə Azərbaycan Respublikasının Göygöl
Milli Parkı, Goranboy rayonunun inzibati ərazisində Korçay Dövlət Təbiət Qoruğu
yaradılmışdır.
Zaqatala Dövlət Təbiət Qoruğu ilə Gürcüstan Respublikasının həmsərhəd
ərazilərində vahid ekosistemin əhatə edilməsi məqsədi ilə Zaqatala Dövlət Təbiət
Yasaqlığı yaradılmışdır. Eyni zamanda “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və
Təbiət Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Xınalıq” Dövlət
Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq
Qoruğu, Naxçıvan Muxtar Respublikasının ərazisində Arpaçay Dövlət Təbiət
Yasaqlığı və Lerik rayonu ərazisində Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.
Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının
üzvü olan ölkələrin 2010-cu ildə Yaponiyanın Naqoya şəhərinin Aiçi Prefekturasında
keçirilən 10-cu görüşü çərçivəsində 2011-2020-ci illər ərzində bioloji müxtəliflik
sahəsində mühüm nəticələrə nail olmaq üçün əməkdaşlığın genişləndirilməsi, flora
və faunanın qorunması və davamlı istifadəsi, bu sahədə qarşıya qoyulan məqsədə
çatmaq
üçün
yenilənmiş
milli
strategiyalar
hazırlanmasının
vacibliyi
vurğulanmışdır. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin dayanıqlılıq
prinsipləri əsasında qorunması və səmərəli istifadəsi, həmçinin sözügedən
Konvensiya üzrə qarşıda duran öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə
“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı
istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” (bundan sonra - Milli
Strategiya) bu sahədə konkret addımlar atılmasına və müsbət nəticələr əldə
edilməsinə yönəldilmişdir.
2. Milli Strategiyanın məqsədi
Milli Strategiyanın əsas məqsədi genetik ehtiyatlardan səmərəli istifadə, bioloji
müxtəlifliyin qorunması və gələcək nəsillərə çatdırılması, yoxsulluğun aradan
qaldırılması, ekoloji tarazlığın tənzimlənməsi, ”yaşıl iqtisadiyyat”a keçidin təmin
edilməsi, ekoloji təhsilin stimullaşdırılması, endemik flora və yerli fauna növlərinin
bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin təkmilləşdirilməsi,
bioloji müxtəlifliyə təzyiqlərin azaldılması istiqamətində tədbirlərin həyata
keçirilməsidir.
3. Milli Strategiyanın prioritet istiqamətləri
3.0. Milli Strategiyaya daxil olan prioritet istiqamətlər aşağıdakılardır:
3.0.1. bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı əhalinin ekoloji
maarifləndirilməsi üçün cəmiyyətdə ekoloji biliklərin geniş yayılmasının təmin
edilməsi;
3.0.2. bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi;
3.0.3. bioloji müxtəlifliyin, ekosistemin və genetik müxtəlifliyin bərpası və
saxlanması;
3.0.4. xüsusi mühafizə olunan təbiət ərazilərinin səmərəli idarəedilmə
sisteminin yaradılması və mövcud şəbəkənin genişləndirilməsi;
3.0.5. bioloji müxtəlifliyə mənfi təsirlərin azaldılması və bioloji müxtəlifliyin
davamlı istifadəsi;
3.0.6. bioloji müxtəlifliyin davamlılığını təmin etmək məqsədi ilə bu sahədə
normativ hüquqi bazanın təkmilləşdirilməsi;
3.0.7. milli və yerli səviyyədə bioloji müxtəlifliyin mühafizəsində ictimaiyyətin
iştirakının artırılması;
3.0.8. bioloji müxtəlifliyin qorunması işlərinin icrasında birgə idarəçiliyin
inkişaf etdirilməsi;
3.0.9. bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üçün adekvat
resursların təmin edilməsi;
3.0.10. bioloji müxtəliflikdən istifadənin planlaşdırılması və idarə edilməsi üçün
institusional potensialın gücləndirilməsi.
4. Milli Strategiyanın maliyyələşdirilməsi
4.0. Milli Strategiya çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı
mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
4.0.1. dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində müvafiq dövlət
qurumlarının xərclər smetasında ekoloji problemlərin həlli üçün nəzərdə tutulmuş
vəsait;
4.0.2. ətraf mühitin mühafizəsi üzrə dövlət fondlarının vəsaiti;
4.0.3. mikrokreditlər;
4.0.4. beynəlxalq donorların və maliyyə qurumlarının qrantları.
5. Milli Strategiyanın icrası və ehtiyatların səfərbər edilməsi
Milli Strategiya Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına
və davamlı istifadəsinə dair Fəaliyyət Planı çərçivəsində keçiriləcək tədbirləri, icraya
məsul dövlət orqanlarını, eləcə də icra müddətlərini müəyyən edir.
6. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı
istifadəsinə dair Fəaliyyət Planı
Sıra
№-si
Tədbirin adı
Gözlənilən nəticələr
İcraçı
orqanlar
İcra
müddəti
(illər üzrə)
1
2
3
4
5
6.1. Bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı əhalinin ekoloji maarifləndirilməsi üçün cəmiyyətdə ekoloji biliklərin
geniş yayılmasının təmin edilməsi
6.1.1. 2020-ci ilədək bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı məsələlərin təhsilin bütün pillələrində öz əksini tapması, lazımi
resursların səfərbər edilməsi və müvafiq kadrların bilik səviyyəsinin artırılması
6.1.1.1.
Təhsilin bütün pillələrində ətraf mühitin
mühafizəsi, bioloji müxtəlifliyin qorunması,
ekosistem xidmətləri ilə əlaqədar məsələlərin
tədrisinin genişləndirilməsi
təhsilalanların ətraf mühitin
mühafizəsi, bioloji müxtəlifliyin
qorunması, ekosistem xidmətləri ilə
bağlı bilikləri artacaqdır
TN, ETSN
2017-2020
6.1.1.2.
Dərs vəsaitlərində bioloji müxtəliflik və ətraf
mühitlə bağlı məlumatlara daha geniş yer
ayrılması
dərs vəsaitlərində bioloji müxtəliflik və
ətraf mühitlə bağlı məlumatların
dolğunluğu təmin ediləcəkdir
TN, ETSN
2017-2020
6.1.1.3.
Məktəblilərin ekoloji təhsilini və tərbiyəsini inkişaf
etdirmək məqsədi ilə ekoloji təhsil mərkəzlərinin
fəaliyyətinin dəstəklənməsi
ekoloji təhsil mərkəzlərinin
fəaliyyətinin səmərəliliyi artacaqdır
TN, ETSN
2017-2020
6.1.1.4.
Bioloji müxtəlifliyin qorunması üzrə resurs,
informasiya və təlim mərkəzlərinin yaradılması,
insan resurslarının bilik və bacarıqlarının
artırılması üçün texniki potensialın
gücləndirilməsi
ətraf mühitlə əlaqəli sahələrdə
fəaliyyət göstərən kadrların bilik və
bacarıq səviyyəsi artacaqdır
TN, ETSN,
KTN
2017-2020
6.1.2. Respublika ərazisində 2020-ci ilədək ekoloji turizm potensialının artırılması və mövcud potensialdan istifadə istiqamətində
tədbirlərin gücləndirilməsi
6.1.2.1.
Azərbaycan Respublikasının bioloji müxtəlifliyi və
xüsusilə də milli parklar haqqında reklam-
məlumat məhsullarının hazırlanması
milli parkların və bioloji müxtəlifliyin
komponentləri təbliğ olunacaq, reklam
məlumatları yayılacaqdır
ETSN,
MTN, TN
2017-2020
6.1.2.2.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin turizm
potensialı ilə bağlı məlumat bazasının
genişləndirilməsi
respublika ərazisində daxili turizmin
inkişafına xidmət edən və ekoturizm
üçün müxtəlif imkanları əks etdirən
məlumat bazası yaradılacaqdır
ETSN, MTN
2017-2019
6.1.2.3.
Təbiət abidələrinin inventarlaşdırılmasının həyata
keçirilməsi
təbiət abidələrinin yenilənmiş siyahısı
hazırlanacaqdır
ETSN, MTN
2017-2020
6.1.2.4.
Reklam xarakterli infoturların keçirilməsi
turoperatorlar üçün ekoloji turizm ilə
bağlı müxtəlif turpaketlər
hazırlanacaqdır
ETSN,
MTN, TN
2017-2020
6.1.2.5.
Milli Parklarda ekoloji turizmlə məşğul olan
turoperatorların müəyyən edilməsi, media
nümayəndələri, yerli və xarici turistlər üçün
infoturların keçirilməsi
bioloji müxtəliflik və ekosistem
xidmətləri ilə əlaqədar məlumatlılıq
artacaq, xüsusi mühafizə olunan təbiət
ərazilərində müxtəlif turizm növlərinin
inkişafı üçün geniş imkanlar
yaranacaqdır
ETSN, MTN
2017-2020
6.2. Bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi
6.2.1.
Beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi
bioloji müxtəlifliyin monitorinqi
ETSN,
2017-2018
üsullardan istifadə etməklə, monitorinq sisteminin
təkmilləşdirilməsi
sisteminin təkmilləşdirilməsi ilə bağlı
təkliflər paketinin icrası təmin
ediləcəkdir
AMEA,
RYTN,
ABOEMDA
6.2.2.
Bioloji müxtəliflik komponentlərinin mövcud
vəziyyətinin qiymətləndirilməsi
bioloji müxtəliflik komponentlərinin
mövcud vəziyyətinin
qiymətləndirilməsi ilə bağlı ekoloji
qiymətləndirmə sənədi hazırlanacaqdır
ETSN,
AMEA
2017-2019
6.2.3.
Müasir monitorinq metodikalarının işlənilib
hazırlanması və tətbiq edilməsi
müasir monitorinq metodikaları
hazırlanacaqdır
AMEA,
ETSN
2017-2020
6.2.4.
Bitki və heyvan növlərinin inventarlaşdırılmasının
həyata keçirilməsi və elektron məlumat bazasının
yaradılması
Azərbaycan Respublikasının fauna və
flora növlərinin inventarlaşdırılması
aparılacaq, vahid məlumat bazası
yaradılacaqdır
ETSN,
AMEA
2017-2020
6.2.5.
Bioloji müxtəliflik üzrə İnformasiya və
Əvvəlcədən Xəbərdaretmə Sisteminin yaradılması
bioloji müxtəlifliyin itməsinin və
azalma dərəcəsinin monitorinqini
aparan sistem yaradılacaqdır
AMEA
2017-2020
6.2.6.
Bioenerji resurslarının dəqiq uçotunun aparılması
bioenerji resurslarının səmərəli
istifadəsi istiqamətində görülən işlər
nəticəsində ümumi ekoloji tarazlıq
təmin ediləcəkdir
ABOEMDA,
ETSN
2017-2020
6.3. Bioloji müxtəlifliyin, ekosistemin və genetik müxtəlifliyin bərpası və saxlanması
6.3.1. 2020-ci ilədək ətraf mühitin və bioloji müxtəlifliyin qorunmasının səmərəliliyinin artırılması
6.3.1.1.
Azərbaycan Respublikasının daxili sularında,
sərhəd sularında və Xəzər dənizinin Azərbaycan
sektorunda bioloji müxtəliflik komponentlərinin
idarə edilməsinin təkmilləşdirilməsi, sənaye və
məişət tullantıları ilə çirklənmənin qarşısının
alınması, böyük yaşayış məntəqələri ətrafındakı su
hövzələrinin bioloji müxtəlifliyinin qorunmasına
dair tədbirlərin hazırlanması və həyata keçirilməsi
sərhəd sularının, Xəzər dənizinin,
daxili suların, o cümlədən göllərin
çirklənməsi minimuma endiriləcək,
idarəetmə və monitorinq sisteminin
təkmilləşdirilməsi və zəruri elmi
əsasların əldə edilməsi hesabına bioloji
müxtəlifliyin səmərəli qorunması
təmin ediləcəkdir
ETSN,
AMEA,
FHN,
ARDNŞ,
“Azərsu”
ASC, MST
ASC
2017-2020
6.3.1.2.
Bioloji müxtəlifliyin davamlı inkişafına təsir edən
amillərin öyrənilməsi, antropogen təsirlərə məruz
qalan torpaqlarda meşəbərpa zonalarının və süni
meşəliklərin yaradılmasına dair təkliflər
hazırlanması və pilot layihələrin həyata
keçirilməsi
meşələrin, otlaqların, su-bataqlıq
ərazilərin səmərəli idarə olunması
nəticəsində deqradasiyanın qarşısı
alınacaq, bioloji müxtəlifliyin
mühafizəsi və davamlı istifadəsi üçün
təlimatlar və idarəetmə planları
hazırlanacaqdır
ETSN,
AMEA,
KTN
2017-2018
6.3.1.3.
Otlaqların idarə olunmasında qabaqcıl təcrübənin
tətbiqi və otlaq sahələrinin səmərəli idarə
olunması məqsədi ilə tədbirlər görülməsi,
yay və qış otlaqları haqqında dolğun
məlumat bazası və xəritələr
hazırlanacaq, pilot layihələrin
KTN,
AMEA,
ETSN
idarəetmə planlarının hazırlanması və pilot
layihələrin tətbiqi
nəticələrindən asılı olaraq geniş tətbiq
ediləcəkdir
6.3.1.4.
“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və
icarəyə verilməsi, habelə istifadə edilməsi
Qaydaları”na əməl olunmasına dair nəzarət
mexanizmlərinin təkmilləşdirilməsi
otlaq sahələrindən təyinatı üzrə
istifadə olunmasına, heyvandarlığın
inkişaf etdirildiyi ərazilərdə otarma
normalarına riayət olunacaqdır
KTN, ETSN,
YİH
2017-2020
6.3.1.5.
Xüsusi mühafizə statusu olmayan, lakin həssas
ekosistemlər kimi qiymətləndirilən ərazilərdən,
nadir və azsaylı fauna və flora növlərinin yayıldığı
ərazilərdən davamlı istifadə məqsədi ilə qabaqcıl
təcrübənin tətbiqi və idarəetmə planlarının
hazırlanması
xüsusi mühafizə statusu olmayan,
lakin bioloji müxtəliflik baxımından
xüsusi əhəmiyyət kəsb edən ərazilər
idarəetmə planlarına və təlimatlara
əsasən idarə olunacaqdır
AMEA,
ETSN
2017-2020
6.3.1.6.
Meşə ilə örtülü ərazilərin inventarlaşdırılmasında
və monitorinqinin aparılmasında müasir
metodikanın tətbiqi
müasir metodlardan istifadə etməklə,
meşələrin dəqiq statusu müəyyən
ediləcək və meşə ilə örtülü sahələrin
yeni xəritələri tərtib olunacaqdır
ETSN,
AMEA
2017-2020
6.3.1.7.
Sərhədyanı ərazilərdə bioloji müxtəliflik
komponentlərinin nadir növlərinin təbii
bərpasının təmin edilməsi, qorunub saxlanılması
və onlardan davamlı istifadə olunması üçün
təxirəsalınmaz tədbirlərin hazırlanması və həyata
keçirilməsi
ağac və kolluqların növ müxtəlifliyinin
idarə edilməsində səmərəlilik
artacaqdır
ETSN,
AMEA
2017-2020
6.3.2. 2020-ci ilədək aqrobioloji müxtəliflikdə irs sistemlərinin qorunub saxlanılması, ev heyvanlarının və mədəni bitkilərin, o
cümlədən iqtisadi və mədəni dəyəri olan cins və sortların genetik müxtəlifliyinin qorunması
6.3.2.1.
Regionlar üzrə torpaq, iqlim şəraiti nəzərə
alınmaqla növbəli əkin sistemindən və digər
səmərəli aqrotexniki becərmə tədbirlərindən geniş
istifadənin və ənənəvi yolla yaradılmış mədəni
bitkilərin becərilməsinin təşviq edilməsi üçün
zəruri tədbirlərin görülməsi
kənd təsərrüfatı sahələrində səmərəli
aqrotexniki üsullardan istifadə
ediləcəkdir
KTN,
AMEA,
ETSN
2017-2020
6.3.2.2.
Üzvi əkinçiliyin inkişaf etdirilməsi məqsədi ilə
pilot layihələrin hazırlanması
pilot layihələrin nəticələri geniş tətbiq
ediləcəkdir
KTN,
AMEA,
ETSN
2017-2020
6.3.2.3.
Şoran və təkrar şoranlaşmaya məruz qalmış
torpaqların yuyulması və bu ərazilərdə şəraitə
uyğunlaşmış ağac və kol cinslərindən ibarət
meşəbərpa zonalarının və süni meşəliklərin
yaradılmasına dair təkliflərin hazırlanması və
pilot layihələrin həyata keçirilməsi, torpaqların
əkin dövriyyəsinə qaytarılması məqsədi ilə
meliorasiya işlərinin görülməsi
eroziyaya məruz qalmış sahələrdə
aparılan səmərəli tədbirlər nəticəsində
məhsuldarlıq artacaq və tarlaqoruyucu
meşələr salınacaqdır
MST ASC,
KTN, ETSN,
AMEA
2017-2020
6.3.2.4.
Yüksək dağlıq ərazilər də daxil olmaqla, kənd
təsərrüfatı sahələrində üzvi gübrələrdən istifadə
ilə bağlı layihələrin həyata keçirilməsi
kənd təsərrüfatı sahələrində
məhsuldarlıq artacaq və ekoloji təmiz
məhsullar əldə olunacaqdır
KTN, ETSN,
AMEA
2017-2020
6.3.2.5.
Qlobal iqlim dəyişikliyi fonunda ətraf mühitin
əlverişsiz amillərinə qarşı davamlı olan ənənəvi
bitki sortlarının və heyvan cinslərinin istifadəsinin
genişləndirilməsi
ənənəvi bitki sortlarının və heyvan
cinslərinin inventarizasiyası aparılacaq,
pilot layihələrin nəticələri əsasında
yeni və dolğun siyahılar hazırlanacaq,
qabaqcıl təcrübə nümayiş
etdiriləcəkdir
AMEA,
KTN, ETSN
2017-2020
6.3.3. 2020-ci ilədək davamlı istifadə və mühafizə nəticəsində Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilməkdə olan flora
və fauna növlərinin statusunun yaxşılaşdırılması
6.3.3.1.
Nadir və nəsli kəsilməkdə olan bitki və heyvan
növlərinin səmərəli mühafizəsini təmin etmək
məqsədi ilə nəsli kəsilməkdə olan əhəmiyyətli
növlərin qorunması tədbirlərinin
təkmilləşdirilməsi
nadir və nəsli kəsilməkdə olan bitki və
heyvan növləri tədqiq edilərək
yenilənmiş siyahı “Qırmızı Kitab”ın 3-
cü nəşrinə daxil ediləcəkdir
ETSN,
AMEA,
KTN
2017-2020
6.3.3.2.
“Qırmızı Kitab”ın hazırkı nəşrinə daxil edilmiş
nəsli kəsilməkdə olan heyvan növlərinin
mühafizəsi üçün yaşayış mühiti
fraqmentasiyasının tədqiqi və vacib yaşama
yerlərinin bərpası
yaşayış mühitinin fraqmentasiyası ilə
bağlı dolğun məlumatlar əldə ediləcək
və mənfi təsirlərin aradan qaldırılması
üçün müvafiq tədbirlər görüləcəkdir
AMEA,
ETSN
2017-2020
6.3.3.3.
Ölkə ərazisində nəsli kəsilməkdə olan bitki və
heyvan növlərinin populyasiyalarının bərpası
üçün tədbirlərin hazırlanması, reintroduksiya
layihələrinin həyata keçirilməsi
nəsli kəsilməkdə olan və tarixən
mövcud olmuş növlərin təbiətə
qaytarılması üçün müvafiq tədbirlər, o
cümlədən reintroduksiya layihələri
həyata keçiriləcəkdir
AMEA,
ETSN
2017-2018
6.4. Səmərəli idarə edilən xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və mövcud şəbəkənin genişləndirilməsi
6.4.1.
Xəzər dənizinin Azərbaycan sektorunda və quru
sahələrdə xüsusi mühafizə olunan təbiət
ərazilərinin genişləndirilməsi
respublika ərazisində xüsusi mühafizə
olunan təbiət ərazilərinin ümumi
sahəsi genişləndiriləcək, quru
ərazilərdə xüsusi mühafizə olunan
təbiət ərazilərinin sahəsi 12 faizə,
sahilyanı zonada isə 2 faizə
çatdırılacaqdır
ETSN, YİH
2017-2020
6.4.2.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə
edilməsi sisteminin təkmilləşdirilməsi
dünya təcrübəsi nəzərə alınmaqla,
xüsusi mühafizə olunan təbiət
ərazilərinin idarə edilməsi işi
təkmilləşdiriləcəkdir
ETSN
2017-2020
6.4.3.
Avropa Qonşuluq Siyasəti çərçivəsində “Zümrüd
sahələr”in inkişaf etdirilməsi
xüsusi mühafizə olunan təbiət əraziləri
“Zümrüd sahələr” şəbəkəsinə daxil
ETSN,
AMEA
2017-2019
ediləcəkdir
6.5. Bioloji müxtəlifliyə mənfi təsirlərin azaldılması və bioloji müxtəlifliyin davamlı istifadəsi
6.5.1. 2020-ci ilədək bioloji müxtəlifliyə mənfi təsirlərin və təhlükələrin aradan qaldırılması və ekoloji vəziyyətin bioloji müxtəlifliyin
davamlılığını təmin edəcək səviyyəyə çatdırılması
6.5.1.1.
Bioloji müxtəliflik baxımından zəngin ərazilərdə
mövcud və potensial mənfi təsirlərin
qiymətləndirilməsi, bu təsirlərin qarşısının
alınması və ya minimuma endirilməsi üçün zəruri
tədbirlər planının hazırlanması
bioloji müxtəlifliyə yönəlmiş mənfi
təsirlər tədqiq ediləcək və onlara qarşı
zəruri adekvat tədbirlər görüləcəkdir
ETSN,
AMEA,
KTN
2017-2020
6.5.1.2.
İqlim dəyişkənliyinə həssas ərazilərdə (su-
bataqlıq, yüksək dağlıq ərazilər, Xəzər dənizinin
sahil zolağı və s.) iqlim dəyişkənliyinin bioloji
müxtəlifliyə təsirinin qiymətləndirilməsi və
adaptasiya proqramlarının hazırlanması
müxtəlif ekosistemlərdə iqlim
dəyişkənliyinin bioloji müxtəlifliyə
təsiri qiymətləndiriləcək və əks
tədbirlərin sayı artacaqdır
ETSN,
AMEA,
KTN
2017-2020
6.5.1.3.
Flora və faunanın invaziv növlərinin cari
vəziyyətinin qiymətləndirilməsi, dəniz, quru, su-
bataqlıq ekosistemlərində yayılma yollarının
müəyyən edilməsi, ölkəyə daxil olmasının
qarşısının alınması üçün nəzarət mexanizmlərinin,
invaziv növlərin sayı və populyasiyaları barədə
elektron məlumat bazasının yaradılması
invaziv növlərin sayı və
populyasiyaları barədə elektron
məlumat bazası hazırlanacaq, onların
ölkəyə daxil olmasının qarşısının
alınması üçün nəzarət mexanizmləri
gücləndiriləcək və onlara qarşı
mübarizə aparmaq üçün zəruri
normativ hüquqi baza yaradılacaqdır
AMEA,
ETSN, KTN
2017-2020
6.5.1.4.
Ekoloji və iqtisadi baxımdan ciddi mənfi təsir
göstərən flora və faunanın invaziv növlərinin
populyasiyalarının, vurduqları zərərin
qiymətləndirilməsi və onlara qarşı mübarizə
tədbirlərinin hazırlanması
invaziv növlərin idarə edilməsi üçün
zəruri mexanizmlər işlənilib
hazırlanacaqdır
AMEA,
ETSN
2017-2020
6.5.1.5.
Kənd təsərrüfatı və məişət tullantılarından
bioenerji alınması imkanlarının araşdırılması və
həmin enerjidən istifadənin təşviq edilməsi
araşdırma müsbət nəticə verəcəyi
halda, kənd təsərrüfatı və məişət
tullantılarından bioenerji alınacaq və
bu enerjidən istifadə olunacaqdır
AMEA,
ETSN, KTN,
ABOEMDA
2017-2020
6.5.1.6.
Bioloji müxtəlifliyin qorunması və təbii
sərvətlərdən davamlı istifadə məqsədi ilə
sənayenin “yaşıl iqtisadiyyat”a keçid potensialının
qiymətləndirilməsi
beynəlxalq ekspertlərin köməyi ilə
ilkin qiymətləndirmə sənədi
hazırlanacaqdır
KTN, ETSN,
YİH,
bələdiyyələr
2017-2019
6.5.1.7.
Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının
istehsalının geniş təşviqi
ekoloji təmiz kənd təsərrüfatı
məhsullarının ümumi istehsal payı
artacaqdır
KTN, ETSN,
AMEA,
SMPDK
2017-2020
6.5.2. Bioloji müxtəlifliklə bağlı təbii resursların və ekosistemlərin davamlı istifadəsi
6.5.2.1.
Su bioloji resurslarının müasir ekoloji vəziyyətinin
qiymətləndirilməsi, vətəgə əhəmiyyətli balıq
növlərinin populyasiya dinamikasının
öyrənilməsi, ov normalarının müəyyən edilməsi
və akvakulturanın inkişaf etdirilməsi
Xəzər dənizində və daxili sularda
iqtisadi cəhətdən əhəmiyyətli balıq
ehtiyatlarının və tutum kvotalarının
müəyyən edilməsi üçün elmi
metodikalar hazırlanacaq,
akvakulturanın inkişaf etdirilməsi
üçün zəruri tədbirlər həyata
keçiriləcəkdir
ETSN,
AMEA
2017-2020
6.5.2.2.
Bioloji müxtəlifliyin səmərəli istifadəsi
baxımından ovçuluğun inkişafı üzrə tədbirlərin
hazırlanması və həyata keçirilməsi
ovçuluğun davamlı inkişafını təmin
etmək üçün zəruri normativ hüquqi
baza yaradılacaqdır
ETSN, MTN
2017-2019
6.5.2.3.
Yabanı dərman bitkilərinin qanunsuz
toplanmasına və satışına nəzarətin gücləndirilməsi
və belə bitkilərdən davamlı istifadənin təmin
edilməsi
yabanı dərman bitkilərinin xammalı
yalnız lisenziya almış fiziki və hüquqi
şəxslər tərəfindən tədarük ediləcək,
yabanı dərman bitkilərinin yığılması
və istifadəsi üçün müvafiq qanunla
müəyyən edilmiş qaydalar və
təlimatlar hazırlanacaqdır
ETSN,
AMEA,
KTN, SN,
SMPDK
2017-2019
6.6. Bioloji müxtəlifliyin davamlılığını təmin etmək məqsədi ilə bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi
6.6.1. Bioloji müxtəliflik və ekosistem xidmətlərinin davamlı istifadəsi ilə bağlı bioloji müxtəlifliyə birbaşa və yaxud dolayı təsir
göstərən qanunvericilik aktlarının təkmilləşdirilməsi
6.6.1.1.
Mövcud normativ hüquqi bazanın təhlili, ölkənin
götürdüyü beynəlxalq öhdəliklər nəzərə
alınmaqla, qanunvericiliyin təkmilləşdirilməsi ilə
bağlı təkliflərin hazırlanması
mövcud qanunvericilik aktları və
beynəlxalq proqramlarda ölkənin
götürdüyü beynəlxalq öhdəliklər
nəzərə alınmaqla, yeni qanunvericilik
aktları qəbul ediləcəkdir
ETSN, MTN
2017-2020
6.6.1.2.
Bioloji müxtəlifliyə dair ölkə üzrə tədqiqatlar
aparılması və növbəti Milli Hesabatın
hazırlanması
“Bioloji müxtəliflik haqqında”
Konvensiyadan irəli gələn öhdəliyin
icrası olaraq, müvafiq hesabat təqdim
ediləcək və bu sahədə aşkarlıq təmin
olunacaqdır
ETSN
2018-2020
6.6.2. 2020-ci ilədək ölkənin bioloji müxtəlifliyinin genetik modifikasiya olunmuş bitkilərdən mühafizəsi məqsədi ilə bioloji
təhlükəsizlik sisteminin formalaşdırılması
6.6.2.1.
Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik
haqqında” Konvensiyasının Biotəhlükəsizliyə dair
Kartagena Protokolunun icrasının təmin edilməsi
üzrə tədbirlərin hazırlanması
Kartagena Protokolunun icrası təmin
ediləcəkdir
ETSN,
AMEA,
KTN
2017-2019
6.6.2.2.
Genetik modifikasiya olunmuş bitkilərlə mübarizə
sahəsində dövlət qurumlarının əməkdaşlığının
genetik modifikasiya olunmuş
bitkilərin monitorinqi sahəsində dövlət
ETSN, KTN,
AMEA,
2017-2020
gücləndirilməsi
qurumları arasında əməkdaşlıq
ediləcəkdir
DGK
6.6.2.3.
Genetik modifikasiya olunmuş bitkilərin təyini
üzrə akkreditasiya olunmuş laboratoriya
şəbəkəsinin genişləndirilməsi
genetik modifikasiya olunmuş bitkilər
üzrə ixtisaslaşdırılmış laboratoriyaların
sayı artacaqdır
ETSN, KTN,
AMEA,
DGK
SMPDK
2017-2020
6.6.2.4.
Respublikada genetik modifikasiya olunmuş
bitkilərin dövriyyəsinin tənzimlənməsi üzrə
müvafiq elmi-texniki potensialın, ixtisaslı
mütəxəssis hazırlığının və müvafiq texniki
infrastrukturun inkişaf etdirilməsi məqsədi ilə
beynəlxalq əməkdaşlığın gücləndirilməsi
genetik modifikasiya olunmuş
bitkilərin dövriyyəsinin tənzimlənməsi
üzrə mütəxəssislərin sayı artacaqdır
KTN, ETSN,
AMEA
2017-2020
6.6.3. Bioloji müxtəlifliyin qorunması üzrə normativ hüquqi aktların Avropa Direktivlərinə uyğunlaşdırılması
6.6.3.1.
Bioloji müxtəliflik ilə bağlı normativ hüquqi
bazanın təkmilləşdirilməsi və bu sahədə milli
standartların beynəlxalq normativlərə
uyğunlaşdırılması
müvafiq normativ hüquqi bazanın
təkmilləşdirilməsi yolu ilə zəruri
addımlar atılacaqdır
ETSN, KTN,
SMPDK
2017-2019
6.6.3.2.
Respublikanın bioloji müxtəlifliklə bağlı
beynəlxalq təşəbbüslərə qoşulması üçün
imkanların müəyyən edilməsi
müvafiq imkanlar müəyyən edilərək,
onların tətbiqi ilə bağlı tədbirlər həyata
keçiriləcəkdir
XİN, AMEA
2017-2020
6.7. Milli və yerli səviyyədə bioloji müxtəlifliyin mühafizəsində, habelə bu sahədə qərarların qəbul edilməsi prosesində Orxus
Konvensiyasının tələblərinə uyğun ictimaiyyətin və vətəndaş cəmiyyətinin iştirak səviyyəsinin yüksəldilməsi
6.7.1.
Təbii sərvətlərin mühafizəsi və istifadəsi ilə bağlı
qərarların verilməsi və onların icrası zamanı
gender bərabərliyi də nəzərə alınmaqla,
ictimaiyyətin iştirakını tələb edən effektiv
mexanizmlərin yaradılması
bioloji müxtəlifliyin mühafizəsi və
davamlı istifadəsi, o cümlədən ətraf
mühitlə bağlı digər vacib məsələlər
üzrə qərarların verilməsi və icrası
zamanı gender bərabərliyi nəzərə
alınmaqla ictimaiyyətin iştirakı təmin
ediləcəkdir
ETSN,
AMEA,
KTN
2017-2020
6.7.2.
Müxtəlif formalı ekoloji tərbiyə və maarifləndirmə
klublarında ayrı-ayrı yaş qruplarının təbiətə
marağının artırılması üçün müvafiq tədbirlərin
hazırlanması
ekoloji klubların səmərəli fəaliyyətinə
dair təkliflər hazırlanacaq, müxtəlif
formatda müsabiqələr, sərgilər,
görüşlər keçiriləcəkdir
ETSN, YİH
2017-2019
6.8. Bioloji müxtəlifliyin qorunması işlərinin icrasında birgə idarəçiliyin inkişaf etdirilməsi
6.8.1. Bioloji müxtəlifliyin qorunması sahəsində aidiyyəti dövlət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi
6.8.1.1.
Bioloji müxtəlifliyin qorunması sahəsində, o
cümlədən ekoturizmin inkişafı, meşə
massivlərinin salınması, yaşıllıqların yanğından
mühafizəsi və erkən xəbərdarlıq sistemlərinin
aidiyyəti dövlət qurumları arasında
əməkdaşlığın inkişaf etdirilməsi
nəticəsində bioloji müxtəlifliyin
qorunması ilə bağlı qərarlar qəbul
ETSN, TN,
KTN, FHN,
AMEA,
MTN,
2017-2019
yaradılması, otlaqların idarə edilməsi və digər
məsələlər üzrə müxtəlif dövlət qurumları arasında
əməkdaşlıq imkanlarının müəyyən edilməsi və
təkliflərin hazırlanması
olunacaq və vahid yanaşma tətbiq
ediləcəkdir
ARDNŞ
6.8.1.2.
Bioloji müxtəlifliyin mühafizəsi və davamlı
istifadəsi ilə bağlı müxtəlif dövlət qurumları
arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın
genişləndirilməsi
müvafiq sahədə əməkdaşlıq imkanları
müəyyən edilərək, zəruri tədbirlər
həyata keçiriləcəkdir
ETSN, TN,
KTN, FHN,
AMEA
2017-2019
6.8.2. Bioloji müxtəlifliyin qorunması məsələlərində qonşu ölkələrlə əməkdaşlığın gücləndirilməsi
6.8.2.1.
Transsərhəd ekoloji problemlərin müəyyən
edilməsi, qiymətləndirilməsi və həlli istiqamətində
tədbirlərin həyata keçirilməsi
ekoloji araşdırmalar aparılaraq
hesabatlar hazırlanacaq və
problemlərin həlli istiqamətində
əməkdaşlıq genişləndiriləcəkdir
XİN, ETSN
2017-2020
6.8.2.2.
Transsərhəd ekoloji problemlərin müəyyən
edilməsi, qiymətləndirilməsi və həlli istiqamətində
tədbirlərin həyata keçirilməsi
ekoloji araşdırmalar aparılaraq
hesabatlar hazırlanacaq və
problemlərin həlli istiqamətində
əməkdaşlıq genişləndiriləcəkdir
XİN, ETSN
2017-2020
6.9. Bioloji müxtəlifliyin qorunmasının və davamlı istifadəsi üçün adekvat resursların təmin edilməsi
6.9.1.
Bioloji müxtəlifliyin qorunması və səmərəli
istifadəsinin təmin edilməsi üçün zəruri
resursların qiymətləndirilməsi, təkliflərin
hazırlanması və resursların səfərbər edilməsi
bioloji müxtəlifliyin qorunması və
səmərəli istifadəsi təmin ediləcəkdir
ETSN, KTN,
AMEA
2017-2020
6.9.2.
Bioloji müxtəlifliyin qorunması məqsədi ilə
regionlarda alternativ və bərpa olunan enerji
mənbələrindən istifadənin genişləndirilməsi
regionlarda alternativ və bərpa olunan
enerji mənbələrindən istifadə
genişləndiriləcəkdir
ABOEMDA,
ETSN
2017-2020
6.10. Bioloji müxtəliflikdən istifadənin planlaşdırılması və idarəedilmə imkanlarının gücləndirilməsi
6.10.1. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan məqsədlərə uyğun olaraq bioloji müxtəliflik üzrə
fəaliyyətin planlaşdırılması
6.10.1.1.
“Bioloji müxtəliflik haqqında” Konvensiya ilə
bağlı öhdəliklərin icrası üçün zəruri tədbirlərin
müəyyən edilməsi və icrası
Konsepsiyanın bioloji müxtəlifliyin
qorunmasına yönəldilmiş hədəflərinə
tam nail olunacaqdır
ETSN
2017-2020
6.10.2. Bioloji müxtəlifliyin qorunması üzrə imkanların genişləndirilməsi
6.10.2.1.
Bioloji müxtəlifliyin qorunması üzrə imkanların
genişləndirilməsi, mövcud və tələb olunan
imkanların qiymətləndirilməsi, təkliflərin
hazırlanması və müvafiq proqramlara salınması,
bu istiqamətdə qeyri-hökumət təşkilatları ilə və
beynəlxalq təşkilatlarla əməkdaşlıq
bioloji müxtəliflik üzrə texniki, inzibati,
maliyyə və insan resurslarının inkişafı
təmin ediləcəkdir
ETSN
2017-2020
6.10.2.2.
Bioloji müxtəliflik sahəsində fəaliyyət göstərən
bioloji müxtəliflik sahəsində kadr
ETSN,
2017-2020
insan resurslarının bilik və bacarıqlarının
yüksəldilməsində qeyri-hökumət təşkilatları ilə və
beynəlxalq təşkilatlarla əməkdaşlığın
gücləndirilməsi
potensialının gücləndirilməsi üçün
əməkdaşlıq imkanları
müəyyənləşdiriləcək və müntəzəm
olaraq birgə təlimlər təşkil ediləcəkdir
AMEA
Akronimlər
ETSN
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
XİN
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
KTN
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
RYTN
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi
SN
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
TN
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
MTN
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
DGK
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
SMPDK
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi
ARDNŞ
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
ABOEMDA Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyi
AMEA
Azərbaycan Milli Elmlər Akademiyası
MST ASC
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
YİH
yerli icra hakimiyyətləri
Dostları ilə paylaş: |