STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
12
sistemlərin yaradılması, enerji təhlükəsizliyi, fərd-cəmiyyət münasibətlərinin
yeni məzmunlu bağlılığını təmin edən idarəetmə texnologiyalarının hazırlan-
ması ön plana çıxmaqdadır. Sadalanan bütün məsələlər elmi yanaşmaları xü-
susi olaraq aktuallaşdırmışdır.
Təsadüfi deyil ki, bəzən müasir tarixi mərhələni “qloballaşma dövrü” ifadəsi
ilə yanaşı, “permanent elmi-texniki inqilab dövrü” ifadəsi ilə də xarakterizə
edirlər. Qloballaşma adlanan prosesin əsasında məhz elmi-texniki tərəqqinin
keyfiyyətcə yeni məzmun qazanmış mərhələsi dayanır. Artıq qloballaşma yeni
motivasiya sisteminə malik olan özünəməxsus hərəkətverici gücə sahibdir.
Bu kontekstdə nəzərə almalıyıq ki, texnoloji sahələrdə meydana gələn Qərb
məzmunlu sivilizasiyanın hazırda regional sivilizasiyaların mənəvi ruhu və
intellektual potensialı ilə zənginləşməsinə ehtiyac yaranmışdır. Son dövrlər
nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi strateji xarakterli proqramlarda
bunun aydın izlərinə rast gəlmək mümkündür. Misal olaraq, Avropa Birliyinin
“Horizon-2020” proqramını nümunə göstərə bilərik. Belə görünür ki, artıq
dünyada bütün planeti idarə etməyə qadir qlobal sistem yaratmaq cəhdləri
mövcuddur. Qloballaşma problemləri üzərində araşdırmalar aparan alimlər
belə hesab edirlər ki, hazırda baş verən qlobal dəyişikliklər dünyanın köklü
transformasiyası ilə bağlıdır. Cəmiyyətlər özlərini yenidən təşkil edirlər. Həyat
tərzinin əsasları dəyişir. Sosial institutların qurulma mexanizmləri və fəaliyyət
məzmunu yeniləşir.
Bu izahlardan belə bir nəticəyə gəlmək olar ki, qloballaşma dövründə el-
min inkişafına qlobal informasiya mübadiləsi prosesi kimi də baxmaq olar.
Azərbaycan elminin inkişaf perspektivləri üzərində məhz həmin kontekstdə
düşünmək lazımdır. Hesab edirik ki, qloballaşma kontekstində Azərbaycan
elminin mövcud problemlərinə ilk növbədə aşağıdakı istiqamətlərin qarşılıqlı
əlaqəsində yanaşmaq lazımdır:
1. Sovet ideoloji sistemindən qaynaqlanan poblemlərin həlli (siyasi-ideoloji,
sosial-iqtisadi və mədəni-mənəvi mühitlərdən yeni sistemlərə transforma-
siya problemləri);
2. XXI əsrdə qloballaşmanın dünya qarşısında yaratdığı çoxsaylı və mürəkkəb
problemlərin
mövcudluğu;
3. Müstəqillik dövrünə keçiddə Azərbaycan üçün yaradılmış Dağlıq Qarabağ
probleminin və onun doğurduğu sosial və mənəvi-psixoloji problemlərin
mövcudluğu.
Qloballaşma şəraitində Azərbaycan elminin qarşısında duran problemlərin
həlli yuxarıda sadaladığımız məsələlərin bir-biri ilə qarşılıqlı əlaqədə araşdırıl-
masından, həlli yollarının müəyyənləşdirilməsindən bilavasitə asılıdır.
Azərbaycanın qarşısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həllinə nail olmaq vəzifəsi durur. Müasir dövrdə bu kimi
problemlərin həlli intellektual potensialı real elmi-mənəvi gücə çevirməkdən
xeyli dərəcədə asılıdır. Nəzərə almaq lazımdır ki, bu münaqişə qaçqınlıq,
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
13
köçkünlük, sosial-iqtisadi, mənəvi-psixoloji apatiyalar qismində çoxlu sayda
problemlər doğurdu. Belə vəziyyətdən optimal çıxış yolu, şübhəsiz, elmi po-
tensialın təcrübəyə tətbiqindən asılıdır. Hesab edirik ki, bu sahədə alimlərimizin
qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycan həqiqətlərinin,
milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması, qorunması və inki-
şafıdır. Xüsusilə, “Vikipediya” (“Wikipedia”) ensiklopediyasının bu istiqamətdə
böyük imkanları vardır. Azərbaycan həqiqətlərinin təbliğində həmin resursun
potensialandan istifadə etmək bu gün çox aktualdır. Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətində qəbul edilmiş qərara əsasən, AMEA-nın
elmi müəssisələrində viki-qruplar təşkil olunur ki, bu da ölkəmizlə bağlı mü-
hüm əhəmiyyət kəsb edən elmi məqalə,
kitab və digər məlumatların həmin ensiklo-
pediyada öz əksini tapmasına zəmin yaradır.
Bununla yanaşı, viki-mühitdə real və po-
tensial təhlükə mənbələrini vaxtında aşkar
etmək, ölkəmizə qarşı aparılan informasiya
müharibəsində çevik və effektli tədbirlər
görmək, analiz etmək məqsədilə Akademi-
yanın müvafiq institutlarında elmi araşdır-
malar aparılır, monitorinqlər keçirilir.
Bu gün Azərbaycan elmi inkişaf etməkdə,
qloballaşan dünyanın ümumi ritminə qo-
şulmaqdadır. Azərbaycanda elm sahəsində
həyata keçirilən islahatlarda elmi fəaliyyətin
yeni əsaslarla təşkili, ölkənin intellektual re-
surslarının səfərbər edilməsi, müxtəlif elm
sahələrinin inkişafı, innovativ texnologi-
yaların tətbiqi, elmlərarası əlaqələrin daha
da inkişaf etdirilməsi və s. kimi məqamlar
xüsusi aktuallıq kəsb edir. Bu prosesdə
elm və texnologiyaların qloballaşması pro-
sesini nəzərə almaq lazım gəlir. Bunun
əlamətlərindən biri müxtəlif ölkə alimləri arasında elmi-tədqiqat nəticələrinin
mübadiləsinin genişlənməsidir. Hazırda dövlətlərarası elmi proqramlar və
layihələr çərçivəsində alimlər arasında əməkdaşlıq forması daha çox əhəmiyyət
kəsb edir. İndi Azərbaycan alimlərinin səsi müxtəlif Avropa ölkələrindən, Ame-
rikadan, hətta uzaq Yaponiyadan daha tez-tez eşidilir. Son illər Azərbaycanda
müxtəlif ölkələrdən olan alimlərin həmmüəllifliyi ilə dərc edilən elmi əsərlər və
patentlərin sayı artmışdır. Bütün bunlar Azərbaycan elminin dünya informasiya
proseslərinin tərkib hissəsinə çevrilməsinin nəticəsidir.
Azərbaycan elmi qarşısında duran bu problemlərin həlli internetin, infor-
masiya-kommunikasiya texnologiyalarının daha böyük rol oynamağa başla-
Bu gün Azərbaycan
elmi inkişaf etməkdə,
qloballaşan dünyanın ümumi
ritminə qoşulmaqdadır.
Azərbaycanda elm sahəsində
həyata keçirilən islahatlarda
elmi fəaliyyətin yeni
əsaslarla təşkili, ölkənin
intellektual resurslarının
səfərbər edilməsi, müxtəlif
elm sahələrinin inkişafı,
innovativ texnologiyaların
tətbiqi, elmlərarası əlaqələrin
daha da inkişaf etdirilməsi
və s. kimi məqamlar xüsusi
aktuallıq kəsb edir.