STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
14
dığı şəraitdə baş verməlidir. Məsələnin bu tərəfi də vəziyyətə xüsusi məzmun
verir. Dünya elmi mühitləri arasında mürəkkəb münasibətlər sistemi yaranır.
Onun təzahürlərindən biri elektron elminin formalaşmasıdır. Yeni ideyalar,
nəzəriyyələr, metodoloji yanaşmalar birbaşa internet şəbəkəsində, müxtəlif
elektron vasitələrdə yer ala bilir. Bu da özlüyündə kommunikasiyada, onun
məzmununda və funksiyasında keyfiyyət dəyişikliklərinə səbəb olur. Hətta
vətəndaş cəmiyyətinin tərkib hissəsi olan vətəndaş elmi formalaşır. İntellekt
ənənəvi elmi qurumlardan çıxaraq sərbəst-kütləvi fəaliyyət növünə çevrilir.
Cəmiyyətin idarə edilməsi horizontal münasibətlər sistemi çərçivəsində həyata
keçiriləndə elm belə xarakter daşıyır. Bu cür elmin təşkili, təbii ki, tamamilə
fərqli yanaşma tələb edir. Özlüyündə “vətəndaş elmi” anlayışı tamamilə ay-
dın olmasa da, onun perspektivdə daha geniş yayılması imkanları vardır. Bu
xüsusiyyət elmlə təhsilin yeni səviyyədə əlaqələndirilməsini ön plana çıxarır.
Müasir elmdə gedən dəyişikliklərin
təhlilindən göründüyü kimi, virtual dünya-
da elmin özünəməxsus dinamikası möv-
cuddur. Eyni zamanda, burada bir sıra
problemlərə də rast gəlinir. Məsələn, intel-
lektual mülkiyyətin qorunması, plagiatlıq və
piratçılıqla mübarizə, müəllif hüquqlarının
qorunması, virtual və fiziki beyin axını, in-
tellektual əmək bazarının qloballaşması və
s. bu kimi problemlərin həll edilməsi faktiki
olaraq yeni hüquqi və mədəni yanaşmalar
tələb edir. Konkret olaraq desək, müxtəlif
hüquq sistemlərinin və mədəniyyətlərin
qarşılaşması prosesi baş verir.
“Azərbaycan 2020: gələcəyə baxış” İn-
kişaf Konsepsiyasında əksini tapdığı kimi,
indi Azərbaycanın əsas strateji hədəfi in-
tellektual inkişaf modelinə əsaslanan
biliklər cəmiyyətinin qurulmasıdır. Bu stra-
tegiya Azərbaycan alimləri qarşısında xü-
susi vəzifələr qoyur. Biliklər cəmiyyətinin
qurulması məhz Azərbaycan alimlərinin
səylərindən, təşəbbüskarlığından bilavasitə
asılıdır. Ona görə də biz bütün Azərbaycan alimlərini bu məqsəd naminə
səfərbər olmağa, səylərini birləşdirməyə dəvət edirik. Bu, zamanın tələbidir.
Azərbaycanın gələcəyi alimlərimizin zamanın çağırışına vaxtında və lazımi
peşəkarlıqla cavab vermələrindən bilavasitə asılıdır.
Yeni dövrün qeyd olunan tələblərinə müvafiq olaraq hazırkı mərhələdə
Azərbaycan elmi öz inkişafının islahatlarla xarakterizə olunan yüksəliş
Hazırda dövlətlərarası elmi
proqramlar və layihələr
çərçivəsində alimlər arasında
əməkdaşlıq forması daha
çox əhəmiyyət kəsb edir. İndi
Azərbaycan alimlərinin səsi
müxtəlif Avropa ölkələrindən,
Amerikadan, hətta uzaq
Yaponiyadan daha tez-tez
eşidilir. Son illər Azərbaycanda
müxtəlif ölkələrdən olan
alimlərin həmmüəllifliyi ilə
dərc edilən elmi əsərlər və
patentlərin sayı artmışdır.
Bütün bunlar Azərbaycan
elminin dünya informasiya
proseslərinin tərkib hissəsinə
çevrilməsinin nəticəsidir.
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
15
mərhələsinə qədəm qoymuşdur. Xüsusi qeyd etmək lazımdır ki, elmi
fəaliyyət sahəsində müasir dövrün tələblərindən irəli gələn islahatların həyata
keçirilməsi müxtəlif istiqamətləri özündə birləşdirən kompleks tədbirlər pla-
nıdır. İslahatlarda əsas məqsəd mövcud elmi potensialın müasir tələblərə uy-
ğun konsolidasiyası və bu sahədə optimal idarəetmənin həyata keçirilməsidir.
Bu məqsəd xaricdə və Azərbaycanda yaşamasından asılı olmayaraq hər bir
azərbaycanlı alim və ziyalı qarşısında mühüm tələblər irəli sürür, onların qarşı-
sında mahiyyətcə yeni və məsul vəzifələr qoyur.
Ölkə Prezidentinin fərman və sərəncamları ilə təsdiq olunmuş bir sıra mü-
hüm dövlət sənədlərində, strategiya və proqramlarda Azərbaycanın strateji
inkişaf xətti və bu siyasətin həyata keçirilməsində elmin rolu öz geniş əksini
tapmışdır. Buna misal olaraq, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası-
nı, Elmin İnkişafı üzrə Milli Strategiyanı,
Azərbaycan Respublikasında 2013-cü ilin
“İnformasiya-kommunikasiya texnologiya-
ları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı-
nı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasını və s. kimi dövlət sənədlərini
göstərmək olar. Azərbaycan dövlətinin
intellektual inkişaf modelinə əsaslanan
tərəqqisinin əsas istiqamətlərini özündə
əks etdirən bu sənədlər ölkədə bütün digər
sahələrlə yanaşı, hesab edirik ki, Azərbaycan
elmi qarşısında daha çox vəzifələr qoyur.
Çünki ölkə Prezidenti Azərbaycanın gələcək
inkişafını ənənəvi iqtisadiyyatdan biliklər
iqtisadiyyatına keçid, insan kapitalının in-
kişafı, mövcud imkan və resursları nəzərə
almaqla davamlı iqtisadi artım və yüksək
sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi prinsiplərinin real-
laşdırılmasında görür. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-
innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin
artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Xüsusən, bilik
və mədəniyyət sahələri ilə informasiya texnologiyalarının inkişafı arasında
əlaqələrin müəyyənləşdirilməsi elmi yanaşmalar olmadan mümkün deyildir. Bu
istiqamətdə də Azərbaycan alimləri öz yaradıcı qüvvələrini səfərbər etmişdir.
Bu gün Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolu keçərək regionun lider
dövlətinə çevrilmişdir. İqtisadi sahə keyfiyyətcə yeni səviyyəyə keçirsə, sosial-
mədəni sahə də yeniləşmə ilə ayaqlaşmalı, hətta növbəti iqtisadi sıçrayışın
hərəkətverici qüvvəsinə çevrilməlidir. Başqa sözlə ifadə etsək, iqtisadi inkişa-
fın yaratdığı keyfiyyətcə yeni sosial-mədəni mühitin elmi reaksiyası zəruridir.
Bu istiqamətdə işin uğurla həyata keçirilməsində məsuliyyət yalnız alimlərin
Hazırda Azərbaycanda
elmin inkişafı ilə bağlı
strateji siyasətdə
beynəlxalq elm məkanına
inteqrasiya mühüm yer
tutur. Azərbaycan elminin
beynəlxalq əlaqələrinin
yeni elmi əsaslar üzərində
qurulması istiqamətində
ölkə rəhbərliyinin
müəyyənləşdirdiyi strateji
xətt üzrə xüsusi dövlət
proqramları həyata keçirilir.