• Bütün türkl
ərin tərcümanı
~
27
~
Molla P
ənah Vaqif, Seyid Əzim Şirvaninin əsərlərini həm dil, həm
m
əzmun baxımından çox təqdir etdiyini, «Tərcüman»da onlar
bar
ədə məmnuniyyətlə məqalələr verdiyini göstərir və S.Ə.Şirvani
il
ə bağlı İ.Qaspiralının fikirlərindən sitatlar gətirir. Müəllif
m
əqaləsində göstərir ki, İ.Qaspiralı Bakı milyonçularının
xeyriyy
əçilik fəaliyyətini yüksək qiymətləndirir, Naxçıvanda,
Şəkidə yeni üsullu məktəblərin açılmasından çox sevinirdi və bütün
bunlarla bağlı öz qəzetində fikirlərini bölüşürdü.
Qaspiralısevərlər onun şəninə, əziz xatirəsinə şeirlər həsr
etmiş, onu «ulu türk», «milləti dirildən atəş» (Məmməd Əmin
Yurdaqul. «İsmayıl Qaspiralıya»), «parlaq, böyük adam» (Cəlal
Sah
ir. «İ.Qaspiralının ruhuna») adlandırmış, vəsf etmişlər.
M.B.M
əmmədzadənin «Azərbaycanın ilk istiqlal şairi» kimi
d
əyərləndirdiyi Məhəmməd Hadi «Böyük İsmayıl bəyə» adlı
şeirində yazır:
«Verdin h
əyat bizlərə, öldün özün sənin,
Mill
ət göz açdı, gərçi yumuldu gözün sənin».
Şəkidən Hüseyn Tahirzadə «Tərcüman»ın 25 illiyi
münasib
əti ilə «İrşad»a göndərdiyi şeirində (15 may 1908, № 66)
q
əzetin fəaliyyətini nəzmə çəkir və sonda diləyini dilə gətirir:
Eyl
əriz bu igidi-milli ilə hər an iftixar,
Olmasın Ya-rəbb, zəvali-ehtişam
(t
əntənənin məhv olması – T.A.).
İ.Qaspiralının vəfatı Krımda olduğu qədər Volqaboyunda,
Qafqazda, Tatarıstanda, Orta Asiyada, Türkiyədə milli matəm kimi
• Abid Tahirli
~
28
~
qarşılanmışdı. Şimal türklərinin (Kazan) ən nüfuzlu qəzeti
«Vakit»d
ə (12 sentyabr 1914) Fatih Kərimov İ.Qaspiralını böyük
türk dünyasının ən parlaq ulduzu adlandırır və bu ulduzun
sönm
əsini bütün türklərin hiss edəcəyini, onların qəlblərini
titr
ədəcəyini kədərlə qələmə alır və belə davam edir: «İsmayıl bəyin
h
əyatı Rusiya müsəlmanları üçün özbaşına müstəqil bir dövr,
özbaşına müstəqil bir tarixdir. Bu dövrdə Rusiya müsəlmanları
yenid
ən dünyaya gəldilər. Bu dövrdə dilli və ədəbiyyatlı oldular.
Milli m
ətbuata, təməddün (mədəniləşmə – T.A.) və insaniyyət
fikrin
ə də girmələri bu dövrdədir. Başqa millətlər kimi oxuyub
yazmağı, fikir yürüdüb düşünə bilməyi də bu dövrdə öyrəndilər.
Üsuli-c
ədid, xeyriyyə cəmiyyəti, qadın-qızların təhsili, tərbiyə,
hüquq m
əsələləri… də hamısı bu dövrdə meydana çıxmışdır.
Xülas
ə, Rusiya müsəlmanları arasında yeni üsullu məktəb və
m
ədəniyyət yayılmasının əvvəli İ.Qaspiralı ilə başlayır və onlar
arasında millət və camaat xidmətində olan nə qədər xadimlər varsa,
onların hər biri İsmayıl bəyi bir cəhətdən özlərinin ustadı, onun
şagirdi olmaqla iftixar etməkdədirlər».
F.K
ərimov İ.Qaspiralının yalnız cismən aramızdan
ayrıldığını, ruhu, fikri və məqsədlərinin əbədiyyən qalacağını,
getdikc
ə daha çox anlaşılacağını və inkişaf edib hər tərəfə
yayılacağını, milli həyatımızın ölməz nişanı kimi ruhumuzu
yaşadacağını, ağır günlərdə bizə təsəlli verəcəyini, məyus
q
əlblərimizə ümid gətirəcəyini qeyd edir.
Mü
əllif İ.Qaspiralını özündən sonra milyonlarla Rusiya
müs
əlmanlarının yetişdirib ölən bir ustada, bəxtiyar ataya bənzədir
v
ə yazır ki, bu bəxtiyarlığın fövqündə duran bəxtiyarlıq təsəvvür
etm
ək ağıla sığmır. «Şiddətli bir okean cərəyanını başqa bir tərəfə
axıtmaq nə qədər müşkül bir iş isə, qəflət dəryasına batmış bir
• Bütün türkl
ərin tərcümanı
~
29
~
mill
ətin fikrini ikinci bir tərəfə çevirib işlətmək daha müşkül bir
işdir. İsmayıl bəy mərhum belə bir işi işlədi» - yazan F.Kərimov
İ.Qaspiralının tarixi xidmətlərini yüksək qiymətləndirir.
S.İbrahimovun «İqbal» qəzetində dərc olunmuş «Böyük və
tarixi milli mat
əm» (1 fevral 1914-cü il, № 200) adlı məqaləsi
İ.Qaspiralı şəxsiyyətinin və irsinin yaşadığı dövrdə, mühitdə təsir
gücünün d
əyərləndirilməsi baxımından diqqətçəkəndir. Müəllif
«İsmayıl bəy kimdir?» - sualına cavabı artıq ona pərəstiş edən
milyonlarca insanın qəlbi və vicdanının verdiyini bildirir.
S.İbrahimov yazır: «İsmayıl bəy hər şeydir, hər kəsdir, hamımızdır,
bütün mill
ətdir. Bugünkü dilimiz, yazımız, qəlbimiz, yazanlarımız,
oxuyanlarımız, mətbuat və ədəbiyyatımız, məktəb və
m
ədrəsələrimiz, şagird və tələbələrimiz, sözün qısası, İsmayıl bəyin
vicdan v
ə dühasının əməyinin bəhrəsidir». İsmayıl bəy türk irqinə
m
ənsub olduğu üçün təbii olaraq türk millətpərvərliyini irəli
sürmüş, türklərə «bir dil, bir fikir və bir iş» gərəkliyi qayəsini
anlatmış və özü də bu məramın müdafiəsində qaya kimi səbat və
m
ətanətlə duraraq bəyan etmişdir: milli vicdan, dünyəvi iman
budur!
Mü
əllif əmindir ki, millətin şəxsiyyəti və milli siması inkişaf
etdikc
ə, nəinki Rusiya müsəlmanlarının, bəlkə ümumi
müs
əlmanların ən böyük dünyası, ən böyük kainatı İ.Qaspiralı
əzəməti və ülviyyəti də eynən yüksələrək təcəlli edəcəkdir (təzahür,
zühur ed
əcəkdir – parlayacaqdır – T.A.).
Rusiyadakı türkdilli xalqların «Yıldız», «El», «Ağ yol»,
«Şura», «Koyaş», «Kazak», eləcə də «Türk yurdu» (İstanbul) və s.
kimi q
əzet, jurnallar matəm günlərində İ.Qaspiralının xatirəsinə çox
sayda m
əqalələr dərc etmiş, bu fövqəladə zəka, iradə, cəsarət,
hün
ər, mədəniyyət sahibinin vəfatını bütün müsəlmanlara böyük,
Dostları ilə paylaş: |