• Bütün türkl
ərin tərcümanı
~
21
~
«Moskovskiye vedomosti»y
ə, «Novoye vremya»ya, eləcə də
«i
slamçı professorlar» Smirnov və Çerevanskiyə layiqli cavab
verdiyini xatırlayır və yazır ki, müsəlmanlar qəzetin adını redaktor-
naşirin adı ilə sinonim kimi qəbul edir və bilirdilər ki, onların
t
ərcümanı öz «Tərcüman»ında mütləq haqsız və doğru olmayan
söz
ə lazımi cavabı verəcək. Ə.M.Topçubaşov İ.Qaspiralının bir
islahatçı kimi məktəb və ortaq dillə bağlı fikirlərinə yüksək dəyər
verir, bu sah
ədə mühüm işlər həyata keçirdiyini göstərir. Müəllifin
fikrinc
ə, müsəlman əhalisinin yaşadığı elə bir yer yox idi ki, İsmayıl
b
əy ora getməsin. Hara qədəm qoyurdusa, orada izi qalırdı: yeni
m
əktəbin, maarif müəssisəsinin, xeyriyyə cəmiyyətinin, ədəbi
m
əclisin… əsası qoyulurdu. İ.Qaspiralı H.Zərdabini həmişə
minn
ətdarlıq hissi ilə xatırlayır, onu müsəlman ictimai və maarif
işlərində ilk pioner sayırdı. Müsəlman həyatının bütün sahələrində
müşahidə edilən canlanmaları unudulmaz İ.Qaspiralının məhsuldar
f
əaliyyətinin nəticəsi hesab edən Ə.M.Topçubaşov məqaləsini belə
bitirir: «İsmayıl bəy Qaspiralı kimi bir insanın itkisi müsəlmanlar
üçün böyükdür, onların kədərini anlamaq olar. Ancaq təsəlli verən
odur ki, onun xidm
ət etdiyi müsəlmanların hər biri mərhumun təzə
m
əzarı üzərində söyləyirlər: «Sağ ol, İsmayıl bəy, sən öz xalqının
maraqları keşiyində dayanaraq bacardığın hər şeyi elədin! Sən insan
kimi doğuldun, insan kimi yaşadın, insan kimi öldün!»
Xalqımızın böyük oğlu Nəriman Nərimanov da uzun illər
boyu İ.Qaspiralı ilə əlaqə saxlamış, əməkdaşlıq etmişdir. O,
«T
ərcüman»ın 10 illik yubileyi münasibəti ilə İsmayıl bəyə təbrik
m
əktubu göndərmiş, 1903-cü ildə tələbə ikən Baxçasaraya gələrək
İ.Qaspiralını ziyarət etmişdir. İ.Qaspiralı vəfat edəndə – 1914-cü
ild
ə «Bəsirət» qəzetində N.Nərimanov «Baxçasarayda imtahan
meydanı» adlı məqalə ilə çıxış etmişdir. Müəllif millətə ağır itki üz
• Abid Tahirli
~
22
~
verdiyini k
ədərlə bildirərək yazırdı ki, İ.Qaspiralının adı
əbədiləşdirilməli, onun haqqında kitab yazılmalı, xatirəsinə abidə
ucaldılmalıdır. N.Nərimanov yazırdı: «…səndə millət hissi
oyanıbsa, öz hüququnu düşünmüsənsə, bismillah, imtahan meydanı
açıqdır. Sənin yolunda bütün ömrünü sərf edən, axır nəfəsinədək
s
əni nicat yoluna dəvət edən şəxsin qəbri səndən ancaq bir daş
gözl
əyir. Elə bir daş ki, çox təəssüf, Sabirimiz, Tukayımız ümum
mill
ətdən bu daşı almadılar…».
Türk dünyasının böyük ideoloqu Ə.Ağaoğlu ilə İ.Qaspiralı
münasib
ətləri ayrıca mövzudur. Onlar bir sıra problemlər ətrafında
fikir mübadil
əsi aparmış, Peterburq və İstanbulda dəfələrlə
görüşmüş, «Türk ocağı» cəmiyyəti və «Türk yurdu» jurnalı ilə də
əməkdaşlıq etmişlər. Təbii ki, İ.Qaspiralının vəfatı Əhməd bəyi də
b
ərk sarsıtmışdı və bu duyğularını o, «Türk yurdu»nda dərc
etdirdiyi (1914-
cü il, № 12) nekroloqda oxucularla bölüşmüşdür.
Ə.Ağaoğlu İ.Qaspiralının vəfatından söz açmağın çox ağır
olduğunu etiraf edir və yazır: «Mən İsmayıl bəyin vəfat etdiyinə
h
ələ də alışa bilmirəm! Çünki o, o qədər diri və zirək, canlı idi,
h
əyat onda o qədər daşqın idi ki, mənim xəyalımda İsmayıl bəydə
h
əyat əbədi, daimidir. İsmayıl bəyə əcəlin yaxınlaşacağına əsla
inanmıram! Hətta İstanbula bir neçə ay əvvəl son gəldiyi zaman o
möht
ərəm ustadı 25 il əvvəlki kimi görmüşdüm. Nə o sevimli
çöhr
əsində, nə o yüksək ruhunda əsla dəyişiklik görmədim.
Dostlardan b
əziləri xəstə olduğunu söylədilər: fəqət, mən inana
bilm
ədim. Çünki İsmayıl bəy həmin o tanıdığım, hörmət etdiyim,
sevdiyim…
əvvəlki İsmayıl bəy idi». Ə.Ağaoğlunun dərin hüzn və
k
ədərlə qələmə aldığı, göz yaşları içərisində yazdığı «artıq əsilli-
n
əcabətli çöhrədən əbədiyyən məhrum olduq» sözləri adamın
yadına istər-istəməz tatar teoloqu Musa Bikiyevin 1914-cü ildə
• Bütün türkl
ərin tərcümanı
~
23
~
q
ələmə aldığı «Mülahizə» adlı əsərdəki sətirləri salır: «Mən, əlbəttə,
heç n
ə fikirləşmədən həyatımı onun yerinə qurban verər və onun
yerin
ə qəbirə uzanardım. Əgər mənim bu böyük hörmət etdiyim
mü
əllimimi ayağa qaldırmaq mümkün olsa idi, mən ondan heç
olmazsa, h
ələ 15-20 il də millətə xidmət etməyi xahiş edərdim».
Qayıdaq Ə.Ağaoğlunun yazdıqlarına. O, qeyd edir ki,
İ.Qaspiralının fikir, dil, iş birliyi düsturuna əməl edən hər bir qövm,
əslində, milli şüur və mənəvi vəhdətini duymuş olur. Bu qayeyə
çatmaq üçü
n İsmayıl bəy ən əvvəl türkləri hər yerdə boğan, birliyini
pozan, milli şüurdan mərhum edən cəhalətlə mübarizəyə girişdi və
bunun üçün
ən müəssir-təsirli amil kimi mətbuatla məktəbə
müraci
ət etdi. Məktəb və mətbuat: budur türklüyü qurtaracaq iki
silah! M
ərhum bütün həyatını türkləri silahla təmin etməyə sərf etdi.
B
əy ailəsi ilə həm mühərrir, həm mürəttib, həm də müvəzirlik-
poçtolyonluq v
əzifələrini ifa edirdi. Qəzetini oxutdurmaq üçün
İsmayıl bəy dəfələrlə Krımdan Qafqaza, Türkistana, Buxaraya,
Kazana, Orenburqa s
əfər edərək qapı-qapı dolaşmaq
m
əcburiyyətində idi. «Tərcüman» damla-damla axırdı və hər
damlası hər yerdə yavaş-yavaş təzə, gözəl çiçəklər yetişdirirdi.
«T
ərcüman»ın lisanı Kazandan Qafqaza, Krımdan Türkistana qədər
anlaşılırdı. Bu böyük bir məharətdir. Bununla mərhum, düsturunun
birinci b
əndini icra etmiş olurdu. Türklər hər yerdə bir-birini
anlamağa başlayırdı.
«İqbal» qəzetinin 28 sentyabr 1914-cü il tarixli 749-cu
nömr
əsində Firudin bəy Köçərlinin «İsmayıl bəy Qaspiralı» adlı
yazısı da eyni hisslərlə qələmə alınmış və o dərəcədə də təsirlidir.
İ.Qaspiralını «Diriliyimizin mayası və millətimizin ruh mənzili»
adlandıran F.Köçərli onun ölümünə heç cür inanmır: «İsmayıl
b
əy Qaspiralınin ölmək xəbəri bizə də yetişdi. Bu dəhşətli xəbər
Dostları ilə paylaş: |