• Abid Tahirli
~
12
~
illüstrasiyalı «Aləmi-nişvan» nəşr olunmuşdur. Yeri gəlmişkən
qeyd ed
ək ki, «Tərcüman»a qədər İsmayıl bəy 10-dək dövri nəşr
çap
etmişdir («Tonguç», «Şəfəq», «Kəmər», «Ay», «Ulduz»,
«Gün
əş», «Həqiqət», «Tərəqqi» və s.).
«T
ərcüman» İsmayıl Qaspiralının taleyi, tərcümeyi-halı, şah
əsəridir, başqa sözlə, «Tərcüman» İsmayıl Qaspiralı, İsmayıl
Qaspiralı «Tərcüman»dır.
Fikrimizc
ə, «Tərcüman» Rusiyada baş verən ictimai-siyasi
prosesl
ərə, islahatlara, islam aləmində baş verən dəyişikliklərə
uyğun olaraq 3 mərhələdə araşdırılmalıdır: 1883-1905-ci illər,
1905-1914-cü ill
ər və 1914-1918-ci illər. Həmin mərhələlər
İ.Qaspiralının dünyagörüşündə, mücadilə taktikasında baş verən
d
əyişiklikləri də parlaq əks etdirir.
C
əhalətə zərbə – yeni məktəb
Böyük xalq xadimi İ.Qaspiralının fəaliyyəti çoxşaxəli
olduğu qədər də faydalı və zəngin olmuşdur. Məktəbi millətin nicat
yolu kimi q
əbul edən Qaspiralı 1884-cü ilin yanvarında ənənəvi
m
əktəblərdən fərqlənən təhsil ocağı açdı. Yeni üsulla fəaliyyət
göst
ərən bu məktəbdə tətbiq olunan təcrübə özünü doğrultdu –
şagirdlər qısa müddət ərzində oxuma və yazmağa müvəffəq oldular.
İ.Qaspiralının təhsildəki islahatı tədricən sistem kimi formalaşdı və
«üsuli-c
ədid» - yəni «yeni üsul» adını aldı. Bu sistem Rusiya
müs
əlmanları arasında savadsızlığın hakim kəsildiyi bir cəmiyyət
üçün
ən səmərəli üsul sayılırdı. 2 illik məktəblərdə 9 aylıq tədris ili,
6 günlük t
ədris həftəsi olurdu. Bir dərs günündə 5 dərs, hər bir dərs
d
ə 45 dəqiqə keçirilirdi.
• Bütün türkl
ərin tərcümanı
~
13
~
İlk baxışda sadə və aydın görünən bu sistem və onun
g
ətirdiyi yeniliklər əslində cəmiyyətdə mədəni bir inqilaba bərabər
idi. Ən əvvəl, bu köhnənin alt-üst edilməsi, inkarı idi. Dövrünün
böyük t
əhsil islahatçısı bu qənaətdə idi ki, ilin 6 ayının, hər günün 3
saatının nəzarətsiz, imtahansız, nizam-intizamsız olan köhnə təhsil
sistemi 15-20 il ömür ist
əyir və nəticədə nə ərəb dili xeyir verir, nə
d
ə türk dili bir kamillik. Biliklərin imtahanlarda yoxlanılmaması,
t
əhsilə yiyələnmənin dərəcəsinin müəyyənləşdirilməməsi təhsilin
ərəb dilinin, islam qanunlarının öyrənilməsi ilə məhdudlaşdırılması,
t
ədris ilinin 6 aydan ibarət olması, şagirdlərin məişət problemləri ilə
ziyad
ə məşğulluğu, onların zəkat və sədəqəyə alışdırılması,
mü
əllimlərin maaşının azlığı «mədrəsə təhsilinin lazımi səviyyədə
olmaması»na dəlalət edir ki, bu da nəticə etibarı ilə «islam əhlinin
geril
əməsinə» səbəb olurdu. Maarif fədaisi İ.Qaspiralı «Bəs çarə
n
ədir?» - deyə sual edir və bu çətin, həlli müşkül məsələyə də özü
əlac tapırdı: islahatların keçirilməsi. Yuxarıda da gördüyümüz kimi,
o, n
əzərdə tutduğu islahatları dilə gətirməklə kifayətlənmir,
ideyalarını praktik olaraq həyata keçirirdi. Tarixə «cədizm» adı ilə
düşən təhsil islahatı, ictimai-siyasi hərəkat XIX əsrin sonlarında çox
populyarlıq qazanmış və Krımdan Volqaboyuna, Urala, Qafqaza
sür
ətlə yayılmış, Orta Asiyada, hətta Hindistanda özünə tərəfdarlar
tapmışdı. 1913-cü il 12 sentyabra qədər belə məktəblərin sayı təkcə
Rusiyada 700-
ə yaxın idi.
Birlik – ideyadan
əmələ
M
əktəb islahatını uğurla həyata keçirən «Tərcüman»ın nəşri
il
ə Rusiya müsəlmanlarının – türklərin təfəkkür tərzində bir
d
əyişiklik yaradan, cəmiyyəti bürümüş qaranlığa, cəhalətə işıq salan
• Abid Tahirli
~
14
~
İ.Qaspiralı din və dil qardaşlarını birləşdirmək, onların problem-
l
ərini birgə müzakirə etmək, çarəsini birgə axtarmaq üçün əvvəlcə
Rusiya müs
əlmanlarının, daha sonra dünya müsəlmanlarının
qurultayını keçirmək təşəbbüsünü irəli sürdü, bu ideyaları inadla,
israrla, f
ədakarlıqla reallaşdıra bildi. 1905-ci ildə Nijni-Novqorodda
keçiril
ən Rusiya müsəlmanlarının I qurultayında sədrlik edən
İ.Qaspiralı millətin birləşməsi, maddi-mənəvi tərəqqisi üçün bu
toplantıdan sonra bu işin davamlı təşkili üçün də səy göstərmişdir.
Rusiya müs
əlmanlarının II (12-23 yanvar, Sankt-Peterburq) və III
(29 avqust – 3 sentyabr 1903, Nijni-
Novqorod) qurultayından sonra
İ.Qaspiralı Misirdə Dünya müsəlmanlarının da məclisini keçirməyə
nail olmuşdur (1907).
Mücahid Qaspiralı
İ.Qaspiralını təqdir edənlər də, tənqidçiləri də onun
f
əaliyyəti haqqında rəy formalaşdırmaq üçün dilin imkanlarından
gen-bol istifad
ə etməyə çalışmışlar. Bu vaxta kimi İ.Qaspiralı
aşiqləri onun ünvanına «millətin atası», «müsəlman ədəbiyyatının
ruhi-piranisi», «böyük ustad», «müh
ərriri-əzəm», «dahi», «Turanın
əmsalsız mədəni qəhrəmanı», «müsəlman ziyalılarının başçısı»,
«t
ərəqqi ordusunun ələmdarı», «millət karvanının rəhnüması»,
«rühül-mill
ət», «Rusiya müsəlmanlarının ən böyük adamı», «türk
yurdunun yolbaşçısı», «Rusiya müsəlmanlarının çırağı», «təkcə
Rusiyada deyil, xaricd
ə də müsəlmanlar arasında hamıdan məşhur»,
«mill
ətin fəxri», «böyük və sevgili adam», «hünər sahibi», «ustad
publisist», «qüdr
ətli fikir və ideya rəhbəri», «xalqın maddi və
m
ənəvi keşiyində dayanan bir insan», «istənilən avropalının həsəd
apara bil
əcəyi erudisiyaya sahib dünya müsəlmanları arasında nadir
Dostları ilə paylaş: |