36
Arabaların ən səciyyəvi nümunəsi Gəmiqaya kolleksiyasında təqdim olunur.
Məsələn. 76 və 77 №-li daşlarda [237,18 (I), 22 səh. 46-47], [cədvəl VI]
yandan
arxalan bir-birlərinə tərəf uzanmış iki heyvan təsvir olunmuşdur. Onların kürəkləri
boyunca çox güman ki, qoşqu ağacını təsvir edən uzun şırım vardır. Onların
arxasında iki dairə - milsiz təkər təsvir olunmuşdur. Təkərlər qısa şırımla - oxla
birləşirlər. Digər variant - bir heyvan qoşulmuş araba təsviridir [ yenə orada].
Bir qədər başqa cür təsvir olunmuş arabaya Qobustanın Cingirdağ dağında
55 №-li daş üzərində rast gəlmək olar (şək. 52). Bu təsvir e.ə. II minilliyə aid edilir.
Bu arabalar Monqolustanın qayaüstü araba təsvirləri ilə bir
sıra oxşar cəhətlərə malikdir [cədvəl IV [129, 59-90, şək. 24,75 23, 162,
159-198]. Onlar əsason inkişafetmiş tunc dövrünə aiddir [l29, 59-90] və
quruluşuna görə ən qədim Mesopotamiya arabalarına bənzəyirlər. Arxeoloqlar
ehtimal edirlər ki, 3 min il bundan əvvəl bu iri Yaxın Şərq taxta arabaları Altay
dağlarını keçərək
bütün Mərkəzi Asiyada, [ 127,43] güman ki, elə bu yolla da
Azərbaycan ərazisində yayılmışdır.
Gəmiqayada araba təsvirləri erkən tunc dövrü Valkamonika (İtaliya, Foppe
di Matro əyaləti) petroqlifləri ilə [277, 17, şək. 22], Çaqanka (Qara Oyuq) [211,
səh. 57-63, şək. 5], Yeniseyin Sayan dərələri, Tıvanın Sın-Çurek, Üstü-Mozaqi
dağının ətəklərindəki Altay arabaları ilə qəribə oxşarlığa malikdir.
Alimlər araba təsvirlərini müxtəlif cür şərh edirlər.
Bəziləri onlarda
şumlama ayini və ya araba ilə gəzinti görürlər [216, 277]. Digərləri əkinçi təqvimi
hesab edirlər [yenə orada, 279].
Azərbaycanın yüksək və əlçatmaz dağ yerlərində araba təsvirlərinin
olmasını tədqiqatçılar onunla izah edirlər ki, tunc dövründə Naxçıvanda araba əsas
nəqliyyat vasitəsi olmuşdur. Buna görə də bu yerlərin
qədim əhalisi düzən
zonalarda istifadə edilən arabaları təsvir edirdilər [l5,176; 252, 24-29, 3-210].
Bundan əlavə, yüksək dağ yerlərində araba təsvirləri həm də günəşli arabalar
haqqında qədim inanclarla əlaqədardır [ 15, 176].
II. 1.6. İŞARƏ VƏ DAMĞALAR
Qədim dini rəsmlərin tədqiqi böyük ənənəyə malikdir. Dairə, svastika, xaç,
üçbucaq kimi qədim rəmzlərin mənası artıq tədqiq olunmuşdur. Onlar bütün
dünyada yayılmış və od, günəş, su, həyat, torpaq kimi eyni məna kəsb etmişdir.
Lakin Qobustanın bir çox qədim işarələri tədqiqatçıların diqqətini
hələ də cəlb
etməmişdir. Bunlardan ehtimal edilən qadın işarələrini göstərmək olar. Bu cür
qadın işarələri Şonqardağ 4 kolleksiyasının 1, 2, 3, 4 №-li daşlarında aşkar
olunmuşdur [170, 98-100].
Bu tədqiqat işinin aparılmasına səbəb Böyükdaş dağının aşağı səkisində
olan 8№-li daşın şimal tərəfində üzə çıxarılmış tapıntı olmuşdur (ill.72; 73).
Burada qayıq təsviri üzərində işarə həkk olunmuşdur. Bu işarə Fransanın Abri
37
Selye (orinyak) və La Ferasi (II orinyak) mağarasındakı qadın cinsi əlamətlərinin
rəmzi təsvirləri ilə oxşardır. [78, şək. 590, 372; 5, 37 şək. 5]. Ən qədim təsvirlər
tipinə aid qadın cinsi işarələri Kombarel, Arsi-sür Kür, Perqonsse, Qarqas,
Bedeyak kimi azsaylı üst paleolit dövrü ərazilərindən bizə məlumdur. [78, 370]
Monqolustanın qayaüstü təsvirlərində - Delqer-Murena dağlıq ərazisində və Tes
çayı vadisində oxşar işarələrə rast gəlmək olar. Yerli əhali bu işarələri «dırnaqlar»
(tədqiqatçılar bunu nəsli artıran anatomik orqan kimi izah edirlər) adlandırırlar [23,
163, 174,197], (şək. 53).
Qadın cinsi işarələrinin təsvirlərinə Boliviyanın, Kaliforniyanın (ABŞ),
Santa-Krusun (Argentina) qayaüstü təsvirlərində də rast gəlmək olar. [269, 74-76]
Bu qrup təsvirlərə Qobustan qadın işarələrini də aid etmək olar. Buraya,
həmçinin
Böyükdaş dağının yuxarı səkisində yerləşən Kənizə düşərgəsindən aşkar olunmuş
kiçik ölçülü incəsənət abidələri - daşdan hazırlanmış qadın cinsi işarələrinin heykəl
təsvirləri aiddir. (166, 92-95), (ill.57). Bu növ oxşar təsvirlər Rusiyanın Kostenki
paleolit düşərgəsində də tapılmışdır. (78, şək. 592, 373).
Qobustanın qədim işarələri sırasına dairə, yarımdairə, çala işarələrini daxil
etmək olar. Qədim Şərq dinlərində, xüsusilə qədim
induizm dinində, həmçinin
qədim Çinin ayin təsvirlərində bu cür çalalar nəsli artıran ana torpağa sitayişlə
əlaqələndirilir. Bu, həyatın başlanğıcı olan ana bətninin rəmzidir. (131, tablo 26, №
608, tablo 27, №
635). Qədim Hindistanda su çalalarını ana bətninin simvolu ilə
əlaqələndirirdilər. Bunların bəzilərini tədqiqatçılar hətta alt paleolit dövrünə,
mustye dövrünə aid edirlər (281. 19). Təbii daş çatlarından istifadə edərək oyulmuş
çalalara da rast gəlmək olur. Bu,
şübhəsiz, vulva (qadının xarici tənasül orqanı)
işarəsidir. Bu işarələri arxeoloqlar ilahiləşdirmə, sitayiş və hətta ayin aktları ilə
əlaqələndirirlər və qeyd edirlər ki, bütün bunlar hind-avropa mifologiyasında geniş
yayılmış süjetlərdir. (279, 127 128).
Qobustanda bu cür çalalar çoxluq təşkil edir (Böyükdaşın aşağı və yuxarı
səkisi, Kiçikdaş və Cingirdağ). Tədqiqatçılar hesab edirlər ki, Qobustanda bu cür
çalalar mərasim məqsədilə qurbankəsmə (Böyükdaşın aşağı səkisi, 21, 25 №-li
daşlar) və su yığımı üçün nəzərdə tutulmuşdur. Qobustanda şirin su mənbələrinin
olmamasını nəzərə alararaq bu fikir istisna edilmir.
Eyni zamanda ehtimal etmək
olar ki, bəzi çalalar ayin üçün nəzərdə tutularaq boyaların hazırlanması üçün
istifadə olunurdu.
Dairələr başqa məna kəsb edirlər.
Solyar dairələr günəşin həyatverici gücü
haqqındakı ideya ilə əlaqədardır. (102, №23). Paleolit və sonrakı dövrlərin
incəsənətində tez-tez təkrarlanan dairə və yarımdairə formalı obrazlar günəş və ay
mənasına malikdir. Azərbaycanın qayaüstü incəsənətində kifayət qədər bu cür
işarələr vardır. Qobustanın Kiçikdaş dağındakı Firuz-2
düşərgəsindən şərq və
cənub-şərqə 18, 19, 20, 97, 98, 99№li daşların arasında əmələ gəlmiş qapalı sahədə
öküzə, günəşə və oda sitayiş izləri aşkar olunmuşdur. (249, 144- 148), (ill. 74-a).
97№-li daşın şərq hissəsində daxilində bir neçə dairəcik olan dairə şəklində 20-dən