İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
12
kənarlaşdıran və narahatlıq yaradan iqtisadi maneələrlə; fiziki əlçatımlılıq, məlumat və
kommunikasiyanın təmin olunma tərzi, təşkilat və sistemlərin fəaliyyət tərzi kimi ətraf mühit
maneələri ilə cəmiyyət tərəfindən “əlil edilir”.
Maneələr sağlamlıq məhdudiyyətləri olan insanlar üçün diskriminasiya, kənarlaşdırma və
narahatlıq (əlverişsiz vəziyyət) yaradır.
Əlillik barədə bu tərzdə düşünmək o deməkdir ki, maneələr aradan qaldırıla bilər. Məsələn,
işəgötürənlərin fərziyyələri və iş yerindəki fiziki maneələr azaldıla, yaxud da tam aradan
qaldırıla bilər ki, məhdudiyyəti olan insanlar bir daha işdə diskriminasiya və narahatlıq hiss
etməsinlər.
Sosial model düşüncəsi əliledici maneələrin aradan qaldırılması üçün müsbət və səmərəli
həllər təklif edir, eləcə də, insan və vətəndaş hüquqlarını təkidlə vurğulayır.
Beləliklə, əlillik nədir və “əlilliyi olan şəxslər” kimdir?
“Əlilliyi olan şəxslər” termini müxtəlif sağlamlıq məhdudiyyəti və xəstəliyi olan bir qrup adam
üçün işlədilir. Bəzi hallarda bu, sağlamlığı məhdud insanların üzləşdiyi kənarlaşdırma və
diskriminasiyanın sosial səbəbi və təbiətini vurğulamaq üçün bilərəkdən işlədilən siyasi termindir.
Bizi əlil edən sağlamlıq məhdudiyyətimiz yox, cəmiyyətdə hökm sürən əliledici maneələrdir.
Bu qrupu müəyyən etmək, ona tərif vermək üçün müxtəlif ölkələrdə cürbəcür söz və ifadələrdən
istifadə edirlər - məsələn, sosial müavinətlər və ya sosial xidmət dəstəyi alanlarla, diskriminasiyaya
qarşı qanunla qorunanlar və ya əlilliyə görə xüsusi hüquqları olanlarla bağlı olduğu kimi.
Məsələn, BK-da, əlilliyi olan şəxs 2010-cu ildə qəbul edilmiş Bərabərlik Aktına görə aşağıdakı
kimi müəyyən olunur: “Şəxsin normal gündəlik fəaliyyətini həyata keçirmək qabiliyyətinə
böyük və üzünmüddətli mənfi təsir göstərən əqli və ya fiziki məhdudiyyətli.”
Azərbaycanda isə əlliyin və uşaqların sağlamlıq imkanlarının məhtudluğunun qarşısının
alınması, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və
sosial müdafiəsi haqqında Azərbaycan respublikası qanunun 2 maddısinə əsasən əlilliyi olan
şəxslərə belə tərif verilir:
əlil- anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində
həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaq – orqanizmin ümumi inkişafının pozulmasına səbəb
olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan,
sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması
əlilin və sağlamlıq imkanları məhdud uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz
davranışına nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya
imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir.
Bu vasitələr toplusunda şəxslərin “cəmiyyət tərəfindən əlil edilməsi” fikrini çatdırmaq üçün
müntəzəm olaraq “əlilliyi olan şəxslər” termini işlədilir. Digərləri insanların birinci olduğunu
bildirmək üçün “əlilliyi olan şəxslər” terminini üstün tuturlar. “Əlilliyi olan şəxslər” ifadəsi
ABŞ-da və BMT-nin ingiliscə sənədlərində də işlədilir.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
13
“Əlilliyi olan şəxslər” termini sağlamlıq məhdudiyyəti olan bütün insanlar üçün işlədilir. Əlilliyi olan
şəxslər bir qrup olaraq gəldikləri ölkə və ya icmalar kimi eyni xüsusiyyətləri nümayiş etdirirlər.
Əlillik hüquqları hərəkatı
Əlilliyi olan şəxslərin təşkilatları 1970-ci illərin ortalarından bütün dünyada çoxalmağa
başladı. Bundan əvvəl bəzi ölkələrdə görmə və eşitmə qabiliyyəti itirmiş olan şəxslərdən
ibarət xüsusi qrupların həmkarlar təşkilatları kimi spesifik qurumlar var idi.
1981-ci ildə - Əlilliyi olan Şəxslərin beynəlxalq ilində dünyanın hər yerindən əlilliyi olan
şəxslər “Əlil Şəxslərin Beynəlxalq səviyyəli təşkilat” ını (
Disabled Peoples’ International (DPI)
)
yaratmaq üçün Sinqapurda toplaşdılar. İndi DPİ üzvü olan milli assambleyalar vasitəsilə 130-
dan çox ölkədə fəaliyyət göstərir və yeddi regionu (Afrika, Ərəb, Asiya-Sakit Okean, Müstəqil
Dövlətlər Birliyi, Avropa, Latın Amerikası, bir də Şimali Amerika və Karib dənizi ölkələri) əhatə
edir. Assambleyalar öz ölkələrində əlilliyi olan şəxslərin potensialından istifadə olunmasına
və səlahiyyətlərinin artırılmasına diqqət yetirirlər. Onların yarıdan çoxu inkişaf etməkdə olan
ölkələrdə yerləşir.
DPİ-nin məqsədi əlilliyi olan şəxslərin insan hüquqlarının təşviqi və müdafiəsi vasitəsilə bütün
belə şəxslərin həyatın ümumi axınında tam iştirakına nail olmaqdır. DPİ-nin diqqəti xüsusilə
də inkişaf etməkdə olan ölkələr üzərində cəmlənir, çünki həmin ölkələr dünyadakı bir milyard
əlilliyi olan şəxslərin 80%-ni, dünyanın ən kasıb və imkansız əhalisinin isə 20%-ni əhatə edir.
Bu gün bir çox ölkədə əlilliyi olan şəxslərin əksər təşkilatları üçün milli koordinasiya
mexanizmləri var. Bu təşkilatların bəziləri nəqliyyat və müstəqil yaşayış kimi müəyyən
məsələlər üzərində diqqət cəmləyir, digərləri ruhi sağlamlıq və ya qavrama məhdudiyyətləri
kimi bir əlillik tipinə daha həssas yanaşır, bir çoxu da yerli və ya milli səviyyədə əlilliyi olan
bütün şəxslərin maraqlarını təmsil etməyə çalışır.
Əlilliyi olan şəxslərin kənarlaşdırılması
Əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının qarşısını alan əsas maneələrin siyahısı
aşağıda verilib.
1. Təşkilati/strateji cəhətdən
Hökumət siyasəti, qanunlar və dövlət xidmətləri heç də həmişə əlilliyi olan şəxslərin
ehtiyaclarını nəzərə almır, ya da bu ehtiyaclar praktik olaraq ödənmir. Məsələn, səhiyyə
xidmətləri əlçatımlı olmaya bilər; əlilliyi olan uşaqlar üçün təhsildə ayrı-seçkilik və ya aşağı
standart ola bilər; tibbi və təhlükəsizlik qaydaları insanlar üçün ədalətsiz şəkildə uyğunsuz
ola bilər, yaxud da onları işəgötürülmədən və ya xidmətlərdən kənarda qoya bilər.
2. Fikir
Əlilliyi olan şəxslərin iştirakına ən böyük maneəni çox zaman münasibət, yanaşmalar yaradır.
Xürafat (əsassız yaradılmış mənfi rəy) və stereotiplər hər bir kəsin əlilliyi olan şəxsdən
gözləntilərini azaldır, bu isə o deməkdir ki, çox zaman onların qərar qəbulunda heç bir