Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

17

Biz necə işləyirik

Biz necə işləyirik

Əməkdaşlarımızın idarə və inkişaf etdirilməsi üsullarımızı təkmilləşdirir, 

əməyin təhlükəsizliyi mədəniyyətimizi, podratçılarımız və maraqlı 

tərəflərlə əlaqələrimizi möhkəmləndiririk

2010-cu ildən bəri 

yüksək vəzifəli yerli 

işçilərin sayında artım

14

%



Məlumat mübadiləsi 

görüşündə 136 icmanın 

üzvləri iştirak etdi

108


Daha ətraflı məlumat

bp.com/xezer/karyera

Cari iş elanları, ərizələrin verilməsi 

prosesi, müsahibə ilə bağlı 

məsləhətlər

İşçi heyətin təlimləri üçün 

insan resursları şöbəsi 

vasitəsilə çəkilən xərc

5,6


$

milyon



18

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

İdarəetmə sistemləri 

2011-ci ildə biz BP qrupunun 

əməliyyatların idarə edilməsi sistemi kimi tanınan yeni idarəetmə 

standartı əsasında fəaliyyət göstərdik

Əməliyyatların idarə edilməsi sistemi

BP-nin əməliyyatların idarə edilməsi sistemi 

(ƏİES) bütün BP qrupunda təhlükəsiz, 

standartlara uyğun və etibarlı əməliyyatlar 

üçün vahid bir çərçivə təyin edir. Bu sistem 

BP əməkdaşlarına çatışmazlıqları müəyyən 

etmək və onları aradan qaldırmaqda, gündəlik 

fəaliyyətdə real təkmilləşmələr aparmaqda 

kömək etmək üçün hazırlanıb.

Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) 

regionu üçün ƏİES-nin üç komponenti çox 

mühüm əhəmiyyət kəsb edir:

• 

 Fəaliyyət elementləri: Bunlar bütün 



əməliyyat subyektlərinin öz fəaliyyətində 

davamlı şəkildə əməl etməli olduğu 

tələbləri təsvir edir. 

• 

 İcra göstəricilərinin təkmilləşdirilməsi 



dövrəsi: Bu, öyrənmə daxil olmaqla 

davamlı olaraq riskin azaldılması və 

icranın təkmilləşdirilməsini təmin edən 

ciddi, sistemli şəkildə yerinə yetirilən illik 

planlaşdır-et-yoxla-düzəlt dövrəsidir.

• 

 Biznes prosesləri: Bunlar ƏİES-in tələblərini 



yerli səviyyədə reallığa çevirən prosedur və 

fəaliyyətlərdir.

2011-ci ildə ƏİES-in tam şəkildə işimizə və 

biznes planlaşdırma proseslərimizə inteqrasiya 

edilməsinə xüsusi əhəmiyyət verdik.

Öz güclü və zəif cəhətlərimizi başa 

düşməyimiz əməyin təhlükəsizliyi və 

əməliyyat riski (ƏTƏR) auditləri, ƏİES-dəki 

boşluqların qiymətləndirilməsi və risklərin 

qiymətləndirilməsinə yeniləşmiş bir yanaşma 

vasitəsilə il ərzində daha da dərinləşdi. 

Bu, bütün işlərimizdə daha çox aydınlıq və 

diqqətin əldə olunması ilə nəticələndi. Bunun 

göstəricilərindən biri əsas proseslər, məlumat 

və sənədlərə girişi təmin edən onlayn portal – 

ƏİES Naviqatorundan istifadənin əhəmiyyətli 

dərəcədə artmasıdır. AGT regionun ƏİES 

üzrə idarəetmənin ilk yerli təhlili BP AGT 

prezidentinin sədrliyi ilə sentyabr ayında uğurla 

keçirildi.



Əməyin təhlükəsizliyi və əməliyyat riski 

üzrə funksional qrupumuz

İl ərzində AGT regionunun təşkilati strukturu 

aktivlərə görə bölgü modelindən funksional 

modelə dəyişdi. Biz də yeni ƏTƏR funksional 

qrupu yaratdıq. Bu, BP qrupunun bütün 

qrup tərəfindən həyata keçirilən biznes 

fəaliyyətlərinin təhlükəsiz, etibarlı və 

standartlara uyğun yerinə yetirilməsinə kömək 

edən müstəqil bir qoludur. ƏTƏR buna dörd 

üsulla nail olur: 

• 

 Bütün şirkətdə əməyin təhlükəsizliyi və 



əməliyyat risklərinin idarə olunmasında 

istifadə olunan tələbləri, o cümlədən ƏİES-

dəkiləri müəyyən edir və təzələyir.

• 

 Birbaşa rəhbərlərdən asılı olmadan əməyin 



təhlükəsizliyi və əməliyyat risklərinin 

ixtisaslı müstəqil təftişlərini aparır – 

əməliyyatlarımıza aid məsləhət, yoxlama və 

əminliyi təmin edir. 

• 

 Əməliyyatlar üçün dərin texniki ekspertizanı 



təmin edir.

• 

 Təshihedici tədbirlərin görülməsi üçün 



məsələlərə müdaxilə etmək və onların 

həllini daha yüksək səviyyəyə qaldırmaq 

səlahiyyətinə malikdir.

Fasiləsiz təkmilləşmə

2010-cu ilin əvvəlindən başlayaraq biz fasiləsiz 

təkmilləşmə mədəniyyətini aşılayır, konkret 

fasiləsiz təkmilləşmə layihələri həyata keçirir 

və işçi heyət arasında fasiləsiz təkmilləşmə 

səriştəsi yaradırıq. Bu sahədə xeyli irəliləyiş 

əldə edilmişdir. 2011-ci ildə biz bu mədəniyyəti 

bütün AGT regionunda bərqərar etmək 

üçün bir neçə illik təşəbbüs çərçivəsində 

davamlı fasiləsiz təkmilləşmə mədəniyyətinin 

yaradılmasına daha sistemli yanaşma tətbiq 

etməyə başladıq. Nəticədə, Azərbaycanda 

BP tərəfindən il ərzində 200-dən çox fasiləsiz 

təkmilləşmə layihəsi həyata keçirildi.



2

1

1. Səngəçal terminalındakı birləşmiş nəzarət binasında 

proseslərin monitorinqi

2. Bakı dəniz limanında təhlükəsizlik yoxlanışları




19

Biz necə işləyirik

Təhlükəsizlik və insan haqları 

Riskin sistemli şəkildə 

qiymətləndirilməsi ilə bərabər yerli icma və hökumətlə əməkdaşlıq 

insanları, əməliyyat və obyektləri qorumağımız üçün bir təməldir

BP-nin əməliyyatçısı olduğu obyektlərdə insan 

və qurğuların təhlükəsizliyi üçün şirkət məsuliyyət 

daşıyır. Buna görə də biz təhlükəsizliyi təmin 

etməyin hər bir əməkdaşın vəzifəsi olmasını 

aşılayan dəyərlər sistemi və fəlsəfəni təşviq edirik. 

Azərbaycandakı obyektlərimizin kənar 

perimetrləri müvafiq dövlət orqanları tərəfindən 

mühafizə edilir. Boru kəmərlərinin təhlükəsizliyi 

üçün Azərbaycan Respublikası Dövlət Xüsusi 

Mühafizə Xidmətinin (DXMX) İxrac Boru 

Kəmərlərinin Təhlükəsizliyi İdarəsi (İBKTİ) 

məsuliyyət daşıyır. Dənizdəki obyekt və qurğuların 

(platforma, sualtı boru kəmərləri, fiber-optik xətlər 

və əməliyyat gəmiləri) təhlükəsizliyi Azərbaycan 

Respublikasının hərbi donanması və sahil 

mühafizəsi tərəfindən təmin edilir. Yükləmə 

məntəqələri və təchizat bazası obyektlərinin 

mühafizəsi üçün təhlükəsizlik xidməti göstərən 

mühafizəçi podratçılarımız məsuliyyət daşıyır.

İcmalarla işimiz

Əməliyyatlarımız və boru kəmərlərimizin təsir 

dairəsində olan icmalar təhlükəsizliyin davamlı 

olaraq təmin edilməsində əsas maraqlı tərəflərdən 

biridir. Biz boru kəmərləri boyunca yaşayan 

icmalarla müxtəlif forumlar vasitəsilə görüşürük. 

Azərbaycanda obyekt və əməliyyat 

ərazilərimizin yaxınlığında yaşayan bir çox 

icmaların nümayəndələri ilə məlumat mübadiləsi 

aparmaq üçün görüşlər keçirdik. Belə görüşlər 

BP sahə təhlükəsizliyi müşavirlərinin rəhbərliyi 

ilə Təşkilatlararası Təhlükəsizlik Komitəsinin təşkil 

etdiyi tədbirlər vasitəsilə keçirilir. Görüşlərdə 

icmalarla əlaqə üzrə məsul şəxslər (İƏMŞ), yerli 

hökumət nümayəndələri, torpaq sahibləri və 

dövlət təhlükəsizlik orqanlarının nümayəndələri 

iştirak edir. İl ərzində 136 icmanı təmsil edən 

təqribən 3 800 nəfər icma üzvünün iştirakı ilə 108 

görüş keçirilib.

2009-cu ildə açılmış 114 nömrəli qaynar 

telefon xətti 2011-ci ildə də ixrac boru kəmərləri 

boyu fəaliyyətini davam etdirib. Bu xəttin məqsədi 

təsir dairəsində olan icma və şəxslər üçün 

təhlükəsizliklə bağlı narahatlıqlarını daha sonra 

birgə nəzərdən keçirilməsi məqsədilə BP və 

dövlət təhlükəsizlik orqanlarına çatdırmaq imkanı 

yaratmaqdır. 2011-ci ildə qaynar xətlə insan haqları 

və ya təhlükəsizlik qüvvələri ilə bağlı heç bir şikayət 

daxil olmayıb. 

İxrac Boru Kəmərlərinin Təhlükəsizlik 

Komitələrinin (İBKTK) kəmərlər boyunca 

yerləşən 13 rayonda göstərdiyi fəaliyyətin 

nəticəsini müzakirə etmək və 2011-ci ilin 

prioritetlərini müəyyənləşdirmək üçün fevral 

ayında Xəzər Enerji Mərkəzində görüş keçirilib. 

Görüşdə həmçinin rayonlarda yaradılmış 

İBKTK-ların başçıları, İBKTİ-nin  məsul işçiləri, 

Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və 

Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə 

birlikdə BP AGT-nin yüksək vəzifəli şəxsləri də 

iştirak edib.

İBKTK-lar BP obyektləri üçün təhlükəsizliyin 

təmin edilməsində mühüm rol oynayır, belə ki, hər 

hansı bir hadisə və ya fövqəladə hal baş verərsə, 

ilk növbədə yerli heyət, o cümlədən yanğın 

söndürənlər, fövqəladə hallarda təcili yardım 

heyəti, həmçinin regional səviyyədə texnika və 

avadanlıqlar cəlb olunacaq. Komitələr həm də 

qabaqlayıcı tədbirlərin görülməsində mühüm rol 

oynayır, məsələn boru kəmərinin yaxınlığındakı 

zonada tikinti işlərini nəzarətdə saxlayır.

Təhlükəsizlik və İnsan Haqları haqqında 

Könüllü Prinsiplər

ABŞ və Böyük Britaniya hökumətləri, BP də daxil 

olmaqla bir sıra enerji şirkətləri və insan haqları 

ilə məşğul olan qeyri-hökumət təşkilatları (QHT) 

tərəfindən 2000-ci ildə başlanğıcı qoyulmuş 

Təhlükəsizlik və İnsan Haqları haqqında Könüllü 

Prinsiplərin (KP) məqsədi enerji obyektləri və boru 

kəmərlərini qoruyan polis, təhlükəsizlik qüvvələri, 

özəl mühafizəçilərə lazımi təlim keçilməsi və 

yaxından nəzarət edilməsi vasitəsilə hüquqların 

qorunmasını təmin etməkdən ibarətdir. 

2011-ci ildə İBKTİ-də KP üzrə təlim vermək 

üçün “Equity International”ın sertifikatına layiq 

görülmüş 76 təlimçi var idi. İl ərzində İBKTİ-

nin işə qəbul etdiyi 90 nəfər işə başlamazdan 

əvvəl bu təlim kursunu bitirib. Biz mühafizə 

xidməti göstərən özəl podratçılarımıza işə yeni 

götürülənlər üçün ilkin təlimlər və təkrar təlim 

kurslarını keçirməkdə kömək etdik. 2011-ci ildə bu 

podratçımız tərəfindən 52 mühafizəçiyə cəmi 276 

saat təlim keçirilib.

Dövlət və özəl təhlükəsizlik orqanları ilə 

qarşılıqlı fəaliyyətimiz 

2011-ci ildə şirkətin təhlükəsizliklə əlaqədar qayda 

və öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq 

məqsədilə BP qrupu BP-nin Azərbaycandakı 

təhlükəsizlik şöbəsində şirkətin təhlükəsizlik və 

əməliyyat riskinin auditini aparıb. Bu audit təsdiq 

etdi ki, qarşımıza qoyulmuş məqsədlərə tam 

uyğun olaraq fəaliyyət göstərmişik.

Mövcud müqavilə razılaşmalarına əsasən 

100 nəfərdən çox mühafizəçiyə fövqəladə hallar 

zamanı tədbir görülməsi üzrə təlim kursları keçirilib. 

Səngəçal terminalında (ST) diqqəti podratçılarımız 

üçün təhlükəsiz sürücülük qaydaları, avtomobil 

sürüşməsi və bomba təhlükəsinə qarşı tədbir 

görülməsi üzrə təlimlərə yönəltdik. Təhlükəsizliklə 

bağlı mütəmadi yoxlamalar keçirilib və nəticələri 

təhlükəsizlik üzrə əlaqələndiricilər tərəfindən 

məruzə edilib. 

2011-ci ildə Bakı-Tbilisi-Ceyhan/Cənubi Qafqaz 

boru kəməri (BTC/CQBK) marşrutu boyunca 

İBKTİ əməkdaşı olan atlı patrulların sayı artırılaraq 

45-ə çatdı. Biz ST birləşmiş nəzarət binası 

ilə İBKTİ-nin terminalındakı baş ofisi arasında 

əlaqə yaradan optik lifli kabelin çəkilməsini başa 

çatdırmaqla İBKTİ-yə köməklik göstərdik. 

İkitərəfli Təhlükəsizlik Protokolundan irəli gələn 

proseduraların işlənib hazırlanması istiqamətində 

Azərbaycan hökuməti ilə əməkdaşlığımızı davam 

etdirdik. 2011-ci ildə təhlükəsizlik şöbəmiz dörd 

proseduranın ilkin variantını işləyib hazırlayaraq, 

hökumətə təqdim etməzdən əvvəl daxili hüquqi 

təftişə verdi.

Hökumətlə əməkdaşlığımızın bir hissəsi 

kimi, Azərbaycanda BP-nin təhlükəsizlik şöbəsinin 

nümayəndəsi bir qrup dövlət rəsmiləri ilə birlikdə 

ABŞ səfirinin dəvəti ilə ABŞ-dakı əsas enerji 

obyektlərinə səfər etdilər.

Şikayətlərlə bağlı məsələlərin həlli

2011-ci il ərzində BTC/CQBK marşrutu boyunca 

şikayətlərlə bağlı məsələlərin həlli mexanizmi 

qüvvədə qalıb. Boru kəməri marşrutu boyunca 

yerləşən icmaların şikayət və müraciətlərinə altı 

nəfər icmalarla əlaqə üzrə məsul şəxs (İƏMŞ) və 

Səngəçal terminalında bir menecer baxıb. 2011-ci 

ildə biz icmalardan 10 şikayət almışıq. Onlardan 

beşi kompensasiya, üçü torpaq istifadəsi, biri 

məşğulluq, digəri isə yol təmiri ilə bağlı olub. 

Torpaq istifadəsi ilə əlaqədar bir şikayət istisna 

olmaqla, doqquz şikayətin hamısı 2011-ci ildə öz 

həllini tapıb. 

Bu konkret şikayətlərdən başqa, biz 

Azərbaycanda BTC/CQBK marşrutu boyunca 

yerləşən ərazilərdə müxtəlif fəaliyyət növləri ilə 

məşğul olmaq üçün icazə verilməsinə dair 221 

ərizə qəbul etdik. Onların 205-i 2011-ci ildə, 16-sı 

isə 2012-ci ildə həll edilib.

Biz, həmçinin Səngəçal terminalı ətrafında 

yaşayan icmalardan fəaliyyətimizlə əlaqədar altı 

müraciət almışıq. Onlar yerli sakinlərin məşğulluğu, 

sosial investisiya, peşə təlimləri və infrastrukturun 

yaxşılaşdırılması ilə əlaqədar olub. Bu müraciətlərlə 

bağlı bizim podratçımız Qaradağ rayonundan 63 

nəfəri işə götürüb. Biz həmçinin usta yanında 

şagird proqramının əhatə dairəsini genişləndirərək 

Səngəçal, Ümid, Sahil qəsəbələrinə əlavə olaraq 

Əzimkənd icmasını da proqrama daxil etdik. Paralel 

olaraq 2011-ci ildə Səngəçal kəndində tullantıların 

idarə olunması layihəsi həyata keçirilib və 

Əzimkənd icmasında məktəb yolu təmir etdirilib. 

Ümid kəndində icma mərkəzinin təmirini isə 2012-

ci ildə başa çatdırmaq planlaşdırılıb.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə