«Дядя Горгуд китабы»нда ат кулtу
90
Əmr cümləsi. Bu cür cümlələrin xəbəri daha çox felin
əmr Ģəkli ilə ifadə olunur:
Qan dərlədi çapdırayım səniŋ içün;
Baba, yelisi qara Qazlıq atuma əyər salayım;
... məni sevən atdan ensün;
Boynı uzın bədəvi at vergil, Binər olsun, hünərlidir!...
Yuxarıdakı cümlələrdə at və qəhrəmanla bağlı fellər (çap-
dırmaq, yəhər salmaq, enmək, minər olmaq...) felin əmr Ģəklin-
də olub, döyüĢə çağırıĢ, mərdlik, igidlik, məsləhət və s. kimi
mənaları ifadə edirsə, digər söz və birləĢmələr də məhz həmin
mənaları qüvvətləndirməyə xidmət edir.
Nida cümləsi. MüĢahidələr göstərir ki, ―Kitab‖da əmr
cümlələri əsasında yaranmıĢ nida cümlələri kifayət qədərdir və
belə cümlələrin tərkibində atla bağlı sözlər, eyni zamanda söz
birləĢmələri xüsusi çəkiyə malikdir:
Çaparkən ağ-boz atıŋ büdrəməsün!;
Tavla-tavla Ģahbaz atuŋ binər olsam, mənim tabutum
olsun!;
ġahbaz atlarım saŋa binət olsun!
Birinci cümlə alqıĢ, xeyir-dua məzmunludur, qəhrəmanı
və onun atını Ģər qüvvələrdən qoruma inancı ilə səsləĢir, ikinci
cümlə əski inamla bağlıdır: qadağan edilmiĢ vaxtlarda at min-
mək günah hesab olunur. Üçüncü cümlədə atın ən gözəl, ən də-
yərli hədiyyələrdən biri olması xüsusi olaraq vurğulanır: ġaha
layiq atlarım sənin miniyin olsun!
Nəqli cümlələr əsasında yaranmıĢ nida cümlələrinə çox az
təsadüf olunur: ġahbaz atıŋ qarımıĢdı, qulun verdi axır! Bu
cümlənin semantik yükü reallıqdan uzaqdır, məcazi mənadadır.
Язизхан Танрыверди
91
Atla bağlı söz və birləĢmələr cümlə üzvləri müstə-
visində
Mübtəda. ―Kitab‖ın dilində mübtədanın az iĢlənmə sə-
bəbləri Ə.Dəmirçizadə, T.Hacıyev, Q.Kazımov kimi alimlər
tərəfindən müəyyənləĢdirilmiĢdir. Burada Q.Kazımovun araĢ-
dırmalara və ―Kitab‖dakı mətnlərə istinadən söylədiyi bir fikri
xatırlatmaq lazım gəlir: ―Dastanlarda təhkiyənin ümumi xarak-
teri belədir ki, obrazın adı bir dəfə çəkildikdən sonra çox zaman
onun təkrarına ehtiyac duyulmamıĢdır. Bu hal hadisələrin in-
tensiv inkiĢafını təmin edir, mətnin əlaqəliliyi prinsipi ilə oxu-
cunu düĢünməyə, əhvalatları ardıcıl izləməyə vadar edir... bə-
zən müstəqil iĢlənən 15-20 xəbərə aid mətndə cəmi bir-iki
mübtəda olur‖
1
. Bu mənada ―Kitab‖da atla bağlı söz və birləĢ-
mələrin mübtəda vəzifəsində çıxıĢ etməsi, həm də bu tip müb-
tədaların digərlərindən üstün mövqedə görünməsi bir neçə mə-
sələyə aydınlıq gətirir: ―Kitab‖da at qəhrəman obrazları vəhdət-
dədir; ―Kitab‖da təkcə qəhrəman yox, həm də at xüsusi çəkiyə
malikdir; ―Kitab‖ın poetik strukturunu at və qəhrəman obrazla-
rının assosiativliyi Ģərtləndirir. Bəzi nümunələri nəzərdən
keçirək: ―Boynı uzın bədəvi atlar gedərsə, mənim gedər... Boy-
nı uzın bədəvi atlar gedərsə, səniŋ gedər‖. Bu cümlələrdə ―at-
lar‖ ismi ilə bərabər, mənim və sənin əvəzlikləri də mübtəda
vəzifəsindədir. Bir cəhəti də qeyd edək ki, mübtəda vəzifəsində
iĢlənmiĢ mənim və sənin sözlərindən sonra ellipsisə uğramıĢ
―atım‖ və ―atın‖ vahidləri asanlıqla bərpa olunur: mənim atım,
səniŋ atın. Bərpa etdiyimiz modelə uyğun mübtədalar ―Kitab‖ın
dili baxımından da səciyyəvidir: səniŋ atıŋ. Əgər səniŋ atuŋ
mənim atumı keçərsə, onuŋ atını dəxi keçərsən.
―Mübtəda ―yeni‖ni bildirdikdə, rema kimi çıxıĢ etdikdə,
təbii olaraq, aktuallaĢaraq xəbərdən sonra iĢlənmiĢdir‖:
2
1
səniŋ
1
Q.Kazımov. Azərbaycan dilinin tarixi. Bakı, 2003, s.504.
2
1
Yenə orada s.505.
«Дядя Горгуд китабы»нда ат кулtу
92
alıncuğın. Açuq-açuq meydana bəŋzər səniŋ alıncuğıŋ; səniŋ
gözcigəziŋ. Eki Ģəbçırağa bəŋzər səniŋ gözcigəziŋ; səniŋ yəlici-
giŋ. ƏbriĢimə bəŋzər səniŋ yəlicigiŋ; səniŋ arxacığıŋ. Əri
muradına yetürər səniŋ arxacığıŋ. Bu tip mübtədalar qəhrəman
üçün (Beyrək üçün) atın nə qədər doğma olduğunu aydın Ģəkil-
də göstərir. Digər tərəfdən, oxucu məhz həmin aktuallaĢmıĢ
mübtədalara görə qəhrəman və at münasibətlərinin ən incə
detallarını belə təsəvvüründə asanlıqla canlandıra bilir.
Təhkiyəçi dilində atla bağlı söz və birləĢmələrin mübtəda
vəzifəsində iĢlənməsinə də təsadüf olunur:
Boz ayğır bunda otlanub turar;
Boz ayğır dəxi Beyrəgi görüb tayandı;
At baĢını yuqarı tutdı...;
Toqlı baĢlu Turı ayqır yoruldı;
Ayğır yenə oğlanı oyardı...
Nümunələrdəki Boz ayğır, at, ayğır və Toqlı baĢlu Turı
ayqır mübtədaları da yuxarıda dediklərimizi arqumentləĢdirir.
Xəbər. ―Kitab‖ın dilində mübtəda ilə müqayisədə daha
üstün mövqedə olan xəbərlər iki yerə bölünür: feli xəbərlər,
ismi xəbərlər. Bu sistemdə isə feli xəbərlər üstünlük təĢkil edir.
Əvvəlki səhifələrdə, daha doğrusu, xəbərlik kateqoriyası, felin
təsriflənən formaları və nəqli cümlə bölmələrində atdır, atındır
tipli ismi xəbərlərdən, həmçinin kiĢnədi, mindi, yetdi, büdrəmə-
sün, binət olsun və s. kimi feli xəbərlərdən sistemli Ģəkildə bəhs
etdiyimiz üçün burada nümunələri sadalamır və təkcə onu qeyd
edirik ki, xəbərin ifadə vasitələri sırasında atla bağlı söz və
ifadələr qabarıqlığı ilə seçilir. Bu isə həmin tip cümlələrin se-
mantikasına ciddi Ģəkildə təsir edir (burada xəbər qütbünün as-
sosiativliyi ilə iĢlənmiĢ cümlə üzvlərinin rolunu da inkar etmək
olmaz).
Dostları ilə paylaş: |