“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə29/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
90 
 
Əmr  cümləsi.  Bu  cür  cümlələrin  xəbəri  daha  çox  felin 
əmr Ģəkli ilə ifadə olunur: 
     Qan dərlədi çapdırayım səniŋ  içün; 
     Baba, yelisi qara Qazlıq atuma əyər salayım; 
     ... məni sevən atdan ensün
     Boynı uzın bədəvi at vergil, Binər olsun, hünərlidir!... 
Yuxarıdakı cümlələrdə at və qəhrəmanla bağlı fellər (çap-
dırmaq, yəhər salmaq, enmək, minər olmaq...) felin əmr Ģəklin-
də  olub,  döyüĢə  çağırıĢ,  mərdlik,  igidlik,  məsləhət  və  s.  kimi  
mənaları  ifadə  edirsə, digər söz və birləĢmələr də  məhz həmin 
mənaları qüvvətləndirməyə xidmət edir. 
 Nida  cümləsi.  MüĢahidələr  göstərir  ki,  ―Kitab‖da  əmr 
cümlələri əsasında yaranmıĢ nida cümlələri kifayət qədərdir və 
belə  cümlələrin  tərkibində  atla  bağlı  sözlər,  eyni  zamanda  söz 
birləĢmələri xüsusi çəkiyə malikdir: 
                  
  Çaparkən ağ-boz atıŋ büdrəməsün!; 
  Tavla-tavla  Ģahbaz  atuŋ  binər  olsam,  mənim  tabutum 
olsun!; 
  ġahbaz atlarım saŋa binət olsun!  
 
Birinci  cümlə  alqıĢ,  xeyir-dua  məzmunludur,  qəhrəmanı 
və onun atını Ģər qüvvələrdən qoruma inancı ilə səsləĢir, ikinci 
cümlə əski  inamla bağlıdır: qadağan edilmiĢ vaxtlarda at  min-
mək günah hesab olunur. Üçüncü cümlədə atın ən gözəl, ən də-
yərli hədiyyələrdən biri  olması xüsusi olaraq vurğulanır:   ġaha 
layiq atlarım sənin miniyin olsun! 
Nəqli cümlələr əsasında yaranmıĢ nida cümlələrinə çox az 
təsadüf  olunur:  ġahbaz  atıŋ  qarımıĢdı,  qulun  verdi  axır!  Bu 
cümlənin semantik yükü reallıqdan uzaqdır, məcazi mənadadır. 
 
 


 
Язизхан Танрыверди 
 
 
91 
 
Atla  bağlı  söz  və  birləĢmələr  cümlə  üzvləri  müstə-
visində 
Mübtəda.  ―Kitab‖ın  dilində  mübtədanın  az  iĢlənmə  sə-
bəbləri  Ə.Dəmirçizadə,  T.Hacıyev,  Q.Kazımov  kimi  alimlər 
tərəfindən  müəyyənləĢdirilmiĢdir.  Burada  Q.Kazımovun  araĢ-
dırmalara və ―Kitab‖dakı mətnlərə istinadən söylədiyi bir fikri 
xatırlatmaq lazım gəlir: ―Dastanlarda təhkiyənin ümumi xarak-
teri belədir ki, obrazın adı bir dəfə çəkildikdən sonra çox zaman 
onun  təkrarına  ehtiyac  duyulmamıĢdır.  Bu  hal  hadisələrin  in-
tensiv inkiĢafını təmin edir, mətnin  əlaqəliliyi  prinsipi  ilə  oxu-
cunu  düĢünməyə,  əhvalatları  ardıcıl  izləməyə  vadar  edir...  bə-
zən  müstəqil  iĢlənən  15-20  xəbərə  aid  mətndə  cəmi  bir-iki 
mübtəda olur‖
1
.  Bu mənada ―Kitab‖da atla bağlı söz və birləĢ-
mələrin mübtəda vəzifəsində çıxıĢ etməsi, həm də bu tip müb-
tədaların digərlərindən üstün mövqedə görünməsi bir neçə mə-
sələyə aydınlıq gətirir: ―Kitab‖da at qəhrəman obrazları vəhdət-
dədir; ―Kitab‖da təkcə qəhrəman yox, həm də at xüsusi çəkiyə 
malikdir; ―Kitab‖ın poetik strukturunu at və qəhrəman obrazla-
rının  assosiativliyi  Ģərtləndirir.  Bəzi  nümunələri  nəzərdən 
keçirək: ―Boynı uzın bədəvi atlar gedərsə, mənim gedər... Boy-
nı  uzın  bədəvi  atlar  gedərsə, səniŋ  gedər‖. Bu cümlələrdə ―at-
lar‖  ismi  ilə  bərabər,  mənim  və  sənin  əvəzlikləri  də  mübtəda 
vəzifəsindədir.  Bir cəhəti də qeyd edək ki, mübtəda vəzifəsində 
iĢlənmiĢ  mənim  və  sənin  sözlərindən  sonra  ellipsisə  uğramıĢ 
―atım‖ və ―atın‖ vahidləri asanlıqla bərpa olunur: mənim atım, 
səniŋ atın. Bərpa etdiyimiz modelə uyğun mübtədalar ―Kitab‖ın 
dili  baxımından    da  səciyyəvidir:  səniŋ  atıŋ.  Əgər  səniŋ  atuŋ 
mənim atumı keçərsə, onuŋ atını dəxi keçərsən. 
―Mübtəda  ―yeni‖ni  bildirdikdə,  rema  kimi  çıxıĢ  etdikdə, 
təbii  olaraq,  aktuallaĢaraq  xəbərdən  sonra  iĢlənmiĢdir‖:
2
1
  səniŋ 
                                                 
1
  Q.Kazımov. Azərbaycan dilinin tarixi. Bakı, 2003, s.504. 
2
1
  Yenə orada s.505. 
 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
92 
 
alıncuğın.  Açuq-açuq  meydana  bəŋzər  səniŋ  alıncuğıŋ;  səniŋ 
gözcigəziŋ. Eki Ģəbçırağa bəŋzər səniŋ gözcigəziŋ; səniŋ yəlici-
giŋ.  ƏbriĢimə  bəŋzər  səniŋ  yəlicigiŋ;  səniŋ  arxacığıŋ.  Əri 
muradına yetürər səniŋ arxacığıŋ. Bu tip mübtədalar qəhrəman 
üçün (Beyrək üçün) atın nə qədər doğma olduğunu aydın Ģəkil-
də  göstərir.  Digər  tərəfdən,  oxucu  məhz  həmin  aktuallaĢmıĢ 
mübtədalara  görə  qəhrəman  və  at  münasibətlərinin  ən  incə 
detallarını belə təsəvvüründə asanlıqla canlandıra bilir. 
Təhkiyəçi dilində atla bağlı söz və birləĢmələrin mübtəda 
vəzifəsində iĢlənməsinə də təsadüf olunur:  
                      
             Boz ayğır bunda otlanub turar
             Boz ayğır dəxi Beyrəgi görüb tayandı; 
             At baĢını yuqarı tutdı...; 
             Toqlı baĢlu Turı ayqır yoruldı; 
             Ayğır yenə oğlanı oyardı... 
 
Nümunələrdəki    Boz ayğır, at,  ayğır və Toqlı baĢlu  Turı 
ayqır mübtədaları da yuxarıda dediklərimizi arqumentləĢdirir. 
Xəbər.  ―Kitab‖ın  dilində  mübtəda  ilə  müqayisədə  daha 
üstün  mövqedə  olan  xəbərlər  iki  yerə  bölünür:  feli  xəbərlər, 
ismi xəbərlər. Bu sistemdə isə feli xəbərlər üstünlük təĢkil edir. 
Əvvəlki  səhifələrdə, daha doğrusu, xəbərlik kateqoriyası,  felin 
təsriflənən formaları və  nəqli cümlə bölmələrində atdır, atındır 
tipli ismi xəbərlərdən, həmçinin kiĢnədi, mindi, yetdi, büdrəmə-
sün, binət olsun və s. kimi feli xəbərlərdən sistemli Ģəkildə bəhs 
etdiyimiz üçün burada nümunələri sadalamır və təkcə onu qeyd 
edirik  ki,  xəbərin  ifadə  vasitələri  sırasında  atla  bağlı  söz  və 
ifadələr  qabarıqlığı  ilə  seçilir.  Bu  isə  həmin  tip  cümlələrin  se-
mantikasına ciddi Ģəkildə təsir edir (burada xəbər qütbünün as-
sosiativliyi ilə iĢlənmiĢ cümlə üzvlərinin rolunu da inkar etmək 
olmaz). 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə