“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə25/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

 
Язизхан Танрыверди 
 
 
77 
 
                 ...Bəgdüz Əmən çapar yetdi
                 ...Ġlək qoca oğlı Alb Ərən çapar yetdi... 
 
QarĢılaĢdırmalar göstərir ki, ―mindi‖ (bindi) feli boyların 
əvvəlində,  ―yetdi‖  isə  sonlarında  çox  iĢlənmiĢdir.  Bu  da 
qəhrəmanlıq  dastanlarının  poetik  strukturu,  daha  doğrusu, 
hadisələrin  inkiĢaf  xətti  ilə  bağlıdır.Yeri  gəlmiĢkən,  ―çapar 
yetdi‖ ifadəsindən sonra verilmiĢ nida cümləsi Oğuz igidlərinin 
Qazan  xana  hesabatını  xatırladan  ən  əsas  atributlardandır:  Çal 
qılıcıŋ  ağam  Qazan,  yetdim!  –  dedi.  ġühudi  keçmiĢ  zamanda 
iĢlənmiĢ dəpmək (burada sürmək mənası nəzərdə tutulur) və ur-
maq (vurmaq)  fellərinin mətn daxilində ardıcıl olaraq verilməsi 
də  ―Kitab‖ın  dili  üçün  səciyyəvidir:  Qazan  at  dəpdi.  Sugüsin 
çəküb  əlindən  aldı,  dəpəsinə  urdı...  Bu  cəhət  ―at  saldı‖  (at 
sürdü) və ―qılıc yüritdi‖ (qılınc çaldı) vahidlərində də müĢahidə 
olunur: Qara tonlu kafərə at saldılar, qılıc yüritdilər. Kafəri bas-
dılar – qırdılar... Bu cür detallarda isə Oğuz igidlərinin Ģücaəti 
birbaĢa,  həm  də  məhz  qəhrəman  və  at  kontekstində  ifadə 
olunur. 
Ġndiki  zamanda:  urar  (vurur).  Xanım,  sazdən  bir  aslan 
çıqar,  at  urar...;  binər  (minir).  Kim  atın  binər,  kim  cövĢən 
geyər. 
Qeyri-qəti  gələcək  zamanda:  qulun  verməz.  ġahbaz-
Ģahbaz atlar Qaruyubdur qulun verməz.  
Arzu Ģəklində: sürücdirəsən. Qoŋur atıŋ sürücdirəsən; 
                       binəm.  Nagah  qaçma-qoma  olarsa,  birisini 
binəm, birisini yedəm. 
ġərt Ģəklində: yarışsam. Yügrək atın yügürdüb Qanturalı 
gürzin gögə atar ... Yügrək olsa, yarıĢsam. 
                minərsəm. Minərsəm, tabutum olsun! 
 Atla bağlı fellər indiki və qeyri-qəti gələcək zamanlarda, 
eləcə də arzu və Ģərt Ģəkillərində az iĢlənsə də, Oğuz igidlərinin 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
78 
 
hərəkət  trayektoriyasını  dəqiqləĢdirməyə  kömək  edən  detallar-
dandır. 
Felin  təsriflənməyən  formaları.  Atla  bağlı  fellərin  - 
maq
2
  məsdər  Ģəkilçisi  ilə  iĢlənməsinə  az  təsadüf  olunur,  feli 
sifət  və  feli  bağlamalar  isə  qabarıq  Ģəkildə  görünür.  Bəzi  nü-
munələrə diqqət yetirək: 
Məsdər: -maq. binmək. Yelisi qərə atuma binməgüm çoq. 
―Kitab‖da  məsdərin  –ıĢ  Ģəkilçisi  ilə  ifadə  olunması  ―sə-
girtmək‖ felində də özünü göstərir: səgirdiĢin – oğlumıŋ at sə-
girdisin – oğlumin at səyirtməyini. 
Feli  sifətlər:  -  ən.  kişnəşdirən.  Qaraquc  atları  kiĢnəĢ-
dirən!; 
-  digim.  bindigim.  And  içmiĢəm,  qısır  qısrağu  bindigim 
yoq. 
-  ıcı.  yıqıcı  (yıxan).  Qalın  Oğuz  bəglərini  bir-bir  atından 
yıqıcı, Qazlıq qoca oğlı bəg Yegnək çapar yetdi. 
Feli bağlamalar: - üb. Quluncığı kiĢnəyüb belə keçdi
-
 
übən ... ağ-boz atlar binübən yortuĢdılar; 
-
 
übəni. Binübəni qazavata varduğım yoq; 
-
 
mədin. Mən qaraquc atıma binmədin ol binmiĢ ola!; 
-
 
dıqda. Bədəvi atlar issini görüb oğradıqda; 
-
 
anda. Oğuz bəgləri at çapanda meydan qalmıĢ; 
-
 
ərək. Dəli Qarçar səgirdərək vardı, suya düĢdü; 
-
 
incə.  Sarb  yürürkən  Qazlıq  ata  namərd  yigit  yenə 
bilməz; binincə binməsə, yeg! 
Yuxarıdakı feli bağlamalar daha çox hərəkəti tərzə və za-
mana  görə  tamamlayır.  Bu  da  digər  qəhrəmanlıq  dastanları-
mızda  olduğu  kimi,  ―Kitab‖ın  poetik  strukturunda  at  və  qəh-
rəman obrazlarının həlledici rola malik olması ilə bağlıdır. 
Atla  bağlı  sözlər  və  köməkçi  nitq  hissələri.  Atla  bağlı 
bəzi sözlərin köməkçi nitq hissələri ilə birlikdə iĢlənməsinə rast 
gəlinir:  


 
Язизхан Танрыверди 
 
 
79 
 
   -la  bağlayıcısı.  qulanla.  Qulanla  sığın-keyikə  qoŋsı 
yurdım!; 
nə-nə  bağlayıcısı.  Salur  Qazan  nə  atın  ögdi,  nə  kəndin 
ögdi.  
-ca ədatı. alaca. Altundağı alaca atuŋ nə ögərsən? ; 
-mı  ədatı.  atıŋmıdır.  Bu  hünər  atıŋmıdır,  əriŋmidir? 
Çapmadıqmı. Səünlə meydanda at çapmadıqmı! 
Bu  nümunələrdə  birləĢdirmə  (-la),  inkarlıq  (nə-nə),  
qüvvətləndirmə  (-ca)  və  sual  (-mı)  mənaları  ifadə  edən    kö-
məkçi nitq hissələrinin rolu birbaĢa görünür. Bəzən isə köməkçi 
nitq  hissələrinin  atla  bağlı  sözlər  kontekstində  bilavasitə  təq-
diminə  rast  gəlinir:  içün  qoĢması.  Bədəvi  atım  saqlardım  bu 
gün içün... Qoŋur atım yorultmıĢam səniŋçün. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
80 
 
 
ATLA BAĞLI VAHĠDLƏRĠN SĠNTAKTĠK 
XÜSUSĠYYƏTLƏRĠ 
 
―Kitab‖dakı atla bağlı vahidlərin söz birləĢmələri, məqsəd 
və  intonasiyaya  görə  cümlənin  növləri,  cümlə  üzvləri  və 
xitablar müstəvisində öyrənilməsi  at  və qəhrəman obrazlarının 
ən səciyyəvi cəhətlərini dəqiqləĢdirməyə imkan yaradır. Məsə-
lən, ―yügrək at‖ birinci növ təyini söz birləĢməsində atın sürətli 
qaçıĢa malik olması, ―Oğuz bəgləri at çapanda‖ feli birləĢməsi 
və ―Qan dərlədi çapdırayım  səniŋ  içün‖  əmr  cümləsində Oğuz 
igidlərinin  qəhrəmanlığı,  ―...hünər  atındır‖  cümləsindəki  ismi 
xəbərdə  atın  qeyri-adi  gücü,  ―Qulunum  oğul!‖  xitabında  atın 
hətta oğuldan  üstün tutulması konkret olaraq ifadə olunur. Da-
ha  dəqiqi,  atla    bağlı  ilkin  kontur  və  kodların  tam    reallaĢmıĢ 
vəziyyətdə  olması  məhz  sintaksis  müstəvisində  aydın  Ģəkildə 
görünür. 
Atla bağlı sözlər ismi birləĢmə müstəvisində. Belə bir-
ləĢmələr  birinci  növ  təyini  söz  birləĢmələri,  ikinci  növ  təyini 
söz birləĢmələri,  üçüncü növ təyini söz birləĢmələri, həmçinin  
təyini söz birləĢmələrinə daxil olmayan ismi birləĢmələri əhatə 
etdiyindən onların hər birini ayrılıqda nəzərdən keçirmək lazım 
gəlir: 
Birinci növ təyini söz birləĢmələri. ―Kitab‖da bu tip bir-
ləĢmələrin aĢağıdakı modellərdə təzahürünə rast gəlinir: 
Ġsim+isim  modelində:  şahbaz  at.  Urı  turdı, təvlədən  bir 
Ģahbaz at çıxardı, əyərlədi, geyimin geydi
Şahbaz ayğır. ġahbaz ayğırı çəkdirdi, büdə bindi. 
Bu nümunələrdə asılı tərəf kimi çıxıĢ edən Ģahin anlamlı 
―ġahbaz‖  sözü  fars  mənĢəlidir,  birləĢmə  daxilində  igid,  cəsur, 
cəsarətli  mənasındadır.  Maraqlıdır  ki,  ―Ģahbaz‖  sözü  həm  də 
Oğuz  igidləri  ilə  bağlı  iĢlədilmiĢdir:  Vay,  Ģah  yigidim,  vay, 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə