“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə33/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
104 
 
Qorqudun həmin ―qaçmağı adam kimi olan‖ varlığa ―Oğlanım, 
sən  insansan‖,  -deyərək  ―Basat‖  adını  verməsi  təsadüfi  hesab 
oluna bilməz: birincisi, ona görə ki, ―at basubən‖ feli birləĢməsi 
inversiya ilə iĢlənsə (-ubən feli bağlama Ģəkilçisinin ixtisarı ilə), 
bas+at + basat modeli alınır
1
; ikincisi, yaxĢı at minməyi öyrən-
mək  cəmiyyətə  qovuĢmağın  ən  əsas  yolu  hesab  olunur;  üçün-
cüsü,  ―boy‖un  məzmunundan  aydın  olur  ki,  təbiətdən  cəmiy-
yətə  gələrək  ―Basat‖  adını  alan  (qaçmağı  adam  kimi  olan  var-
lıq)  nəinki  cəmiyyətə  qovuĢur,  hətta  cəmiyyəti  məhv  etmək 
istəyən qorxunc bir qüvvəni – Təpəgözü sıradan çıxarır. 
―Kitab‖da elə epizodlara rast gəlinir ki, orada  real olaraq 
at,  at  çapma  və  atçılıqdan  söhbət  getmir:  Təkur  övrəti  aydır: 
―Dinüŋ içün Qazan bəg, yedi yaĢında bir qızcuğazım ölmüĢdür, 
kərəm  eylə,  aŋa  binmə!..‖  Qazan  aydır:  ―...Bir  adam  gətürüŋ 
binəyim,  sizi  ögəyim!..‖  Kafəriŋ  arxasına  əyər  saldı,  ağzına 
uyan urdı... Uyanın çəkdi, ağzın ayırdı, kafəri öldürdi... Bu sin-
taktik  bütövə  müxtəlif  prizmalardan  yanaĢılmıĢdır.  Məsələn, 
―...əski  etiqdi  görüĢlər  ―Kitab‖ın  hansı  çağların  məcrasını 
özündə  birləĢdirdiyini  də  bizə  göstərir‖,  -  deyən  B.Abdulla 
M.H.Təhmasibin belə bir fikrini təqdim edir:  ―Ta ibtidai dövr-
lərdən  bəri  insanın  nəzərini  cəlb  edən  mürəkkəb  və  əsrarəngiz 
hadisələrdən  birisi  ölüm  idi...  ictimai  inkiĢafın  bu  mərhələsini 
keçirən insan ölümə, öləni həyatdan, yəni yaĢayanlardan tama-
milə ayıran, təcrid edən bir hadisə kimi baxmamıĢdır. Bu döv-
rün dini etiqadlarına görə, insan öldükdən sonra da əvvəlki kimi 
yaĢayır,  yeyir,  içir,  gəzir,  öz  evi,  ailəsi,  nəsli,  hətta  mənsub 
olduğu tayfası ilə daimi əlaqə saxlayırmıĢ... təndirə yapılan son 
çörək ölənlərin payı sayılmıĢ, ruh günü sayılan cümə axĢamın-
da biĢirilən xörəkdən bir pay ayırıb bacanın  yanına qoyulmuĢ, 
aidiyyətli  bayramlarda,  qəbiristanlığa  gətirilmiĢ  xonçalardakı 
nemətlərdən qəbir üstə pay qoyulmuĢ və s. Ölənin də bunlardan 
                                                 
1
 Əzizxan Tanrıverdi. ―Kitabi-Dədə Qorqud‖da Ģəxs adları. Bakı, 1999, s.82. 


 
Язизхан Танрыверди 
 
 
105 
 
mütləq  dadacağına  inanmıĢlar‖
1
.  Qazan  obrazına  kompleks 
Ģəkildə münasibət bildirən Anar yazır: ―...Yumorunu, zarafatını, 
məzəsini Qazan  əsirlikdə  də  itirmir. Təkurun övrətini  inandırır 
ki, ölülərinə gətirdiyi yeməklərin hamısını tutub əllərindən alı-
ram,  həm  də  ölülərinizin  yorğasına  minər  və  kahinlərini  yedə-
rəm.  Biçarə  Təkur  arvadı  Qazana  yalvarır  ki,  beĢ  yaĢında  bir 
qızcığazı ölüb, barı onu minməsin. Qazan: Ölülərinizdə ondan 
yorğa  yoxdur.  Həp  ona  minirəm  –  deyir.  Bu  qara  yumoruyla 
Qazan zindanın zirzəmisindən qurtulur, üzə çıxır‖
2
. Hər iki izah 
inandırıcı  görünür.  Belə  ki,  Azərbaycandakı,  eyni  zamanda 
digər türk ölkələrindəki dəfn abidələrindən tapılmıĢ yaraq-əslə-
həli at skeletləri, at heykəlli qəbir daĢları M.Təhmasibin qənaət-
lərinin  düzgün  olduğunu  arqumentləĢdirirsə,  ―Kitab‖da 
iĢlənmiĢ ―mərə kafərlər, bu ərəbəyi beĢigim sandım. Sizi yam-
ru-yumrı  tadım-dayəm  sandım‖  tipli  cümlələr,  eləcə  də  ―Ölən 
adam  dirilməz,  çıxan  can  gerü  gəlməz‖  kimi  atalar  sözləri  də 
Anarın fikirlərini qüvvətləndirir. 
Təqdim  etdiyimiz  sintaktik  bütövlərdəki  atçılıqla  bağlı 
sözlər  mətnin leksik  mənasının  qavranılmasında  xüsusi  çəkiyə 
malikdir:  binmək,  yorğa,  uyan,  əyər...  Deməli,  atçılıqla  bağlı 
sözlər ―qara yumorlarda‖da məntiqi mərkəz rolunda çıxıĢ edir. 
Bu  da  atın  türk  –  Oğuz  cəmiyyətində  əvəzedilməzliyini  təs-
diqləyən faktorlardan biri kimi görünür. 
 
 
At oğuldur 
 
―Kitab‖da  atın  dostdan,  qardaĢdan,  hətta  oğuldan  üstün 
tutulduğunu təsdiqləyən detallar müĢahidə olunur: Bərü gəlgil, 
qulunım oğul! Qazanın dilindən  verilmiĢ bu misrada metafor-
                                                 
1
 B.Abdulla. Salur Qazan. Bakı, 2005, s.188-189. 
2
 Anar. Sizsiz. Bakı, 1992, s.87. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
106 
 
ikləĢmiĢ  ―qulunım  oğul‖  müraciəti  Uruza  ünvanlanıb,  sevimli 
oğlum, gözəl oğlum, körpə oğlum və s. mənaları ifadə edir. De-
məli, ―qulunum oğul‖ müraciəti metaforik-poetik funksiya daĢı-
yır. Atın oğuldan üstün tutulması da məhz bu konteksdə müəy-
yənləĢir. Burada Qazan  və at münasibətlərinin bəzi cəhətlərini 
ümumiləĢdirmək  lazım  gəlir:  1.  Qeyd  etdiyimiz  kimi,  Qazan 
xan və Qoŋur at adlarını ―q‖ səsinin alliterasiyası birləĢdirir; 2. 
Qazan xan atı qəhrəmandan üstün hesab edir: ―Hünər atındır‖; 
3. Qazan xan yeganə obrazdır ki, onun dilində atla bağlı məsəl 
verilmiĢdir: ―At iĢləməsə, ər ögünməz‖. Bu məsəlin dastandan 
leytmotiv kimi keçdiyi xüsusi olaraq vurğulanır. 4. Qazanın bir 
sıra  epitetləri  atla  bağlıdır:  Qoŋur  atıŋ  ayası!  Qaragöz  atıŋ 
belinə  yatan  Qazan!  Bu  mənada  Qazanın  dilində  ―qulunım 
oğul‖ ifadəsinin  iĢlənməsi təbii qarĢılanır, həm də bu müraciət 
onun dilindəki Oğul!... Ay oğul!... Arslanım oğul!.. Oğul, oğul, 
ay  oğul!...  Canım  oğul!  kimi  müraciətlərlə  bir  sırada  dayanır. 
Digər  tərəfdən,  həmin  müraciətin  semantik  yükü  Qazanın 
dilindən verilmiĢ baĢqa parçalarla səsləĢir: 
                                 
                 Oğul, oğul, ay oğul 
                 QarĢu yatan qara tağım yüksəgi oğul!  
                 Güclü belim qüvvəti, canım oğul! 
                 Qaraŋ ulu gözlərim aydını oğul! 
 
Burla  xatunun  dilində  ―quluncıq‖  sözünün  metaforik-po-
etik  funksiya  daĢımasına,  oğul  mənasında  iĢlənməsinə  təsadüf 
olunur: Qulıncığı kiĢnəyüb belə keçdi. Qulıncığım aldırmıĢam, 
kiĢnəyəyinmi? Burada ―quluncıq‖ sözünün oğul mənasını ifadə 
edən  metafora  kimi  iĢlənməsi  mətnin  semantik  yükü  konteks-
tində  müəyyənləĢir.  Maraqlıdır  ki,  bu  cür  metaforalar  yalnız 
Qazan xanın  və onun xanımının – xanımlar xanımı Burla xatu-
nun dili baxımından səciyyəvidir. Burla xatunun dilindən veril-
miĢ baĢqa bir parçaya diqqət yetirək:  


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə