319
Ekspert ayrı-ayrı, eləcə də birlikdə bu sənədlərdən
istifadə edə bilər, lakin o, mütləq burada bütün vacib sə-
nədlərin olmasına əmin olmalıdır; uyğunluq sertifikatları,
mal-nəqliyyat fakturası, lazım olduqda keyfiyyəti təsdiq-
ləyən sənəd, xarici mallar üçün gömrük deklorasiyası, is-
tehsal üçün sertifikat, arayış və ya onun surəti.
Əmtəəşünaslıq ekspertizası zamanı malların kəmiy-
yət və keyfiyyətinə görə qəbulu haqqında təlimatlar geniş
tətbiq edilir. Markalanma əmtəə-mal haqqında əsas infor-
masiya vasitələrindən biridir, ona görə də, əmtəə eksper-
tizası zamanı geniş tətbiq olunur. Markalanma – qablaş-
dırılmış mal üzərinə vurulmuş şərti işarə, şəkil və ya başqa
köməkçi vasitədir ki, malların eyniləşdirilməsi üçün onun
ayrı - ayrı xassələrinin göstəricisidir.
Ekspert üçün markalanmanın eyniləşdirici funksi-
yası daha vacibdir. Ona görə ki, məhz eyniləşdirmədən
onun ekspert qiymətləndiriməsı başlayır, bu halda ekspert
malın adının onun çeşid mənsubiyyətinə markanın və üs-
tündəki göstəricilərə uyğunluğunu aydınlaşdırır. Sonrakı
tədqiqatlar zamanı ekspert digər xarakteristikaların uy-
ğunluğunu dəqiqləşdirə bilər (çeşidini, kütləsini və s.).
Bəzi hallarda ekspertə markalanmanın müəyyən
olunmuş standartlara əsasən uyğunluğu haqqında məlu-
matları yoxlamaq zərurəti yaranır. Sənaye markasının
mətni asanlıqla oxunmalıdır. Mətndən əlavə ekspert mar-
kalanmanın təhlili zamanı şərti və informasiya işarələrini
açmağı bacarmalıdır.
Xüsusən vacibdir ki, ekspert – istehsalçı ölkənin ey-
niləşdirici kodlarını, istehsal regionunu və ya malların
kodlaşdırılmasını, eləcə də şifrlərini nəzərə alsın. Şifrin
320
açılmasında ekspertlər aşağıdakı mənbələrdən istifadə edə
bilərlər:
dünya ölkələri təsnifatçısı, məlumat kodları;
baytarlıq damğaları üçün nömrələrin siyahısı;
ölkə daxilində dövlət nəzarəti müfəttişliyinin şifr-
ləri.
Xüsusi ədəbiyyat ekspertlərin peşəkar və xüsusi ha-
zırlığında da görkəmli yer tutur. Ondan başqa lazım gəl-
dikdə ekspert qiymətləndirməsinin hazırlığı və aparılması
prosesində ondan istifadə edilir. Xüsusi ədəbiyyatdan pe-
şəkar informasiyanın maraqlı şəxslərin nəzərinə çatdırıl-
ması üçün istifadə edilir. Xüsusi ədəbiyyat informasiyanın
xarakterindən asılı olaraq növlərə bölünür: tədris (fənn),
elmi və məlumat. Göstərilən hər bir növdən ekspert fəaliy-
yətində tam və qismən istifadə etmək olar. Tədris (fənn)
ədəbiyyat – elmi və məlumat informasiya elementləri ilə
zənginləşdirilmiş əsas məzmunu fənn (tədris) informasiya-
sı təşkil edən nəşrlərdir.
Əmtəə ekspertizasının maddi-texniki vasitələri.
İstifadə olunan qurğulardan asılı olaraq bu vasitələri növ-
lərə bölürlər: maddi-texniki baza, ölçü vasitələri və ava-
danlıqları.
Bu vəsaitlərin seçilməsi ekspertiza aparılma şərtləri
ilə və əsasən də sifarişçinin maddi-texniki bazası, sifarişçi-
də və sınaq laboratoriyasında olan ölçü vasitələri ilə təyin
edilir. Bundan başqa, ekspertin axtarış və texniki vasitələri
ilə təchizatı ekspert təşkilatının maddi imkanlarından asılıdır.
Ekspert ekspertiza aparmaq üçün özünə optimal iş
şəraiti yaratmalıdır ki, ona da kompleks maddi-texniki və-
sait vasitəsilə çatmaqolar.
321
Maddi-texniki baza. Ekspertin iş yeri lazımi mebel-
lə (yazı və laborator masası, stul), elektrik işıqlandırma ci-
hazları ilə təmin olunmalıdır.
Əgər ekspert qiymətləndirilməsi istehsalat ərazi-
sində aparılarsa sexdə, anbarda, mağazanın satış zalında),
bu vaxt mal partiyalarının həcmindən və partiyalardan ası-
lı olaraq yükləmə-boşaltma qurğuları, qaldırıcı, ölçü ava-
danlığı, taraları açmaq üçün alətlər, nümunə seçmək üçün
vəsaitlər (nümunə götürən cihaz, ölçülü mil və s.) lazımdır.
Ekspert əvvəlcədən lazımi maddi-texniki vəsaitlərin
siyahısını tərtib edib sifarişçinin və bu təminatla məşğul
olan şəxslərin nəzərinə çatdırmalıdır.
Bazanı təşkil edən maddi-texniki vəsaitlər stasionar,
səyyar, əsas və əlavə növlərə bölünür. Əsas stasionar və-
saitlərə binaları, qurğuları, ticarət texnoloji və labora-to-
riya avadanlığını aid edirlər.
Əlavə vəsait kimi ticarət avadanlıqlarından, nəqliy-
yat vasitələrindən, yükləmə və boşaltma avadanlığından
istifadə olunur.
Bütün maddi-texniki vasitələrdən ən çox ölçü, axtarış
vəsaitləri və ticarət texnikası ekspertizaya birbaşa aiddir.
Ölçü vasitələri - fiziki kəmiyyətlərin ölçülməsi üçün
texniki qurğudur. Ekspertlər tərəfindən əmtəə ekspertizası
apararkən istifadə olunan ölçü vasitələri fiziki kəmiyyət-
lərin ölçü vasitəsinə, saxlama müddəti, temperatur rejimi
göstəricilərini ölçmə vasitələrinə və mürəkkəb texniki qur-
ğulara bölünür.
322
14.3. İstehlak mallarının keyfiyyət ekspertizasının
metodlarının təsnifatı
Əmtəə ekspertizasının metodu - malların ekspert qiy-
mətləndirilməsinin nəticələrinin əldə olunması üsuludur.
Ölçü vasitələrinin tətbiqindən asılı olaraq bütün metodlar
qruplara, yarımqruplara və növlərə bölünür. Aşağıda isteh-
lak mallarının ekspertizasının metodlarının təsnifatı veril-
mişdir.
Şəkildən göründüyü kimi, istehlak mallarının eksper-
tizasını apararkən malların qiymətləndirilməsinin müxtəlif
metodlarından istifadə edirlər. İstehlak mallarının eksper-
tizasının metodları yuxarıda deyildiyi kimi, iki qrupa ay-
rılır: obyektiv və evristik.
Obyektiv metod - ölçmə yolu ilə malların xarakteris-
tikalarının təyin edilməsi və ya qoyulan tələblərə hər hansı
uyğunsuzluqları, kənarlaşmanı qeydiyyata alma üsuludur.
Obyektiv metod üçün xas olan ümumilik ölçmə nəti-
cələrinin ifadə edilməsində və ya qəbul edilmiş vahidlə və
ya faizlərlə hesablanmasıdır. Belə ki, bu nəticələr müqayi-
sə edilə, yenidən bərpa edilə və yoxlanıla bilər.
Onların arasındakı fərq ondadır ki, ölçü metod-la-
rının tətbiqi zamanı texniki cihazlardan istifadə edilir, qey-
dəalma metodundan isə vizual hesablanma aparılır.
Evristik metodları - məntiqi üsulların məcmusuna və
son nəticəni əldə etmək üçün nəzəri tədqiqatların metodiki
qaydalarına əsaslanmış metodlardır.
Bütün evristik metodlar üçün ümumilik, qiymətlən-
dirməyə subyektiv yanaşma, hipotezlərin qurulması, ayrı-
Dostları ilə paylaş: |