_______
Milli Kitabxana_______
37
-
Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət
olunmasını təmin edən tədbirlər hazırlayır və həyata
keçirir;
-
Azərbaycan Respublikasının dövlət vergi orqanlarının
inkişaf proqramlarının hazırlanmasında iştirak edir və onu
həyata keçirir;
-
Hesablanmış və təyinatı üzrə olmuş vergilərin uçotunu
aparır və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə məlumat verir;
-
İqtisadiyyat, o cümlədən maliyyə,
vergitutma və
investisiyaların cəlb edilməsi ilə bağlı digər ölkələrlə
Azərbaycan Respublikası arasında münasibətlərin
tənzimlənməsinə dair təkliflərin hazırlanmasında iştirak
edir və s.
Hesablama Palatasının statusu, funksiyaları, təşkilati
strukturu, fəaliyyət formaları və prinsipləri
Hesablama Palatası
haqqında 2 iyul 1999-cu ildə (7 dekabr 2001-ci il və 1 sentyabr
2004-cü ildə əlavə və dəyişikliklər edilmişdir) qəbul edilmiş
Azərbaycan Respublikası Prezidentinin imzaladığı qanunla
tənzimlənir.
Bu
qanuna
əsasən Hesablama Palatası Milli Məclisə hesabat
verən, daimi fəaliyyət göstərən dövlət
büdcə-maliyyə nəzarəti
orqanıdır. Hesablama Palatası təşkilati və funksional müstəqilliyə
malikdir.
Hesablama Palatasının funksiyaları:
-
dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının
(təsisatlarının) büdcələrinin layihələrinə rəy verir, dövlət
büdcəsinin və büdcədənkənar dövlət fondlarının
(təsisatlarının) büdcələrinin gəlir və xərc maddələrinin
həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti
həyata keçirir;
-
dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş
dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını
təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan
_______
Milli Kitabxana_______
38
qaldırılıması, habelə bütövlükdə büdcə prosesinin
təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır
və Milli
Məclisə təqdim edir;
-
dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq
qanun layihələrinə rəy verir, rübdə bir dəfə dövlət
büdcəsinin gəlirləri və xərclərinin icrası haqqında Milli
Məclisə məlumat verir;
-
Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi
komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və
büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun
layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin
maliyyə ekspertizasını keçirir;
-
dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət
fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablarında
hərəkəti barədə Azərbaycan Respublikasının Milli
Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından
məlumatlar alır, təhlil edir və Azərbaycan Respublikasının
Milli Məclisinə təkliflər verir və s.
Qeyd. Məlumat üçün qeyd edək ki, Azərbaycan
Respublikasının Hesablama Palatası öz faktiki fəaliyyətinə 2001-ci
ilin dekabr ayında başlamışdır (Hesablama Palatası haqqında
qanunun 22-ci maddəsinə görə ilk dəfə təşkil edilən Hesablama
Palatası onun sədrinin, sədr müavinin və azı 4 auditorunun vəzifəyə
təyin edildiyi gündən fəaliyyətə başlayır).
Yuxarıda sadalanan hüquqi-normativ aktlarla yanaşı
Hesablama Palatasının fəaliyyətini tənzimləyən Hesablama
Palatasının daxili nizamnaməsi vardır. Bu nizamnamə Azərbaycan
Respublikası Prezidentinin 5 mart 2002-ci ildə tarixdə imzaladığı
qanunu ilə təsdiq edilmişdir.
Baş Dövlət Xəzinədarlığı Azərbaycan Respublikası
Prezidentinin 4 oktyabr 1995-ci il tarixli Fərmanı ilə Azərbaycan
Respublikasında dövlətə məxsus maliyyə ehtiyatlarının vahid
mərkəzdən idarə edilməsini təmin etmək, bu vəsaitlərin daxil olması
və xərclənməsi üçün daha çevik nəzarət mexanizmini yaratmaq,
dövlət borclarının, zəmanətlərin və alınmış kreditlərin uçotunu
_______
Milli Kitabxana_______
39
yaxşılaşdırmaq və respublikada qiymətli kağızlar bazarının
formalaşmasını sürətləndirmək məqsədi ilə yaradılmışdır.
Baş Dövlət Xəzinədarlığı haqqında Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 6 noyabr 2000-ci il tarixli qərarına görə
xəzinədarlığın vəzifə və funksiyaları aşağıdakılardır.
Xəzinədarlığın vəzifələri:
- dövlət büdcəsinin layihələrinin hazırlanması üçün müvafiq
təkliflər verilməsi, büdcənin icrasına dair hesabat
sənədlərinin hazırlanması və büdcənin icrasında iştirak
edilməsi;
- dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının
uçotu və hesabat işlərinin təşkilinə metodoloji rəhbərliyin
həyata keçirilməsi;
- dövlət büdcəsi vəsaitlərinin idarə edilməsini, o cümlədən
mərkəzləşdirilmiş xərclər
üzrə nəzərdə tutulmuş
resurslardan istifadənin səmərəliliyinin təmin edilməsi
məqsədi ilə maliyyə planlaşdırılmasının həyata
keçirilməsi;
- dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə
tutulmuş maliyyələşmə mənbələrindən istifadə edilməsi
və s.
Xəzinədarlığın funksiyaları:
- Baş Dövlət Xəzinədarlığının hesabları üzrə əməliyyatları
həyata keçirir və onların uçotunu təşkil edir;
- xəzinədarlığın cari hesabları ilə tranzit hesabları arasında
hesablaşmaların həyata keçirilməsini Azərbaycan
Respublikasının Milli Bankı ilə razılaşdırılmış qaydada
tənzimləyir;
- dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı əlaqələrinin
nizamlanmasını və qarşılıqlı hesablaşmaları həyata keçirir,
o cümlədən müvafiq
ilin dövlət büdcəsinə riayət
olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi qaydada və hədlərdə dövlət büdcəsindən
ssuda (borc) verir.