DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə12/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

_______Milli Kitabxana_______ 
 
37 
-
 
Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət 
olunmasını  təmin edən tədbirlər hazırlayır və  həyata 
keçirir; 
-
 
Azərbaycan Respublikasının dövlət vergi orqanlarının 
inkişaf proqramlarının hazırlanmasında iştirak edir və onu 
həyata keçirir; 
-
 
Hesablanmış  və  təyinatı üzrə olmuş vergilərin uçotunu 
aparır və bu barədə Azərbaycan Respublikasının 
Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər 
Kabinetinin və Azərbaycan Respublikasının Maliyyə 
Nazirliyinə məlumat verir; 
-
 
İqtisadiyyat, o cümlədən maliyyə, vergitutma və 
investisiyaların cəlb edilməsi ilə bağlı digər ölkələrlə 
Azərbaycan Respublikası arasında münasibətlərin 
tənzimlənməsinə dair təkliflərin hazırlanmasında iştirak 
edir və s. 
Hesablama Palatasının  statusu, funksiyaları, təşkilati 
strukturu, fəaliyyət formaları  və prinsipləri  Hesablama Palatası 
haqqında 2 iyul 1999-cu ildə (7 dekabr 2001-ci il və 1 sentyabr 
2004-cü ildə  əlavə  və  dəyişikliklər edilmişdir) qəbul edilmiş 
Azərbaycan Respublikası Prezidentinin imzaladığı qanunla 
tənzimlənir.  
 Bu 
qanuna 
əsasən Hesablama Palatası Milli Məclisə hesabat 
verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə  nəzarəti 
orqanıdır. Hesablama Palatası  təşkilati və funksional müstəqilliyə 
malikdir. 
 
Hesablama Palatasının funksiyaları
-
 
dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının 
(təsisatlarının) büdcələrinin layihələrinə  rəy verir, dövlət 
büdcəsinin və büdcədənkənar dövlət fondlarının 
(təsisatlarının) büdcələrinin gəlir və  xərc maddələrinin 
həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti 
həyata keçirir; 
-
 
dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş 
dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını 
təhlil edir, aşkar edilmiş  kənarlaşmaların aradan 


_______Milli Kitabxana_______ 
 
38 
qaldırılıması, habelə bütövlükdə büdcə prosesinin 
təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli 
Məclisə təqdim edir; 
-
 
dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq 
qanun layihələrinə  rəy verir, rübdə bir dəfə dövlət 
büdcəsinin gəlirləri və  xərclərinin icrası haqqında Milli 
Məclisə məlumat verir; 
-
 
Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi 
komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və 
büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun 
layihələrinin, Milli Məclisdə  təsdiq edilən Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin 
maliyyə ekspertizasını keçirir; 
-
 
dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət 
fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablarında 
hərəkəti barədə Azərbaycan Respublikasının Milli 
Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından 
məlumatlar alır, təhlil edir və Azərbaycan Respublikasının 
Milli Məclisinə təkliflər verir və s. 
Qeyd.  Məlumat üçün qeyd edək ki, Azərbaycan 
Respublikasının Hesablama Palatası öz faktiki fəaliyyətinə 2001-ci 
ilin dekabr ayında başlamışdır (Hesablama Palatası haqqında 
qanunun 22-ci maddəsinə görə ilk dəfə  təşkil edilən Hesablama 
Palatası onun sədrinin, sədr müavinin və azı 4 auditorunun vəzifəyə 
təyin edildiyi gündən fəaliyyətə başlayır).  
Yuxarıda sadalanan hüquqi-normativ aktlarla yanaşı 
Hesablama Palatasının fəaliyyətini tənzimləyən Hesablama 
Palatasının daxili nizamnaməsi vardır. Bu nizamnamə Azərbaycan 
Respublikası Prezidentinin 5 mart 2002-ci ildə tarixdə imzaladığı 
qanunu ilə təsdiq edilmişdir. 
Baş Dövlət Xəzinədarlığı Azərbaycan Respublikası 
Prezidentinin 4 oktyabr 1995-ci il tarixli Fərmanı ilə Azərbaycan 
Respublikasında dövlətə  məxsus maliyyə ehtiyatlarının vahid 
mərkəzdən idarə edilməsini təmin etmək, bu vəsaitlərin daxil olması 
və  xərclənməsi üçün daha çevik nəzarət mexanizmini yaratmaq, 
dövlət borclarının, zəmanətlərin və alınmış kreditlərin uçotunu 


_______Milli Kitabxana_______ 
 
39 
yaxşılaşdırmaq və respublikada qiymətli kağızlar bazarının 
formalaşmasını sürətləndirmək məqsədi ilə yaradılmışdır. 
Baş Dövlət Xəzinədarlığı haqqında Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin 6 noyabr 2000-ci il tarixli qərarına görə 
xəzinədarlığın vəzifə və funksiyaları aşağıdakılardır. 
Xəzinədarlığın vəzifələri
-   dövlət büdcəsinin layihələrinin hazırlanması üçün müvafiq 
təkliflər verilməsi, büdcənin icrasına dair hesabat 
sənədlərinin hazırlanması  və büdcənin icrasında iştirak 
edilməsi; 
-   dövlət büdcəsinin icrası üzrə  xəzinə  əməliyyatlarının 
uçotu və hesabat işlərinin təşkilinə metodoloji rəhbərliyin 
həyata keçirilməsi; 
-   dövlət büdcəsi vəsaitlərinin idarə edilməsini, o cümlədən 
mərkəzləşdirilmiş  xərclər üzrə  nəzərdə tutulmuş 
resurslardan istifadənin səmərəliliyinin təmin edilməsi 
məqsədi ilə maliyyə planlaşdırılmasının həyata 
keçirilməsi; 
-   dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə 
tutulmuş maliyyələşmə    mənbələrindən istifadə edilməsi 
və s. 
Xəzinədarlığın funksiyaları
-   Baş Dövlət Xəzinədarlığının hesabları üzrə  əməliyyatları 
həyata keçirir və onların uçotunu təşkil edir; 
-   xəzinədarlığın cari hesabları ilə tranzit hesabları arasında 
hesablaşmaların həyata keçirilməsini Azərbaycan 
Respublikasının Milli Bankı ilə razılaşdırılmış qaydada 
tənzimləyir; 
-   dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı  əlaqələrinin 
nizamlanmasını və qarşılıqlı hesablaşmaları həyata keçirir, 
o cümlədən müvafiq ilin dövlət büdcəsinə riayət 
olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
müəyyən etdiyi qaydada və  hədlərdə dövlət büdcəsindən 
ssuda (borc) verir. 
 
 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə